Məhkəmə qərarları › İş №1(102)-2147/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2147/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2147/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 Məhkum – Məhkum iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 17 7.2.3-cü maddəsi ilə təqsirli bilinən Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Qəmbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən Elza Cəbrayılzadə) 25 yanvar 2024cü il tarixli, 1(051)-7/2024 saylı hökmü ilə, xx xxxxxxx 1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda X2 cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq cəmi 4 gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 06:00 –dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-214/2024 saylı, 1 may 2024-cü il tarixli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə) Dövlət ittihamçısı2 oğlu tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(051)-7/2024 saylı hökmü şahid qismində dindirilmiş Şahid5 ifadəsi və təqsirləndirilən şəxs Məhkum cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi halı hökümdən xaric edilməklə dəyişdirilmişdir. Hökm baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-214/2024 saylı, 1 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: Məhkum verilmiş ittihama əsasən o, təkrarən qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayının ortaları axşam saatlarında Mingəçevir şəhər i, Kür kompüter zavodunun arxa hissəsindəki H.Əliyev döngəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış sahəsinə qanunsuz olaraq qapıdan daxil olmaqla iki mərtəbəli yarımtikilidən bir topunun dəyəri 90 manat olmaqla 20 topunun dəyəri 1800 manat olan diametri 6 millimetrlik elektrik kabelləri, dəyəri 100 manat olan bir ədəd taxta pilləkən, bir ədədinin qiyməti 20 manat olmaqla 5 ədədinin qiyməti 100 manat olan taxta döşəmə, ümumilikdə qiyməti 100 manat olan taxta parçalarını oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 2100 manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən vahid niyyət ilə əhatə olun qəsd ilə tamah məqsədi ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Mingəçevir şəhə ri, Ə.Vahid küçəsi 4 saylı binanın arxa hissəsində yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan, yəni avtomobil sexinin qarşısından Zərərçəkmiş şəxs3 məxsus dəyəri 1200 manat olan 1997-ci ildə istehsal olunmuş BMW 39 markalı avtomobilin motoru, qiyməti 1200 manat olan 2008-ci ildə istehsal olunmuş “Reno” markalı avtomobilin motoru, qiyməti 1560 manat olan 2012-ci ildə istehsal olunmuş motorun döşəkçəsini oğurlayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 3960 manat ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 28 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, N.Nərimanov prospekti 29A ünvanında yerləşən “Lalə” adlı aptekin ağ rəngli plastik qapısını istintaqa məlum olmayan dəmir parçası ilə açara q, qanunsuz olaraq qapıdan aptekə daxil daxil olub, oradan 536 manat pulu oğurlamaqla Zərərçəkmiş şəxs1 qızma maddi ziyan vuraraq oğurluq cinayətini etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan, sübutları təhlil etmədən və bir-biri ilə müqayisə etmədən Məhkum elan olunmuş ittihamdan 2 epizodu və CM-nin 177.2.2-ci maddəsini xaric etmiş, eyni zamanda təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, xüsusilə də onun əvvəllər dəfələrlə CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş və eyni qəbildən olan cinayət əməllərinə görə təqsirli bilinib məhkum olunmasını nəzərə almadan nə o nun islah olunmasına, nə də başqa şəxslər tərəfindən də yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etməyəcək cəza təyin etmişdir. Belə ki, məhkəmə Məhkum elan olunmuş ittihamdan 2 epizodu yəni, 2022-ci ilin sentyabr ayının ortaları axşam saatlarında Mingəçevir şəhəri Kür kompüter zavodunun arxa hissəsindəki H.Əliyev döngəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus iki mərtəbəli yarım tikiliyə daxil olunaraq 2100 manat dəyərində əşyaların oğurlanması və 28 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri, N.Nərimanov prospekti 29A ünvanında yerləşən “Lalə” adlı aptekə daxil olunaraq 536 manat pulun oğurlanması epizodlarını xaric edərkən gəldiyi nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, məhkəmə istintaqında tədqiq edilən sübutlar təqsirləndirilən şəxsin həmin ep izodlar üzrə təqsirli hesab edilməsi üçün yetərli olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs həmin yerlərə daxil olmadığını və həmin əşyaları oğurlamadığını bildirmiş, təqsirləndirilən şəxsin həmin epizodlar üzrə cinayət törətməsini təsdiq edən sübutlar isə iş materiallarına əlavə edilməmişdir. Qeyd olunan epizodlar üzrə nə şahid ifadələri, nə kamera görüntüləri mövcud deyildir. Məhkum ibtidai istintaq zamanı özünü hər üç epizod üzrə təqsirli bilsə də məhkəmə baxışında ifadəsini dəyişərək 1-ci və 3-cü epizodlar üzrə özünü təqsirli bilməyərək ibtidai araşdırma zaman polis əməkdaşlarının təzyiqləri nəticəsində qeyd olunan oğurluq hadisələrini üzərinə götürdüyünü, əslində həmin oğurluqları onun törətmədiyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkə mə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci hissəsinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən(şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi v ə ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb- qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd ed ilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Bundan başqa, həmin Qərarının 33-cü hissəsinə əsasən, hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Lakin, iş materiallarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı ilkin izahatında, eyni zamanda müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində hər iki epizod üzrə özünü təqsirli bilməklə yanaşı, oğurluq hadisələrini törətdiyi yerləri və törədilmə üsulunu dəqiq göstərməklə təfsilati ilə məlumat vermiş, hətta Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsindən yalnız elektrik kabelləri oğurladığını, digər əşyaları oğurlamadığını, “Lalə” adlı aptekdən isə təxminən 550 manat pulu oğurladığını, ola bilsin ki, oğurladığı pul 536 manat məbləğində olduğunu və Göyçay rayonuna gedərək həmin pula özünə paltar aldığını göstərmişdir. Eyni zamanda ona hər hansı fiziki və psixoloji təzyiq göstərilməsinə dair heç bir məlumat verməmiş, həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı onun polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalmasını təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, ibtidai istintaq yekun laşdıqdan sonra cinayət prosessual qanunveriliciyə əsasən, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən təqsirləndirilən şəxs və onun hər hansı vəsatətlərinin olmadığını bildirməklə bunu protokolda öz imzaları ilə təsdiq etmiş, onlara verilmiş yetərli vaxt müddətində də istintaq orqanına hər-hansı vəsatətlə müraciət etməmişlər. Qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi xüsusatlan təkzib edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və qərarın ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə yeni baxışa qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillər ini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının və Məhkum çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticə ləri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərql i olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı protestdə Məhkum törətdiyi cinayət əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun t ələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübu tların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri nin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 177-ci maddəsində: 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama; üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; 177.2.3-2. neft kəm ərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə; 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.3. Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə; beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.4. Bu Məcəllənin 177.1-177.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə küll i miqdarda ziyan vurmaqla törədildikdə; on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət ə məlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktlar ı araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə t oplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxsin ona həmin qərarla istinad edilən CM-in 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanu nvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilən arqumentlər, yəni Məhkum əsassız olaraq CM-in 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində əsassız olaraq CM-in 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməməsi barədə göstərilən əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə t oplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub- olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətmə kdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5- ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüqu qi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, dövlət ittihamçısının bu barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-c ü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya protestinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessua l qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya ptotestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfində n verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-214/2024 saylı, 1 may 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar