Məhkəmə qərarları › İş №1(102)-214/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-214/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-214/2022 03.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, zərərçəkmiş hüquqi şəxs “Abituriyent” jurnalı redaksiyasının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2020-ci il tarixli, 1(103)437/2020 nömrəli qərarından məhkum Abdullayev Şahmar Rəcəb oğlunun müdafiəçisi Müdafiəçi1 və digər məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Abdullayev Şahmar Rəcəb oğlu 01 sentyabr 1963-cü il tarixdə Ermənistan Respublikasının Stepanavan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi sahibkarlıqla məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan.

2. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxxx 1974-cü il tarixdə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsi lli, ailəli, fərdi sahibkarlıqla məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şahid4 küçəsi, döngə 6 ünvanında yaşayan. 3. 30 aprel 2019-cu il tarixli ittiham aktına görə Abdullayev Şahmar Rəcəb oğluna və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 165.2.2, 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdilər.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin elmi və başqa əsərini qanunsuz olaraq yenidən dərc etməklə və yaymaqla müəllifliyini mənimsəyib xeyli miqdarda ziyan vurub vahid niyyətlə müəlliflik hüququ obyektlərindən qanunsuz istif adə etmişlər. 5. 24 may 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Abdullayev Şahmar Rəcəb oğlu və Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 1(101)-85/2020 nömrəli hökmünə əsasən Abdullayev Şahmar Rəcəb oğlu və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 165.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilm iş, 25 iyul 2018-ci il tarixdən həbsdə saxlanıldıqları 1 il 5 ay 28 gün müddət cəzaçəkmə müddətinə daxil edilmiş, təyin edilən cəzanı çəkib qurtardıqlarından barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış və onlar, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişlər, Abdullayev Şahmar Rəcəb oğlnun və Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə olan bənd çıxarılmışdır. Həmçinin hökmlə digər məsələlər də həll edilmişdir.

7. Hökmdən Abdullayev Şahmar Rəcəb oğlunun müdafiəçisi Müdafiəçi1, digər məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi 2 və zərərçəkmiş hüquqi şəxs “Abituriyent” jurnalı redaksiyasının nümayəndəsi apellyasiya şikayətləri vermişdilər.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2020-ci il tarixli, 1(103)-437/2020 nömrəli qərarı ilə məhkum edilmiş Abdullayev Şahmar Rəcəb oğlunun müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, zərərçəkmiş hüquqi şəxs “Abiturient” jurnalı redaksiyası nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilmiş, zərərçəkmiş hüquqi şəxs “Abituriyent” jurnalı redaksiyası nümayəndəsinin mülki iddiası qismən təmin edilmiş, 2033734,77 manat məbləğində mülki iddi anın 601890,77 (altı yüz bir min səkkiz yüz doxsan manat yetmiş yeddi qəpik) manat hissəsinin mülki cavabdehlər Abdullayev Şahmar Rəcəb oğlundan və Təqsirləndirilən şəxs müştərək qaydada alınaraq zərərçəkmiş hüquqi şəxs “Abituriyent” jurnalı redaksiyasına ödənilməsi, mülki iddianın qalan hissəsi təmin edilməməsi, iş üzrə maddi sübut kimi saxlanılan Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasına verilmiş pirat nüsxələrin məhv edilməsi qərara alınmış, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2020-ci il tarixli qərarından Abdullayev Şahmar Rəcəb oğlunun müdafiəçisi Müdafiəçi1 və digər məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassas iya şikayətləri verilmişdir.

10. İş kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkum Abdullayev Şahmar Rəcəb oğlu və digər məhkum Təqsirləndirilən şəxs ayrı-ayrılıqda ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişlər. II. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bil dirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

12. Məhkəmə kollegiyası məhkumlar Abdullayev Şahmar Rəcəb oğlunun və Təqsirləndirilən şəxs kassasiya şikayətinin geri götürülməsi barədə verdikləri ərizələri ilə bağlı iclasda iştirak edənlərin çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizələr təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2020-ci il tarixli, 1(103)-437/2020 nömrəli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmal ıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Abdullayev Şahmar Rəcəb oğlunun və Təqsirləndirilən şəxs ərizələri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyun 2020-ci il tarixli, 1(103)437/2020 nömrəli qərarından Abdullayev Şahmar Rəcəb oğlunun müdafiəçisi Müdafiəçi1 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətilər geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar