Məhkəmə qərarları › İş №1(102)-2143/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2143/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2143/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.2.4 -cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 1(103)-2170/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 2006-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum xx.xx.2022 -ci il tarixdə saat 19:25 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 265 ünvanında yerləşən “Alov” parkında Zərərçəkmiş şəxs ilə sonuncunun guya 2 ay əvvəl “instaqram” sosial şəbəkəsində onu təhqir etməsini bəhanə edib mübahisə edərək heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vurub sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid nazik bağırsaq və bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarının daxilə nüfuz edən, 01 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun ön-bayır və arxa səthlərinin 2 ədəd kəsilmiş-deşilmiş yaralarından ibarət xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bununla da Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X10 və X4 ibarət məhkəmə tərkibində) 03 oktyabr 2023-cü il tarixli, 1(101)-1091/2023 nömrəli hökmü ilə yetkinlik yaşına çatmayan Məhkum CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 22 noyabr 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Məhkəmənin hökmündən narazı qalan yetkinlik yaşına çatmayan Məhkum apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli hökmü ilə razı olmadığını qeyd edərək, onun ləğv edilməsini, barəsində ədalətli qərar verilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edə n və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 07 dekabr 2023-cü il tarixli, 1(103)2170/2023 nömrəli qərarı ilə yetkinlik yaşına çatmayan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(101)-1091/2023 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən onun barəsində cəza təyin edilərkən cəzasını yüngülləşdirən halların nəzərə alınmadığını qeyd etmişdir. Belə ki, o, cinayəti törədən zaman yetkinlik yaşına çatmayan olmuş, ilk dəfə cinayət məsuliyyətinə cəlb edil miş, törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmuş, cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, həmçinin ailə vəziyyəti nəzərə alınmadan onun barəsində ağır cəza təyin edilmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmədən şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 1(103)-2170/2023 nömrəli qərarının ləğv edilməsini, barəsində daha yüngül və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icra atı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətinimüdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hal ları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibə tini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

17. Bununla belə, kollegiya məhkumun kassasiya şika yətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 1(103)-2170/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələr Məhkum xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması haqqında qənaətlərini onunla izah etmişlər ki, xx.xx.2022-ci il tarixdə tərəflərin parkda görüşməsi məhz təqsirləndirilən şəxsin təşəbbüsü ilə baş vermiş və həmin anadək təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs bir-birilərini şəxsən tanı mamış, zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır.

19. Məhkəmələr mövqeyini əsaslandırarkən həm də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarına istinad etmişlər.

20. Lakin cinayət işi materiallarında olan sübutların, xüsusilə də məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin əlaqəli təhlili məhkəmələr tərəfindən məhkumun əməlinin hüquqi tövsifinə münasibətdə düzgün olmayan nəticəyə gəlmələrinə dəlalət edir.

21. Məhkəmə kollegiyası ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiym ət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir.

22. Belə ki, cinayət işi materiallarına əsasən ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Məhkum bildirmişdir ki, “...18 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhərinə gəzmək üçün gəlmişdim və həqiqətən mən həmin XXX-lə olan mübahisəmi tamamilə unutmuşdum və onunla görüşməklə bağlı heç bir niyyətim yox idi... Həmin gün axşam saat 19 radələrində “Alov Park” adlanan əraziyə getmiş, orada gəzdiyi zaman 3 nəfər şəxs onu çağırmışdır. Həmin 3 şəxsdən biri XXX olduğunu xatırlatmış və onu xatırlaması barəd ə sual vermişdir. Onu xatırladığını demiş və həmin şəxs onu parkın alt tərəfinə camaat olmadığı yerə keçməsini istəmişdir. O isə onunla harasa getməkdən imtina etmişdir, çünki onlar 3 nəfər olmuş və qorxmuşdur ki, onlar onu döyəcək. O, “Alov Parkda” olan ağ oturacaqlarda oturmuş və həmin 3 nəfər şəxs onun ətrafında durmuş, əsas XXX isə onun qarşısında durmuşdur. XXX onunla əvvəlki mübahisə barədə suallar verməyə başlamış və o isə həmin mövzu barədə təkrar mübahisə etməyə başlamışdır. Bu zaman XXX gözlənilmədən onu üzünün sol nahiyyəsindən və sol qulağından yumruqla vurduqdan sonra o, oturacağın üzərinə yıxılmışdır. XXX isə dizi ilə üz nahiyəsinən vurmağa başlamışdır. O, həmin vaxt gödəkçəsinin cibində olan bıçağı əlinə götürərək XXX adlı şəxsə 2 dəfə bıçaqla zərbə yetirmişdi... XXX-ilə həm in yerdə qabaqcadan görüş təyin etməmiş, parkda onunla təsadüfi rastlaşmışdır”.

23. Həmçinin, ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “...Beləliklə onunla yenə parkda aralarında mübahisə yaranmış, dediyi sözlərin arxasında dayana bilərsənmi deyərək soruşmuşdur. Həmin vaxt onun sağ əlinin cibində olduğunu görüb hiss etmişdir ki, əlində bıçaq var, hətta bıçağın bir hissəsini də görmüşdür. Onu bıçaqla vuracağını hiss edib, ondan əvvəl onun sifət nahiyəsindən 2 dəfə yumruqla vurmuş və o yanında olan oturacağın üstünə yıxılmışdır. Bu vaxt onun sinəsi üzərində oturub yenə də baş nahiyəsinə bir yumruq vurmuş və bu anda özünün qarın nahiyəsindən zərbə hiss etmiş və bilmişdir ki, onu b ıçaqla vurmuşdur...”.

24. Cinayət işi üzrə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, “...XXX ona dəfələrlə bildirsə də ki, onu instaqramda təhqir etməyib, Murad adlı şəxs onu dinləməmişdir. Məhkum onu təhqir etmiş və XXX onu vurmağa başlamışdır. Sonra onları aralamağa çalışmış, amma bu zaman məhkum üzərində olan bıçaqla XXX-ə dəfələrlə xəsarət yetirmişdir...”.

25. Cinayət işi üzrə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, “...Sonra bunlar bilinməyən səbəbdən təkrar mübahisə etməyə başlamışdılar və XXX bunu yumruqla vuraraq parkın ağ rəngli oturacağına oturtmuşdur. Sonra XXX onun üzərinə çökərək dizi ilə həmin şəxsi vurmağa başlamışdır. XXX-in yetirdiyi zərbələr həmin şəxsin baş nahiyəsinə idi...”.

26. Bununla da, cinayət işi materiallarından göründ üyü kimi, məhkəmələr Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilsə də, həmin ittihamın əsasını təşkil edən sübutları əsaslandırmamış, məhkumun əməlinin hüquqi tövsifində yanlış nəticəyə gəlmişlər.

27. Belə ki, kollegiya cinayət işi materiallarında olan, həmçinin yuxarıda sadalanan sübutların bir-birilə əlaqəli təhlilinə münasibətdə ilkin olaraq məhkəmələr tərəfindən “məhkumla zərərçəkmiş şəxsin “Alov” parkında görüşməsini qəti olaraq məhkumun təşəbbüsü ilə baş verməsinə” münasibətdə qeyd edir ki, istər ibtidai araşdırma dövründə, istərsə də birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı həm məhkumun, həm də zərərçəkmiş şəxs “Alov” parkında təsadüfən görüşdüklərini qeyd etmişlər. Cinayət işi materiallarında isə qeyd edilən faktın (şübhənin ) məhz məhkumun əleyhinə qiymətləndirilməsi üçün heç bir əlavə sübutun (telefon danışıqları, sms yazışmalar və.s) olmamasına baxmayaraq, məhkəmələr tərəfindən məhkumun Bərdə şəhərindən Bakı şəhərinə gəlməsi ilə əlaqələndirib görüşün məhz onun təşəbbüsü ilə baş verməsi qənaətinə gəlinməsi qanuni və əsaslı olmamışdır.

28. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

29. Kollegiya eyni zamanda qeyd edir ki, hətta Məhkum Bərdə şəhərindən Bakı şəhərinə Zərərçəkmiş şəxsla görüşmək üçün gəlmiş olsaydı belə, bu özlüyündə şəxsin əməlində xuliqanlıq niyyətinin formalaşması üçün yetərli amil deyildir.

30. Belə ki, məhkəmələr tərəfindən baş vermiş cinayət hadisəsinin fabulası “18 noyabr 2022-ci il tarixdə, təxminən saat 19:25 radələrində təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs ilə sözlü mübahisə edən zaman özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə zərbə vurub sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi” kimi qeyd edilsə də, cinayət işi materiallarında olan sübutlar, xüsusilə də məhkumun, zərərçək miş şəxsin və şahidlərin ifadələri baş vermiş hadisə, yəni Məhkum tərəfindən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməmişdən əvvəl olan mübahisənin yalnız “sözlü mübahisə” olmadığını təsdiq edir. Belə ki, istər ibtidai araşdırma, istərsə də, məhkəmə icraatı zamanı Məhkum, Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid1 tərəfindən verilmiş ifadələrlə müəyyən edilir ki, “Alov” parkda Məhkum və Zərərçəkmiş şəxs arasında baş vermiş sözlü mübahisənin ardınca Zərərçəkmiş şəxs Məhkum qarşı qanunsuz hərəkətlər, yəni fiziki zor tətbiq edərək, onu yumruqla vuraraq oturacağa oturtmuş, daha sonra onun üzərinə çökərək baş nahiyəsinə zərbələr endirmişdir. Bundan sonra Məhkum bıçaqla Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Başqa sözlə, məhkum xəsarəti məhz zərərərçəkmişin ona qarşı tətbiq etdiyi zordan sonra yetirmişdir.

31. İşin hallarından görünür ki, Məhkum ilə Zərərçəkmiş şəxs arasında sözlə başlayan və davam edən mübahisə zamanı məhkum yalnız ona qarşı tətbiq edilən fiziki zordan sonra zərərçəkmişə xəsarət yetirmiş, başqa sözlə ona qarşı törədilən fiziki zora qədər Məhkum əməlində heç bir cinayət tərkibinin əlamətləri olmamışdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə tör ədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.

33. Kollegiya qeyd edir ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən xuliqanlıq niyyəti müəyyən olunmadan Məhkum əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətinə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, məhkəmələr subyektiv baxımdan cinayət əməlinin törədilməsinə səbəb olan, yəni Məhkum ictimai təhlükəli əməli törətməyə sövq edən hallara (hərəkətverici amil rolunu hansı faktorların əsas rol oynadığını) lazımi əhəmiyyət vermədən və onun şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də Məhkum yaşadığı Bərdə şəhərindən Bakı şəhərinə gəlməsi, hadisənin ictimai yerdə (parkda) və Məhkum soyuq silah hesab edilməyən bıçaq istifadə etməklə törətməsindən çıxış etməklə, əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması kimi qiymətləndirmişlər, halbuki, sadalanan hallar özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçiri lməli idi.

34. Təsvir olunanlardan, görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etməklə və ona həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər.

35. Odur ki, Məhkum əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların (cinayəti törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nətic əsində dəymiş ziyanın aradan qaldırılması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması) və cəzanı ağırlaşdıran halların olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

36. Beləliklə, məhkəmə kollegiyası məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 1(103)-2170/2023 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.

37. Yuxarı da qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 1(103)-2170/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə isə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2023-cü il tarixli, 1(103)-2170/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdiri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar