Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2145/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Xüsusi ittiham qaydasında şikayət vermiş X12 nümayəndəsi “Kermur” İxtisaslaşdırılmış Vəkil bürosunun vəkili Müdafiəçi4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkum və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 mart 2022-ci il tarixli, 1(001)-31/2022 nömrəli hökmünə əs asən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə xüsusi ittiham qaydasında iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 1(103)34/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 6 noyabr 1979-cu ildə Ukrayna Respublikası Lvov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Birinci instansiya məhkəməsinin hökmünə və xüsusi ittiham qaydasında şikayət ərizəsinə əsasən, Məhkum tanışı X12 haqqında mənfi rəy yaratmaq məqsədi ilə böhtan ataraq məhkəmədə öz çıxışında Binəqədi rayon Məhkəməsinə verdiyi 29 mart 2021-ci il tarixli iddiasının təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə qarslıqlı iddia ərizəsində bildirmişdir ki, “Əməkdaşları qınamıram onlar rəhbərlikdən asılı vəziyyətdədirlər və rəhbərlik nə desə, onu edəcəkdir. Orxan Əliyev rəsmi direktor olsa da, o da şirkətə əslində rəhbərlik edən İsa Hüseynovdan (köhnə adı Elsən Tağıvev) asılı vəziyyətdədir və onun tapşırığından kənara çıxa bilməz. Bir ildən artıq əvvəl çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X1 və adını X10 İsaya dəyişən digər təsisçi telefon etməklə bildirmişdir ki, həyat yoldaşının şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nüma yəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam.” Halbuki, məhkəmədə baxılan işdə onun şəxsi həyatı mübahisə predmeti deyil və interpolda axtarışda olmadığı, adını, soyadını dəyişmədiyini sübut etməyə borclu deyildir. İşlədiyi "xxxx" MMC-də onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaq məqsədilə 19 aprel 2021-ci ildə Bakı şəhəri ünvan 2 ünvanına 19 aprel 2021-ci il tarixli cavab məktubu göndərərək bildirmişdir ki, "2020-ci ilin yanvar ayına kimi işə gedibgəlməyinə, əmək haqqı almağı və hazırkı vaxta kimi şirkətin işçisi olmağıma baxmayaraq, həmin şirkətin idarə edilməsini üzərinə götürmüş İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) namizədi X1 8 yeni direktor təyin edildikdən sonra, 2020-ci ilin yanvar ayında ona bildirmişdir ki, onun həyat yoldaşı Qitlin Aleksey şirkətin həmtəsisçidir, onunla digər həmtəsisçisi İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) arasında həll edilməmiş məsələlər var və həmin məsələlər öz həllini tapmayınca işə buraxılmırsınız”. Həmçinin bildirmişdir ki, “çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elsən Tağıyev) mənə telefon edərək, həvat yoldasın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər sevdən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam" demişdir. Məhkum bu sözləri ilə o nun şəxsiyyəti başqa şəxslərin gözündə alçaltmağa yönəlmişdir. Məhkum ifadələri ona qarşı böhtan, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzunu və təmiz adını ləkələyən məlumatlar kimi qiymətləndirilməlidir. Məhkum qeyd olunan təqsirli hərəkətləri ilə ona iztirablar vermiş və mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Məhkum bütün bu hərəkətləri isə onun psixologiyasına pis təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkum yalan böhtan məlumatları yaymaqla işlədiyi "Xerotek L.L.C”. MMC-də onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaqdır, onun bir insan kimi şərəf və ləyaqətinə ləkə yaxmaq cəhdidir. Məhkum apellyasiya məhkəməsində işə baxılarkən, həm iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə və qarşılıqlı iddia ərizəsində "xxxx" MMC-yə ünvanladığı 19 aprel 2021-ci il tarixli cavab məktubunda bildirdiyi fikirlərin onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzlarına xələl gətirən məlumatlar olub-olmamasının müəyyən edilməsi üçün "X11" vəkil sorğusu göndərilmiş və 24 may 2021-ci il tarixli 11/21 saylı linqvistik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Məhkum adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və "xxxx" MMC-yə ünvanlanmış məktubda X16 (X13) aid edilən "Çox saylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" şirkətin idarə edilməsini üzərinə götürmüş və İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev)" kimi söz və ifadələr linqvistik təhlil baxımından X12 (X13) şərəf və ləyaqətini alçaldan, i şgüzar nüfuzunu ləkələyən söz və ifadələr hesab edilir. Cavabdehin adından olan iddianın təmin edilməsi barədə qərardaddan verilən şikayətdə, qarşılıqlı iddia ərizəsində və "xxxx" MMC-yə ünvanlanan məktubda X16 (X13) aid edilən "Çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adıElşən Tağıyev) tərəfindən söylənilməsi iddia edilən “Həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm və rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək” kimi hədə-qorxu tərkibli məlumatların X20 (əvvəlki adı Elşən Tağıyev) tərəfindən söylənməsi öz təsdiqini tapmadığı halda böhtan hesab edilir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 mart 2022-ci il tarixli, 1(001)-31/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X7) Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Məhkum təyin edilmiş cəzanın icrasının onun yaşayış yeri üzrə icra qurumuna həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, hökmün ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 1(103)-34/2023 nömrəli qərarı ilə (hakimləri X19 oğlunun sədrliyi vəməruzəsi, X17 və X3 ibarət tərkibdə) təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bak şəhəri Binəqədi Rayon Məhkməsinin Məhkum barəsində olan 2 mart 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 1(103)-34/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlara, bir sıra qanunvericilik aktlarına istinadlar edilərək birinci instansiya və apellyasiya instansiya məhkəməsinin yekun aktlarının həqiqəti ək s etdirməməsinə, iş materiallarının tam hərtərəfli və ədalətli araşdırılmamasına istinadlar edilərək göstərilmişdir ki, Məhkum ona qarşı əsassız olaraq qaldırılmış iddia tələbinə baxılması ilə bağlı olaraq (məhkəmə qərarı ilə təsdiq olunur) onun subyektiv hisləri və emosiyaları ilə yüklü X16 qarşı aqressivlik nümayiş etdirməsi ilə bağlı ifadələr dəyər mühakimələri kimi qəbul edilməli idi.
8. Kassasiya şikayətinin müəllifi hər iki instansiya məhkəmələrində ittihamın əsasını təşkil edən Məhkum tərəfindən ifadə olunmuş cümlələrə münasibətdə qeyd edir: “çoxsaylı dələduzluq cinayətləri törətdiyinə görə X1 İsa Hüseynov (əvvəlki adı Elşən Tağıyev) hissəsi ilə bağlı qeyd edir ki, bu barədə Məhkum Beynəlxalq Cinayət Polis İdarəsinin internet səhifəsindən çıxarışı məhkəməyə təqdim etmişdir. Həmin çı xarışdan görünür ki, 22.9.1961-ci il tarixdə Gəncə şəhərində doğulmuş İsa Hüseynov “qırmızı bildiriş” qeydi ilə Rusiya tərəfindən beynəlxalq axtarışdadır. Təqdim edilmiş xəbər saytlarından çıxarışlardan görünür ki, İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) beynəlxalq axtarışda olması 2015-2016-cı illərdə dəfələrlə kütləvi informasiya vasitələrində yayılmışdır və bu hal onun tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-962/2009 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X2 “Hüseynov”, adı “İsa”, ata adının isə “Baba” adı ilə dəyişdirilməsi qət edilmişdir. Göründüyü kimi, İsa Hüseynovun (əvvəlki adı Elşən Tağıyev) ad, soyad və ada adını dəyişməsini və İnterpol tərəfindən axtarışda olması fakt olmuşdur, həmin f akt mövcud sənədlərlə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır.
9. Kassator həmçinin, Məhkum tərəfindən ifadə edilmiş cümlənin “həyat yoldaşın şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam” hissəsi ilə bağlı onu qeyd edir ki, “səni işə buraxmayacam” hissəsi İsa Hüseynov ("xxxx" MMC) tərəfindən realizə olunub, Məhkum qanunsuz olaraq işdən azad olunub, lakin məhkəmənin qərarına əsasən Məhkum yenidən işə bərpa olunmuşdur.
10. Kassasiya şikayətinin müəllifi şikayətində göstərilənləri A zərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 1(103)34/2023 nömrəli qərarını ləğv edərək xüsusi ittham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
12. Qərardan xüsusi ittihamçı tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, məhkəmə kolle giyasından təmin edilməsini xahiş etdilər.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X12 nümayəndəsi (vəkil) Müdafiəçi4 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələlə ri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
18. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində onun təqsirli bilindiyi CM-in 147.1-ci maddəsi ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə m əhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 1(103)-34/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
22. Azərbaycan Respublikası Konstitusiyasının "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlanan 71-ci maddəsinin İX hissəsində təsbit edilmişdir ki: "Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.”
23. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymaya, həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə cinayət məsuliyyəti nəzərdə tutur.
24. Sözügedən cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir.
25. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir.
26. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir.
27. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxs lər tərəfindən ona verilən qiymətdir.
28. Böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymada ifadə olunur.
29. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.
30. Böhtana görə cinayət məsuliyyətinin yaranması üçün üç hal - məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması və təqsirkarın bunu bilməsi, məlumatları bilə-bilə yayması müəyyən edilməlidir.
31. Qanunun mənasına görə təqs irkar şəxsin bilavasitə başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yalan olduğunu bilməsi zəruridir və o, həmin yalan məlumatları məhz digər şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq niyyəti ilə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaydığını dərk etməli və bunu arzu etməlidir.
32. Təqsirli şəxs kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaydığı məlumatların həqiqiliyinə inanırsa, yalan olduğunu bilmirsə və ya həmin məlumatları yayarkən başqa şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq niyyəti güdmürsə, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Ona görə də hər bir halda, məlum atları yayan şəxsin birbaşa qəsdinin müəyyən edilməsi onun əməlində CM-in 147-ci maddəsinin əlamətlərinin olub-olmaması nəticəsinə gəlinməsi üçün zəruridir. 33. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şər tsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur...
34. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır...
35. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir.
36. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.
37. Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, ə sərlərdə təsvir edilməklə yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun («Xüsusi ittiham qaydasında şikay ətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndi)
38. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələr nəzərə alınmaqla hazırki işin materiallarını təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
39. Xüsusi ittiham qaydasında şikayətə əsasən Məhkum tanışı X12 haqqında mənfi rəy yaratmaq məqsədi ilə böhtan ataraq məhkəmədə öz çıxışında Binəqədi rayon Məhkəməsinə verdiyi 29 mart 2021-ci il tarixli iddiasının təmin edilməsi barədə qərardaddan verd iyi şikayətdə - qarslıqlı iddia ərizəsində İsa Hüseynov barəsində şərböhtan xarakterli məlumatlar yayaraq ona böhtan atmışdır.
40. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, Məhkum məhkəmə çıxışında, iddianın təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə, qarşılıqlı iddia ərizəsində X20 barəsində irəli sürdüyü sözlərdə şəxsin dələduzluq etməsi və cinayətkar olması, qarşısındakı şəxsə başqa millətə aid olması səbəbi ilə mənfi davranması, təzyiqlər göstərməsi, hədələməsi, eləcə də məhkəməyə qarşı hiylə işlətməsi barədə məlumatların həqiqətə uyğun olmaması öz təsdiqini tapmış, həmçinin məhkəmədə həmin məlumatların böhtan xarakterli olmasını istisna edəcək sübuta rast gəlinməmi şdir.
41. Məhkəmə kollegiyası təqsirsizlik prezumpsiyasını özündə ehtiva edən CPM-in 21.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
42. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülən dəlilləri xüsusi ittiham qaydasında işin materialları ilə əlaqəli şəkildə təhlil etməklə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün əsaslar olubolmadığı müəyyən edilərkən araşdırılmış sübutlara CP M-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət verilməmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair ittiham hökmünü dəyişdirilmədən qüvvədə saxlayan apellyasiya məhkəməsi də Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələbləri pozaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlamadan yekun qərar qəbul edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum məlumatları yayan şəxs kimi birbaşa qəsdinin olduğunu nəticəsinə gəlinərkən, onun yaydığı məlumatların həqiqiliyinə inanması, yalan olduğunu bilməsinin və ya həmin məlumatları yayarkən başqa şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq niyyətinin olub-olmaması müəyyən olunmalı idi. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinin sübuta yetirilməsi, onun əməlində cinayət tərkibinin olması barədə aşağı instansiya məhkəmələrinin qənaəti kifayət qədər mötəbər sübutlarla əsaslandırılmamışdır.
44. Cinayət işinin materiallarından görünür ki, məhkum öz çıxışında Binəqədi Rayon Məhkəməsinə verdiyi 29 mart 2021-ci il tarixli iddiasının təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə qarslıqlı iddia ərizəsində bildirmişdir ki, əməkdaşları qınamıram onlar rəhbərlikdən asılı vəziyyətdədirlər və rəhbərlik nə desə, onu edəcəkdir. Orxan Əliyev rəsmi direktor olsa da, o da şirkətə əslində rəhbərlik edən İsa Hüseynovdan (köhnə adı Elsən Tağıvev) asılı vəziyy ətdədir və onun tapşırığından kənara çıxa bilməz. Bir ildən artıq əvvəl çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X1 və adını X10 İsaya dəyişən digər təsisçi telefon etməklə bildirmişdir ki, həyat yoldaşının şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam.
45. Məhkəmə kollegiyası “çoxsaylı dələduzluq cinayətləri törədilyinə görə X1 və adını X10 İsaya dəyişən” ifadəsi ilə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarına, tərəflərin və şahidlərin ifadələrinə görə Məhkum öz söylədiklərini əsaslandırmaq məqsədilə məhkəməyə müraciət edərkən i nterpolun saytından götürdüyü şəkli və digər məlumatları məhkəməyə təqdim etmiş, söylədiyi məlumatların mənbəyini göstərmişdir. Lakin istər birinci instansiya məhkəməsi, istər də apelyasiya məhkəməsi bu məlumatların həqiqiliyi barədə heç bir araşdırma aparmamışdır.
46. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tələbinə əsasən, böhtan xarakterli məlumatlar yəni yalan olduğunu bilə-bilə yayıldıqda cinayət məsuliyyətinə səbəb olur. Məlumat barəsində vicdanlı yanılma cinayət tərtkibi yaratmır.
47. Lakin birinci instansiya və apelyasiya məhkəmələri bu istiqamətdə də heç bir araşdırma aparmamış, zərərçəkmiş şəxs X12 axtarışda olmasına dair sənəd mövcud olması faktına bu konteksdə qiymət verməmiş, iş materialına əlavə edilmiş tələbnamələri qeyd etməklə kifayətləınmişlər.
48. Məhkumun “həyat yoldaşının şirkətdə olan payından mənim xeyrimə imtina etməlidir, etməsə başınıza oyunlar açacam, hər şeydən sizi məhrum edəcəm, rus millətinin nümayəndəsi olduğunuz üçün sizi məhv etmək dərəcəsinə çatdıracam, hamı məni eşidəcək, rus olduğunuz üçün sizə heç kim kömək etməyəcək, səni isə işə buraxmayacam” ifadəsinə qiymət verən kollegiya qeyd edir ki, belə xarakterli söhbətlər iki şəxs arasında telefon vasitəsilə olmuşdur. Bu səbəbdən məlumatın gerçəkliyi barədə məhkumun sübut təqdim edə bilməməsi başa düşüləndir. Təqdim etdiyi məlumatların gerçəkliyi barədə sübutların təqdim edilməməsi məsələsi müzakirə edilərkən, tərəflərin bu sübutları təqdim etmək imkanlarının nə dərəcədə real olması faktı da nəzərə alınmalıdır. Sübutların təqdim edilməməsi məlumatın yalan olmasını hes ab etməyə kifayət qədər əsas vermir.
49. Nəzərə almaq lazımdır ki, bu məlumat məhkum tərəfindən Binəqədi Rayon Məhkəməsinə 29 mart 2021-ci il tarixli iddiasının təmin edilməsi barədə qərardaddan verdiyi şikayətdə qarslıqlı iddia ərizəsində və məhkəmədə öz çıxışında bildirilmişdir.
50. Avropa Məhkəməsinin X8rşı işində mövqeyini nəzərə alaraq, kollegiya qeyd edir ki, Məhkum bu məlumatı məhkəmə prosesində öz dəlillərini müdafiə etmək, arqumentlərini gücləndirmək, öz mövqeyini əsaslandırmaq və izah etmək məqsədilə verməsi halı məhkəmələr tərəfindən qiymətləndirilməmişdir. Bu zaman onun niyyəti yalan məlumatları bilə-bilə zərərçəkmişin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları qərəzli yaymağa deyil, mübahisəli halların həllini, özünün həqiqi hesab etdiyi reallıqları m əhkəmənin diqqətinə çatdırmağa yönəlməsi də nəzərə alınmamışdır.
51. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. 52. "İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
53. Yuxarıda şərh olunanların araşdırılmasını zəruri hesab edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 1(103)-34/2023 nömrəli qərarı ləğv edilməklə cinayət işi apellyasiya instansiya məhkəməsinin məhkəmə baxışına təyin olunmalıdır.
54. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə xüsusi ittiham qaydasında iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 1(103)-34/2023 nömrəli qərarı ləğv edilsin və xüsusi ittiham qaydasında iş həmin məhkəmədə yeni apellyasiya baxış