Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2137/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, bəraət almış şəxs X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət məhkəmə tərkibi) X5 (xx xx xx 1990-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan1-də qeydiyyatda olmaqla faktiki ünvan3ndə yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Məhkumin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv e dilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.A.Şirinov, hakimlər İ.A.İbrahimli və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd sellofan bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib icarəyə götürdüyü “XXX30” markalı, **-xx xx xx-*** dövlət nömrə nişanlı avtomobilin salonunun qabaq sol tərəfinin dam hissəsində olan saxlanc yerində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “XXX25” şadlıq evinin yaxınlığına daşımış, xx xx xx 2022-ci il tarixdə, saat 15:00-da Xəzər RPİ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan5ndə yerləşən “XXX28” şadlıq evinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən Məhkumun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir maddə aşkar olunmas a da istintaq hərəkəti davam etdirilən zaman sonuncu icarəyə götürdüyü “XXX30” markalı, **-xx xx xx*** dövlət nömrə nişanlı avtomobildə narkotik maddə saxladığını bildirmiş, bundan sonra qeyd olunan avtomobildə baxış, axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman avtomobilin salonunun qabaq sol tərəfinin dam hissəsində olan saxlanc yerindən 1 ədəd qara rəngli, kent markalı və qapağı kəsilmiş siqaret qutusunun içindən 1 ədəd sellofan bükümdə olmaqla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən, kustar üsulla hazırlanmış, qəhvəyi rəngli, təmiz çəkisi 3,798 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə olmaqla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siya hısına daxil edilən, kustar üsulla hazırlanmış, ağ rəngli, kristallik formada, təmiz çəkisi 1,487 qram təşkil edən psixotrop maddə metanfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi X7 tərəfindən yuxarıda təsvir edilən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin törədilməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzrdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, Məhkumin təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gələrək ona bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi isə həmin əsassız və qanunsuz bəraət hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Bəraət hökmünün və onun dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarının əsassız və qanunsuz olduğunu dövlət ittihamçısı xüsusilə onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkumin ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici izahat və ifadələrini əsassız olaraq nəzərə almaqdan imtina edib, müstəsna olaraq onun məhkəmədə verdiyi özünümüdafiə xarakterli ifadələrinə əsaslanmışlar və bu zaman CPM-in 65.1-ci maddəsinin ziddinə olaraq həm də onu nəzərə almamışlar ki, Məhkumin polis tərəfindən döyülməsi, işgəncəyə məruz qalması, bunların təsiri altında özünə qarşı yalan ifadə verməyə məcbur edilməsi barədə iddiaları ibtidai araşdırma zamanı Xəzər Rayon Prokurorluğu tərəfindən yoxlanılmış və həmin hallar öz təsdiqini tapmadığından xx xx xx 2022-ci ildə cinayət işinin başlanması rədd edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışın a təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğ v edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya instansiyası məhkəməsinin isə əsass ız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin t örədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Hökmdən və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələr Məhkumin xx xx xx 2022-ci il tarixdə saat 15.00 radələrində tutulmasından sonra idarə etdiyi avtomobildən aşkar olunmuş, kütləsi 3,798 qram olan 1 bükümdə heroin narkotik vasitəsinin və 1 bükümdə kütləsi 1,487 qram olan metamfetaminin (psixotrop maddənin) ona məxsus olmasına, bunları satmaq məqsədilə saxlamasına dair məhkəməyədək icraatda verdiyi etirafedici izahat və ifadələri polis orqanında olduğu müddətdə tətbiq edilmiş pis rəftarın təsiri ilə verməsi haqqında nəticəyə gəlib, həmin izahat və ifadələri, eləcə də xx xx xx 2022-ci il tarixli avtomobilə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında protokoldakı m əlumatları CPM-in 125.1-ci maddəsinə əsasən, yəni əldə edilmə halları şübhə doğurmayan sübutlar kimi qəbul etməkdən imtina etmiş, iş üzrə toplanmış digər sübutlar isə onlara avtomobildən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni Məhkumə aid olan predmetlər kimi qiymətləndirmək, beləliklə də onu satış məqsədilə həmin narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması, daşıması haqqında nəticəyə gəlmək üçün kifayət etməmişdir. Dövlət ittihamçısı məhkəmələrin gəldikləri bu nəticə ilə razılaşmamasını əsaslandırarkən həlledici şəkildə ona istinad etmişdir ki, Məhkumin pis rəftara məruz qalmasına dair iddiası üzrə məhkəməyədək icraat dövründə Xəzər Rayon Prokurorluğunda araşdırma aparılmış və rayon prokurorluğunun müstəntiqi tərəfindən cinayət hadisəsinin müəyyən edilməməsi əs ası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xx xx 2022-ci il tarixli (CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan) qərar çıxarılmışdır. Bu səbəbdən məhkəmələr qeyd edilən izahat və ifadələri, eləcə də Məhkumin idarə etdiyi avtomobilə baxış keçirilməsinə və oradan narkotik vasitənin və psixotrop maddənin götürülməsinə dair protokolu mümkün və mötəbər sübutlar kimi qəbul etməməkdə haqlı olmamışlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edirlər ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həq iqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Məhkəməyədək icraatda Məhkumin polis tərəfindən xx xx xx 2022-ci ildə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Xəzər Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xx xx 2022-ci il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələri yuxarıda təsvir edilən CPM-in 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir s übutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan asılı olduqlarını iddia edərkən CPM-in qeyd olunan normalarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərələliliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “To masi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başılıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəfta r və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə va sitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsin in pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Kassasiya protestində istinad olunan, dövlət ittihamçısının qənaətinə görə CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmələrin Məhkumin barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları Xəzər Rayon Prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xx xx 2022-ci il tarixli qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasın da baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxmından hazırki iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Belə ki, qərarın təsviri-əsaslandırıcı hissəsində onun çıxarılmasını şərtləndirən əsaslar kimi müstəsna olaraq aşağıdakı üç materiala istinad olunmuşdur: 1) rayon prokurorluğuna göndərilmiş Məhkumin 08 iyun 2022-ci ildə 3 saylı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində müayinəsi zamanı sol gözətrafı nahiyəsində bənövşəyi rəngli qançırın aşkar edilməsinə dair məlumata; 2) Məhkumin həmin xəsarətin xx xx xx 2022-ci il tarixdə saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona yetirilməsi, idarə etdiyi avtomobildə aşkar olunmuş narkotik vasitələrin ona aidyyətinin olmaması barədə izahatına; 3) Məhkumin sol gözətrafı nahiyəsində qançır şəklində dərəcəsi təyin edilməyən xəsarətin aşkarlanması, bu xəsarətin küt əşyanın təsirindən törənməsi və istintaq təcridxanasının tibb-sanitar hissəsində müayinədən 3-4 gün əvvəl yetirilməyə xarakterik olması barədə məhkəmə-tibbi ekspertizasının 02 iyul 2022-ci il tarixli rəyinə. Göründüyü kimi qərarın təsviri-əsaslandırıcı hissəsində gətirilən materialların hamısı birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etdikləri kimi Məhkumin bədəni üzərində polisin nəzarəti altında olduğu zaman xəsarət aldığını göstərən məzmunda olsa da, müstəntiq bunu təkzib edən hər hansı bir başqa material əldə etmədən cinayət hadisəsinin olmaması haqqında nəticəyə gəlmiş və CPM-in 39.1.1ci maddəsində göstəri lən əsasa formal şəkildə, yəni heç bir fakt və sübut gətirmədən istinad etməklə cinayət işinin başlanmasını rədd etmişdir. Eyni zamanda, cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, Məhkum xx xx xx 2022-ci il tarixdə saxlanılıb Xəzər Rayon Polis İdarəsinin 3cü Polis Şöbəsinə gətirildikdən sonra şöbənin məsul növbətçisi tərəfindən Məhkumin sol gözündə göyərmiş xəsarətin olması barədə növbətçinin özü ilə yanaşı Məhkumi şöbəyə gətirmiş polis əməkdaşları Şahid3, Şahid1 və Məhkumin də imzaladıqları akt tərtib edilsə də, məhkəmə baxışında təyin olunmuş məhkəmə-xəttşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli rəyi ilə aktdakı imzanın Məhkum tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi aşkar olunmuşdur. Məhkumin özü də məhkəmədə ifadə verərəkən po lis şöbəsinə gətirildiyi vaxt onda xəsarətin olmasını inkar etmiş və bildirmişdir ki, məhz polis şöbəsində olduğu müddətdə döyülüb xəsarət almış və bu vasitə ilə törətmədiyi cinayəti (avtomobilində narkotik vasitənin və psixotrop maddənin olmasını) etiraf etməyə məcbur edilmişdir. Həmçinin, polis əməkdaşları Şahid3 və Şahid1 da ibtidai istintaq zamanı verdikləri ifadələrində Məhkum polis şöbəsinə gətirilərkən onun üzərində hər hansı xəsarətin olması barədə məlumat verməmişlər. Odur ki, məhkəmələrin qeyd olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xx xx 2022-ci il tarixli qərardan deyil, müvafiq sübutlara, o cümlədən 3 saylı İstintaq Təcridxanasının xx xx xx 2022-ci il tarixli 20-12/667 saylı məktubuna və ona əlavə olunmuş Məhkumin 5830/2022 saylı tibbi kartasına, məhkəm ə-tibbi ekspertizasının xx xx xx 2022-ci il tarixli 803 saylı rəyinə, bu materiallarla uzlaşan Məhkumin verdiyi məlumatlara əsasən müəyyən etdikləri faktdan – Məhkumdə polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən sol gözətrafı nahiyədə qançır şəklində xəsarətin olmasından, ittiham tərəfinin isə məhkəmədə (o cümlədən, Xəzər Rayon Prokurorluğunda səthi aparılmış “araşdırma” nəticəsində çıxarılmış qərarla) Məhkumin üzərində olan həmin xəsarətin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirə bilməməsindən, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən çıxış edərək Məhkumin saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda avtom obildən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də avtomobilə baxış keçirilməsi və maddi sübutların götürülməsi haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etmələri və cinayət işində qeyd olunan narkotik vasitənin və psixotrop maddənin Məhkumə aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmələri CPM-in 33-cü maddəsinin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kim i qiymətləndirilə bilməz. Məhkəmələrin Məhkumin idarə etdiyi “XXX30” markalı **-xx xx xx-*** dövlət nömrə nişanlı avtomobilə keçirilmiş baxışın və götürmənin nəticələrinə dair xx xx xx 2022-ci il tarixli protokolda əks olunmuş məlumatları mötəbər sübut kimi qəbul etməməkdə haqlı olduqları həm də ondan görsənir ki, Məhkum polis əməkdaşları tərəfindən XXX45ndə saxlanıldıqdan sonra başqa avtomobildə polis şöbəsinə aparılmış, həmin avtomobil isə polis əməkdaşlarından biri tərəfindən idarə olunaraq polis şöbəsinə gətirilmişdir. Beləliklə də, polis şöbəsində baxış keçirilənədək avtomobilin kənar müdaxilələrin istisna edildiyi şəraitdə saxlanıldığını göstərən sübutlar ibtidai istintaq müddətində əldə olunmamış, belə sübutlar məhkəmə icraatları zamanı da nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün süb utların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən halların fonunda, o cümlədən Məhkumin yuxarıda şərh edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin Məhkumə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmü ş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə həmin nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda qeyd edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Eyni zamanda qeyd olunanlar, ümumiyyətlə cinayət işinin materialları onu göstərir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya protesti ilə ehtiva olunan 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir, yəni kassasiya protestinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının və kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət X1 barəsində olan 4 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət X1 barəsində olan 4 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2137/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2137/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver