Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2136/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü ma ddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 1(105)-734/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1971-ci ildə Qobustan rayonu, Mərəzə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 312.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə CM-in 312.2-ci maddəsinə xitam verilmiş və cəzası 5 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı «Əfv» Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Qobustan rayonunda qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK, ev-55, mənzil 211-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum tanışı İran İslam Respublikası vətəndaşı «Rza» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun göndərdiyi külli miqdarda narkotik vasitə heroinin, metamfetaminin, metadon həblərinin və qurudulmuş marixuananın qoyulduğu Beyləqan rayonu ərazisindən götürülüb təyin ed ilmiş yerlərə qoyulması müqabilində 1.000 manat qazanc əldə edəcəyi ilə bağlı qabaqcadan razılığa gəlmiş və buna görə satış məqsədi ilə 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxil olmuş çəkisi 1.035,139 qram qəhvəyi rəngli maddədən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 99,150 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki, 2 ədəd şəffaf poletilendə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 665,0 qram, 915,0 qram və 1 ədəd yaşıl rəngli sellofonda təmiz çəkisi 600,0 qram olmaqla, ümumi çəkisi 2180,0 qram külli miqdarda qurudulmuş marixua nanı, tərkibində ümumilikdə 11,92 qram çəkidə narkotik vasitə metadon olan, üzərində «Metadone 40..Faran» göstəriciləri yazılmış 30 ədəd blisterdə ümumilikdə 298 ədəd üzərlərində «F/440» yazıları həkk olunmuş bozumtul-qəhvəyi rəngli metadon tabletlərini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxil olmuş 1031,221 qram çəkidə ağ rəngli kristalşəkilli kütlədən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu Xırdalan şəhərinə daşıyaraq, bir hissəsini üzərində və digər hissəsini isə yaşadığı mənzildə saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarə sinin əməkdaşlarının 09 aprel 2022-cı il tarixdə saat 02:40 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Heydər Əliyev prospekti-9 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin Bakı şəhəri, A.Abbaszadə küçəsi-17 ünvanında yerləşən inzibati binasına aparılmış və üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə 22,139 qram çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 19,221 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, habelə əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 05:00 radələri ndə onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "xxxx" MTK, 55 nömrəli idarəsinin Bakı şəhəri, A.Abbaszadə küçəsi-17 ünvanında yerləşən inzibati binasına aparılmış və üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə 22,139 qram çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 19,221 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, habelə əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 05:00 radələrində onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "xxxx" MTK, 55 nömrəli evin 211 nömrəli mənzilinə keçirilən baxış zamanı qanunsuz olaraq, satış məqsədi ilə əldə edib qonaq otağındakı kağız qutu da saxladığı xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərində aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan 01 ədəd bükümdə 1.013 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni olan 01 ədəd bükümdə 1012 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 99,150 qram çəkidə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan tiryək, 02 ədəd şəffaf polietilendə hər birinin ayrı-ayrılıqda çəkisi 665,0 qram, 915,0 qram və 01 ədəd yaşıl rəngli sellofanda çəkisi 600,0 qram olmaqla ümumi təmiz çəkiləri 2.180,0 qram, tərkibində narkotik maddələr olan çət ənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, tərkibində ümumilikdə 11,92 qram çəkidə külli miqdarda narkotik vasitə - metadon olan, üzərində «Metadone 40..Faran» göstəriciləri yazılmış 30 ədəd blisterdə ümumilikdə 298 ədəd üzərlərində «F/440» yazıları həkk olunmuş bozumtul-qəhvəyi rəngli metadon tabletləri, üzərində heroin izləri olan “E68” markalı və “Loste” markalı 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X10, X3 ibarət məhkəmə tərkibində) 12 sentyabr 2024-cü il tarixli, 1(124)-49/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və 10 (on) il 06 (altı) ay m üddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 09 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Sumqayıt Ağı r Cinayətlər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(124)-49/2024 nömrəli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 3 dekabr 2024-cü il tarixli, 1(105)-734/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-49/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum üzərində hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəanın hökmdən xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 1(105)-734/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə, cinayət işinin faktiki hallarına və sübutlar siyahısına istinadlar edilərək, məhkəmələr tərəfindən barəsində olan cinayət işinin obyektiv araşdırıl maması qeyd edilərək, məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 1(105)-734/2024 nömrəli qərarının ləğv edilməsini, onun işinə ədalətli baxılması üçün cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayəti nin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmi n əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə olan əməlinin sübuta yetirilməsini mübahisələndirmiş, onun təqsirliliyi barədə birinci instansiya və apellyasiya instansiyalarında obyektiv araşdırmanın olmamasını, barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
17. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 1(105)-734/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
19. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
20. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
21. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmələr tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dai r arqumentini əsassız hesab edir.
22. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbl əri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
25. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 1(124)-49/2024 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmiş, bununla yanaşı onun CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı olan müddəaları hökmdən xaric etmişdir.
26. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları təhqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
27. Bununla yanaşı məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.
28. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını, ona ağır cəza təyin edilməsini qeyd etsə də, mübahisələndirdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 1(105)-734/2024 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına d əlalət edən dəlil və əsasları izah edə bilməmişdir.
29. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
30. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müza kirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
31. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 1(105)-734/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi il ə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 1(105)-734/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.