Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2144/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-820/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul e tdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1979-cu il tarixdə Laçın rayonu Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 05 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 15 dekabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki h allarına görə 15 sentyabr 2023-cü il tarixdə, saat 14:55-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Corolla» markalı, 77-KB174 qeydiyyat nişanlı avtomobili, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük hüququ olmadan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə edib 3.24. «Maksimum sürətin məhdudlaşdırılması» qabağan yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsi hesab edilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən 22,6-cı kilometrliyində, Bakı şəhəri istiqamətində 6070 km/saat sürətlə hərəkətdə olarkən həmi n Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, ehtiyatsızlıqdan piyada keçidi ilə yolu soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə piyada keçidində vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyinin yumşaq qi şaları altına, toxumasına, mədəciklərə və beyinciyə geniş həcmli qansızmalar ilə müşayiət olunan sağ və sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, sağ bud sümüyünün açıq sınığı, burun, üst və alt çənə, əng sümüklərinin, sağ və sol bazu sümüklərinin, sağ said və sağ baldır sümüklərinin, sol bazu oynağının qapalı sınıqları, sağ gicgah nahiyəsinin, boyun nahiyəsinin, sağ qulaq seyvanı nahiyəsinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, sol gicgah nahiyəsinin, sağ yanaq nahiyəsinin, sağ bazu nahiyəsinin, qarın nahiyəsinin, sol çiyin qurşağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, bel nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsa rəti alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1139/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş əsas cəzaları tam toplamaq yolu ilə qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən ona təyin edilmiş əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi və həmin cəzanın Məhkum qəti olaraq təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına birləşdirilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 noyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən t əqsirləndirilən şəxs Məhkumnun müdafiəçisi Hüseynov Səfər Gülüm oğlu apellyasiya şikayəti verib, təqsirləndirilən şəxsə məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yüngül cəza təyin edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-820/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1139/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli hökmü əsas cəzaya münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 09 (doqquz) ay müddətə, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il 03 (üç) ay müddətə endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş əsas cəzaları tam toplamaqla ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən hökmlə ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə birləşdirilməsi, üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəzanın saxlanılması, hökmün qalan hissələr də apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində cəzasını yüngülləşdirən halların məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmadığını, ehtiyatsızlıqdan törətdiyi cinayət əməlinə görə ağır cəza təyin edildiyini iddia edərək, barəsində təyin edilmiş cəza müddətinin azaldılması və ya ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlə rinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci v ə apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Kassasiya şikayətində Məhkum ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib da ha yüngül cəza təyin edilməsini xahiş edərək, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-820/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin icti mai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət tör ətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhk umun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respu blikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. İstinad edilənlərə əsaslanmaqla Məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməs i barədə kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. Belə ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmiş, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 264-cü maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
25. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, onun yalnız cəmiyyət dən tam təcrid olunduqda islah olunacağı qənaətinə gələrək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrinin sanksiyaları həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən əsas cəzaları tam, Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən əlavə cəzaları qismən toplamaqla qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkuma təyin etdiyi cəzanın növü ilə razılaşsa da, hesab etmişdir ki, cəza təyini zamanı məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən mütləq halla r düzgün müəyyən edilməmiş, eləcə də şəxsiyyəti kifayət qədər nəzərə alınmadan ona ağır cəza təyin edilmişdir.
27. Belə ki, apellyasiya məhkəməsi kollegiyası tərəfindən müəyyən edilmişdir ki, məhkumun himayəsində azyaşlı uşağının olması cəza təyini zamanı onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı olduğu təqdirdə, birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almadan cəza təyin etmişdir. Həmçinin, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamışdır. Təqsirkar şəxsin ilk dəfə məhkum olunması onu kriminal meyilli, əvvəllər məhkum olunmuş şəxslərdən fərqləndirmək üçün ağlabatan əsasdır. Şəxsin cinayət törətdiyi üçün peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir və Azərbay can Respublikası CM-nin heç bir norması, o cümlədən müstəsna olaraq cinayət məsuliyyətindən azad etmə üçün səmimi peşmançılığın könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş ziyanı aradan qaldırma kimi fəal hərəkətlərlə müşayiət olunmasını tələb edən Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi də həmin halın Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır.
28. Yuxarıda göstərilənləri nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi məhkum Məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə (övladlarının olmasını) və islah olunmasına təsirini, eləcə də cinayətin xarakterini və ictimai t əhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hal qismində zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamasını, himayəsində biri azyaşlı olmaqla iki övladının olmasını nəzərə alaraq onun hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə islah olunması mümkün olduğu qənaətinə gələrək cəzasını yüngülləşdirmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə cəzasını 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirmiş, həmin cəzaları Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaqla qəti olaraq 07 (ye ddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
30. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq dü zgün qiymətləndirilmişdir.
31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-820/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-820/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.