Məhkəmə qərarları › İş №1(102)-2139/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2139/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2139/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Bəhruz Cəbbarlı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin 1(075)-23/2024 nömrəli, 14 mart 2024-cü il tarixli (sədrlik edən hakim: X4) hökmü ilə xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 21 sentyabr 2024- cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınaraq Şəki ŞRPŞ-də saxlanılan, 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, AKMS modelli, “Kalaşnikov” konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı odlu döyüş silahı, 26 ədəd patron (7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronlar) və 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq Cinayət Məcəlləsinin 99-1.1- ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının D axili İşlər Nazirliyinə təhvil verilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-275/2024 saylı, 20 may 2024-cü il tarixli (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə) qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(075)-23/2024 saylı hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum tərəfində n kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İşin halları: Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62 mm kalibrli Kalaşnikov konstraksiyalı AKMS modelli, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş avtomat silahı, odlu silahın komplekt hissəsi hesab edilən bir ədəd “Kalaşnikov” konustruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavodu üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı avtomat darağı, döyüş sursatı hesab edilən zavod üs ulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı vəziyyətdə olan 29 ədəd patronları əldə edib, daşıyıb üstündə gəzdirməklə saxlamış, 21 sentyabr 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbirləri nəticəsində o, həmin gün saat 22:30 radələrində Şəki şəhəri, Qazı Məmmədli küçəsində saxlanılaraq Şəki şəhəri, X8 prospekti, 1 saylı ünvanda yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib orada şübhəli şəxs qismində tutularaq 22 sentyabr 2023-cü il tarixdə saat 00:50 dəqiqədən etibarən video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış ke çirilən zaman əlindəki yol çantasının içərisində saxladığı həmin odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,62 mm kalibrli Kalaşnikov konustraksiyalı AKMS modelli, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş avtomat silahı, odlu silahın komplekt hissəsi hesab edilən bir ədəd “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və istifadəyə yararlı avtomat darağı, döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəz ərdə tutulmuş atəşə yararlı vəziyyətdə olan 29 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, Məhkum törətdiyi cinayət əməlinin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlik hesab olunur, həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum 01 ədəd odlu yivli silah hesab edilən, 7,62 mm kalibrli Kalaşnikov konustraksiyalı AKMS modelli avtomat silahı, odlu silahın komplekt hissəsəsi hesab edilən, bir ədəd avtomat darağı və döyüş sursatı hesab edilən 29 ədəd patronlarını qanunsuz olaraq əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmiş və başa çatdırmışdır. Şərh olunanlardan da aydın olur ki, məhkəmə təqs irləndirilən şəxs Məhkum aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Belə ki, Məhkum təqsirli bilindiyi CM-nin 228.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası üç ilədək müddətdə müəyyən edilmişdir. Qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayəti törətmiş şəxsə bir il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi açıq- aydın yüngül olmaqla ədalətsizdir. Cinayətkarlığa qarşı mübarizənin prioritet istiqamətlərindən bi ri də qanunsuz olaraq əldə edilmiş silah və sursatların müəyyən edilməsi və bu qəbildən olan cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsidir. Odlu silahlardan və döyüş sursatlarından istifadə edilməklə yeni - daha ağır cinayətlərin törədilməsi, onların ayrı-ayrı cinayətkar qrupların əlinə keçməsi ehtimalı nəzərə alınmaqla bu qəbildən olan cinayətlər törətmiş şəxslərə təyin edilən cəza həm də çəkindirmə xarakteri daşımalı, yəni digər şəxsləri belə cinayətlər törətməkdən çəkindirməlidir. Məhkəmə Məhkum cəza təyin edərkən onun şəxsiyyətini nəzərə almamışdır. Belə ki, iş materiallarından görünür ki, Məhkum Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci İl tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına m əhkum edilmiş, cəzasının çəkib qurtardıqdan qısa müddət sonra hazırkı qəsdən az ağır cinayət əməlini törətmişdir. Bununla da təsdiq olunur ki, Məhkum islah olunmamış və onda kriminal qətiyyət formalaşmışdır. Odur ki, məhkəmənin təyin etdiyi aşağı həddə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunması üçün yetərli deyildir. Şərh olunanlardan da aydın olur ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə cinayət törədilməsinin qarşısının alınmasına xidmət etməyəcək cəza təyin etmişdir. Dövlət ittihamçısı Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddələri ilə m əhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya proteti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həll i qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydası nda ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı maddəslərində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddlərin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Ci nayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsi nə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictima i təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənf i münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən səhvə yol verməmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, o cümlədən təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirin i nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CMnin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyini barədə qərarla razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qey d olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah ed ilməlidir. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 408, 409, 410, 412 və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində cəzanın artırılması ilə bağlı irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız old uğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-275/2024 saylı 20 may 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar