Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2138/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) X-nin nümayəndəsi Sadıxzadə Ramin Mustaqim oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-31/2024 nömrəli, 18 aprel 2024-cü il ta rixli qərarından Məhkum tərəfindən, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Xnin direktor müavini Anar Hüseynov və nümayəndəsi Sadıxzadə Ramin Mustaqim oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX tarixdə Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, X1 qeydiyyatda olmaqla yaşamışdır. 2. 26 dekabr 2022-ci il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 179.2.3 və 179.2.4cü maddələri təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür. 3. 10 yanvar 2023-cü il tarixdə Balakən Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 13.04.2020-ci il tarixdən 28.07.2022-ci il tarixədək X-nin (həmin dövrdə QSC-nin) satıcı anbardarı vəzifəsində işləyərkən maddi məsul şəxs olduğu halda, ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını qəsdən, əvəzsiz və qanunsuz olaraq, tamah motivi ilə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə talamaq məqsədi ilə cəmiyyətlə aralarında bağlanmış 13 aprel 2020-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən inzibati idarə heyəti tərəfindən ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, görüləcə k işləri layiqincə yerinə yetirmək, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəssisə, idarə və təşkilatın rəhbərliyinə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə vaxtlı- vaxtında məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona həvalə edilmiş maddi dəyərlilərin inventarizasiyasında iştirak etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi özünə məxsus olan Balakən rayonu Qazma kəndində yerləşən satış nöqtəsinə 15.04.2020-ci il tarixli, AT00-001060 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 2500 kq Ammofos/Apatit/Phosagro,5400 kq Nitroammofos/Minudobreniya, 20000 kq Ammonium Nitrat/Rustavi Azot və 2100 kq Nitroammofos/Dorogobuj, 16.04.2020-ci il tarixli,AT00-001089 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Nitroammofos/ Minudobreniya, 20.04.2020-ci il tarixli, AT00- 001205 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Ammonium Nitrat/Rustavi Azot, 22.04.2020-ci il tarixli, AT00-001302 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Nitroammofos/Minudobreniya, 22.04.2020-ci il tarixli, AT00-001305 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 2500 kq Ammofos/Apatit/Phosagro, 22.04.2020-ci il tarixli, AT00-001378 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32100 kq Ammonium Nitrat/Minudobreniya, 24.04.2020-ci il tarixli, AT00001434 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 200 00 kq Ammonium Nitrat/Rustavi Azot, 25.04.2020-ci il tarixli, AT00- 001531 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 31750 kq Ammonium Nitrat/Minudobreniya,25.04.2020-ci il tarixli, AT00-001703 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32000 kq Ammonium Nitrat/ Minudobreniya, 28.08.2020-ci il tarixli, AT00- 003458 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 10 kq Qarışıq Çəmənotu Toxumu PG 9A, 100 kq Yonca Toxumu Plato və 10 kq Yoncalı Otlaq Toxumu PGFU 8, 01.09.2020-ci il tarixli, AT00-003659 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 5000 kq Buğda, 12.01.2021-ci il tarixli, AT00-000196 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 30000 kq Ammonium Nitrat/Evroxim, 15.04.2021-ci il tarixli, AT00-003331 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 19000 kq Nitroammofos/ Dorogobuj və 16.04.2021-ci il tarixli, AT00- 003371 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 9300 kq Nitroammofos/Minudobreniya və 10350 kq Nitroammofos/Dorogobuj və şifahi razılaşma əsasında 300 manata icarəyə götürərək özünün idarə etdiyi arvadı XX adına olan Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən satış nöqtəsinə 25.04.2020-ci il tarixli, AT00- 001529 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32000 kq Ammonium Nitrat/Minudobreniya, 25.04.2020-ci il tarixli, AT00-001524 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32000 kq Ammonium Nitrat/Minudobreniya, 25.04.2020-ci il tarixli, AT00- 001532 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 32050 kq Ammonium Nitrat/Minudobreniya 30.04.2020-ci il tarixli, AT00-001662 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 10000 kq A mmonium Nitrat/Rustavi Azot,7500 kq Nitroammofos/Dorogobuj və 2500 kq Ammofos/ Apatit/ Phosagro, 01.05.2020-ci il tarixli, AT00-001702 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Nitroammofos/ Minudobreniya, 07.05.2020-ci il tarixli, AT00-001981 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 5000 kq Ammofos/ Apatit/ Phosagro və 2500 kq Nitroammofos/Minudobreniya, 07.05.2020-ci il tarixli, AT00- 001977 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 20000 kq Ammonium Nitrat/Rustavi Azot, 01.09.2020-ci il tarixli, AT00-003656 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 4000 kq Buğda, 09.09.2020-ci il tarixli, AT00-004361 nömrəli təhviltəslim aktı ilə təhvil verilmiş 4950 kq Arpa Toxumu Xutorok R1, 25.11.2020-ci il tarixli, AT00006282 nömrəli təhviltəslim aktı ilə təhvil verilmi ş 3000 kq Nitroammofos/ Minudobreniya, 2025 kq Arpa Toxumu Xutorok Elit və 5000 kq Ammofos/Evroxim, 02.12.2020-ci il tarixli, AT00-006421 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 5000 kq Karbamid Marka B və 09.01.2021-ci il tarixli, AT00-000087 nömrəli təhvil-təslim aktı ilə təhvil verilmiş 30000 kq Ammonium Nitrat/Evroxim olmaqla ümumilikdə 313026,525 manat (təhvil verildiyi vaxtki qiymətlərinə uyğun olaraq 311680,32 manat) məbləğindəki yuxarıda qeyd olunan malların 26.10.2021- ci il tarixli, AT00-000848 nömrəli təhvil-təslim aktı ilə 18000 kq 9900 manatlıq hissəsini cəmiyyətin digər işçisinə təhvil verib yerdə qalan 303126,525 manatlıq malın 281265,8 manatlıq hissəsini sataraq əldə etdiyi vəsaitin hamısını cəmiyyətin bank hesablarına ödəməli olduğu halda, həmin vəsaitin 23573,155 m anatını cəmiyyətin bank hesablarına ödəməyərək, həmçinin özünə məxsus olan satış nöqtəsində, eləcə də, arvadının adına olan satış nöqtəsində maddi məsuliyyətində satış qiymətlərinə uyğun olaraq qalmalı olan müvafiq olaraq 9235 manat və 12625,725 manat olmaqla cəmi 21860,725 manat dəyərindəki malın 10257,275 manatlıq hissəsini 2022-ci ilin yanvar ayından etibarən cəmiyyətə məlumat vermədən sataraq əldə etdiyi pulları cəmiyyətin bank hesablarına ödəməyib ələ keçirərək, qalan 11603,45 manatlıq malı isə arvadının adına olan satış nöqtəsinə yığıb saxlamaqla cəmiyyətə qaytarmayaraq özgə əmlakını, yəni X-yə məxsus məhsulların satışından əldə edib bank hesabına köçürməli olduğu 33830,43 manat məbləğində pulu və icarəyə götürdüyü satış nöqtəsində saxlayıb qaytarmadığı 11603,45 manat dəyərində mal ları mülkiyyətinə keçirməklə ona etibar edilmiş ümumilikdə 45433,88 (qırx beş min dörd yüz otuz üç manat səksən səkkiz qəpik) manat məbləğindəki əmlakı qəsdən, əvəzsiz və qanunsuz olaraq, tamah motivi ilə vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurub mənimsəməklə talamışdır.
5. Balakən Rayon Məhkəməsinin 1(019)-34/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzufə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçək mə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanması, mülki iddianın təmin edilərək 25304,44 manat maddi ziyana görə, 500 manat məbləğində sərbəst auditor xidmətləri xərclərinə görə və 166 məbləğində ödənmiş dövlət rüsumuna görə olmaqla, cəmi 25970,44 manat pul vəsaitinin ondan tutulub zərərçəkmiş hüquqi şəxs X-nin xeyrinə ödənilməsi hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərifov Samir Cuma oğlu apellyasiya şikayətləri verib hökmün ləğv edilməsini və təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə Məhkuma bəraət verilməsini xahiş etmişlər.
7. Həmin hökmdən zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı X də apellyasiya şikayəti verib hök mün dəyişdirilməsi, Məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasının yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-31/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 1(019)-34/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun, eləcə də zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) X-nin nümayəndələrinin birgə təqdim etdiyi kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, onun təqsirliliyi maliyyə qaydalarının pozulması ilə tərtib edilmiş natamam auditor hesabatı və məhdud məlumatlar əsasında və hərtərəfli olaraq əsaslandırılmamış qaydada hazırlanmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 9/8225 nömrəli ekspert rəyi əsasında müəyyən edilmişdir. Hesab edir ki, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılmaqla yenidən audit yoxlaması aparılmalı və yalnız bundan sonra məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. O, X-yə məxsus heç bir əmlakı mənimsəməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-31/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) X-nin nümayəndələri birgə verdikləri kassasiya şikayətində qeyd etmişlər ki, məhkəmələr Məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və onun şəxsiyyətini nəzərə almamaqla, ona açıqaydın yüngül cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-nin 8, 41-ci maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələri nəzərə almamışlar. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-31/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarının qismən ləğv edilməsi, Məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsi üçün işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
12. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) X-nin tərəfindən verilmiş kassasiya şikayətində həmçinin məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət -hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum kassasiya şikayətində təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi tə sbit olunmuş halla əlaqələndirmişdir.
18. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) X-nin nümayəndələri birgə verdikləri kassasiya şikayətində Məhkuma təyin edilən cəzanın yüngül olduğu iddia etməklə kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişlər.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-31/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarını yoxlayıb, ara şdırmanın nəticəsi olaraq ilk növbədə məhkumun kassasiya şikayətinə münasibətin bildirilməsini zəruri hesab edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gə lmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqin ə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkumun təqsirliliyinin sübuta yetirilmədiyinə dai r dəlillərini əsassız hesab edir.
25. Belə ki, məhkumun özünün, müdafiəçisinin, eləcə də zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkum edilmiş şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsiri zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidləri n ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, auditor hesabatı, cədvəl məlumatları, borc qalığına dair qarşılıqlı üzləşdirmə aktları, hesabdan çıxarış, məhkəmə- mühasibatlıq ekspertizasının rəyi, təhvil-təslim aktı və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edər ək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə verdiyi qərarı apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
28. Məhkuma təyin edilən cəzanın yüngül olması ilə bağlı zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndələri tərəfindən birgə verilmiş kassasiya şikayətinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edi lməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələ rinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə d air” 14 noyabr 2011-ci il tarixli qərarları).
30. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
31. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
32. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəm ənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
33. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
34. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
35. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cina yət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
36. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.
37. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instans iyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
38. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngü l hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
39. Kassasiya müraciətində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkuma təyin olunmuş cəzanın yüngül olması haqqında nət icə çıxarmaq üçün əsas vermir.
40. Belə ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
41. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində vurulmuş 45433,88 manat maddi ziyanın qismən – 20000 manat hissəsinin ödənilməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah edilməsinin mümkün olduğunu hesab edib, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə ilə bağlı olmayan 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bununla da cinayət qanunlarında müəyyən edilmiş məqsədlərə xidmət edən və Azərbaycan Respublikası CMnin 8, 41.2, 58.3-cü maddələrində göstərilən tələblərə uyğun olan cəza növünü və müddətini seçmişlər.
42. Məhkəmə kollegiyası cəza təyin edilməsinə aid məhkəmələrin mövqeyi ilə razılaşır və h esab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə və mövcud məhkəmə təcrübəsinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
43. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
44. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
45. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
46. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hes ab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-31/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) X-nin direktor müavini Anar Hüseynov və nümayəndə Sadıxzadə Ramin Mustaqim oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-31/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.