Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2148/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli, 1(103)-1346/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 9 oktyabr 1986-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri X9 küçəsi, ev 78/23, mənzil 14-da qeydiyyatda olmaqla, ünvan 3-də yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 87,917 qram narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 35,257 qram psixotrop maddə olan metamfetamini və 1,127 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək, daşımaqla üzərində və yaşadığı evdə saxlamış, həmin narkotik vasitədən 0,021 qram və 0,508 qram narkotik vasitə heroini 2 noyabr 2021ci il tarixdə saat 17:00-da X3 10 manata satmış, daha sonra Suraxanı RPİ-nin 33-cü PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 noyabr 2021-ci il tarixdə saat 19.00-da Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivində yerləşən «Bazar Store» mağazasının yaxınlığında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış massivi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilərək PB-nin inzibati binasında üzərində şəxsi axtarış həyata keçirilən za man əynində olan göy rəngli şalvarın sağ yan cibindən 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,926 qram, 0,461 qram, 0,452 qram, 0,471 qram, 0,442 qram, 0,454 qram, 0,452 qram, 0,461 qram, 0,449 qram, 0,444 qram, 0,444 qram, 0,442 qram və 0,442 qram olmaqla, ümumi təmiz çəkiləri 7,340 qram ağ rəngli kristalşəkilli kütlələr, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,267 qram, 0,397 qram, 0,419 qram, 0,408 qram və 0,424 qram olmaqla, ümumi təmiz çəkiləri 3,915 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyataxtarış tədbirlərinin davamı olaraq Məhkum yaşadığı ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilən zaman həmin evin qonaq otağında olan televizor altlığından bir ədəd sellofan torbanın içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,669 qram və 15,248 qram olmaqla, ümumi təmiz çəkisi 27,917 qram ağ rəngli kristalşəkilli kütlələr, öz aralarında və üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlərlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 39,111 qram, 23,930 qram, 18,812 qram və 1,620 qram olmaqla, ümumi təmiz çəkisi 83,473 qram qəhvəyi rəngli maddə kütlələri, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, lakin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eynilik təşkil etməyən, kustar üsulla hazırlanmış n arkotik vasitə heroin, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 1,127 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd «AOSAİ» markalı səthində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(101)-747/2022 nömrəli hökmü ilə (hakimlər Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, X8 və X4 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əmələrini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın çə kilməsinin başlanğıcının 2 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Məhkum bəraət verilməsi barədə yeni hökm qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli, 1(103)1346/2022 nömrəli qərarı ilə (hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X1 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərə findən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(101)-747/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli, 1(103)1346/2022 nömrəli qərarından Məhkum müdafiəçisi kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Müdafiəçi, kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, Məhkum işlədiyi N saylı hərbi hissədən məhz uzun sürən davamlı psixi xəstəliyi ilə ə laqədar tərxis olunmuşdur. Belə ki, Silahlı Qüvvələrin Baş X2 bölməsinin 1484 nömrəli, 3423 nömrəli, 5238 nömrəli, 7383 nömrəli və 7805 nömrəli Xəstəlik tarixindən çıxarış epikrizlərindən görünür ki, N saylı hərbi hissənin baş leytenantı Məhkum dəfələrlə psixiator tərəfindən müayinə və müalicələr almış və ona “dissosiativ-konversion pozuntu’' diaqnozu təyin edilmişdir. Bununla yanaşı Silahlı qüvvələrin Baş Klinik Hospitalının 60 nömrəli, 1889 nömrəli və 1266 nömrəli arayışlarından görünür ki, hərbi xidmətə könüllü daxil olmuş N saylı hərbi hissənin baş leytenantı Məhkum həmin xəstəliyi hərbi xidmət dövründə almışdır. Beləliklə, işlədiyi hərbi hissədən psixi xəstəliyi ilə əlaqədar tərxis olunan Məhkum vəziyyəti sonradan daha da kəskinləşmiş, hazırda isə tamamilə anlaqsız vəziyyətdədir. Be lə ki, psixikanın pozulması nəticəsində o, öz hərəkətlərinin faktiki xarakterini tam dərk etmək və ya həmin hərəkətləri idarə etmək iqtidarında deyildi. Hətta ətrafındakı şəxsləri tanımır və onlarla ünsiyyət qura bilmir. Bundan başqa Məhkum QİÇS (X5 Sindromu) xəstəliyindən əziyyət çəkir ki, bu da xroniki psixi xəstəliyi olan məhkumun cəza çəkməsini mükünsüz etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Məhkum hər hansı psixi xəstəliyin əlamətlərinin aşkar olunub-olunmadığının, eyni zamanda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olub-olmadığını, yəni anlaqlı olubolmadığının müəyyən edilməsi üçün məhkəmə-psixiatrık ekspertizası təyin edilməlidir.
8. Qeyd etdiklərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli, 1(103)-1346/2022 nömrəli qərarının ləğv edilərək, Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə yeni qərar qəbul edəsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
10. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkild ə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Məhkum müdafiəçisi kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə məhkumun cəza çəkməsini istisna edən halın olmasını nəzərə alınmaması, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən həmin hökmün əsassız olaraq dəyişdirilmədən saxlanılmasını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.19-cu maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, kolle giya məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli, 1(103)-1346/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Belə ki, məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azə rbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
21. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsiz lik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
22. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
23. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
24. Cinayət mə suliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
25. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
26. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən cinayət prosesi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olubolmaması — psixiatriya sahəsində ekspertlərin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər.
27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
28. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
29. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayətində məhkum barəsində göstərilən “psixikanın pozulmas ı nəticəsində məhkumun öz hərəkətlərinin faktiki xarakterini tam dərk etmək və ya həmin hərəkətləri idarə etmək iqtidarında olmaması” dəlillərinə münasibətdə qeyd edilir ki, cinayət işi materiallarında olan, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materialları ilə əlaqəli şəkildə tədqiq edilən ambulator məhkəməpsixiatrik ekspertizasının 2791 saylı, 27 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Məhkum hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Məhkum əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri t əsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkum hal-hazırki xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Məhkum törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Məhkum öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhkum törətdiyi əməl brəsində anlaqlı hesab edilməlidir. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkum ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Məhkum hazıki psixi vəziyyətinə görə məcburi müalicəyə ehti yacı yoxdur. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür.
30. Göründüyü kimi, müdafiəçi tərəfindən mübahisələndirilən məsələ ibtidai istintaq orqanı tərəfindən araşdırılaraq ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi alınmışdır. Müdafiəçi tərəfindən məhkumun anlaqsız olması iddia edilsə də, ambulator məhkəməpsixiatrik ekspertizasının rəyi ilə Məhkum törətdiyi əməl brəsində anlaqlı hesab edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmədiyi müəyyən edilmişdir.
31. Bundan əlavə, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətində qeyd etdiyi “işlədiyi hərbi hissədən psixi xəstəliyi ilə əlaqədar tərxis olunan Məhkum vəziyyəti sonradan daha da kəskinləşmiş, hazırda isə tamamilə anlaqsız vəziyyətdədir” dəlilinə münasibətdə qeyd edir ki, psixi xəstəliyi ilə əlaqədar tərxis olunma şəxsin hələ anlaqsız olması nəticəsinə gəlinmək üçün yeterli faktor deyildir. Eyni zamanda, nə qədərdə məhkumun tamamilə anlaqsız olması iddia edilsə də, cinayət işi materialları bunun əksini sübut edir. Hətta materiallardan müəyyən edilir ki, məhkum sərbəst şəkildə birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə vermiş, apellyasiya instansiya məhəməsində isə çıxış etmişdir.
32. Göründüyü kimi apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146 -cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
33. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
34. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh e dilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli, 1(103)1346/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli, 1(103)-1346/2022 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.