Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2137/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Məmiyev İsa Haqverdi oğlunun iştirakları ilə, Balakən Rayon Məhkəməsin in 18 oktyabr 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsinə və sonuncunun barəsində cinayət işi üzrə icraata xitam verilməsinə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli hökmü ilə isə onun CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum və onun müdafiəçisi İ.H.Məmiyev tərəfindən birgə verilmiş kassasiya şikayətinə və onların bu şikayətə etdikləri əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə ilə (sədrlik edən hakim Tahirov Zamin Cəbrayıl oğlu) Məhkum, xx xxxxxx 1981-ci il tarixdə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş və onun həmin maddələrlə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlandığı 3 (üç) ay 10 (on) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış, adı çəkilən məhkumun üzərində isə qəti olaraq 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin də razılaşdığı ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə, o, qəsdən, təkrarən tamah niyyəti ilə qabaqcan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Məhkum qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, Balakən rayon sakini Zərərçəkmiş şəxs2 2022-ci ilin aprel ayının əvvəllərində oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinə işə düzəldəcəyini vəd verib aldadaraq, 13 aprel 2022-ci il tarixdə Balakən rayonunun Katex kəndi ərazisində Zərərçəkmiş şəxs2 14000 manat məbləği ndə nağd pulunu qəsdən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq alıb ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 14000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşmiş, Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs1 2021-ci ilin dekabr ayının sonlarında oğlu Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsinə işə düzəldəcəyini vəd verib aldadaraq 2021-ci ilin dekabr ayının sonla rında Balakən şəhərinin ərazisində Zərərçəkmiş şəxs1 5000 manat məbləğində nağd pulunu, daha sonra isə 4 iyun 2022-ci il tarixdə Balakən şəhərinin ərazisində Zərərçəkmiş şəxs1 9000 manat məbləğində nağd pulunu qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə qanunsuz olaraq ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 14000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı – 14000 manat məbləğində pul vəsaitini tam ödəməsi və onunla barışıq əldə etməsi, bundan əlavə isə həmin ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınaraq, CM-in 73-1.2-ci maddəsinə əsasən Məhkum 18 oktyabr 2023-cü il tarixli qərarla cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində cinayət işinin icraatına xitam verilmişdir. Eyni zamanda, göstərilən tarixdə Təqsirləndirilən şəxs barəsində yuxarıda göstərilən ittiham hökmü çıxarılmışdır. Məhkum barəsindəki Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarından və Təqsirləndirilən şəxs barəsindəki həmin məhkəmənin eyni tarixli hökmündən dövlət ittihamçısı Nəsimiyev İsmət Aydın oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xə qani Hacı oğlundan ibarət tərkibdə) 21 may 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin göstərilən qərarı və hökmü ləğv edilmiş, iş üzrə çıxarılmış yeni hökmlə Məhkum CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu cəzanın icrası ilə bağlı onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək və yaşayış ye rini günün müəyyən vaxtı, yəni axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının isə Bakı şəhər Probasiya İdarəsinə tapşırılması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlandığı 3 (üç) ay 10 (on) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla həmin müddət ona təyin olunmuş cəzadan çıxılaraq adı çəkilən məhkumun üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 (iki ) il 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi İ.H.Məmiyev birgə kassasiya şikayəti verərək, həmin hökmün ləğv edilməsini və Məhkum cinayət məsuliyyətindən azad olunması və onun barəsindəki cinayəti işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə edilmiş əlavədə isə məhkum olunmuş şəxs və onun müdafiəçisi apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilərək, Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması və ya həmin hökmün dəyişdirilərək, Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətinin 6 (altı) ayadək azaldı lmasını xahiş etmişlər. Kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri: Kassasiya şikayətində və ona edilmiş əlavədə Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət məcəlləsinin 72-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 yanvar 2023-cü il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən məhkum olunmuş şəxslərə qarşı irəli sürülmüş və onların təqsirli bilindikləri ittihama, iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edil miş yekun məhkəmə aktlarına istinad edən Məhkum və onun müdafiəçisi İ.H.Məmiyev birgə verdikləri kassasiya şikayətini və ona edilmiş əlavəni onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmaqla ədalətsizliyə yol vermişdir ona görə ki, sonuncu törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxslərdən birinə - Şahid1 vurulmuş ziyanı tam həcmdə ödəmiş, sonuncu ilə barışıq əldə etmiş və əlavə olaraq həmin ziyanın 25% məbləğində dövlət büdcəsinə ödəniş də etmişdir. İş üzrə toplanmış və araşdırılmış sübutlarla tam təsdiq olunan bu hallara görə isə Məhkum cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət işi üzrə xitam verilməsi, yəni CM-in 73-1.2-ci maddəsinin tətbiqi üçün əsaslar yaranmışdır ki, birinci instansiya məhkəməsi də bu ha qda qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin qərarın ləğv edilməsinin əsası kimi Məhkum məsuliyyətdən azad edilməsinin və onun haqqında cinayət işi üzrə icraata xitam verilməsinin cəzanın məqsədlərinə uyğun olmamasına istinad etmiş, lakin çıxardığı hökmü CM-in 73-1.2-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından kifayət qədər əsaslandırmamışdır. Kassasiya şikayətinin və ona edilmiş əlavənin müəllifləri həmçinin qeyd etmişlər ki, birinci instansiya məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarından və hökmündən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə məhkəmə baxışı iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Məhkumlə barışdığını, ondan he ç-bir tələb və şikayətinin olmadığını, ona məxsus 14.000 manat pulu isə Təqsirləndirilən şəxslə əldə edilmiş razılığa əsasən sonuncunun ödəməli olmasını bildirməklə, bu barədə yazılı qaydada məhkəməyə ərizə ilə müraciət etmək istədiyini qeyd etmiş, lakin məhkəmə tərəfindən belə ərizənin verilməsi üçün Zərərçəkmiş şəxs1 imkan yaradılmamışdır. Kassasiya şikayətində və ona edilmiş əlavədə o, da vurğulanmışdır ki, Məhkum 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmaqla torpaqlarımızın erməni işğalından azad olunması ilə bağlı hərbi əməliyyatlarda fəal iştirak etmiş qazidir və o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə müxtəlif medallarla təltif edilmiş, ilk dəfə cinayət törətmiş, evli olmaqla onun himayəsində azyaşlı uşaqları var. Apellyasiya instansiyası məhkəməsi Məhk um cəza təyin edərkən bu halları kifayət qədər nəzərə almamış və sonuncu onun təqsirli bilindiyi maddələrlə ağır cəzaya məruz qalmışdır. Qeyd olunan dəlillərə əsaslanaraq Məhkum və onun müdafiəçisi İ.H.Məmiyev onların kassasiya şikayətinin və ya ona edilmiş əlavənin təmin edilməsini xahiş edirlər. Kassasiya şikayətinə və ona edilmiş əlavəyə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zə rərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum və onun müdafiəçisi İ.H.Məmiyevin birgə verdikləri kassasiya şikayətinin və ona edilmiş əlavənin məzmunundan göründüyü kimi, onların müəllifləri öz müraciətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində ittiham hök mü çıxarılarkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilmədiyini, əsassız və qanunsuz olaraq onun cinayət məsuliyyətindən azad edilməsi və barəsindəki cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın ləğv edilərək ittiham hökmünün çıxarılmasını, habelə bu hökmlə Məhkum cəza təyin olunarkən cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını iddia edirlər, bununla da mübahisələndirdikləri 21 may 2024-cü il tarixli hökmün ləğv edilməsi və ya dəyişdirilməsi haqqında tələblərini CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə nəzərdə tutulmuş hallarla əlaqələndirirlər. CPM-in 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və ya cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, habelə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi İ.H.Məmiyevin birgə verdikləri kassasiya şikayətini və ona edilmiş əlavəni kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəmə si birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin h ökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instan siyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya p rosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibə tdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq və kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərindən asılı olmayaraq məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayan məhkəmə kollegiyası əvvəla qeyd edir ki, kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarına əsasən, Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək həmin ittihamda təsvir edilmiş cinayət əməllərini törətməməsini bildirsə də, onun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində əksini tapmış faktla rı müəyyən edərkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, habelə şahidlərin ifadələrinə, Məhkumlə Təqsirləndirilən şəxs arasında telefon danışıqlarının aparılması haqqında səs yazılıarına, müxtəlif istintaq hərəkətlərinin aparılmasına dair protokollara və işə əlavə edilmiş sübut əhəmiyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətlən dirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə mötəbər və qanuni nəticəyə gəlmiş və onun bu əməllərini CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətinin və ona edilmiş əlavənin məzmununa görə isə, onun müəllifləri öz müraciətlərində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmirlər və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməyərək maddi hüquq normalarının tətbiqində səhvə yol verilməsini, Məhkum cinayət məsuliyyətindən azad edilməsi və onun barəsind əki cinayət işi üzrə icraata xitam veilməsi barədə Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilərək əsassız və qanunsuz ittiham hökmünün çıxarılmasını, habelə bu hökmlə sonuncuya cəza təyin olunarkən cəzanı yüngülləşdirən bir sıra halların (kassasiya şikayətində və ona edilmiş əlavədə göstərilən) kifayət qədər nəzərə alınmadığını iddia edirlər. Odur ki, məhkəmə kollegiyası Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməsinə və bu əməllərin hüquqi tövsifinə dair məsələlərin hazırki qərarda təftişinə və müzakirəsinə ehtiyac görmür, kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərinə cavab verilməsi üçün isə işin müəyyən edilmiş faktiki hallarına, qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi zəruri bilir. Belə ki, cinayət işi üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara müəyyən edilmişdir ki, Məhkum tanışı Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2022-ci ilin aprel ayında Şahid1 qarşı dələduzluq əməllərini törədərək etibardan sui-istifadə və aldatma yolu ilə onun 14000 manat məbləğində pulunu, 2022-ci ilin iyun ayında isə təkrarən eyni qaydada Zərərçəkmiş şəxs1 14000 manat məbləğində pulunu ələ keçirmiş, hər dəfə də zərər çəkmiş şəxslərə ayrı-ayrılıqda xeyli miqdarda ziyan vurulmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum özünü bu əməlləri törətməkdə təqsirli bilməsə də, o, hələ məhkəməyədək icraat zamanı ittiham olunduğu cinayətlərdən birinin törədilməsi nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı ibtidai araşdırma orqanı vasitəsilə tam həcmdə ödəmiş və sonuncu həm bu mərhələdə, həm də işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən Məhkum qarşı heç bir şikayət və tələbinin olmamasını və onunla barışıq əldə etməsini bildirmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, həmin işə Balakən Rayon Məhkəməsində baxılarkən Məhkum "xxxx" ASC vasitəsilə yalnız Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın, yəni 14.000 manat məbləğində pulun 25% (iyirmi beş faizi) – 3500 manat miqdarında dövlət büdcəsinə ödəniş etmiş (iş materiallarına əlavə edilmiş 18 sentyabr 2023-cü il tarixli qə bzlə bu hal təsdiq edilir) və bütün bu hallara görə o, barəsindəki cinayət işinə xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət ünvanlamışdır. Həmin halları, habelə hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsini öz öhdəsinə götürməsini, bu haqda onun və Məhkum razılıq əldə etmələrini nəzərə alan birinci instansiya məhkəməsi CM-in 73-1.2-ci maddəsinin tələblərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, Məhkum zərər çəkmiş şəxslərə vurulmuş ziyanın onun üzərinə düşən payını tam həcmdə ödədiyindən, zərər çəkmiş Zərərçəkmiş şəxs2lə barışdığından və həmçinin sonuncuya vurulmuş ziyanın 25% (iyirmi beş faizi) miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cin ayət işi üzrə icraata xitam verilməlidir. Gəldiyi bu qənaətə uyğun olaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan 18 oktyabr 2023-cü il tarixli qərarı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşmamış və CM-in 73-1.2-ci maddəsinin tələblərinə və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 yanvar 2023-cü il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında törətdiyindən, zərər çəkmiş şəx slərdən birinə - Zərərçəkmiş şəxs1 dəymiş ziyan faktiki ödənilmədiyindən, sonuncu ilə barışıq əldə olunmadığından, dövlət büdcəsinə edilmiş ödəniş məhkəmə tərəfindən müəyyən edilən pay üzrə edilmədiyindən, bu paylar üzrə ödənilməli olan məbləğlər barədə razılıq yalnız təqsirləndirilən şəxslər arasında şifahi olaraq əldə edildiyindən, paylar isə cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq müəyyən olunmadığından həmin məhkəmənin gəldiyi nəticə əsassızdır. Bu əsaslandırmaya uyğun olaraq apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki 18 oktyabr 2023-cü il tarixli qərarı ləğv etmiş və hal hazırda kassasiya qaydasında mübahisələndirilən 21 may 2024-cü il t arixli hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaətlə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə iki epizod üzrə dələduzluq cinayətini törətməsi və hər epizod üzrə zərər çəkmiş şəxslərə ayrı-ayrılıqda 14.000 manat məbləğində, yəni xeyli miqdarda ziyanın vurulması işin mübahisəsiz hallarıdır və bu hallara görə onun əməlləri CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qanunun aşağıda göstərilən normalarının tələbinə və mənasına görə, şəxsin dələduzluq cinayətini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi heç də qanunda nəzərdə tutulmuş hallar olduqda onun cinayət məsuliyyətindən azad edilməsi mümkünlüyünü istisna etmir. Daha sonra kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci cümləsinə əsasən, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərər çəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. CM-in 73-1.2-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 178.2 (o, cümlədən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü-m.k.), 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 9 yanvar 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu cinayət qanunvericiliyinin yuxarıda göstərilən normalarına və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” özünün 25 iyul 2022-ci il tarixli Qərarına istinadən əvvəla vurğulamışdır ki, CM-in 73.1 və 73.2-ci maddələrinin mətninə əsasən, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərər çəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərər çəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu təhlil edilən məsələ bağlı hü quqi mövqeyini belə ifadə etmişdir ki, əvvəla Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələri müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2, 179.2, 186.2.1. 189-1.2-1, 178.3, 178.4, 179.3, 179.4-cü maddələrində göstərilən cinayətləri törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi şərtlərini təsbit edirsə, Məcəllənin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndi həmin cinayətlər iştirakçılıqla törədildiyi halda bu şərtlərin nə cür tətbiq edilməli olduğunu nəzərdə tutur. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, Cinayət Məcəlləsinin 731.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər iştirakçılıqla törədildiyi halda hər bir iştirakçı vurulmuş ziyanı və dövlət büdcəsinə ödənişi Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə uyğun olara q müəyyən edilən pay üzrə tamamilə ödəməlidir. Bu o deməkdir ki, iştirakçılıqla törədilən Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər üzrə vurulmuş ziyanın və dövlət büdcəsinə ziyanın müvafiq olaraq iyirmi beş və ya əlli faizi məbləğlərində ödənişin tamamilə ödənilməsi dedikdə, məhz hər bir iştirakçı üçün müvafiq qaydada müəyyən edilmiş payı təşkil edən məbləğin zərər çəkmiş şəxsə və dövlət büdcəsinə tamamilə ödənilməsi ehtiva olunur. Yəni paylar müəyyən edildikdən sonra cinayətin hər bir iştirakçısının üzərinə zərər çəkmiş şəxsə və dövlət büdcəsinə ödənişlərin məhz onun payına müvafiq olan hissənin edilməsi vəzifəsi düşür. Həmçinin, Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində cinayət məsuliyyətindən azad etmənin şərtləri qismində müəyyən edilmiş hallar onu göstərir ki, cinayət məsuliyyətindən azad etmə fərdi qaydada, ictimai-təhlükəli əməli törətmiş hər bir şəxsin cinayət prosesində nümayiş etdirdiyi davranışdan asılı olaraq tətbiq edilən, Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, 73-1.2 və 73-1.3-cü maddələrinə uyğun müsbət davranış göstərən (yəni müəyyən edilmiş pay üzrə ziyanı və ziyanın müvafiq faizi miqdarında dövlət büdcəsinə ödənişi etməklə zərər çəkmiş şəxslə barışıq əldə edən) təqsirləndirilən şəxsi belə davranış göstərməyən təqsirləndirilən şəxslərdən fərqləndirməyə xidmət edən güzəşt institutu kimi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 73–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi h allarda zərər çəkmiş şəxslə barışmış, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq müəyyən olunmuş pay üzrə zərər çəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, o cümlədən Cinayət Məcəlləsinin 73-1.2ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyana müvafiq müəyyən olunmuş payın iyirmi beş faizi, həmin Məcəllənin 73-1.3-cü maddəsində nəzərdə tutulmuş halda isə vurulmuş ziyana müvafiq payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qəra rı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Plenumun 11 iyun 2015-ci il tarixli Qərarının yeni redaksiyada verilmiş 40-cı bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərər çəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərər çəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir, buna qədər ödənilmiş vəsaitlər isə zərər çəkmiş şəxslə barışıq əldə olunmadığı və bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmadığı hallarda ödənişi həyata keçirmiş şəxsə qaytarılmalıdır. Dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2, 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün CM-in 73-1.1, 73-1.2, 731.3-cü maddələrində göstərilənlərdən (zərər çəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzər də tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Cinayət qanunvericiliyinin təsvir edilən tələblərindən, xüsusilə də CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən belə nəticə hasil olur ki, hətta CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq cinayət əməli iştirakçılıqla, yəni qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş şəxslər tərəfindən törədilsə belə, cinayət törətmiş şəxslərin hər birisi isə CM-in 73-1.2-ci maddəsində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə, yən i zərər çəkmiş şəxsə və ya şəxslərə vurulmuş ziyanı tam ödəyərək onunla barışıq əldə etməklə həmçinin dövlət büdcəsinə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında ödəniş etdikdə, təqsirkarlar cinayət məsuliyyətindən azad edilirlər. Məhkəmə isə bu xarakterli cinayət işlərinə baxarkən ödənilməli olan ziyanın və dövlət büdcəsinə edilməli olan ödənişin məbləğlərini cinayətin hər bir iştirakçısının cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq iştirakçıların paylarını müəyyən etməli, bu payların müəyyən edilməsi məsələsi məhkəmə tərəfindən araşdırılmış müvafiq sübutlara əsasən həll edilməli və bu paylara əsasən onların hər birisin in vurulmuş ziyanı ödəyib-ödəməməsindən, zərər çəkmiş şəxslərlə barışıb-barışmamalarından və dövlət büdcəsinə qanunla müəyyən edilmiş miqdarlarda ödəniş edib-etməmələrindən asılı olaraq onların cinayət məsuliyyətindən azad edilmələri və ya bundan imtina olunması barədə qanuni və əsaslandırılmış nəticəyə gəlməlidir. Göründüyü kimi, iştirakçılırıqla dələduzluq cinayətini törətmiş şəxslər tərəfindən ödənilməli olan ziyanın həcmi və dövlət büdcəsinə edilməli olan ödənişin miqdarı təqsirkarların öz aralarında əldə etdikləri razılığa əsasən deyil, məhz məhkəmə tərəfindən CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbləri nəzərə alınmaqla müvafiq paylar üzrə müəyyən edilməlidir. Hazırki işin hallarından isə göründüyü kimi, istər birinci instansiya məhkəməsi Məhkum CM-in 73-1.2-ci ma ddəsinə əsasən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edərkən, istərsə də apellyasiya instansiyası məhkəməsi bu qərarı ləğv edərək Məhkum haqqında ittiham hökmü çıxararkən, kassasiya müraciətlərində də göstərildiyi kimi, adı çəkilən məhkumun təqsirli bilindiyi cinayət əməllərinin törədilməsində rolunu, iştirakçılıq dərəcəsinin xarakterini, nəticə etibarı ilə isə zərər çəkmiş şəxslərə vurulmuş ziyandan onun üzərinə düşən payı özləri müəyyən etməmiş və bunlarla bağlı heç bir araşdırma aparmamışlar. Apellyasiya instansiyası məhkəməsi 21 may 2024-cü il tarixli hökmündə Məhkum barəsindəki 18 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilməsinin əsası kimi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilmiş halların, əsasən də Məhkum ödənilməli olan ziyan üzrə payının müəyyən edilməməsini göstərsə də, özü də tam hüquqlu, yəni sübutları araşdıran və maddi və prosessual hüquq normalarının tətbiqini yoxlamaq səlahiyyətində olan məhkəmə kimi CM-in 72-ci maddəsinin 2-ci bəndində göstərilən məsələlər üzrə müvafiq halların müəyyən edilməsinə təşəbbüs göstərməmiş və yalnız ehtimallar üzərində qurulmuş mülahizələrinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməsini və onun barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini mümkün bilməmişdir. O, da qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində məhkəmələrə ünvanlanmış töv siyələrə uyğun olaraq Məhkum dövlət büdcəsinə ödədiyi pul vəsaitini geri almaq hüququnu ona izah etməmiş və bu məsələyə ümumiyyətlə münasibətini bildirməmişdir. Məhkəmə kollegiyası isə hesab edir ki, Məhkum cinayət məsuliyyətindən azad edilməsinin mümkünsüzlüyü barədə nəticəyə gəlmək üçün müvafiq araşdırmanın aparılması, araşdırılmış sübutlara əsasən Məhkum zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə onun üzərinə düşən payın müəyyən edilməsi, həmin sübutlara qanuna müvafiq qaydada qiymət verilməsi və yalnız bundan sonra onun cinayət məsuliyyətindən azad edilməsinin mümkün olub-olmaması məsələsinin həll edilməsi zəruri olmuşdur. Belə olan halda isə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol veri lməsini görərək bununla bağlı kassasiya müraciətlərinin dəlilləri ilə qismən razılaşır və belə qənaətə gəlir ki, yuxarıda qeyd olunan nöqsanlara yol verilməklə çıxarılmış 21 may 2024-cü il tarixli hökm Məhkum aid hissədə qüvvədə saxlanıla bilməz və həmin hökm bu hissədə ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Yeni apellyasiya baxışı zamanı isə, yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmaqla həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat v erir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlə rin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumlikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, maddi tərkibli cinayətlər törədilməklə onlara vurulmuş ziyanın ödənilməsi üçün cinayət təqibini aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsini, bu və ya digər cinayəti törətməkdə təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilikləri sübuta yetirildikd ə baxılmış işlər üzrə ittiham hökmləri çıxarılaraq təqsirkarların barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsul iyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Bu vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət qanununun əsas institutlarından biri olan cinayət məsuliyyətindən azad etmə institutu isə CM-in 11-ci fəslində müəyyən edilmişdir. Cinay ət qanununun vəzifələrinin yerinə yetirilməsi baxımından dairəsi konkret göstərilmiş və ya müəyyən kateqoriya cinayətlər üzrə şəxsin cinayət törətdikdən sonrakı davranışına müvafiq olaraq qanunvericilikdə onun məsuliyyətdən azad edilməsi imkanı nəzərdə tutulmuşdur. CM-in 72-73-2-ci maddələrində şəxsin cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünü nəzərdə tutan və belə azadetmənin şərti kimi şəxsin cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərər çəkmişlə barışmasını və müvafiq olaraq dövlət büdcəsinə ödəniş etməsini müəyyən edən hüquqi tənzimetmə cinayət məsuliyyətinin və cəzanın diferensiallaşdırılması, onların islahedici təsirinin gücləndirilməsi, yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar o lmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi və son nəticədə şəxsiyyətin, cəmiyyət və dövlətin cinayətkar qəsdlərdən qorunması kimi konstitusiyon əhəmiyyətli məqsədlərə nail olmağa yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun həm yuxarıda istinad olunan, həm də digər Qərarlarında cinayət məsuliyyətindən azad etmənin əsasları ilə bağlı izahlar verilərək qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır. Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Mü asir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalmasıdır. Həmin institutun həyata keçirilməsinin fərqli ölkələrdə müxtəlif prosedurlarının olmasına baxmayaraq, hüquqi mahiyyəti hər yerdə eyni qalır – prosessual qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinə edilmiş əlavənin dəlillərinə (Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair) və bu dəlillər üzrə irəli sürülmüş tələbə münasibət bildirərək vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin 21 may 2024-cü il tarixli hökmünün Məhkum aid hissədə ləğv edilməsinin və cinayət işi üzrə yuxarıda qeyd olunmuş məsələlərin düzgün həll edilməsi üçün əlavə araşdırmanın aparılmasının zəruriliyi halında məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddindən artıq ağır olub-olmamasının müzakirə edilməsinə əsas görmür. Eyni əsaslarla məhkəmə kollegiyası həmçinin Məhkum barəsindəki ittiham hökmünün ləğv edilərək onun cinayət məsuliyyətindən azad edilməsi və cinayət işinin icraatına ona aid hissədə xitam verilməsi barədə qərarın qəbul edilməsini, bununla da hər iki məsələ üzrə kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsini də mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərini iş materialları və bu iş üzrə qəbul edilmiş yekun m əhkəmə aktları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və həmin kassasiya müraciətlərinin təmin edilməsi haqqında Məhkum və onun müdafiəçisi İ.H.Məmiyevin, kassasiya şikayətinin ona edilmiş əlavə ilə birlikdə təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli hökmü Məhkum CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməli və cinayət işin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələb lərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər m üddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilsin. Şəkil Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə ləğv edilsin və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-2137/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2137/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver