Məhkəmə qərarları › İş №1(102)-2134/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2134/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2134/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) X5 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 1(107)-92/2024 nömrəli qərarından X2 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Mingəçevir şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 1(051)-73/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: Ə.M.Hüseynov) 30 may 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olub, Mingəçevir şəhəri, ünvan yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat, həmçinin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. Hökmdən X2nın müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxs X5 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədr lik edən X.H.Səmədov, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) 08 fevral 2024-cü il tarixli, 1(107)-92/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin 10 oktyabr 2023cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2024-cü il tarixli qərarından X2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: X9 şikayət ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun xüsusi ittihamçı qismində tanınmaqla şərəfini, ləyaqətini ləkələyən böhtan və təhqir xarakterli məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, kütləvi çıxışında yaymış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci ma ddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir Xüsusi ittihamçı X9 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətində göstərmişdir ki, X8 2023-cü ilin fevral ayında "Youtube” çox milyonluq kanalda onun barəsində böhtan və təhqir xarakterli məlumatları yayaraq "şərəfini, mənliyini, vicdanını satan, həkim adın batıran. Alçaq şərəfsizin yekəsi, həkim adını utandıran... mənliksiz, şərəfsiz, alçaq işlər görərək televizorun arxasınca kamera qoyub onu kamera vasitəsilə izləyirmiş ki,... halbuki pozğunun, əyaşın yekəsi özüdü. Polisə pul verərək canını qurtardı... Şərəfsiz, vicdansız insan. Voenkomanta 2000, 3000 manat pul basdı ki, müharibədən canını qurtarsın” kimi ifadələrlə bilə-bilə onların şərəf və ləyaqətlərini ləkələyən və nüfuzdan salan yalan məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymış, həmçinin kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında onların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Çəkilişdən görünür ki, Pərvanə Tahirova həmin çıxışı onun mənzilində, Mingəçevir şəhəri Nizami küçəsi 4 b saylı evin 7 saylı mənzilindən edir. Onun xüsusi ittihamçı qismində tanınmaqla şərəfini, ləyaqətini ləkələyən böhtan və təhqir xarakterli məlumatları kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında, kütləvi çıxışında yaymış X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksi yasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: X2 və müdafiəçisi Müdafiəçi1 birgə verilmiş kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifləri iddia edirlər ki, P.Ə.Tahirovanın heç kimi təhqir etmək niyyəti olmamış, o, keçmiş yoldaşı E.Hüseynovun hərəkətlərinə əsəbləşərək yaşadığı mənzildə onun barəsində müəyyən sözləri işlətmişdir. Məhkum və müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2024-cü tarix li qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kolleg iyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. X2 və müdafiəçisi Müdafiəçi1 birgə verilmiş kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən P.Ə.Tahirovanın təhqir və böhtan cinayətində təqsirli olması, onun əməllərinin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırd ıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasının məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkum və müdafiəçinin birgə verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olar aq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci mad dəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, m ötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). X6 hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, onun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. X3 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən P.Tahirovanın özünün müdafiəçisinin iştirakı ilə birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, sənədlər və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X3 əməllərinin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna ed ən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Odur ki, X3 Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib, hər iki maddə ilə ayrı ayrılıqda 1000 manat, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 1500 manat cərimə cəzası ilə cəzalandırılması və buna dair hökmün dəyişdirilmədən saxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanu nsuz və əsassız məhkəmə aktı kimi, onun mübahisələndirilməsinə dair X8 və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası X2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum və müdafiəçinin birgə verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 1(107)-92/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: X2 və müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2024-cü il tarixli, 1(107)-92/2024 nömrəli qərarı məhkum və müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar