Məhkəmə qərarları › İş №1(102)-214/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-214/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-214/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(019)-1/2023 nömrəli (hakim: Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi) hökmü ilə xx.xx.1963-cü ildə Balakən şəhərində doğulmuş, evli, məhkum olunmamış, xxx direktor işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlar ında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittihamın ona verilmiş ümumi ittihamdan xaric edilməsi, Məhkum üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Məhkum azadlığın məhdudlaşdırılması növündə cəzası nı çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum əlavə cəza kimi təyin edilmiş dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının çəkilməsi müddətinin əvvəli hazırki hökm qanuni qüvvəyə mindiyi andan hesablanması, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 publik hüquqi şəxsinin Məhkum qarşı mülki iddiasının təmin edilməsi, Məhkum 20267.00 manat məbləğində maddi ziyanın tutularaq mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 publik hüquq i şəxsinin hesabına ödənilməsi, hökmün icrasının Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Eləcə də Balakən Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(019)-1/2023 nömrəli (hakim: Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi) qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə başlanmış cinayət işi üzrə icraata xitam verilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi müəyyən edilmişdir. Hökmdən və qərardan dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Nəsimiyev İsmət Aydın oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 7 iyun 2023-cü il tarixli 1(107)-219/2023 nömrəli (hakimlər: Eyvazov Akif Məhərləm oğlu (sədrliyi və məruzəsi ilə), Səmədov Xəqani Hacı oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 21 fevral 2023cü il tarixli qərarı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi hissəsində dəyişdirilmiş, Məhkum 313-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi qərar alınmış, Balakən Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli hökmü və qərarı baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkum ittiham verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vahid niyyətlə dövlətin qanunla qorunan mənafelərinə mü hüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Belə ki, o, Balakən rayon İcra Hakimiyyəti başçısının 14 oktyabr 2010-cu il tarixli əmri ilə xxx direktoru vəzifəsinə təyin edilməklə 17 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununu n 6, 22 və 36.7-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etməli, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmalı, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üç ün fərdi dəvətlər göndərilməsini təmin etməli, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etməli, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamalı, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o c ümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamalı və digər səlahiyyətləri yerinə yetirən təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla ona etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət əlaqəsinə girərək, Balakən rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qey diyyata alınmış 15 şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016cı il tarixli 1941 nömrəli Sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Balakən rayon Məşğulluq Mərkəzinə ayrılmış 62.476 (altmış iki min dörd yüz yetmiş altı) manat məbləğində vəsaiti Dövlət Məşğulluq Xidmətinin Daxili nəzarət, yerli orqanlarla və sosial tərəfdaşlarla iş şöbəsinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun müdiri vəzifəsində işləyən Şahid4 əvvəlcədən, yəni 2017-ci ilin aprel-may aylarında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünv anda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə biləbilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 25.594 (iyirmi beş min beş yüz doxsan dörd) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X9 tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş X3 direktoru olduğu "xxxx" MMC, 37.062 (otuz yeddi min altmış iki) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Balakən rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyy atdan keçmiş fiziki şəxs Şahid22 olması barədə 2017-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Balakən rayon Məşğulluq Mərkəzinə yuxarıda adları göstərilən fiziki və hüquqi şəxslərlə özü arasında bağlanaraq göndərdiyi 12 may 2017-ci il tarixli 01 nömrəli və 30 may 2017-ci il tarixli 02 nömrəli müqavilələr, kotirovka sorğularının nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədlərin Şahid4 yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 28 noyabr 2016-cı il tarixli 43 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının sədri Şahid1, üzvləri Şahid2 və Şahid3 tərəfindən ünvan 3 ünvanında yerləşən Balakən rayon Məşğulluq Mər kəzinin inzibati binasında həmin kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və "xxxx" MMC və Şahid22 həmin tenderin və kotirovka sorğusunun qalibləri olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir tender və ya kotirovka sorğusu keçirmədən, yuxarıda adları qeyd edilən hüquqi və fiziki şəxslərin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli 4011 nömrəli ödəniş tapşırığı ilə Şahid22 "xxxx" ASCnin Sabunçu filialında olan Z47 İBAZ******************** nömrəli hesabına 37.062,00 manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin “Azadlıq” filialında olan AZ57AMRA******************** nömrəli hesabına xx.xx.2017-ci il tarixli 4337 nömrəli ödəniş tapşırığı ilə 21.184,00 manat, xx.xx.2017-ci il tarixli 8741 nömrəli ödəniş tapşırığı ilə 4.230,00 manat, ümumilikdə bir fiziki və bir hüquqi şəxsin hesabına cəmi 62.476 (altmış iki min dörd yüz yetmiş altı) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivlərin 15 nəfərə tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi və fiziki şəxslərin adından heç bir səlahiyyəti olmadığı halda Şahid20 və X11 2017-ci ilin iyun-noyabr ayları ərzində Balakən rayonu Hənifə kəndi ərazisində iri buynuzlu mal-qaranın satışının aparıld ığı bazardan aldığı mal-qaranı və Bakı şəhərində müxtəlif mağazalardan aldığı kompüter, printer, tikiş maşını, dülgər dəzgahı, mişar, qaldırıcı, batıq çıxaran, qaynaq aparatı, sim çıxaran qaynaq aparatı, profil və dəmir kəsən, boru əyən, dəmir boru deşən avadanlıqlar, su və buxar vuran, dərman aparatı, elektrik sayğacı və digər avadanlıqlarından Balakən rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid5 faktiki olaraq 3.000 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid8 faktiki olaraq 3.200 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid11 Mehti qızına faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid13 faktiki olaraq 2.600 manat dəyərində maddi akt iv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid12 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid7 faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid9 faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid6 faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid10 faktiki olaraq 2.600 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.118 manat dəyərində, Şahid19 faktiki olaraq 3.500 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.897 manat dəyərində, Şahid17 faktiki olaraq 4.000 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.270 manat dəyərində, Şahid18 faktiki olaraq 1.700 man at dəyərində maddi aktiv verildiyi halda ona guya 4.335 manat dəyərində, Şahid16 faktiki olaraq 3.500 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.881 manat dəyərində, Şahid15 1.100 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 1.670 manat dəyərində, Şahid14 faktiki olaraq 4.000 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.361 manat dəyərində maddi aktivlərin verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Balakən rayonu Məşğulluq Mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 2018-ci ilin iyun ayında aktların iş axtaran kimi qeydiyyata alınmış 15 nəfər şəxs və Dövlət Məşğulluq Xidmətinin Da xili nəzarət, yerli orqanlarla və sosial tərəfdaşlarla iş şöbəsinin yerli orqanlarla və sosial tərafdaşlarla iş sektorunun müdiri vəzifəsində işləyən Şahid4 imzası ilə təsdiqlənməsini təşkil edib, həmçinin özü də imzalayıb Mərkəzin möhürü ilə təsdiq etməklə 15 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 62.476 (altmış iki min dörd yüz yetmiş altı) manat məbləğində vəsaitdən faktiki olaraq 42.200 (qırx iki min iki yüz) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 20.276 (iyirmi min iki yüz yetmiş altı) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla özünə etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİR AKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum məhkəmələr tərəfindən təyin edilmiş cəza əsaslı hesab oluna bilməz. Belə ki, apellyasiya kollegiyası qəbul etdiyi qərarında verilmiş apellyasiya protestinə istinad edərək, təqsirləndirilən şəxsin ümumiyyətlə özünü verilən ittiham üzrə təqsirli bilmədiyini, vurulmuş maddi ziyanı ödəmədiyini, ancaq birinci instansiya məhkəməsinin şəxsin barəsində müddətin keçməsi ilə əlaqədar CM-in 313-cü maddəsi ilə törədilmiş cinayət əməlinə görə cinayət təqibinə xitam verdiyini qeyd etmiş və protestin həmin dəlillərini əsaslı hesab etməsinə baxmayaraq, faktiki olaraq protesti qismən təmin edərkən də, ziddiyyətli mövqe nümayiş etdirməklə, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı dəyişməmiş, eyni zamanda cinayə t qanununun normasını düzgün tətbiq etməmişdir. Bundan başqa, məhkəmə qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd etmişdir ki, apellyasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə şəxsə ağır cəza təyin edilməsi ilə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Təqsirləndirilən şəxs Məhkum verilmiş ittihamdan və iş materiallarından görünür ki, onun tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda, yəni 20.276 (iyirmi min iki yüz yetmiş altı) manat məbləğində maddi ziyan vurulmuş və qeyd olunan ziyandan hər hansı bir məbləğdə ödəniş edilməmişdir. Yuxarıda qeyd olunanlardan da aydın olur ki, ziyanın ödənilməsinin təmin edilməməsinə və cinayət əməlinin ictimai təhlükəliliyinin aradan qalxmamasına baxmayaraq, m əhkəmə tərəfindən təqsirləndirilən şəxsə açıq-aşkar ədalətsiz cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası qənaətini Cinayət-Prosessual qanunvericiliyin tələbləri baxımından düzgün və qanunauyğun şəkildə əsaslandırmamış və bunun da nəticəsi olaraq, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş, cinayət təqibini istisna edən hallardan biri olan - “cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi” cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam vermə hesab edildiyinə görə, məhkəmə təqsirləndirilən şəxsi əvvəlcə CM-in qeyd olunan maddəsi ilə təqsirli bilərək, ancaq cəza təyin etməyib, iş üzrə qərar qəbul etməli olduğu halda, cinayət qanununun normasını düzgün tətbiq etməyərək, bəraətverici əsaslar olmadan və eyni zamanda müdafiə tərəfinin razılığı alınmadan şəxsi cinayət məsuliyyətindən azad etməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Halbuki, özünü təqsirli bilməyən şəxsə münasibətdə CPM-in 39.1.3-cü və 44.2.1-ci maddəsinə əsasən, məhkəmə CM-in 313-cü maddəsi ilə təqsirləndirilən şəxsi təqsirli bilib, cəza təyin etməməklə ittiham hökmü çıxarmalı idi. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofi q oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddələrinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəl əri müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu mad dələrinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və qərarı ndan, o cümlədən apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama və vəzifə saxtakarlığı ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə və qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır (CM-in 313-cü maddəsi ilə bağlı gəlinmiş yekun nəticəyə dair müddəalar xaric olmaqla). Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 20 12-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddələrinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddələri və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayəthüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddələrində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərk ən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğund an daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət- hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddələrində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hal müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddələrinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalard an daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddələrinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddələrinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ic timai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (ilk dəfə cinayət əməli törətməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddələrinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddələrində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin Məhkum barəsində CM-in 313-cü maddəsi ilə gəlinmiş nəticənin əsassız olması barədə dəlillərinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü madd əsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş materiallarında olan birinci instansiya məhkəməsində müdafiəçi tərəfindən verilmiş yazılı vəsatətə və apellyasiya məhkəmə baxışında müdafiəçi və məhkum edilmiş şəxsin çıxışına əsasən (bax: məhkəmə iclas protokolu) müəyyən olunur ki, müdafiə tərəfi birinci instanisya məhkəməsində Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsul iyyətinə cəlb etmə müddətləri keçməsi ilə əlaqədar məhkum barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmiş, apellyasiya icraatında isə bir daha həmin xahişini təsdiq edərək bu barədə apellyasiya protestinin dəlillərinin əsassız olduğunu qeyd etmişdir. Daha sonra müdafiə tərəfi apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə faktiki razılaşmış həmin qərardan kassasiya şikayəti verməmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublik ası CPM-nin 416-cı maddələrində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar