Məhkəmə qərarları › İş №1(102)-214/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-214/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-214/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum və onun müdafiəçisi Canıyev Nizami Xudaqulu oğlunun iştirakları ilə, Lənkəran Rayon Məhkəməsin in xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 308.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum və onun müdafiəçisi N.X.Canıyev tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Ələkbərov Əliəjdər Məlik oğlu) Məhkum, xx xxxxxx 1961-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1-də qeydiyyatda olan vünvan 2-də yaşayan, CM-nin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə üzərində qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlar ında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş əsas cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən, yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ictimai qaydaya əməl etmək vəzifələri qoyulmuşdur. İşin halları: Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkuma CM-nin 246 (dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifədən sui-istifadə etmə) maddələri itt iham elan olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin hazırlıq iclasının xx xxxx 2019-cu il tarixli qərarı ilə Məhkum CM-nin 246-cı maddəsi ilə təqsirləndirilməsinə dair hissədə onun barəsindəki cinayət işi üzrə icraata CM-nin 75.1.1-ci maddəsinə əsasən, yəni təqsirləndirilən şəxsin ittiham olunduğu böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən cinayət məsuliyətinə cəlb edilməsi üçün 2 (iki) ildən artıq müddət keçdiyinə görə xitam verilmiş və sonuncu CM-nin 308.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmənin hökmünə əsasən, Məhkum CM-nin 308.2-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafe yinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsini qəsdən məhv etmişdir. Belə ki, o, xx xxxx 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmış «xxxx» MMC-nin (VÖEN **********) (əvvəlki adı «XXX» firması və «xxxx» MMC) həmin tarixdən direktoru vəzifəsində işləyərkən, Cəmiyyətin xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edilməsi haqqında əmrlər vermək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, Azərbaycan Respublikasının x xxxxxx 1993-cü il tarixli, 764 nömrəli Qanunla qoşulduğu YUNESKO-nun «Ümumdünya mədəni və təbii irsin qorunması haqqında» xx xxxxxx 1972ci il tarixli Konvensiyasına və “Tarix və mədəniyyət abidələrinin qorunmas ı haqqında” Azərbaycan Respublikasının xx xxxxx 1998-ci il tarixli, 470-İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, hüquqi şəxs qismində tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən Mədəniyyət və Turizm Nazirliyindən qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti qurumunun və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməli olmasına, həmin Qanunun 7 və 10-cu maddələrinə əsasən, təsdiqlənmiş siyahıdan abidənin çıxarılmasının Mədəniyyət və Turizm Nazirliyinin təklifi əsasında, Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən həyata keçirilməsinə, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasının qadağan olunmasına baxmayaraq, həmin tələblərə əməl etməyib qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə 4792 inventar nömrəsi ilə yerli əhəmiyyətli memarlıq abidəsi qismində dövlət mühafizəsinə götürülmüş, xalqın milli dəyəri olan ünvan 1 ünvanında yerləşən “Nizami” adına kinoteatr binası xx xxxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Lənkəran şəhər Mədəniyyət və turizm şöbəsinin yerli nümayəndələri tərəfindən X12 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verildikdən sonra həmin binanı xx xxxxxxx 2014-cü il tarixdə rə hbəri olduğu «xxxx»MMC ilə Azərbaycan Respublikasının X12 Komitəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən, xx xxxxx 2015-ci il tarixədək icarəyə götürüb xx xxxxxx 2014-cü il tarixdə isə həmin əmlak kompleksini özəlləşdirməklə bu barədə xx xxxxxx 2014-cü il tarixdə istifadəyə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış və xx xxxxxx 2015ci il tarixdə mülkiyyət hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış aldıqdan sonra X12 Komitəsi ilə aralarında bağlanmış xx xxxxxxx 2014-cü il və xx xxxxxx 2014-cü il tarixli müqavilələrdə qeyd olunan abidənin sökülməsinin qadağan olunması ilə bağlı birbaşa şərt nəzərdə tutulduğu halda həmin binanın yerində yeni ictimai-iaşə o byekti olan bina tikərək qazanc əldə etmək məqsədilə, qeyd olunan qanunvericiliyin tələblərini pozaraq aidiyyəti qurumlardan müvafiq rəy (icazə) almadan 2014-cü ilin dekabr ayının əvvəlindən başlayaraq istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə həmin binanın söküntü işlərinin aparılmasına başlayıb, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Lənkəran şəhər Mədəniyyət və turizm şöbəsinin və Mədəni İrs şöbəsinin əməkdaşları tərəfindən söküntünün dayandırılması barədə x xxxxxx 2014-cü il tarixli və xx xxxxxx 2014-cü il tarixli aktlarla edilən xəbərdarlıqlara məhəl qoymadan söküntünü davam etdirərək 2014-cü ilin dekabr ayının sonlarınadək dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsi olan həmin binanın tamamilə söküntüsünü həyata keçirib yenidən tikintisi üçü n 480718,65 (dörd yüz səksən min yeddi yüz on səkkiz manat altmış beş qəpik) manat vəsait tələb olunan binanı qəsdən məhv etmiş, həmin hərəkətləri ilə tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Bədəlov Rəfail Hafiz oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum və onun müdafiəçisi N.Canıyev tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cam alov Etibar Əli oğlu (sədrli edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru S.S.İsmayılov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və Məhkum barəsindəki cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Həmçinin Məhkum və onun müdafiəçisi N.X.Canıyev birlikdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2 020-ci il tarixli qərarından kassasiya şikayəti verərək məhkum olunmuş şəxsin əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişlər. Kassasiya şikayətinə əlavədə də Məhkum və onun müdafiəçisi N.X.Canıyev eyni tələb irəli sürmüşlər. Kassasiya protestinin və kassasiya şikayətinin ona edilmiş əlavə ilə birlikdə dəlilləri: Cinayət cəzalarının təyini və şərti məhkumetmənin tətbiqi ilə bağlı CM-nin müvafiq normalarına, bu məsələlərin həllinə həsr olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarına, işin hallarına istinad edən və məhkəmələr tərəfindən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmadığını dəfələrlə və is rarla vurğulayan dövlət ittihamçısı S.S.İsmayılov kassasiya protestini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi Məhkum barəsində şərti məhkum etmə tətbiq edərkən, apellyasiya instansiyası məhkəməsi isə çıxarılmış hökmü qüvvədə saxlayarkən əsaslandıqları cinayət qanunu normalarının tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarındakı tövsiyələr əməl etməmiş, məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmişlər. Kassator qeyd etmişdir ki, Məhkum müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun məhkuma qarşı iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar ki mi nəzərə alan məhkəmələr bu halların nədə ifadə olunmasını yekun məhkəmə aktlarında əsaslandırmamış və eyni zamanda nəzərə almamışlar ki, Məhkum tərəfindən dövlətə 480718,65 manat məbləğində vurulmuş ziyan ödənilməmiş, onun həddindən artıq yüngül cəzaya məhkum olunması isə həm onun özünün, həm də başqa şəxslərin bu qəbildən olan cinayətləri törətmələrinə rəvac vermişdir. Daha sonra kassasiya şikayətinin müəllifi qeyd edir ki, Məhkum barəsində şərti məhkum etmənin tətbiqinin mümkünlüyü barədə nəticəyə gələn məhkəmələr bu nəticəyə gəlmək üçün kifayət edən biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırmamaqla və əsaslandıqları sübutları qəbul etdikləri yekun məhkəmə aktlarının təsviri-əsaslandırıcı hissələrində göstərməməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n (bundan sonra mətndə CPM-nin) 139.0.5, 144, 145, 146, 349.5, 353.2.2-ci maddələrinin tələblərini, eləcə də bu tələblərin əsasında dayanan CPM-nin 28, 33-cü maddələrində nəzərdə tutulmuş cinayət-mühakimə icraatının prinsiplərini pozmuş, cinayət mühakimə icraatının CPM-nin 8.0.3-cü maddəsində təsbit olunmuş cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üzrə vəzifəsini lazımınca yerinə yetirməmişlər. Dövlət ittihamçısı həmçinin qeyd edir ki, Məhkum ona irəli sürülmüş ittiham üzrə təqsirli olması iş materiallarında olan mötəbər sübutlarla təsdiq edilsə də, o, özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, bu halda isə təqsirləndirilən şəxsə yüngül cəzanın təyin edilməsi və həmin cəzanın şərti olaraq tətbiq edilməsi onun islah edilməsi üçün yetərli hesab edilə bilməz. Sonda dövlət ittihamçısı CPM-nin 10-cu maddəsində təsbit edilmiş qanunçuluq prinsipinə, habelə CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla apellyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Məhkum və onun müdafiəçisi N.X.Canıyev məhkəmələr tərəfindən çıxarılmış yekun məhkəmə aktlarına, CPM-nin bir sıra normalarına, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, iş materiallarına əlavə edilmiş normativ və qeyri normativ sənədlərə istinad edərək kassasiya şikayətini belə əsaslandırmışlar ki, Məhkum ünvan 1 ünvanında yerləşən Nizami adına kinoteatrı qanuni əsaslarla əldə edərək sonradan yenə də qanuni müvafiq qaydada həm in oyekti özəlləşdirmiş və sonradan müvafiq sənədlərə əsasən həmin köhnə, dağıdılmış vəziyyətdə olan kinoteatrın yerləşdiyi torpaq sahəsində 2 mərtəbəli ictimai-iaşə obyekti inşa etdirmişdir. Bu zaman Məhkum vəzifəsindən sui-istifadə etməmiş, heç kimə zərər vurmamışdır, köhnə kinoteatrın tarixi əhəmiyyətli mədəniyyət obyekti olması barədə ona heç kim bildirməmişdir. Eyni zamanda məhkum və müdafiəçi qeyd etmişlər ki, kinoteatr binasının sökülməsi nəticəsində 480718,65 manat ziyanın vurulması da fərziyələrə əsaslanmışdır. Kassasiya şikayətində göstərdikləri dəlillərə əsaslanaraq Məhkum və onun müdafiəçisi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyun tarixli qərarının ləğv edilməsini və məhkum olunmuş şəxsin əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi h aqqında qərar nəbul edilməsini xahiş edirlər. Kassasiya şikayətinə əlavədə Məhkum və müdafiəçi N.X.Canıyev kassasiya şikayətində göstərdikləri eyni dəlillərə əsaslanaraq eyni tələblə çıxış edirlər. Hüquqi məsələlər: Əvvəla, kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı S.S.İsmayılov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən yüngül cəzanın təyin edilməsini və onun haqqında əsassız olaraq şərti məhkum etmənin tətbiq edilməsini iddia edərək həmin qərarın ləğv edilməli və işin yeni apellyasiya baxışına təyin edilməli olması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkum və onun müdafiəçisi N.X.Canıyev isə kassasiya şikayə tində və ona edilmiş əlavədə Məhkum əməlində cinayət tərkibinin olmamasına baxmayaraq qanunsuz olaraq məhkum edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və onun barəsində bəraətverici əsaslarla yeni qərar qəbul edilməsi haqqında tələb irəli sürərkən CPM-nin 416.1.6-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini qeyd etmişlər. CPM-nin 416.1.6 və 416.1.21-ci maddələrinin tələbinə əsasən isə məhkəmə müvafiq olaraq cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegi yası dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisi ilə birlikdə verdiyi kassasiya şikayətini və ona edilmiş əlavəni kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, k ifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsasla naraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi baş a düşülür. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət iş i üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Müdafiə tərəfinin kassasiya müraciətlərinə cavab olaraq, məhkəmə kollegiyası vurğulayır ki, Məhkum barəsindəki cinayət işinin materiallarınəsasən ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məh kəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə və ona edilmiş əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına görə, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin nümayəndəsinin, çoxsaylı şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş normativ və qeyri-normativ xarakterli sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə ətra flı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür Odur ki, məhkumun və onun müdafiəçisinin kassasiya müraciətlərində irəli sürdükləri apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə Məhkum bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən e tdikləri faktiki hallar (kassasiya şikayətində və ona edilmiş əlavədə mübahisələndirilən) isə ondan ibarətdir ki, Məhkum xx xxxx 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyata alınmış «xxxx» MMCnin (VÖEN **********) (əvvəlki adı «XXX» firması və «xxxx »MMC) həmin tarixdən direktoru vəzifəsində işləyərkən, Cəmiyyətin xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edilməsi haqqında əmrlər vermək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi Cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, Azərbaycan Respublikasının x xxxxxx 1993-cü il tarixli, 764 nömrəli Qanunla qoşulduğu YUNESKOnun «Ümumdünya mədəni və təbii irsin qorunması haqqında» xx xxxxxx 1972-ci il tarixli Konvensiyasına və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının xx xxxxx 1998-ci il tarixli, 470-İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, hüquqi şəxs qismində tarix və mədə niyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən Mədəniyyət və Turizm Nazirliyindən qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti qurumunun və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməli olmasına, həmin Qanunun 7 və 10-cu maddələrinə əsasən, təsdiqlənmiş siyahıdan abidənin çıxarılmasının Mədəniyyət və Turizm Nazirliyinin təklifi əsasında, Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən həyata keçirilməsinə, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasının qadağan olunmasına baxmayaraq, həmin tələblərə əməl etməyib qulluq səlahiyyətl ərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə 4792 inventar nömrəsi ilə yerli əhəmiyyətli memarlıq abidəsi qismində dövlət mühafizəsinə götürülmüş, xalqın milli dəyəri olan ünvan 1 ünvanında yerləşən “Nizami” adına kinoteatr binası xx xxxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Lənkəran şəhər Mədəniyyət və turizm şöbəsinin yerli nümayəndələri tərəfindən X12 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verildikdən sonra həmin binanı xx xxxxxxx 2014-cü il tarixdə rəhbəri olduğu «xxxx»MMC ilə Azərbaycan Respublikasının X12 Komitəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən, xx xxxxx 2015-ci il tarixədək icarəyə götürüb xx xxxxxx 2014-cü il tarixdə isə həmin əmlak kompleksini özəlləşdirməklə bu barədə xx xxxxxx 2014-cü il tarixdə istifadəyə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış və xx xxxxxx 2015ci il tarixdə mülkiyyət hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış aldıqdan sonra X12 Komitəsi ilə aralarında bağlanmış xx xxxxxxx 2014-cü il və xx xxxxxx 2014-cü il tarixli müqavilələrdə qeyd olunan abidənin sökülməsinin qadağan olunması ilə bağlı birbaşa şərt nəzərdə tutulduğu halda həmin binanın yerində yeni ictimai-iaşə obyekti olan bina tikərək qazanc əldə etmək məqsədilə, qeyd olunan qanunvericiliyin tələblərini pozaraq aidiyyəti qurumlardan müvafiq rəy (icazə) almad an 2014-cü ilin dekabr ayının əvvəlindən başlayaraq istintaqla müəyyən edilməyən şəxslər vasitəsilə həmin binanın söküntü işlərinin aparılmasına başlayıb, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Lənkəran şəhər Mədəniyyət və turizm şöbəsinin və Mədəni İrs şöbəsinin əməkdaşları tərəfindən söküntünün dayandırılması barədə x xxxxxx 2014-cü il tarixli və xx xxxxxx 2014-cü il tarixli aktlarla edilən xəbərdarlıqlara məhəl qoymadan söküntünü davam etdirərək 2014-cü ilin dekabr ayının sonlarınadək dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidəsi olan həmin binanın tamamilə söküntüsünü həyata keçirib yenidən tikintisi üçün 480718,65 (dörd yüz səksən min yeddi yüz on səkkiz manat altmış beş qəpik) manat vəsait tələb olunan binanı qəsdən məhv etmiş, həmin hərəkətləri ilə tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxsin, nümayəndəsinin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılma sı zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 308.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Belə olan halda, məhkəmə kollegiyası araşdırılmış sübutları hazırki qərarda təkrarən təsvir edilməsinə ehtiyac görməyərək, bu sübutlarla Məhkum onun təqsirli bilindiyi vəzifə cinayətini törətməsi, onun həmin əməlinin CM-nin 308.2-ci maddəsi ilə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrin gəldikləri nəticə ilə razılaşır və hesab edir ki, belə olan halda həm cinayətin faktiki hallarının hökmdə göstərilənlərdən fərqli şəkildə müəyyən edilməsi, Məhkum barəsində cinayət təqibinə hər hansı bəraətverici əsa sla (CPM-nin 42-ci maddəsində göstərilən) xitam verilməsi, bununla da müdafiə tərəfininin kassasiya müracitələrinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya protestinin məzmunundan görünür ki, işin faktiki halları və bu hallar üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı S.S.İsmayılov tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası kassasiya protestinə münasibətdə bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olması qeyd edilərək həmin cəzanın ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanın yüngül olması ilə bağlı kassasiya protestində göstərilənlərlə bağlı ilk növbədə qeyd edir ki, məhkumun təqsirli bilindiyi CMnin 308.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, məhkəmə təqsirləndirilən şəxs Məhkum onun təqsirli bilindiyi CM-nin 308.2-ci maddəsinin sanksiyası həddində - 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən Məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etməyərək gö stərilən maddənin sanksiyasının həddindən kənara çıxmamış, yəni həmin sanksiyada göstərilən cəzaların müddətlərini bu hədlərdə müəyyən etmişdir. Kassasiya protestində isə Məhkum daha yuxarı hədlərdə həm əsas, həm də əlavə cəzaların təyin edilməsinin labüdlüyü əsaslandırılmadığından məhkəmə kollegiyası bu cəzaların yüngül hesab edilməsi üçün heç bir əsas görmür. Ümumiyyətlə isə kassasiya protestinin bütün dəlillərinə cavab verərək məhkəmə kollegiyası həm işin bir sıra hallarına və bu halları təsdiq edən sübutlara, həm də qanunvericiliyin normalarına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına, cəza tədbirinin seçilməsi ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına yönəlmiş Ali Məhkəmənin tövsiyələrinə müraciət etməyi lazım bilir. Əvvəla, yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsinin hökmünə əsasən, məhkumun ittiham olunaraq təqsirli bilindiyi əməllərin mahiyyəti ondan ibarətdir ki, o, memarlıq abidəsi qismində dövlət mühafizəsinə götürülmüş, xalqın milli dəyəri olan ünvan 1 ünvanında yerləşən “Nizami” adına kinoteatr binasını əvvəl icarəyə götürüb onu torpaq sahəsi ilə birlikdə özəlləşdirdikdən sonra vəzifəsindən sui-istifadə edərək həmin binanın sökülməsini həyata keçirmiş, yəni onun yenidən tikintisi üçün 480718,65 (dörd yüz səksən min yeddi yüz on səkkiz manat altmış beş qəpik) manat vəsait tələb olunan bu binanı qəsdən məhv etmiş və həmin hərəkətləri ilə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaq la vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bu əməlin ictimai təhlükəliliyi ilə bağlı məsələni müzakirə edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, cinayət işinin materiallarına, yəni toplanmış və araşdırılmış, hökmdə isə istinad olunmuş mötəbər sübutlara əsasən, həm Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının, həm də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladıqları rəylərdə ünvan 5i” adına kinoteatr binasının dövlət mühafizəsinə götürülmüş tarixi və mədəniyyət abidələrinin siyahısından çıxarılması məqsədə uyğun hesab edilmiş, onun saxlanılması üçün müəyyən vəsait tələb olunduğundan isə həmin bina Azərbaycan Respublikasının X12 Komitəsinin sərəncaına verilmişdir. Məhkum rəhbərlik etdiyi MMC-ni n adından binanın satın alınmasına dair X12 Komitəsi ilə bağladığı müqavilənin bir sıra şərtlərinə əməl etməsə də, əvvəlcə sökülmüş binanın yerində ictimai-iaşə obyektinin tikintisinə icazə verilmiş, lakin sonradan təqdim olunmuş layihədə müvafiq dəyişikliklər edilərək “xxxx” MMC tərəfindən bəzi xidmətlərin, o cümlədən ictimai-iaşə, turizm xidmətlərinin göstərilməsi və 120 nəfərlik müasir kinozalın fəaliyyəti nəzərdə tutulmuş yeni bina inşa olunmuş, əvvəllər sökülmüş binanın qarşısında ucaldılmış Nizami Gəncəvinin heykəli də əvvəlki yerinə qaytarılmışdır. Bu hallar cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlarla, o cümlədən işə əlavə edilmiş bir çox sənədlərlə və fotoşəkillərlə sübuta yetirilir və məhkəmə kollegiyası hesab edir ki, həmin hallar Məhkum təqsirli bilindiyi əməllərinin i ctimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldılmasına, ittiham tərəfinin ağır nəticələr hesab etdiyi nəticələrin aradan qaldırılmasına dəlalət edir və bunun əksini təsdiq edən heç bir əsas müəyyən edilmir. Hökmdən və apellyasiya instansiyası məhkəmsinin qərarından görünür ki, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən həmin məhkəmələr göstərilən hallarla yanaşı həmçinin təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunması, zərər çəkmiş şəxs kimi tanınmış hüquqi şəxslə barışıq əldə etməsi, vurulmuş zərəri aradan qaldırması, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmaması və yaşayış yerindən müsbət xasiyyələndirilməsi kimi cəzanı yüngülləşdirən hallara, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə də əsaslanmışlar. Kassasiya protestində xüsusi vurğulanmış bu hallardan biri ilə - Məhkum müsbət cəhətdən xasiyyələndirilməsi halı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hal məhkumun haqqında verilmiş və işə əlavə edilmiş, eyni zamanda cəza tədbirinin seçilməsi üçün sübut növü kimi qəbul edilmiş xasiyyətnamə ilə təsdiq olunur. İstər işə mahiyyəti üzrə, istərsə də hökmdən verilmiş apellyasiya şikayətinə baxılarkən dövlət ittihamçıları bu sübutun sübutlar siyahısından çıxarılmasını, onun əhəmiyyətsiz və ya qanunsuz yolla əldə olunmuş sübut hesab edilməsi barədə iddia irəli sürməmiş və xasiyyətnamədə göstərilən müddəaların əksini, yəni Məhkum müsbət deyil, mənfi cəhətdən xasiyyətləndirilməsini təsdiq edən heç bir dəlil göstərməmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum haqqında tətrtib edilmiş xa siyyətnamənin və bu sənəddə onun müsbət cəhətdən xasiyyətləndirilməsinin onun şəxsiyyətini səciyyələndirən hal kimi qəbul etmələrində heç bir qanun pozuntusu yoxdur və bu hal apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, işin faktiki hallarının fövqündə Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsini məqsədə uyğun hesab edən birinci və apellyasiya instansiyası məhkəmələri belə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Qərarlarında əkisini tapmış hüquqi mövqedən çıxış etməklə tam haqlı olmuşlar. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam m ənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin maddənin tələblərinin aşağı instansiya məhkəmələri tərəfindən pozulmasına dair kassasiya protestinin dəlili ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Məhkum barəsi ndə şərti məhkum etmənin tətbiq edilməsinin həm onun, həm də başqa şəxslərin yeni cinayətlər törətmələrinə rəvac verməsi barədə kassasiya protestinin dəlilini təsdiq edən hər hansı sübut dövlət ittihamçısı tərəfindən təqdim olunmamış və buna görə həmin dəlil mülahizə xarakteri daşıdığından onun apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr tərəfindən CM-nin 41.2-ci maddəsinin tələblərinin pozulmasına yol verməmişdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərin ə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61. 1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xara kteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yü ngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. «Məhkəməl ər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-c i maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası CM-in 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-nin 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dər əcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2010-cu il göstərilmişdir ki, “cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-nin 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə t əyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzada n azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (CM-nin 70.5-ci maddəsi). Şərti məhkum etmə c əza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlə rin olmasını özündə ehtiva edir.” Cinayət qanunvericiliyi normalarının tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin tövsiyələrindən çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini, yəni onun cəza çəkmədən islah olunması mümkünlüyünü zəruri hesab edən birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi bu məsələni həll edərkən qanunvericiliklə tələb olunan bütün halları, o, cümlədən məhkum olunmuş şəxsə ittiham olunmuş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun tərəfindən həmin əməlin zərərli nəticələrinin aradan qaldırılmasını və bununla bu əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hərəkətlər etməsi ni, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdikləri halları kifayət qədər nəzərə almış, bu halları qanuna müvafiq qaydada həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirmiş, yol verilməz sübutlardan istifadə etməmiş və cinayət mühakimə icraatının qanunçuluq (CPM-nin 10-cu maddəsi), obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM-nin 28-ci maddəsi) prinsiplərinin, habelə CM-nin ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərinin pozulmasına yol verməmişlər. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə də razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür və buna görə də həmin protestin təmin edilməməsini və ümumiyyətlə həm kassasiya şikayətinə və ona edilmiş əlavəyə, həm də kassasiya protestinə münasibətdə, Məhkum barəsindəki apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məqsədə uyğun sayır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin (ona edilmiş əlavə ilə birlikdə) və kassasiya protestinin dəlillərini, habelə cinayət işinin materiallarını tədqiq etməklə, cinayət prosesi iştirakçılarının kassasiya protestində və kassasiya şikayətində (ona edilmiş əlavə ilə birlikdə) irəli sürülmüş tələblərə uyğun olaraq etdikləri çıxışlarını dinləyərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti (ona edilmiş əlavə ilə birlikdə) təmin edilməməli, Məhkum CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti və kassasiya şikayəti (ona edilmiş əlavə ilə birlikdə) təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar