Məhkəmə qərarları › İş №1(102)-214/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-214/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-214/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 4-də yaşamış və hal hazı rda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “A.İ.M.” Vəkil Bürosunun vəkili Talıbov Telman Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünə əsasən (hakimlər: M.M.Ağalarov (sədrlik edən), Ə.M.Abbasov və E.Ə.Mikayılov) Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 1 il 7 a y 24 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 6 il 4 ay 6 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlamaqla, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq 2 il sınaq müddəti müəyyən edilməklə onun üzərində saxlanılan cəza şərti tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü Məhkum barəsində dəyişdirilməklə, hökmdən CM-nin 70-ci maddəsinin tətbiqi və bununla bağlı göstərişlər xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 6 il 6 gününü ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun həmin cəzanın çəkməsinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilmiş və Məhkum 35050 ABŞ dolları tutularaq ödəniş gününə Azərbaycan Manatının ABŞ dollarına olan məzənnəsi ilə zərərçəkmiş şəxsə ödənilməsi barədə qərar qəbul edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmündə X5 azərbaycan manatı məzənnəsi ilə 30.684 manat 5 qəpik məbləğində 35.000 ABŞ dolları, X11 azərbaycan manat məzənnəsi ilə 36.506 manat 4 qəpik məbləğində 42.000 ABŞ dolları, X9 azərbaycan manatı məzənnəsi ilə 11 055 manat 2 qəpik məbləğində 13.000 ABŞ dolları, X14 azərbaycan manatı məzənnəsi ilə 16.074 manat məbəğində 20.000 ABŞ dolları və X6 35.000 manat məbləğində “külli miqdarda ziyan vurmaqla” tövsifedici əlamətləri “xeyli miqdarda ziyan vurmaqla” tövsifedici əlamətləri ilə əvəz edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə birgə iş qurub, gəlir ələ edəcəklərini yalandan vəd edib aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq xx.xx.2006-cı il tarixdə ünvan 1 ünvanın qarşısında Azərbaycan manatı məzənnəsi ilə 24.896, 72 qəpik məbləğində 28.250 ABŞ dollarını, xx.xx.2006-cı ildə Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospekti 2D-nin qa rşısında Azərbaycan manatı məzənnəsi ilə 13.551 manat 19 qəpik məbləğində 15.450 ABŞ dollarını, xx.xx.2006-cı ildə Bakı şəhəri Binəqədi rayonu, Z.Bünyadov prospekti 78 nömrəli ünvanın qarşısında Azərbaycan manatı məzənnəsi ilə 23.038 manat 08 qəpik məbləğində 26.300 ABŞ dollarını, xx xxxxxx 2006-cı ildə ünvan 3 ünvanın qarşısında Azərbaycan manatı məzənnəsi ilə 19.331 manat 4 qəpik məbləğində 22.000 ABŞ dollarını, təkrarən 2007-ci ilin mart ayının 4-də ünvan 3 ünvanın qarşısında Azərbaycan manatı məzənnəsi ilə 3.821 manat 4 qəpik məbləğində 4.400 ABŞ dollarını, cəmi Azərbaycan manatı məzənnəsi ilə 84.639 manat 5 qəpik məbləğində 96.400 ABŞ dolları pulunu ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan su i-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X16 ilə birgə iş qurub gəlir əldə edəcəklərini yalandan vəd verib aldadaraq, etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq ünvan 4 ünvanın qarşısında xx.xx.2006-cı il tarixdə Azərbaycan manatı məzənnəsi ilə 24.547 manat 6 qəpik məbləğində 28.000 ABŞ dollarını, xx.xx.2006-cı il tarixdə Azərbaycan manatı məzənnəsi ilə 6.136 manat 9 qəpik məbləğində 7.000 ABŞ dollarını, cəmi Azərbaycan manatı məzənnəsi ilə 30.684 manat 5 qəpik məbləğində 35.000 ABŞ dolları pulunu ələ keçirib zərər çəkmiş şəxs X külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X10 xarici ölkədən ucuz qiymətə "BMW X5" markalı avtom obil gətirmək adı ilə yalan vəd verib etibarından sui-istifadə edib aldadaraq 2007-ci ilin fevral ayının 22-də Bakı şəhəri ünvan 5 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 36.506 manat 4 qəpik məbləğində 42.000 ABŞ dolları pulunu ələ keçirib zərərçəkmiş şəxs Ə.Q.İsmayılova külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X4 etibarından sui-istifadə edərək yalandan vəd edib aldadaraq, 2007-ci ilin oktyabr ayının 15-də Bakı şəhəri ünvan 6 ünvanda ona məxsus olan "Opel Astra" markalı ** ZU *** dövlət nömrə nişanlı avtomobili baha qiymətə satıb pulunu verəcəyi adı ilə həmin avtomobili ələ keçirib, Azərbaycan manatı məzənnəsi ilə 11 055 manat 2 qəpik məbləğində 1 3.000 ABŞ dollarına sataraq, həmin məbləğdə pulu ələ keçirib zərər çəkmiş şəxs X külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X12 xarici ölkədən ucuz qiymətə " BMW X6" markalı avtomobil gətirmək adı ilə aldadaraq xx xxxxxxxx 2010-cu ildə ünvan 7 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 16 074 manat məbləğində 20000 ABŞ dollarını ələ keçirib zərər çəkmiş şəxs X2a külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X7 xarici ölkədən avtomobil gətirəcəyinə yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib vahid niyyətl ə əhatə olunan qəsdlə davamlı olaraq 2013-cü ilin may ayının 20-də ünvan 8 ünvanda yerləşən maşın bazarının qarşısında onun üçün "Toyota Land Cruiser" markalı avtomobil gətirmək adı ilə aldadaraq Azərbaycan manatı məzənnəsi ilə 31.388 manat məbləğində 40.000 ABŞ dolları pulunu, bundan başqa 2013-cü ilin avqust ayının 17-də Nərimanov rayonu ərazisində yerləşən "Atabank"ın Xəzər filialında onun üçün "Toyota Land Cruiser" markalı avtomobil almaq adı ilə aldadaraq həmin "Toyota Land Cruiser" markalı avtomobili banka qoyaraq Azərbaycan manatı məzənnəsi ilə 47. 070 manat məbləğində 60.000 ABŞ dolları pulunu almış, bundan başqa Məhkum onun üçün ağ rəngli "Lexus 570" markalı avtomobil gətirmək adı ilə aldadaraq xx.xx.2013-cü ildə ünvan 9 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 9.411 manat 6 qəpik məbləğində 12.000 ABŞ dolları pulunu, bundan başqa həmin "Lexus 570" markalı avtomobilə dövlət nömrə nişanı almaq üçün xx.xx.2013-cü ildə ünvan 10 ünvanda aldadaraq Azərbaycan manatı məzənnəsi ilə 941.1 qəpik məbləğində 1200 ABŞ dollar pulunu, bundan başqa Məhkum xx.xx.2013-cü ildə x1i aldadaraq ünvan 9 ünvanın qarşısında xarici ölkədən gələn avtomobili gömrükdən keçirmək adı ilə aldadaraq Azərbaycan manatı məzənnəsi ilə 5.961 manat 4 qəpik məbləğində 7.600 ABŞ dolları pulunu, bundan başqa 2013-cü ilin oktyabr ayının 20-də ünvan 11 ünvanında yerləşən "Atabank"a pul keçirərək ona kreditlə avtomobil almaq adı ilə Azərbaycan manatı məzənnəsi ilə 7.843 manat məbləğində 10.000 ABŞ dolları pulunu, bundan başqa 2013cü ilin dekabr ayının 22-də ünvan 12 ünvanın qarşısında onun üçün 2014-cü il burax ılışlı "Lexus-570" markalı avtomobil gətirmək adı ilə aldadaraq Azərbaycan manatı məzənnəsi ilə 34 008 manat məbləğində 43350 ABŞ dolları pulunu, bundan başqa Məhkum x1i aldadaraq xx.xx.2014-cü ildə ünvan 9 ünvanın qarşısında Beynəlxalq Universitetdən diplomunu almaq və onu gömrükdə işə düzəltmək adı ilə Azərbaycan manatı məzənnəsi ilə 11.764 manat 5 qəpik məbləğində 15.000 ABŞ dolları pulunu, bundan başqa Məhkum xx.xx.2014-cü ildə x1i aldadaraq "Lexus 570" markalı avtomobilin qalan pulunu Nərimanov rayonu ərazisində yerləşən metronun ünvan 13 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 70.330 manat 4 qəpik məbləğində 89.650 ABŞ dolları pulunu, bundan başqa Məhkum xx xxx 2014-cü ildə "Lexus-250" markalı avtomobili almaq adı ilə aldadaraq ünvan 14 ünvanda x1in Azərbaycan manatı məzənnəsi ilə 10.197 manat 2 qəpik məbləğində 13.000 ABŞ dolları pulunu, bundan başqa Məhkum x1i aldadaraq xx.xx.2014-cü il tarixdə ünvan 15 ünvanda gömrükdən maşın keçirmək adı ilə Azərbaycan manatı məzənnəsi ilə 25.881 manat 9 qəpik məbləğində 33000 ABŞ dollar pulunu, bundan başqa x3 x1i aldadaraq xx.xx.2014-cü il tarixdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən mənzilini təmir etmək adı ilə ünvan 14 ünvanda onun Azərbaycan manatı məzənnəsi ilə 27.454 manat məbləğində 35.000 ABŞ dolları pulunu, bundan başqa Məhkum x1i xx.xx.2014-cü il tarixdə ünvan 16 ünvanın qarşısında aldadaraq onun üçün "Mersedes S klass" markalı avtomobil gətirmək adı ilə Azərbaycan manatı məzənnəsi ilə 36.862 manat 1 qəpik məbləğində 47.000 ABŞ dolları pulunu, bundan başqa Məhkum x1i aldadaraq ünvan 17 ünvanın qarşısında x xx xxxx 2014-cü ildə xalası oğlu X8 polisə işə düzəltmək adı ilə 10.000 manat pulunu ələ keçirərək, ümumilikdə, Azərbaycan manatı məzənnəsi ilə 329. 113 manat 6 qəpik məbləğində 406.800 ABŞ dollarını və 10.000 manat pulunu ələ keçirərək zərər çəkmiş şəxs X2ə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X3 qazanc ələ edərək ona xeyir verəcəyini vəd verib aldadaraq xx xxx 2014-cü ildə ünvan 18 ünvanda Dubay şəhərindən Bakı şəhərinə gətirilmiş minik avtomobillərinin gömrük nəzarətindən keçirilməsi adı ilə 35.000 manat pulunu ələ keçirərək zərər çəkmiş şəxs X2ə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən, tamah niyyəti ilə özg ənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X2 xarici ölkədən ucuz qiymətə "Mersedes S" klass markalı avtomobil gətirmək adı ilə yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq xx.xx.2014-cü ildə ünvan 20 ünvanda 33.000 manat pulunu, xx.xx.2014-cü ildə ünvan 20 ünvanda 23.000 manat pulunu, xx.xx.2014-cü ildə ünvan 21 ünvanda 20.000 manat pulunu, xx.xx.2014-cü ildə ünvan 20 ünvanda 24.000 manat pulunu, cəmi 100.000 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs x1ə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirtmək məqsədi ilə X18 xarici ölkədən ucuz qiymətə "Mersedes S 400" m arkalı avtomobil gətirmək adı ilə yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq xx.xx.2015-ci ildə ünvan 20 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 40.788 manat 8 qəpik məbləğində 52.000 ABŞ dollarını, xx.xx.2015-ci ildə ünvan 20 ünvanda Azərbaycan manatı məzənnəsi ilə 20.002 manat 2 qəpik məbləğində 25.500 ABŞ dollarını, xx.xx.2015ci ildə ünvan 22 ünvanda azərbaycan manatı məzənnəsi ilə 2980 manat 7 qəpik məbləğində 3.800 ABŞ dollarını, cəmi Azərbaycan manatı məzənnəsi ilə 6.771 manat 7 qəpik məbləğində 81.300 ABŞ dolları pulunu ələ keçirib zərər çəkmiş şəxs X2yə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəç isi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi və CM-nin 70-ci maddəsi tətbiq olunmaqla X13 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr onun əməli nəticəsində dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını (bir nəfər zərərçəkmiş şəxsdən başqa,hansı ki,həmin şəxsə qarşı da ittihamda göstərilən ziyan tam ödənilmişdir), ailə vəziyyətini, himayəsində 2 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olması, yaşayış yerindən müsbət xarakterizə olunması, ilk dəfə məhkum olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə almayaraq sərt cəza təyin etməklə ədalətsiz qərar qəbul etmişlər. Müdafiəçi həmçinin qeyd edir ki,apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən cinayət qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən CM-nin 178.3.2-ci maddəsinin sanksiyasının yüngülləşirilməsi, təqsirləndirilən şəxsə elan edilmiş ittiham epizodlarından bir çoxunun “külli miqdar”dan “xeyli miqdar”la əvəz olunması kimi halları da nəzərə almamışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəl i şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar