Məhkəmə qərarları › İş №1(102)-2140/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2140/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2140/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4, Məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinən Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Laçın Rayon Məhkəməsinin (hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə) 19 fevral 2025-ci il tarixli, 1(047)-1/2025 saylı hökmü ilə, xx xxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhər “Yeni yaşayış massivi” 8-ci məhəllə üzrə 1 saylı məhəllədə 29 nömrəli evdə yaşamış, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində çəzaçəkən Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il, Cinayət Məcəlləsinin 221.3- cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə aza dlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 fevral 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. İş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-409/2025 saylı, 29 may 2025-ci il tarixli hökmü ilə (X1 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 1(047)-1/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-409/2023 saylı, 29 may 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şika yəti və kassasiya şikayətinə əlavə verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə və əlavəyə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması, habelə belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağ ır zərər vurmuşdur. Belə ki, o, 2024-cü ilin yanvar ayının 2-dən 3-nə keçən gecə, saat 01 radələrində sərxoş halda “Həkəri” otelin 53 nömrəli kotecinə gedib orada digər iş yoldaşları ilə “nərd” oynayan, eyni zamandə sərxoş halda olan Zərərçəkmiş şəxs2 yaxınlaşıb taksi nömrəsi istəyərkən sonuncunun kobud şəkildə cavabından sonra aralarında yaranmış mübahisə zamanı əvvəldən sonuncu barəsində olan narazılıqla bağlı haqq-hesab çəkmək qərarına gəlmiş, bu zaman həmin kotecdə olan iş yoldaşları Şahid1 və Şahid2 onların mübahisə etmələrinin qarşısını almağa çalışarkən hər ikisi mübahisəyə müdaxilə edənin ünvanına söyüş edib bu mübahisəni təklikdə həll edəcəklərini bildirib koteci tərk etmələrini tələb edərək həmin şəxsləri çölə çıxardıqdan sonra kənardan eşidiləcək şəkildə uca səslə birbiri ilə mü bahisə etmiş, bu zaman heç bir əsaslı səbəb olmadan guya bu mübahisəyə aydınlıq gətirmək bəhanəsi ilə həmin vaxt otaqda yatan Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 kobud şəkildə yuxudan oyatmağa yönəlmiş hərəkətlər etməyə başlamış, həmin vaxt çöldə olan Şahid1 və Şahid2 səs-küyə yenidən otağa daxil olub onu sakitləşdirməyə çalışmalarına baxmayaraq o, sakitləşməyib Zərərçəkmiş şəxs1 yuxudan ayılmamasına qəzəblənib ilk öncə başına su tökməklə, daha sonra isə fiziki zor tətbiq edib əlləri ilə yaxasından tutub yerindən qaldırıb divara çırpmaqla, Zərərçəkmiş şəxs1 yarı yuxulu vəziyyətdə onun bu hərəkətlərinə təhqiramiz sözlə irad bildirdikdə isə aqressiv hərəkətlərini davam etdirib əli ilə sonuncunun üz nahiyəsinə bir sillə zərbəsi vurub yerə yıxmaqla kiçik söz-söhbətin daha da qızışaraq d ava-dalaşa çevrilməsinə səbəb olmuş, bu zaman Zərərçəkmiş şəxs2 dalaşmağa müdaxilə edərək, yəni ona zor tətbiq edərək masanın üzərində olan şüşə araq butulkasını götürüb onun burun nahiyyəsinə bir zərbə, sonra ardıcıl şəkildə bir neçə yumruq zərbəsi, daha sonra isə otaqda olan bel sapı ilə bir neçə zərbə vurduqdan sonra Zərərçəkmiş şəxs1 buraxıb Zərərçəkmiş şəxs2 ilə dalaşmağa başlamış, qarşılıqlı bir-birinə əl və ayaq zərbələri vurarkən otaqda olan Şahid1 və Şahid2 araya girib onları araladıqdan qısa müddət sonra Zərərçəkmiş şəxs2 yerdə olan bel sapını götürüb onun ünvanına söyüş söyə-söyə çölə çıxaraq dalaşmaq üçün onu çölə çağırdığını eşidib həmin şəxslə dalaşmaq məqsədi ilə otaqda olan şüşə araq butulkasını götrüb sonuncunun arxasınca çölə, yəni otelin həyətinə qaçmış, həmin vaxt Zərər çəkmiş şəxs2 oteldə qeydiyyatçı-menecer vəzifəsində işləyən Şahid4 yaşadığı 1 nömrəli kotecə gedib gizləndiyindən sonuncunu tapa bilməyib bir neçə dəqiqə otelin həyətində uca səslə Ü.Cabbarılının ünvanına söyüşlər söyüb çölə çıxmasını tələb etmiş, yaranmış səs-küy nəticəsində oteldə işləyən və istirahət edən bir neçə şəxs çölə çıxıb ətrafa toplaşmış, bununla da şəxsi münasibətlər zəminində, qapalı məkanda, yəni otaqda başlamış mübahisə və dalaşma kimi hərəkətlərin sonradan ictimai qaydanın, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsinə səbəb olaraq, bu səs-küy əsnasında ətrafa toplaşmış şəxslərin dalaşmanın qarşısını almağa, yəni onu sakitləşdirməyə yönəlik hərəkətlərinə heç bir məhəl qoymayıb bu kimi hərəkətlərini davam etdirərək qeyd olunan oteldə işləyən və müştəri qismində yaşayan, habelə səs-küyə toplaşan ətrafdakı çoxsaylı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, birgə yaşayış, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, uca səslə təhqiramiz söyüşlər söyməyə davam etmiş, daha sonra Zərərçəkmiş şəxs1 ilə dalaşmaq, yəni kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradələrinə tabe etdirmək məqsədi ilə yenidən 53 nömrəli kotecə qayıdıb orada olan şəxslərin gözü qarşısında otaqdakı masanın üzərində olan 3 kq-lıq şüşə bankanı götürüb, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə divanda sakit şəkildə oturmuş, yəni ona qarşı heç bir zorakılıq etməyən Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə təkrarən zor tətbiq edib baş nahiyəsinə bir dəfə zərbə endirib həmin bankanı sonuncunun başında sındırmaqla ona alının orta hissəsində, sağ gicgah nahiyəsində, sağ üst göz qapağında kəsilmiş yaralar, sağ gözdə görmə itiliyinin azalması (görmə itiliyi 0,3 olmuşdur), sifətin sağ yarısında hissiyat pozğunluğu ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuş, daha sonra isə xuliqanlıq hərəkətlərini davam etdirib ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə yenidən çölə çıxıb uca səslə qışqırıb Zərərçəkmiş şəxs2 çağırıb gizlənməməsini, ortalığa çıxmasını tələb etmiş, sonuncunun otelin qeydiyyatçısı Şahid4 yaşadığı 1 nömrəli kotecdə gizləndiyini öyrəndikdən sonra isə həmin kotecə hücum çəkib içəri daxil olmağa yönəlik çoxsaylı cəhdlər etmiş, Şahid4 və ətrafa toplaşan digər şəxslər onun qarşısına keçib buna mane olunduqlarından kotecin qarşısında uca səslə qarşılıqlı bir-birinə təhqiramiz söyüşlər söymüş, ətrafdakı şəxslərin dəfələrlə araya girib onu sakitləşdirməyə çalışmalarına baxmayaraq Zərərçəkmiş şəxs2 kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaq və müvəqqəti də olsa, onu öz iradələrinə tabe etdirmək məqsədi ilə araya girib onu tutmağa çalışan şəxslərin əlindən çıxıb sonuncunun gizləndiyi 1 nömrəli kotecə zorla daxil olub qarşılıqlı olaraq bir-birinə zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirib əl zərbələri ilə Zərərçəkmiş şəxs2, sonuncu isə əlindəki bel sapı ilə, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə onu vurmağa çalışmış, lakin ətrafdakı şəxslərin yenidən cəld şəkildə araya girməsi səbəbindən bir-birini vura bilməmiş, bu hərəkətləri ilə qeyd edilən otelin normal iş fəaliyyətinin və həmin oteldə müştəri qismində yaşayan şəxslərin istirahət hüquqlarının təxminən 30 dəqiqə pozulmasına səbəb olub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi, habelə belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq törətmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətinin müəllifi qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 29 may 2025-ci il tarixli qərarı əsassız olduğundan onun ləğv edilməsi zəruridir. Azərbaycan Respublikası CPM-in 223.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün cinayətin həmin şəxs tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutlar olmalıdır. Bu sübutlar müəyyən edildikdən sonra ittiham irəli sürülə bilər. Belə ki, məhkumun əməlindən CM-in 221.3-cü m addənin tərkibinin heç bir əlaməti yoxdur. Onun bu maddə ilə məhkum olunmağı qanuni deyildir. Məhkum təqsirli olmadığı halda, məhkəmələr onu təqsirli hesab etmiş və ağır cəza vermişdir. O, həm ibtidai istintaq, həm də məhkəmə baxışında əməlinin cinayət xarakteri daşıdığını dərk etdiyini və zərərçəkmişlərlə barışdığını bildirmişdir. Zərərçəkmişlər də ziyanı tam ödədiyini və heç bir şikayətlərinin olmadığını ifadə etmişlər. Məhkum həmçinin müsbət xarakterizə olunur, ailəli və iki azyaşlı uşağının atasıdır. Onun həbs olunması ailəsi üçün psixoloji və maddi çətinliklər yaratmışdır. Bundan başqa, hazırki iş üzrə Zərərçəkmiş şəxs2 barəsində də AR CM-nin 221-ci maddəsi ilə ittiham elan olunmuş, eyni hallar hazır ki işdə də mövcuddur. Lakin Zərərçəkmiş şəxs2 AR CM-nin 221-ci maddəsi ilə təqsirlənd irilməsinə dair cinayət işi üzrə bəraət verilmişdir. Müdafiəçi3 göstərilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə əməlində cinayət tərkibinin olmadığı üçün onun barəsində cinayət təqibinə bəraət verici əsaslarla xitam verilməsini və CM-nin 127.2.3-cü maddəsi üzrə isə həmən maddənin sasnksiyasında nəzərdə tutulmuş ən aşağı həddə şərti cəza verilməklə sınaq müddətinin müəyyən olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci v ə apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yeku n qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfində n müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçi Məhkumin əməlində cinayət tərkibi olmadığını iddia edərək onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icra atı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etiba rilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna e dən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsi zliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq formal tərkibli cinayət olduğundan CM-in 221-ci maddəsində qeyd olunan hərəkətlər törədildiyi anda başa çatmış hesab olunur. Xuliqanlıq subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar şəxs ictimai qaydanı kobud sürətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini, habelə CM-in 221-ci maddəsində sadalanan digər xuliqanlıq hərəkətlərini törətdiyini dərk edir və bunu arzu edir. Bu cinayətin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin hüzurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barış mazlıq, nifrət zəminində və sair törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu zaman təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsd mövcud olmalıdır. Belə ki, xuliqanlığın əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın a dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni hə ll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olması cinayət işi üzrə Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Eyni zamanda, Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlil ik dərəcəsi 3.məhkumun şəxsiyyəti 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutla rın məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxsin ona həmin qərarla istinad edilən CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən arqumentlər, yəni Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kol legiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasını n 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edild ikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plen umunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiym ət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, müdafiəçisinin kassasiya şikayətinin məhkumun əməlində cinayət tərkibinin olmaması barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq e dilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya şikayətinin və əlavənin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2025-ci il tar ixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2025-ci il tarixli qərarı kas sasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar