Məhkəmə qərarları › İş №1(102)-214/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-214/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-214/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Nümayəndə1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 aprel tarixli, 1(105)-195/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 2024-cü il 23 yanvar tarixli, 1(059)-1/2024 nömrəli hökmü ilə (X7), xx xxxx 1980-ci il tarixdə Quba rayonu, Rəngidar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin Heydər Əliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-i n 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, 1 (bir) il 6 (altı) ay müddətində dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 (iki) gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və onun üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətində dövlə t, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 1 (bir) il 6 (altı) ay müddətinə şamil edilməsi, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin dəyişdirilməsi və onun barəsində "həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 yanvar 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X2 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) 2024-cü il 25 aprel tarixli, 1(105)-195/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri təqsirli bilinmiş ona CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 1 (bir) il 6 (altı) ay müddətində dövlət, kommersiya və yerli özünüidarə orqan larında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 2 (iki) gün müddət, azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətində dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 1 (bir) il 6 (altı) ay müddətə şamil ed ilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum qida və qeyri qida məhsullarının idxalı və satışı ilə məşğul olan "AZRİB” MMC-in satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyərkən, cəmiyyətlə aralarında bağlanmış 01 oktyabr 2021-ci il tarixli əmək və 09 dekabr 2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar edilmiş məhs ulun, inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etmək, alıcıya malın satılmasına, alıcının malların dəyərini tam və vaxtında ödəməsinə və bu səbəbdən "AZRİB” MMC-yə dəyən zərərə görə şirkət qarşısında tam maddi məsuliyyət daşımaq, satılmış malların pullarını ticarət məntəqələrindən vaxtında alıb müəssisənin kassasına təhvil vermək, ticarət şəbəkələrində hər hansı bir obyektin işləməməsi və ya bağlanması barədə vaxtında xəbər tutmaq, orada olan satılmış malların pullarının alınmasını, satılmamış malların geri qaytarılmasını təmin etmək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifə lərinin ona həvalə edilməsinə baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə talama məqsədilə Siyəzən, Şabran və Xaçmaz (Xudat şəhəri) rayonları ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 01 oktyabr 2021-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək olan müddət ərzində onun sifarişi ilə cəmiyyətin ünvan 2 ünvanında yerləşən hazır məhsul anbarından rəsmi sənəd olan satış fakturaları əsasında müxtəlif ad, çeşid və miqdarda hazır məhsulu şirkətin sürücüsü vasitəsilə satış ərazisində yerləşən və cəmiyyətlə ticarət münasibətlərində olan ticarət obyektlərinə satmaqla, əldə olunmuş pulun Siyəzən rayon ərazisində şirkətin sürücüsünə ödəyərək hissə-hissə cəmiyyətin xəzinəsinə nağd şəkildə pulu mədaxil edib, qeyd olunan ticar ət obyektlərinə satışdan əldə etdiyi "AZRİB” MMC tərəfindən təqdim olunmuş 27 ədəd satış təmsilçilərinin təhvil-təslim aktları ilə təsdiq olunan 22711,87 manat (iyirmi iki min yeddi yüz on bir manat səksən yeddi qəpik) məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil verməyərək, özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib cəmiyyətə məxsus qeyd olunan xeyli miqdarda əmlakı mənimsəməklə talamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, ZƏRƏÇƏKMİŞ HÜQUQİ ŞƏXSİN NÜMAYƏNDƏSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ. Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 aprel tarixli, 1(105)-195/2024 nömrəli qərarından narazıdır və kassasiya şikayətinin təmin olunmasını xahiş etm işdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, vəkil Nümayəndə1 kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1 -ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə a raşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsas landırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyü nü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətini ağırlaşdlrarkən qərarını aşağıdakı kimi əsaslandırmışdır: “ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X3 yüngül cəza təyin edərkən onun zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam şəkildə ödənilməməsinə, zərərçəkmiş huquqi şəxsin şikayətçi olmasına qiymət verməmiş, qeyd edilən halları hökmdə sadalasa da tam şəkildə nəzərə almamışdır.” Halbuki birinci instansiya məhkəmə sinin hökmündən də göründüyü kimi, həmin məhkəmə Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-in 179.2-ci maddəsinin sanksiyasında iki alternativ yüngül cəza növü nəzərdə tutulmasına baxmayaraq, məhkuma maddənin sanksiyasında nəzərdə tutulmuş ən sərt cəza növü təyin edilmiş və bu zaman məhkəmə tərəfindən həm vurulmuş maddi zərərin tam ödənilməməsi, həm də zərərçəkmiş tərəfin şikayətçi olması nəzərə alınmışdır. Əks halda məhkuma sanksiyada nəzərdə tutulan alternativ daha yüngül cəza növlərindən biri təyin edilərdi. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən CM-in 59-cu maddəsinə əsasən onun himayəsində üç yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, cinayət nəticəsində vurduğu ziyanının təxminən 1/5 hissəsini ödəməsini cəzanı yüngü lləşdirən hallar kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, məhkum tərəfindən cinayət əməli nəticəsində MMC-yə 22711, 87 manat miqdarında maddi zərər vurulmuş və məhkum tərəfindən 4500 manat pul maddi zərərin əvəzi kimi MMC-yə ödənilmişdir. Lakin işin bütün bu halları nəzərə alınmadan apellyasiya instansiyası məhkəməsi formal əsaslarla hökmü dəyişdirmiş və məhkumun cəzasını ağırlaşdırmış, bununla da CMin 7-ci, 8-ci, 9-cü, 41.2-ci, 58.3 və 59-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası məhkuma apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmamış, nəticədə məhkuma açıq-aşkar sərt cəza təyin edilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü madd ələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 aprel tarixli, 1(105)-195/2024 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri təyin edilmiş 1 il 6 ay müddətinə dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 il 6 ay müddətinə dövlət, kommersiya və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxla nıldığı 2 (iki) gün müddət, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar