Məhkəmə qərarları › İş №1(102)-2136/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2136/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2136/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs iştiraklarıı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-919/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin arxasında yerləşən “Effekt MTK”-ya məxsus yeni tikilmiş binadan ev satacağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə xx.xx.20 22-ci il tarixdə beh olaraq Əhmədli metro stansiyasının qarşısında 1000 manat, həmin gündən təxminən 4-5 gün sonra ünvan 2 ünvanında yerləşən binanın qarşısında 1000 manat, həmin gündən təxminən 4-5 gün sonra həmin ünvanda 3000 manat, 3-4 gün sonra 2000 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə həmin ünvanda 13000 manat pulunu ələ keçirməklə, ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 20000 manat maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(005)-51/2023 nömrəli hökmü ilə (hakim H.E.Kamranov) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddətin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkməsinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələlərii də həll edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxs Məhkum və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)919/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxs M əhkum və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)919/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Kassasiya şikayətinin dəlilləri qismində məhkum barəsində təyin edilmiş cəzanın həddən artıq yüngül olması, həmin cəza ilə razı olmaması, məhkəmələr tərəfindən onun barəsində nəzərə alınmış yüngülləşdirici h alların reallığı əks etdirməməsi, həmçinin məhkəmə tərəfindən ona mülki iddia və məhkəmə xərcləri barədə tələbin irəli sürülmə imkanlarının izah edilməməsi qeyd edilərək, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)919/2023 nömrəli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

9. Qərardan dövlət ittihamçısı kassasiya protesti, məhkum kassasiya şikayəti verməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştira k edən Zərərçəkmiş şəxs kassasiya şikayətini müdafiə edərək, məhkəmə təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər. İV Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanunun un və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsi üçün işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs Məhkum barəsində ağır cəza təyin edilməsi haq qında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-919/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqs irkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Cinayət qanunun da göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə c inayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Zərərçəkmiş şəxs Məhkum qarşı həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

25. Belə ki, Məhkum barəsində daha ağır cəza təyin edilməsinə dair zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsi üzrə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 1(005)-51/2023 nömrəli hökmünü qüvvəsində saxlamışdır.

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, cümlədən cəzanı yüngülləşdirən hallar kimi dəymiş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin ədalət prinsipi ni və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə almışdır, təqsirləndirilən Məhkum törətmiş olduğu cinayət əməlinə əsasən məhkəmə hökmü ilə təyin edilən normanın saksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cinayət qanunvericiliyinin və cinayət məsuliyyətinin prinsiplərinə tam uyğundur, zərərçəkmiş şəxsin apelyasiya şikayətinin dəlillərində və apelyasiya icraatında qeyd etdikləri təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması nəticəsinə gəlməyə əsas vermir.

27. Göründüyü kimi, zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmu ş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumun cəzasının ağırlaşdırılmasına dair apellyasiya şikayətində irəli sürülmüş azadlıqdan məhrumetmə cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmamışdır.

28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının ağırlaşdırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxar ıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

30. Həmçinin, məhkəmə kollegiyası zərərçəkmiş şə xsin kassasiya şikayətində göstərdiyi “məhkəmə tərəfindən ona mülki iddia və məhkəmə xərcləri barədə tələbin irəli sürülmə imkanlarının izah edilməməsi” dəlilinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarında olan birinci instansiya məhkəməsinin 28 dekabr 2022-ci il tarixli məhkəmə baxış iclasının protokolundan görünür ki, hakim tərəfindən Zərərçəkmiş şəxs şəxsiyyəti müəyyən edilmiş, daha sonra ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs məhkəmə bildirişini və hüquq və vəzifələrinə aid Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsindən çıxarışı aldığını bildirmişdir.

31. Qeyd olunanlar zərərçəkmiş şəxsin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş şəxsin, şikayətin təmin edilməməsinə dair isə dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-919/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-919/2023 nömrəli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar