Məhkəmə qərarları › İş №1(102)-214/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-214/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-214/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və İradə Həsənzadə) 1(101)-340/2021 nömrəli, 07 may 2021-ci il tarixli hökmü ilə 19 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.1, 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 206.3.1 və 206.3.2-ci ma ddələri ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılaraq Məhkum üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, xeyli miqdarda valyuta vəsaitini Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu i lə keçirib Rusiya Federasiyasına aparma, qarşılığında Rusiya Federasiyasının Dağıstan Respublikasında xeyli miqdarda mobil telefonlar və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda dərman preparatlarını əldə edərək Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu keçirib ölkə ərazisinə gətirmə və Bakı şəhərində cinayətkar qrupun Azərbaycan Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə təhvil vermə barədə razılığa gələrək istintaqla müəyyən edilməmiş vaxtda və tarixdə Azərbaycan Respublikasında və Rusiya Federasiyasında şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, bu məqsədlə istintaqla müəyyən edilməmiş vaxtda cinayətkar qru pun Azərbaycan Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən xeyli miqdarda, 68000 manat məzənnəsində 40000 ABŞ dollarını Bakı şəhərində təhvil götürmüş, idarə etdiyi “Mercedes Benz” markalı, “E-220 CDİ” modelli, 90ZA438 dövlət nömrə nişanlı minik avtomobili ilə Qusar rayonunun Samur qəsəbəsində yerləşən Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının dövlət sərhədinə aparmış və 19 avqust 2019-cu il tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasına keçirmişdir. Bundan sonra o, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasına keçirdiyi həmin pulu 20 avqust 2019-cu il tarixdə Dağıstan Respublikasının Mahaçqala şəhərində cinayətkar qrupun Rusiya Federasiyasında olan üzvünə təqdim edərək həmin şəxsdən xeyli miqdarda, hər birinin dəyəri 1400 manat olmaqla 47600 manat dəyərində, cəmi 34 ədəd “İphone X Space Gray 64GB” markalı; hər birinin dəyəri 1400 manat olmaqla 35000 manat dəyərində, cəmi 25 ədəd “İphone X Silver 64 GB” markalı; 810 manat dəyərində 1 ədəd “İphone 7 Black 32 GB” markalı; 700 manat dəyərində 1 ədəd “One Plus 7 256 GB” markalı; 930 manat dəyərində 1 ədəd “One Plus 7 Pro 256 GB” markalı; hər birinin dəyəri 1280 manat olmaqla 2560 manat dəyərində, cəmi 2 ədəd “Samsung Galaxy S10+ 128 GB” markalı; hər birinin dəyəri 1040 manat olmaqla 3120 manat dəyərində, cəmi 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı mobil telefon ları və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş hər konvalyutun dəyəri 51 manat olmaqla cəmi 173 konvalyut, külli miqdarda, 8823 manat dəyərində "Daclavirocyrl 60 mg" göstəricili dərman preparatını əldə edib satış məqsədi ilə saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Mercedes Benz” markalı, “E-220 CDİ” modelli, 90ZA438 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağı ilə yük yerinin arasında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gizlətmiş, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinə gətirib 21 avqust 2019-cu il tarixdə, saat 18 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda, ümumilikdə dəyəri 99543 manat təşkil edən mobil telefonlar və dərman vasitəsindən ibarət xeyli miqdarda malları təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman sözügedən mobil telefonlar və dərman vasitələri aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədov) 1(105)-476/2021 nömrəli 11 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdaf iəçi2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum CM-in 200-1.2.2 və 200-1.2.3-sü maddələri ilə bəraət verilməsi, onun əməlinin CM-in 206.1-ci maddəsinə tövsif edilməklə, çəkdiyi cəza ilə kifayətlənilməsini təmin edən sanksiya həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 07 fevral 2023-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qa ydasında baxılanadək, yəni 24 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılm alıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar