Məhkəmə qərarları › İş №1(102)-2148/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2148/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2148/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əl İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəx s7 iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə və CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Səfiyeva Cəmilə İbrahim qızı) Məhkum, 2 avqust 1986-cı il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəl lər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 3 (üç) gün müddət həmin cəzadan çıxılmaqla, məhkum olunmuş şəxsin üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bndan sonra mətndə CPM-in) 39.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş, zərər çəkmiş şəxslər - mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 iddia tələbləri tam, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs7 iddia tələbləri qismən təmin edilmiş, təqsirləndirilən şəxs-mülki cavabdeh Məhkum 11.800 manat məbləğində dəymiş ziyana və 125 manat məbləğində dövlət rüsumuna görə pulun tutulub zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1, 3711 manat məbləğində dəymiş ziyana və 50 manat məbləğində dövlət rüsumuna görə pulun tutulub zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs4, 2770 manat məbləğində dəymiş ziyana və 49 manat məbləğində dövlət rüsumuna görə pulun tutulub zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs5, 11.850 manat məbləğində dəymiş ziyana və 120 manat məbləğində dövlət rüsumuna görə pulun tutulub zər ər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9, 22700 manat məbləğində dəymiş maddi ziyana və 150 manat məbləğində dövlət rüsumuna görə pulun tutulub zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs12nın, 5860 manat məbləğində maddi ziyana və 70 manat məbləğində dövlət rüsumuna görə pulun tutulub zərər çəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 xeyrinə ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 aprel 2020-ci ildə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında Zərərçəkmiş şəxs11 7000 manat dəyərində 1 ədəd 750 əyarlı brilliant qaşları olan boyunbağı və 1 ədəd qolbaq, 2 ədəd üzük və bir cüt sırğadan ibarət zinət əşyalarını girov qoymaq şə rti ilə 2550 manat kredit verəcəyini vəd edərək bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs11 aldadıb etibarından sui istifadə etməklə onun 7000 manat dəyərində əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 aprel 2019-cu il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 3 ünvanında X8 270 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzüyü, 620 manat dəyərində 1 ədəd 750 əyarlıqızıl üzüyü, 560 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzük-sırğa dəst ini, 1300 manat dəyərində 1 cüt 583 əyarlı qızıl sırğanı, 430 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl klonu, 330 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzüyü, 540 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 320 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzüyü, 570 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl üzüyü, 310 manat dəyərində, 1 ədəd 750 əyarlı qızıl boyunbağını, 2000 manat dəyərində, 1 ədəd 750 əyarlı qızıl üzük-sırğa dəstini, 680 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 420 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl üzüyü, 1050 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzük-sırğa dəstini, 350 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzüyü, ümumilikdə 1600 manat dəyərində 2 ədəd 750 əyarlı briliant qaşlı qızıl üzükləri, 1100 manat dəyərində 1 ədəd 750 əyarlı briliant qaşlı qızıl üzü yü, 1.600 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 2.900 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl boyunbağı ilə bilərziyi girov qoymaq şərti ilə 15.400 manat kredit verəcəyini vəd edərək bu barədə muvafiq müqavilə bağlayıb kreditin 2,7 faiz dərəcəsi ilə ödənilməsi göstərilən girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış, sonra isə Zərərçəkmiş şəxs9 adına tərtib edilmiş, hüquq verən sənəd hesab edilən girov biletində kredit üzrə faiz dərəcəsi göstərilən hissəsində 2,7 faizin üzərində düzəlişlər edərək 4,3 faiz yazmaqla rəsmi sənədi saxtalaşdıraraq Zərərçəkmiş şəxs9 ödəməli olduğu kredit məbləğinin artdığını və sonuncunun ödənişləri vaxtında etmədiyini əsas gətirərək 16.850 manat dəyərində əmlakını ələ keçirib, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələdu zluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 dekabr 2019-cu il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu ünvan 4 ünvanında yerləşən ofisdə X2 700 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 1800 manat dəyərində 1 ədəd brilliant qaşlı 750 əyarlı qızıl üzüyü, 5000 manat dəyərində 1 ədəd, brilliant qaşlı 750 əyarlı qızıl üzüyü girov qoyması şərti ilə 1200 manat məbləğində kredit verəcəyini vəd edərək, bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunu girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Lətafət Rəşidovanı aldadaraq etibarından sui istifadə edib onun 7500 manat dəyərində əmlakın ı ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23 iyul 2020-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 3 ünvanında Zərərçəkmiş şəxs12 1700 manat dəyərində 1 ədəd 750 əyarlı üzərində brilliant qaşları olan qızıl üzük-sırğa dəstini, 8000 manat dəyərində 750 əyarlı bir ədəd qızıl üzük-sırğa-boyunbağı-qolbaq dəstini, 1000 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 500 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl 5-lik sikkəni, 2700 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 500 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl klonu, 200 manat dəyərində 1 ədəd 585 əyarlı 1 ədəd klonu, 300 manat dəyərində 1 ədəd 5 85 əyarlı qızıl klon, 350 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 500 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 200 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl üzüyü, 250 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 150 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 250 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 300 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl klonu, 350 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 600 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 150 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl qolbağı, 400 manat dəyərində 1 ədəd 585 əyarlı üzərində klon olan qızıl boyunbağını, 800 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl boyunbağını, 250 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl qolbağı, 450 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl qolbağı, 700 ma nat dəyərində 1 ədəd 750 əyarlı qızıl klonu, 400 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 1700 manat dəyərində 1 ədəd 750 əyarlı üzərində klon olan qızıl boyunbağını girov qoymaq şərti ilə 9105 manat kredit verəcəyini vəd edərək bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs12 aldadaraq etibarından sui -istifadə edib onun 22700 manat dəyərində əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 5 yanvar 2021-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə m əşğul olduğu ünvan 3 ünvanında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 1 ədəd qızıl üzük- sırğa dəstini, 4 ədəd qızıl üzükləri, 1 ədəd qızıl boyunbağını, 3 ədəd qızıl boyunbağını, 1 cüt qızıl sırğanı, 1 cüt qızıl sırğanı, 3 ədəd qızıl boyunbağını girov qoymaq şərti ilə 2325 manat məbləğində kredit verəcəyini, 1 aprel 2021-ci il tarixlərdə isə eyni ünvanda Zərərçəkmiş şəxs6ya 2 ədəd qızıl boyunbağını girov qoymaq şərti ilə 1150 manat məğləğində kredit verəcəyini yalan vəd edərək muvafiq tarixlərdə bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzləri təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs6nı aldadaraq etibarından sui istifadə edib onun 6500 ma nat dəyərində əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 yanvar 2021-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 3 ünvanında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 7000 manat dəyərində 1 ədəd 750 əyarlı boyunbağı-bilərzik-üzük-sırğa dəstini girov qoymaq şərti ilə ona 2.350 manat kredit verəcəyini yalan vəd edib bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs7 aldadaraq etibarından sui istifadə edib onun 7000 manat dəyərində əm lakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 mart 2021-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 3 ünvanında Zərərçəkmiş şəxs10 ümumi dəyəri 15.000 manat olan 1 ədəd 583 əyarlı və 4 ədəd 750 əyarlı qızıl üzükləri, 2 ədəd 750 əyarlı boyunbağını, 1 ədəd qızıl kişi saatını girov qoymaq şərti ilə ona 3280 manat məbləğində kredit verəcəyini yalan vəd edib bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs10 aldadaraq etibarından sui-istifadə ed ib onun 15000 manat dəyərində əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 aprel 2022-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 3 ünvanda Zərərçəkmiş şəxs1 400 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl boyunbağını, 580 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzük-sırğa dəstini, ümumilikdə 250 manat dəyərində 2 ədəd 583 əyarlı üzükləri, 80 manat dəyərində 583 əyarlı qızıl klonu, 300 manat dəyərində 1 ədəd üstü gümüş olan 583 əyarlı qızıl üzüyü girov qoymaq şərti ilə 1050 məbləğində kredit verəcəyini, 360 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 180 manat dəyərində 1 ədəd 500 əyarlı qızı l boyunbağı və klonu, 250 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl boyunbağını, 500 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl qolbağı, ümumilikdə 630 manat dəyərində 583 əyarlı qızıl sırğanı, ümumilikdə 1470 manat dəyərində, 4 ədəd 583 əyarlı qızıl üzükləri, 1200 manat dəyərində 1 ədəd 750 əyarlı brilliant qaşlı qızıl üzüyü, ümumilikdə 2400 manat dəyərində 1 dəst 585 əyarlı 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və klonu, 1 ədəd qızıl qolbaqdan ibarət qarnituru, ümumilikdə 1200 manat dəyərində 1 ədəd brilliant qaşlı 583 əyarlı üzük-bilərzik dəstini girov qoymaq şərti ilə 3200 manat məbləğində kredit verəcəyini, 2 iyul 2022-ci il tarixdə həmin ünvanda 1000 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl qolbağı və 1000 manat dəyərində müxtəlif formalı 583 əyarlı qızıl metalları g irov qoymaq şərti ilə 1050 manat məbləğində kredit verəcəyini yalan vəd edərək muvafiq tarixlərdə muvafiq müqavilə bağlayıb girov qəbzləri təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 aldadaraq etibarından sui istifadə edib onun 11800 manat dəyərində əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 29 may 2021-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 3 ünvanında Zərərçəkmiş şəxs8ə ümumilikdə 30.000 manat dəyərində olan brilliant qaşlı 750 əyarlı 1 cüt sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd boyunbağı və 1 ədəd bilərziyi, 5.000 manat dəyərində 1 ədəd brilliant qaşlı 750 əyarlı qızıl üzüyü girov qoymaq şərti ilə 4.800 manat məbləğində kredit verəcəyini vəd edərək bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs8 aldadaraq etibarından sui istifadə edib onun 35000 manat dəyərində əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin iyun ayında fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında Z ərərçəkmiş şəxs5 1445 manat dəyərində, 1 ədəd 750 əyarlıqızıl bilərziyi və 765 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü girov qoymaq şərti ilə 945 manat məbləğində kredit verəcəyini, 17 avquvt 2021-ci il tarixdə eyni ünvanda 500 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl boyunbağını, 340 manat dəyərində 1 cüt 583 əyarlı qızıl sırğanı və 200 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl sırğanı girov qoymaq şərti ilə 765 manat məbləğində kredit verəcəyini yalan vəd edib aldadaraq bu barədə muvafiq tarixlərdə müqavilə bağlayıb girov qəbzləri təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs5 aldadaraq etibarından sui istifadə edib onun 3485 manat dəyərində əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 mart 2022-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu ünvan 4 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs14 583 əyarlı 17 qram çəkidə 1700 manat dəyərində olan qızıl boyunbağını girov qoyması şərti ilə 900 manat məlbəğində kredit verəcəyini vəd edərək, bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq Zərərçəkmiş şəxs14 etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs14 aldadaraq etibarından sui-istifadə edib 1700 manat dəyərində əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etm ə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 dekabr 2022-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu ünvan 4 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs13 1000 manat dəyərində olan 1 cüt 583 əyarlı qızıl sırğanı, 120 manat dəyərində olan 1 cüt 585 əyarlı qızıl sırğanı və ümumilikdə 400 dəyərində olan 1 ədəd 585 əyarlı qızıl klonu və 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 400 manat dəyərində 1 ədəd biriliant qaşlı 585 əyarlı qızıl üzüyü girov qoyması şərti ilə 800 manat məbləğində kredit verəcəyini vəd edərək, bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs13 aldadaraq etibarından sui-istifa də edib 3000 manat dəyərində əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 dekabr 2022-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanında Zərərçəkmiş şəxs4 girov olaraq qoyduğu 800 manat dəyərində 750 əyarlı, 7,2 qram çəkidə 1 ədəd qızıl qolbaq, 221 manat dəyərində 585 əyarlı, 2,6 qram çəkidə 1 ədəd cüt qaşlı qızıl sırğa, 800 manat dəyərində 750 əyarlı, 4 qram çəkidə 1 ədəd brilliant qaşlı qızıl üzük, 232 manat dəyərində 585 əyarlı, 2,74 qram çəkidə 1 ədəd qızıl boyunbağı, 153 manat dəyərində 585 əyarlı, 1,8 qram çəkidə 1 ədəd qızıl boyunbağı, 1020 manat dəyərində 585 əyarlı, 12 qram çəkidə 1 ədəd zəncirvari formalı qızıl boyunbağı, 5 83 manat dəyərində 585 əyarlı, 6,62 qram çəkidə 1 ədəd qızıl üzük və 272 manat dəyərində 585 əyarlı, 3,2 qram çəkidə 1 cüt qızıl sırğanın müqabilində qısamüddətli kredit olaraq verilmiş 2350 manat pulun hamısı sonuncu tərəfindən ödənməsinə baxmayaraq o, qeyd olunan qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 4061 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22 fevral 2023-cü il tarixdən 3 mart 2023-cü il tarixədək olan müddət ərzində fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən lombardda Zərərçəkmiş şəxs2 girov olaraq qoyduğu 1 ədəd 700 manat dəyərində 583 əyarlı qı zıl üzük, 1 ədəd 600 manat dəyərində 583 əyarlı qızıl üzüyün müqabilində qısamüddətli kredit olaraq verilmiş 350 manat pulun hamısı sonuncu tərəfindən ödənməsinə baxmayaraq o, qeyd olunan qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 may 2023-cü il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən lombartda Zərərçəkmiş şəxs3 girov olaraq qoyduğu 1 ədəd 1230 manat dəyərində 10,5 qram 585 əyarlı qızıl üzüyün müqabilində qısamüddətli kredit olaraq verilmiş 500 manat pulun hamısı sonuncu tərəfindən ödənməsinə baxmayaraq o, qeyd olunan qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 1230 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Abşeron Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Əliyev Hikmət Vilayət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 8 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarından Məhkum kassasiya şi kayəti verərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, hər iki məhkəmə iş üzrə araşdırmanı düzgün və obyektiv aparmamış, barəsindəki cinayət işinin mahiyyəti, bu işin başlanması səbəbi və digər hallar dəqiq və ədalətli araşdırılmamış, məhkəməyə təqdim etdiyi tutarlı dəlillər və arqumentlər nəzərə alınmamaqla qanunvericiliyin müddəaları kobud şəkildə pozulmuşdur. Belə ki, barəsində şifahi olaraq şikayət ərizəsi vermiş vətəndaşların şikayətləri heç bir fakta və dəlilə əsalanmamış, onlara dəymiş hesab etdikləri ziyanın məbləğləri reallığa uyğun olmamışdır. Halbuki, bütün vətəndaşlarla qa nunvericiliyin tələblərinə uyğun şəkildə müqavilələr bağlanmış, onların lombarda girov qismində təqdim etdikləri əşyaların dəyəri dünya birjasının həmin günə müəyyən etdiyi qiymətlərlə dəyərləndirilmiş, müqavilənin bütün şərtləri onların özlərinə açıq şəkildə izah edilməklə həmin müqavilələr onun tərəfindən icra edilmişdir. Buna baxmayaraq, onun Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən hərəkətləri əsassız olaraq dələduzluq kimi qiymətləndirilmiş və o, qanunsuz olaraq bu cinayətə görə təqsirli bilinərək məhkum eilmişdir. Vətəndaşlara lombard tərəfindən verilmiş pulun geri qaytarılma müddəti, şərtləri, vəsait geri ödənilmədiyi halda lombard tərəfindən görüləcək tədbirlər, vətəndaş tərəfindən girov qismində təqdim olunmuş əşyaların real bazar dəyəri, onların açıq təsviri, çəkisi v ə s. digər hallar, o cümlədən, vətəndaşların girovu lombard tərəfindən itirilərsə və ya korlanarsa hesablamalar müqavilədə qeyd olunsa da, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə iclaslarında nəzərə alımamışdır. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, vətəndaşlar öz şikayətlərində lombarda girov qismində təqdim etdikləri əşyaların dəyərini aralarında bağlanmış müqavilədə qeyd olunan dəyərdən dəfələrlə artıq qeyd etdikləri üçün tərəfindən məhkəmədən müstəqil ekspertin təyin edilməsi xahiş edilsə də, xahişi nəzərə alınmamış, bundan əlavə vətəndaşlara dəymiş ziyanın məbləği müəyyən edilərkən onların lombarda olan borcları çıxılmamışdır. Bundan başqa, kassator öz şikayətində vurğulamışdır ki, keçirdiyi ağır qəza nəticəsində aldığı xəsarətlərdən əməliyyat olunduğundan yataq şərait ində qalmaq məcburiyyətində qalmış, bu səbəbdən də işi ilə maraqlana bilməmiş, “Brand Kredit” təşkilatı da yaranmış vəziyyətdən istifadə edərək onun xəbəri olmadan vətəndaşlara məxsus qızıl-zinət əşyalarını satmışdır. Məhkum şikayətində həmçinin qeyd etmişdir ki, yaranmış vəziyyətdən istifadə edən əvvəlcədən ədavəti olan Zərərçəkmiş şəxs9 bir neçə vətəndaşı da öz ətrafında toplamaqla onları şər və böhtan xarakterli ifadələr verməyə məcbur edərək, onun həmin şəxslərə qarşı dələduzluq hərəkətləri etməsinə dair görüntü yaradaraq həbsinə nail olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum onun kassasiya şikayətinin təmin olunaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə q anuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, X2, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısı H.B.İmranovun və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə məhkumun və məhkəmə iclasına gəlməmiş digər zərər çəkmiş şəxslərin iştirakları olmadan baxı lmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, onun təqsirli bilindiyi ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilm iş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiya da işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konst itusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitus iyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də n əzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiiq edilməsi məqsədilə bu və ya digər sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitə silə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Re spublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyy ən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyəti nə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunç uluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. T övsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləş dirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törət məkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarıl masına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər mat erialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunm alı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilə n digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət pr osesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun n əticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində t əqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbay can Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırs a, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri ü zrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkə mə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmi n Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tə dqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, milli və beynəlxalq qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilmə si üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq müqavilələrin və milli qanunvericiliyin normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi ilə razılaşaraq bu hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, göstərilən yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi b arədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələrlə yanaşı, çoxsaylı zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, sənədl ərin məhkəmə-texniki eksperizasının rəyi ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum 2019-2023-cü illər ərzində çoxsaylı şəxslərin əmlakını – qızıl-ziynət əşyalarını dələduzluq yolu ilə, yəni onların etibarından sui-istifadə etmə və ald atma yolu ilə ələ keçirmiş, həmin şəxslərdən Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs8 xeyli ziyan vurmuşdur. Bu nəticənin arxasında duran sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edildiyindən, onların hər birisinə ayrı-ayrılıqda və məcmu şəklində qiymət verildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür və eyni zamanda cinayət işinin materiallarını təhlil edərək məhkəmələrin əsaslandığı bu sübutların yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün əsasların müəyyən edilməməsini qeyd edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarının əsasına qoyulmuş sübutların toplanmas ı və araşdırılması zamanı ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozulmasına da yol verməmiş və cinayət işinin materialları ilə Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İn san Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmiş, belə qiymətləndirmə və Məhkum törə tdiyi əməllərə maddi hüquq normalarının tətdbiqi, yəni onun əməllərinin CM-in 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə tövsif edilməsi isə araşdırılmış sübutlarla yanaşı aşağıda göstərilənlərlə tam uzlaşır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektini və obyektiv cəhətini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq CM-in 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham o lunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda) dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək im kanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Hazırki iş üzrə toplanmış sübutların məcmusundan göründüyü kimi, Məhkum zərər çəkmiş şəxslərə məxsus qızıl-zinyət əşyaları nı qəbul edib bu əmlak müqabiində onlara həmin əşyaların dəyərindən qat-qat az məbləğlərdə pul vəsaiti versə də, sonradan özü də əldə etdiyi əşyaları onların satılması üçün əsaslar olmadan müxtəlif kredit təşkilatı olmayan müəssisələrə girov kimi qoyaraq buna əsasən müxtəlif məbləğlərdə pul əldə etmiş, halbuki işlətdiyi lombardın nizamnaməsinə və mülki qanunvericiliyinin tələblərinə görə onun belə hərəkətlər etməsinə hüququ olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu hal Məhkum özgə əmlakını ələ keçirməyə niyyətinin məhz əvvəlcədən yaranmasına dəlalət edir və buna görə onun əməllərində məhz dələduzluq cinayətinin tərkib əlamətləri mövcuddur. Dələduzluq cinayətinə yuxarıda verilmiş təfsirə uyğun mövqedən həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətləri nə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-in İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, m əsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Bundan başqa, Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmı ş hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətl əndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cin ayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 11-ci maddəsində və Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsində təsbit edilmişdir ki, heç kəs yal nız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən 11 iyun 2015-ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsi ndə, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəx s digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutları təkrarən qismən araşdıraraq, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkumun irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, o, hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış şəxslərdən heç kimi aldatmamış, onlara dəymiş ziyanın məbləğləri reallığa uyğun olmamış, sonunlarla bütün müqavilələr qanunvericiliyin tələblərinə əsasən bağlanmış, barəsində şikayət etmiş şəxslər həmin müqavilələrin şərtlərini pozduqlarına və uzun müdddət ödəniş etmədiklərinə görə girov qoyduqları əşyalar müvafiq olaraq satılaraq yaranmış borclarına ödənmiş və zərər çəkmiş şəxslər yalan ifadələr verərək onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmasına nail olmuşlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında da təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək hər hansı şəxsə qarşı dələduzluq törətməməsini bildirsə də, həm ibtidai araşdırm a zamanı, həm də məhkəmə iclasında dindirilmiş zərər çəkmişlər ardıcıl olaraq sonuncunun onları aldadaraq ödədikləri məbləğin qarşısında girov qoyduqları qızıl-zinyət əşyalarını onlara geri qaytarmamış, bəzi girov biletlərini saxtalaşdıraraq onların pullarını bu yollarla ələ keçirməsi barədə hökmün təsviri hissəsində göstərilən hallara uyğun ifadələr vermiş və onların bu ifadələri həmçinin çoxsaylı şahidlərin ifadələri ilə və digər sübutlarla təsdiq olunmuşdur. Bundan başqa, zərər çəkmiş şəxslər həm ibtidai araşdırma zamanı, həm də, məhkəmə baxışı zamanı verdikləri ifadələrində (hər biri özlərinə aid hissədə) “İşin halları” bölməsində təsvir edilmiş, yəni Məhkum ona istinad olunan əməlləri törətməsini təsdiq etmişlər. Məhkum kassasiya şikayətində zərər çəkmiş şəxslərin ona böhtan atmasını iddia etsə də, cinayət işinin materiallarından göründüyü kimi, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr istər zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinin alınması, istərsə də digər sübutların toplanması və araşdırılması zamanı CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verməmiş və bu sübutların yolverilməzliyini, digər tərəfdən isə zərər çəkmişlərin və şahidlərin ifadələrinin qərəzli və böhtan xaraterli olmasını təsdiq edən hallar cinayət təqibinin bütün mərhələlərində müəyyən edilməmişdir. Məhkum özü də nə ibtida araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında hər hansı sübutun yolverilməzliyini təsdiq edən heç bir dəlil irəli sürməmiş və onların (xüsusilə də zərər çəkmiş şəxslərin ifadələrinin) sübutlar siyahısından çıxarılması haqda təşəbbüslə çıx ış etməmiş, onun iddiaları isə yalnız ehtimallar üzərində qurulmuşdur. Halbuki, CPM-in 125.2.1-125.2.10-cu maddələrinə əsasən yalnız aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət müh akimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhk əmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 125.8-ci maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İn san Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş zərər çəkmiş şəxsləri və şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməllərinin CM-in 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun həmin maddələrlə təqsirli bilinməsini, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə cəzalandırmasını, CM-in 320.1-ci maddəsi ilə isə cəzanın təyin edilməli olmamasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər araşdırılmış sübutlarla təkzib e dildiyindən həmin dəlillər və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini qəbuledilməz sayaraq belə qənaətə gəlir ki, baxılan işdə CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum təyin olunmuş cəzanın açıq-aşkar ağır olması barədə dəlillər və belə dəlillərə əsasən həmin cəzanın yüngülləşdrillməsi haqda tələb irəli sürülməsə də, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsini n tələblərinə uyğun olaraq bu məsələni də yoxlamış və belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi də həll olunarkən məhkəmə CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə düzgün olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini səciyyələndirən halları, o cümlədən CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – onun dəymiş ziyandan qismən ödəniş etməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını, habelə CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bütün bu hallara uğun olaraq ona qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instan siyası məhkəməsi isə haqlı olaraq bu məsələ ilə bağlı da həmin məhkəmənin mövqeyi ilə razılaşmışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar görmür və eyni zamanda həmin qərarın istər cəza təyini hissəsində, istərsə də başqa hissələrdə dəyişikliklərin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqs irli bilinərək məhkum olunmasına və CMnin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli qərarı kassasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar