Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2139/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədəli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1982-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.3.2ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 1 iyun 2021-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədə n saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum naməlum tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikası (bundan sonra – İİR) vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli şəkildə təmiz çəkisi 152,29 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - təmiz çəkisi 18140 qram narkotik vasitə heroin, külli miqdarda - təmiz çəkisi 740 qram narkotik vasitə tiryək, külli miqdarda - tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 10,4 qram təşkil edən 260 ədəd həblər və külli miqdarda təmiz çəkisi 265 qram psixotrop maddə metamfetamini İİR-dan Azərbaycan Respublikası ərazis inə qaçaqmalçılıq yolu ilə keçirilməsinə, həmin narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “Məhəmməd” adlı şəxs və qeyriləri İİR-dan Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddəni keçirdikdən sonra təmiz çəkisi 152,129 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda - təmiz çəkisi 18140 qram narkotik vasitə heroin, külli miqdarda - təmiz çəkisi 740 qram narkotik vasitə tiryək, külli miqdarda - tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 10,4 qram təşkil edən 260 ədəd həblər və külli miqdarda - təmiz çəkisi 265 qram psixotrop mad də metamfetamini Astara şəhərinin girişində yolun kənarında gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə etməklə həmin narkotik vasitə qurudulmuş marixuanadan 2,129 qram çəkidə ayırıb götürməklə doqquz ədəd siqaret formasında düzəldilmiş papiroslara bölüb qablaşdırmaqla üzərində saxlamış, narkotik vasitə qurudulmuş marixuananın yerdə qalan hissəsini isə narkotik vasitə heroin, tiryək, metadon həbləri və psixotrop maddə metamfetaminlə birlikdə qara rəngli idman çantasının içərisində olmaqla kirayə tutduğu Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 59 ünvanında yerləşən 139 saylı mənzilə qanunsuz daşıyıb gizlətməklə saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarən in əməkdaşları tərəfindən 01 iyun 2021-ci il tarixdə saat 13:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 14:50-dən etibarən Məhkum üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində doqquz ədəd siqaret formasında düzəldilmiş papiroslarda təmiz çəkisi 2,129 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 iyun 2021-ci il tarixdə saat 16:05-dən etibarən kirayə tutduğu ünvan 2 ünvanına özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman yataq otağındakı çarpayının alt hissəsindən qara rəngli idman çantasının içərisində on səkkiz ədəd büküm lərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 995 qram, 955 qram, 940 qram, 600 qram, 970 qram, 990 qram, 980 qram, 940 qram, 980 qram, 2290 qram, 1170 qram, 1150 qram, 720 qram, 1120 qram, 990 qram, 710 qram, 820 qram, 820 qram, ümumi təmiz çəkisi 18140 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 740 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd bükümdə 150 qram çəkidə üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 25 qram və 240 qram, ümumi təmiz çəkisi 265 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 26 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda ümumi sayı 260 ədəd qəhvəyi rəngli, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 10,4 qram təşkil edən eyni tərkibli dərman həbləri və səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və CM-in 32.5, 206.3.2 və 234.4.1-ci maddələrlə verilmiş ittiham üzrə barəsində olan cinayət təqibinə xitam verilməsi və cəzanın yüngülləşdrilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, ibt idai və məhkəmə istintaqı zamanı onun əməllərində narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında satışı və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi faktı sübuta yetirilməsə də, barəsində ittiham hökmü çıxarılmışdır. Ona qabaqcadan əlbir olan bir qrup şəxs tövsifedici əlaməti ilə ittiham elan edilsə də, ittiham tərəfi əlbir olduğu şəxsin dəqiq anket məlumatlarını müəyyən etməmiş,həmin şəxsin ifadəsi alınmamış, aralarındakı razılaşmanın hansı formada olması müəyyənləşdirilməmişdir. Qaçaqmalçılıq cinayətinin həqiqətən baş verib-vermədiyi, baş verdiyi halda hansı tarixdə, kimlər tərəfindən, hansı ərazidə, hansı şəraitdə törədildiyi müəyyən olmadığı halda bu ittihamın verilməsi kifayət qədər qanunsuz və əsassızdır. Bu cinayətin törədilmə üsulları maddənin d ispozisiyasında göstərilsə də, ittihamda formal olaraq sadalanmış, cinayətin hansı formada törədilməsinə aydınlıq gətirilməmişdir. Bundan başqa, narkotik vasitələrin aşkar olunması və götürülməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və videogörüntüdən də göründüyü kimi təhqiqatçı tərəfindən çıxardılmış skoçla narkotik vasitələrin bağlandığı skoç eynidir. Həmçinin təhqiqatçının çıxardığı skoçun həcmində azalma müşahidə olunur. Qeyd olunan məqam narkotik vasitələrə baxış keçirilməmişdən əvvəl müdaxilənin olduğunu, açılaraq həmin «skoç»la bağlandığını və nəticədə də, təbii olaraq «skoç»un həcminin azaldığını göstərir. Məhkum də, mövqeyinə əsasən onun evində narkotik vasitə olmamış, ondan əvvəl evdə kimsə olmuş və narkotik vasitələr oraya qoyulmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegi yası kassasiya şikayətinin və əlavələrin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin və əlavələrin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni q üvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və əlavələrdə CM-in 206.3.2 və 234.4.1-ci maddələrlə verilmiş ittiham üzrə ona bəraət verilməsi, əməlinin CM-in 234.4.3cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası daxilində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Fa ktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhd udlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-o byektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında fak tları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək Məhkum əməlini Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid2 və Şahid1 ifadələri, cinayət işinin materiallarında olan 16 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolu,1 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, 1 iyun 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokol, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 2 iyun 2021-cİ il tarixli 7/514-6/2214 nömrəli rəyi, ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının 1 noyabr 2021-ci il tarixli 4227 nömrəli rəyi, 30 iyul 2021-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokol, 22 iyun 2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, 17 noyabr 2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokol, 13 oktyabr 2021-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokol, 12 iyul 2021-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokol, 3 iyul 2021-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokol, Məhkum DİN-in İAMAS-dan götürülmüş MAPS-uçot xəritəsinə baxış keçirilməsi haqqında 11 noyabr 2021-ci il tarixli protokol, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçü n yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəti cə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində Azərbaycan Respublikası CMin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələr ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Həmçinin, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmç inin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətiknə əlavələrin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və əlavələrin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və əlavələrdə onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və əlavələr təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci ma ddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2139/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2139/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver