Məhkəmə qərarları › İş №1(102)-2140/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2140/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2140/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Məmmədli Fərid Sehran oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1265/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya ş ikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-916/2012 nömrəli, 06 noyabr 2012-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 120.2.2, 120.2.4 və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respu blikası CM-nin 134-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş cəzanın ilk 05 (beş) il müddətini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 may 2012-ci il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən 24 yanvar 2024-cü il tarixdə verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət 13 fevral 2024-cü il tarixdə məhkəməyə daxil o lmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-916/2012 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir.

5. Həmin qərardan Məhkum apellyasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1265/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-916/2012 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. K assasiya müraciətinin dəlilləri, etirazlar

8. Məhkum kassasiya şikayətində işinə daha humanist yanaşaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1265/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu and an 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

11. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

12. Baxılan cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-916/2012 nömrəli, 06 noyabr 2012-ci il tarixli hökmü Məhkum iştirakı ilə elan edilmiş, hökmün surəti 07 noyabr 2012-ci il tarixdə onun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 14 noyabr 2012-ci il tarixdə məhkum tərəfindən müvafiq qəbzə imza edilməklə qəbul edilmişdir.

13. Bununla belə, Məhkum birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətini, eləcə də qanunvericiliklə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətini 24 yanvar 2024-cü il tarixdə vermiş, qeyd edilən sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə 13 fevral 2024-cü il tarixdə daxil olmuşdur.

14. Nəticədə məhkum tərəfindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən 11 ildən çox vaxt keçmişdir.

15. Məhkum verdiyi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəblərinə dair heç bir dəlil gətirməmişdir. Lakin onun tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, o, müddətin buraxılmasına əsas olaraq səhhətində olan problemləri göstərmişdir.

16. Məhkum hökmdən apellyasiya şikayəti verilməsi müddətini ötürdüyünü səhhətində olan problemlərlə əlaqəndirsə də, lakin buna dair ümumiyyətlə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Müvafiq olaraq, kassasiya şikayəti də üzrlü səbəb olaraq göstərilmiş heç bir hala əsaslanmayan mülahizələrdən ibarət olduğundan, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün əsas hesab edilə bilməz.

17. Yuxarıda təsvir olunanlardan görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 13 mart və 21 may 2024-cü il tarixli qərarlarında müəyyən etdikləri kimi, onun Azərbaycan Respublikası CPM-nin 384.2-ci maddəsinin təl əb etdiyi prosessual müddət daxilində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-916/2012 nömrəli, 06 noyabr 2012-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir.

18. Məhkəmə kollegiyası müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad edilməsini də zəruri hesab edir.

19. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan - işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olara q şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).

20. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hü quqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

21. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsas müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1265/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1265/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar