Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2149/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 2001-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam ali təhsilli, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan X4 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.1-ci maddəsi ilə cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən, xitam edilməsinə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayan X17 Azərbaycan Respublikası CM-in 32.5, 127.2.2 və 32.5, 127.2.3-cü maddələri üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İda rəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli hökmünə əsasən (hakim N.A.İmanova) X4 - əməli Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş, X8 zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən X4 barəsində CM-in 127.1-ci maddəsi ilə cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən, xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi hökm edilmişdir. X14 - barəsində CM-in 32.5, 127.2.2 və 32.5, 127.2.3-cü maddələrinin tərkibi olmadığından ona CM-in 42.1.2-ci maddəsinə əsasən, bəraət verilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməs inin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X6 elan edilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sifarişlə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, X8 tanışı X15 təşkilatçılığı ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin sifarişi əsasında hansısa şəxsin döyülərək cəzalandırılmasını təşkil etmələri barədə razılığa gəlib cinayətin törədilməsində “Toyota Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə köməklik edəcəyinə qabaqcadan vəd vermiş X10in qonşusu X22 və tanışı X16 ilə cinayət əlaqəsinə girib 26 noyabr 2022-ci il tarixdə, saat 04:30 radələrində qeyd edilən nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivində yerləşən fərdi evin qarşısına gəlib orada zərərçəkmiş şəxsin gəlməsini gözləyərək X10in sifarişin icra olunması ilə bağlı göstərişi əsasında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonradan şəxsiyyəti onlara məlum olan Zərərçəkmiş şəxs əllərində olan istintaqa məlum olmayan dəmir və taxta parçala rından istifadə edərək qəsdən Zərərçəkmiş şəxs sifət, baş və sol böyrək nahiyyələrindən zərbələr vuraraq, sonuncuya sol gözyuvası ətrafı nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma ilə müşayiət olunan sol almacıq sümüyünün yerini dəyişən, qapalı sınığı, təpə nahiyəsinin əzilmiş yaraları, qarın nahiyəsinin qançırı kimi həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sifarişlə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İbtidai araşdırma orqanı tərəfindən X17 elan edilmiş ittihama əsasən o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sifarişlə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurulması cinayətinin törədilməsinə vasitələr verməyi qabaqcadan vəd etməklə köməklik etmişdir. Belə ki, X22 əvvəllər tanımadığı X4 və X9 dəqiq səbəbini bilmədən hansısa şəxsin döyülərək cəzalandırılmasını təşkil etmələri barədə tanışı X12 şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin sifarişini aldıqlarını bilərək, sifarişlə və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına zərər vurulması cinayətinin həyata keçirilməsində bilavasitə iştirak etmədən lakin, idarə etdiyi nəqliyyat vasitəsindən istifadə etməklə kömək edəcəyinə, yəni həmin cinayəti planlaşdırdıqları vaxtda, ünvanda və istədikləri üsulla həyata keçirilməsindən ötrü cinayət əlaqəsinə girdiyi yuxarıda adları qeyd edilən şəxsləri öz avtomobi li ilə cinayətin törədiləcəyi ünvana aparıb orada gözləyəcəyini və maneəsiz oradan uzaqlaşdıracağını vəd edib köməkçi qismində cinayətdə iştirakına razılaşaraq, 26 noyabr 2022-ci il tarixdə saat 04:30 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-DV*** dövlət qeydiyyat nişanlı avtomobili ilə cinayətin digər iştirakçıları X7, X11 və X18 cinayəti törədəcəkləri ünvana, yəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivinə apararaq, vədinə əməl edərək cinayətin təşkilatçısı X10lə avtomobildə qalıb həmin şəxslərin ifşa olunmamaları üçün cinayət törətdikdən sonra hadisə yerindən tez bir zamanda uzaqlaşdırmaq məqsədi ilə gözləməklə cinayətin törədilməsində bilavasitə iştirak etmədən, X4 və X10 həmin ünvanın yaxınlığındakı fərdi evin qarşısında əllərində ola n dəmir və taxta parçaları ilə qəsdən Zərərçəkmiş şəxs sifət, baş və sol böyrək nahiyyələrindən zərbələr vuraraq, sonuncuya sol gözyuvasıətrafı nahiyənin dərialtı hematoması və ağlı qişaya qansızma ilə müşayiət olunan sol almacıq sümüyünün yerini dəyişən, qapalı sınığı, təpə nahiyəsinin əzilmiş yaraları, qarın nahiyəsinin qançırı kimi həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sifarişlə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurulmasına və hadisə yerindən idarə etdiyi avtomobillə uzaqlaşdırılmalarına idarə etdiyi avtomobildən vasitə kimi istifadə etməklə köməklik etmişdir. Kassasiya ptotestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestin də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsində istintaq zamanı təqsirləndirilən şəxs X22 göstərmişdir ki, X10 onunla eyni məhəllədə qalır və onun qonşusudur. O, özü taksi fəaliyyəti ilə məşğuldur. Sifariş olduğu zaman gecə, ya gündüz olmasından asılı olmayaraq sifarişi qəbul edir. 26 noyabr 2022-ci il tarixdə gecə radələrində X10 ona zəng edərək onu bir yerə aparmaq lazım olduğunu demiş, o isə razılaşmışdır. Sonra X10 yanında iki nəfər şəxslə gəlmiş və həmin iki nəfərin Ramana qəsəbəsində işlərinin olduğunu, bir nəfərlə tez söhbət edib qayıdacaqlarını demişdir. O, avtomobildə benzinin az olduğunu bildirmiş, bundan sonra X10 pul götürmək üçün Bakı Əyləncə Mərkəzinə sürməsini bildirmiş, X4gedib içəridən 5 manat gətirmiş, onlar benzin vuraraq Ramanaya getmişlər. Hadisə yerinə çatanda X10 və yanındakı iki nəfər düşmüşlər, o isə qarşıya sürərək maşını geri döndərmişdir. Sonra X10 maşına əyləşərək iki nəfərin bir nəfərlə söhbət edib qayıdacaqlarını bildirmişdir. O vaxta qədər isə X10 ona gedib su və siqaret almalarını təklif etmiş, sonra isə qayıdıb uşaqları götürmələrini demişdir. Həmin vaxt bir nəfər şəxs onların yanından keçərək ondan buradan iki nəfərin keçib keçmədiyini soruşmuş, o, isə keçmədiyini dedikdə həmin şəxs iki nəfərin onu vurub qaçdığın ı bildirmişdir. Bu zaman o, həmin şəxsə kömək etmək lazımdısa, köməyini təklif etmiş, həmin adam isə ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt o, şübhələnmiş və X10dan bu şəxsi vuran şəxsin onlarla gələn şəxslər olub-olmadığını soruşmuş, X10 isə onların olmadığını bildirmişdir. Sonradan X4və X11 maşına əyləşdikdə X10 onlardan neylədiklərini soruşduqda həmin şəxslər “Necə demişdin elə, vurduq, gəldik” dedikdə o, həmin şəxsi X4və X11un vurduğunu başa düşmüş və dərhal X10a etirazını bildirərək onu hansı səbəbdən davaya gətirdiyini bildirmiş və X10la mübahisə etməyə başlamışdır. Bundan sonra o, X4və X11u Bakı Əyləncə Mərkəzinə aparıb özü X10la məhəlləyə gedərək mübahisəni davam etdirmişdir. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs X8 ifadəsində yolda olduğu müddətdə X10ı döyməyə getdikləri şəxsi tanıyan kiminləsə telefonda danışıqlar apardığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs X16 da eyni məzmunlu ifadələr vermişdir. İşin faktiki hallarından aydın görünür ki, X22 hazırki cinayətin törədilməsində bilavasitə iştirak etmədən, lakin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə X10, X4Mehdiyev və X11 Bağırovu planlaşdırılan vaxtda cinayəti törədəcəkləri Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivinə gətirmiş, X4və X11 düşdükdən sonra onları X10lə birlikdə avtomobildə gözləmiş, X4və X11 qayıtdıqdan sonra onları maneəsiz hadisə yerindən uzaqlaşdırılmalarına idarə etdiyi avtomobildən vasitə kimi istifadə etməklə köməklik etmişdir. Dövlət ittihamçısı hesab edir ki, ibtidai istintaq orqanının X17 münasibətdə gəldiyi nəticə əsaslı olmuş, bu hal özünü iş üzrə alınmış təqsirləndirilən şəxslərin ifadələrinin məzmunu və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Lakin məhkəmə sadalanan hallara əhəmiyyət vermədən təqsirləndirilən şəxsin təkzibedici ifadəsinə əsaslanmış, X6Şükürovun digər təqsirləndirilən şəxslərlə qarşılıqlı münasibətlərini və məsuliyyətdən kənarda qalmaları üçün bir-birinin lehinə ifadə vermələrini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsi hər hansı hörmət və ya digər maddi nemətin vəd edilməsi müqabilində vurmadığına dair göstərdiyi xüsusatı təsdiq edən hər hansı digər sübutun iş materiallarında olmadığını, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş cinayətin digər iştirakçısı X9 X4Mehdiyevin həmin xüsusatla bağlı məhkəmə istintaq ı zamanı verdiyi ifadəsini təsdiq edərək X10la onların arasında pul və ya digər hörmət söhbətinin olmadığını bildirməsini, X14 cinayətdən öncədən xəbəri olmayan şəxs kimi həmin xüsusatla bağlı onun ifadələrinə istinad edilməsinin mümkün olmadığını nəzərə alaraq X4 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmiş və onun sifarişlə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasının öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Protestdə qeyd edilir ki, cinayətin icraçıları M.Mehdiyev və Ə.Bağırov məhkəməyədək icraat dövründə O.Vəliyevin dostunun ona qarşı səhv edən şəxsi döydükdən sonra onlara “hörmət" edəcəyini bildirmişlər. Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxslər özlərini müdafiə məqsədilə “hörmət' müqabilində deyil, sırf dostluq münasibətləri naminə zə rərçəkmiş şəxsi döydüklərini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövrində verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrinin dəyişməsinin səbəbini göstərməmiş, konkret olaraq nəyə görə məhkəmə baxışında verdiyi ifadəsini əsas götürməsini əsaslandırmamış, heç bir araşdırma aparmadan əsassız olaraq təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadəsinə üstünlük vermişdir. Yuxarıda qeyd olunan hallar bir daha təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələrinin dolğun və həqiqəti əks etdirdiyini, məhkəmə baxışında isə vermiş olduğu ifadələrinin həqiqətə uyğun olmamaqla özünün müdafiəsinə yönəldiyini təsdiq edir. Bunlardan əlavə, hökmdə göstərilmişdir ki, “həm təqsirləndirilən şəxsin, həm də şahid qismində dindirilmiş X11 Bağırovun ifadələrindən, eləcə də X14 ifadəsində göstərdiyi xüsusatlardan görünür ki, X4Mehdiyevin zərərçəkmiş şəxsi vurmasına səbəb onun çox yaxın dostu olan X10ın ona “zərərçəkmiş şəxsin X10ın dostuna qarşı səhv hərəkət etdiyini, həmin hərəkətin ona qarşı edilmiş hərəkət kimi qəbul edilməsini” bildirməsi, onun X10la çox yaxın dost olması və X10ın da ona görə eyni addımı atacağını düşünməsi olmuş, onun cinayəti törətməsinin motivini xuliqa nlıq niyyəti təşkil etməmişdir”. Həmin dəlilə münasibət bildirərkən qeyd olunmalıdır ki, məhkəmə işin mühüm əhəmiyyətli faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmədən, ibtidai istintaq orqanının əməlin hüquqi tövsifi üzrə nəticələrinin düzgünlüyünü kifayət qədər araşdırma aparmadan məhkəmədə baxılmış sübütlardan irəli gələn faktiki hallara müvafiq olmayan hüquqi nəticələrə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxs X8 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, X23 ona və X11 Bağırova bir adamın onun dostuna qarşı səhv hərəkət etdiyini, həmin səhvi ona qəbul edilmiş səhv kimi qəbul etmələrini xahiş etməklə həmin şəxsi vurmaq, yəni başa salmaq lazım olduğunu demiş, o və X11 razılaşmışlar. Təqsirləndirilən şəxs X16 həm ibt idai, həm də məhkəmə istintaqı zamanı tanışı X4Mehdiyevlə eyni məzmunlu ifadələr vermişdir. İşin hallarından aşkar görünür ki, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs əvvəllər tanımadan və hər hansı münasibətləri olmadan, xüsusən də səbəbini (motivi) araşdırmadan bununla da heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsi döyərək xəsarətlər yetirmişlər. İttihamın təsvirindən aşkar surətdə görünən, əməlin yanlış tövsif edilməsinə gətirib çıxaran hal odur ki, məhkəmə “səbəb”in mövcud olub-olmaması barədə qənaətini ilk növbədə təqsirkar şəxslərin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Belə ki, təqsirləndirilən şəxslərin öz ifadələrində bildirdikləri kimi, onlar zərərçəkmiş şəxsi dəqiq səbəbini bilmədən sifarişin icra olunması ilə bağlı X10in göstərişi əsasında cəzalandırmaq məqsədilə döymüşlər. Mübahisəsizdir ki, baş vermiş hadisə zərərçəkmiş şəxsin hər hansı, o cümlədən neqativ hərəkətlərindən törənməmiş, həmçinin konkret səbəb(lər) olmadığı və təqsirləndirilən şəxs X4Mehdiyevin kriminal davranışının məhz bu səbəbdən irəli gəlməsi irəli sürülmüş ittihamda aydınlığı ilə göstərildiyi halda, məhkəmə tərəfindən onun əməlində əsassız olaraq xuliqanlıq niyyətinin olmadığı qənaətinə gəlinmişdir. Yekunda məhkəmə təqsirləndirilən şəxsin öz əməlinə subyektiv münasibətini deyil, “əsaslı səbəbin olmaması” formalısını öz mülahizələri ilə əsaslandırmış və nəticədə hadisənin konkret səbəblərdən baş verməsi kimi qiymətləndirərək, əməlin hüquqi tövsifində yanlışlığa yol vermişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticələr, yəni təqsirləndirilə n şəxs X17 bəraət verilməsi və X4 əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsi işin faktiki hallarına uyğun olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı hissəvi ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tət biqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhku m X4 əməlinin hüquqi tövsifi mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3-cü maddələrinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif etmişdir. Protestdə həmçinin, qeyd edilir ki, E.Şükürovun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb ol muş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 127.2-ci maddəsinə əsasən “Eyni əməllər: 127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə; 127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcu d olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsa slandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilən hallarla da əlaqədar bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzr ə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır: “Məhkəmənin gəldiyi qənaətə görə isə X14 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 127.2.2 və 32.5, 127.2.3-cü maddələrinin tərkibi olmamış və iş materiallarında olan, o cümlədən, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun ümumiyyətlə cinayətdən məlumatlı olması təkzib edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Apellyasiya protestində X6 təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticə mübahisələndirilsə də, məhkəmə araşdırması zamanı iş üzrə ifadələr yenidən alınmış, həqiqi münasibətlər aydınlaşdırılmış, suallar verilmiş, sübut əhəmiyyətli xüsusatlar araşdırılmış, ifadələrə qərəzsiz və obyektiv qiymət verilmişdir. Məhkəmə hökmdə qeyd edir ki, çox maraqlıdır ki, nə təqsirləndirilən şəxslərin, nə də zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələrində X14 hadisə yerinə gedərkən öncədən X10, X11 və X4 hansı səbəbdən Ramana qəsəbəsinə getdiklərindən xəbərinin olmasına dair heç bir xüsusat olmad ığı halda istintaq orqanı bununla bağlı cinayət prosesi iştirakçılarına hər hansı dəqiqləşdrici sual vermədən, X6 hadisə yerinə getmədən öncə hara və nəyə görə getmələrindən xəbərinin olmasını, həqiqətənmi öncədən onlara kömək edəcəyini vəd etməsinə dair ittihamda göstərilən məsələni aydınlaşdırmadan sadəcə öz şəxsi və heç bir sübuta dayanmayan mülahizələri əsasında X2 kimi cinayətin iştirakçısı olmasına dair əsassız nəticəyə gəlmişdir. Halbuki, hələ heç məhkəmə istintaqı zamanı verilmiş ifadələrə istinad edilmədən məhz istintaq zamanı verilmiş ifadələr əsasında da X14 törədilməsi planlaşdırılan cinayətdən xəbərinin olmaması aşkardır. Belə ki, onun ibtidai istintaq zamanı verilmiş ifadəsindən aydın şəkildə görünür ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, hadisə günündən öncə X4 tanı mamış, X10 isə onun qonşusu olmuşdur. Hadisə günü X10 ona Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gedərək bir nəfər şəxslə görüşməli olduğunu bildirərək onu həmin yerə aparmasını xahiş etmiş, o, heç bir problemin olmadığını bildirmiş və bundan sonra X10 avtomobilin ön oturacağına əyləşmiş, bu zaman X10ın yanında əvvəllər tanımadığı, sonradan adlarının X4və X11 olduğunu bildiyi şəxslərin də olduğunu görmüş, yalnız hadisədən sonra zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilə yaxınlaşaraq iki nəfər şəxsin onu vuraraq qaçdıqlarını, onları axtardığını bildirdikdə X10dan həmin şəxsi döyən şəxslərin X4və X11 olub-olmadığını soruşmuş, X10ın isə belə bir şeyin olmadığını, X4və X11un başqa bir şəxslə görüşərək gələcəklərini deyərək avtomobili idarə edərək X4və X11u axtarmaqlarını xahiş etdiy ini, X11la X4qayıdıb maşına əyləşdikdən sonra X10ın danışaraq bir nəfər şəxsin onun dostuna qarşı səhv etdiyini, bu səbəbdən onu döydüklərini bildirdiyini, bundan sonra onun X10a etirazını bildirərək bu barədə əvvəlcədən ona nə üçün məlumat vermədiyini demişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı dindirilmiş X4 ifadəsində də X14 o, X11 və X10 tərəfindən öncədən planlaşdırılmış cinayətdən xəbərinin olmasına, qabacaqcadan X6Şükürovun idarə etdiyi nəqliyyat vasitəsindən istifadə etməklə onlara kömək edəcəyinə, yəni həmin cinayəti planlaşdırdıqları vaxtda, ünvanda və istədikləri üsulla həyata keçirilməsindən ötrü cinayət əlaqəsinə girdiyi yuxarıda adları qeyd edilən şəxsləri öz avtomobili ilə cinayətin törədiləcəyi ünvana aparıb orada gözləyəcəyini və maneəsiz oradan uzaqlaşdıracağını vəd etməsinə dəlalət edən bir kəlməyə rast gəlmək mümkün olmamışdır. Məhkəmə kollegiyası protestin bu dəlili ilə bağlı qeyd edir ki, məhkəmənin də qeyd etdiyi kimi E.Şükürovun sürücü kimi iştirakı və ya güman əsasında cinayətdə iştirakının ehtimal olunması kimi dəlillər onun təqsirli hesab edilməsi və cəzalanması üçün əsas ola bilməz. Üzləşmə istintaq hərəkəti ilə bağlı hökmdə qeyd edilir ki, məhkəmənin diqqətini çəkən digər maraqlı bir məqam ondan ibarətdir ki, müstəntiq X17 qarşı irəli sürdüyü, heç bir sübuta əsaslanmayan ittihamını möhkəmləndirmək üçün guya təqsirləndirilən şəxslər, yəni X22 və X8 arasında 29 noyabr 2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirmişdir. Həmin istintaq hərəkətinin protokolundan (i.v.112-117) görünən odur ki, müstəntiq təqsirləndirilən şəxslərin verd ikləri ifadələri müvafiq olaraq “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokollardan kopyalamış, X14 istintaqın ilk günündən etibarən “cinayətdən öncədən xəbərinin olmaması, X4və X11u hadisə günü ilk dəfə görməsi, hadisədən yalnız X11la Məhəmmədin zərərçəkmiş şəxsi vurub maşına qayıtdıqdan sonra xəbərinin olması, bu zaman X10a etirazını bildirərək nəyə görə ona öncədən bu barədə məlumat verməməsini bildirməsi”nə dair göstərdiyi xüsusatlarla bağlı bir dənə də sual verməmiş, Elmirin göstərdiyi halların doğruluğunun digər təqsirləndirilən şəxs X4Mehdiyev tərəfindən təsdiq və ya təkzib edilməsi istiqamətində hər hansı dəqiqləşdirmə aparmamış və sadəcə ifadələri üzləşdirmə protokoluna köçürməklə və X20 Şükürovun təqsirlilik məsələsinin həllinə aidiyyəti olmayan suallar ünvanlamaqla kifa yətlənmişdir. Apellyasiya protestində məhkəmənin bu güclü arqumentinə, yəni istintaq hərəkətinin formal keçirilməsinə ümumi sözlərlə təkzib verilməsinə cəhd edilir. Kollegiya qeyd edir ki, protestin bu dəlili formal mülahizə əsasında verilmiş və işin faktiki hallarına uyğun gəlmir.” Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, X6Şükürovun öncədən planlaşdırılmış cinayətdən xəbərinin olmasına, qabaqcadan X6Şükürovun idarə etdiyi nəqliyyat vasitəsindən istifadə etməklə onlara kömək edəcəyinə, yəni həmin cinayəti planlaşdırdıqları vaxtda, ünvanda və istədikləri üsulla həyata keçirilməsindən ötrü cinayət əlaqəsinə girdiyi yuxarıda adları qeyd edilən şəxsləri öz avtomobili ilə cinayətin törədiləcəyi ünvana aparıb orada gözləyəcəyini və man eəsiz oradan uzaqlaşdıracağını vəd etməsi ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhz yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tam əsaslı olaraq E.Şükürova Azərbaycan Respublikası CM-in 32.5, 127.2.2 və 32.5, 127.2.3-cü maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət vermiş, apellyasiya instansiya məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin məhkum X3 əməlində Azərbaycan Respublikası CM-in 127.2.2 və 127.2.3-cü maddələrinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tər kib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi P lunumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, “baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxslərin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışları hərtərəfli araşdırılmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoy maqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).” Məhkəmə kollegiyası kassasiya protestinin X4 Zərərçəkmiş şəxs az ağır zərər vurmada ifadə olunan cinayət əməlində xuliqanlıq niyyətinin olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, xuliqanlıq motivi şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə psixi münasibətinin göstəricisidir. Şəxsin əməlində xuliqanlıq niyyətinin olub-olmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdiribetdirməməsi. Məhkəmə kollegiyası hesab edir ki, X4 Zərərçəkmiş şəxs az ağır zərər vurma cinayətini törədərkən onun həmin cinayəti xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edən sübutlar iş materiallarında yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı X4 Zərərçəkmiş şəxs az ağır zərər vurmada ifadə olunan cinayət əməlini sifarişlə törətməsi ilə yanaşı, həm də xuliqanlıq niyyəti ilə törətməsi nəticəsinə gəlməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya protestinin X4 Zərərçəkmiş şəxs az ağır zərər vurmada ifadə olunan cinayət əməlini sifarişlə törətməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, aşağı instansiya məhkəmələri M.Mehdiyevin digər şəxslə b irlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində vurması nəticəsinə gələrək əməlini Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif etməklə səhvə yol vermiş və gəldikləri nəticəni əsaslandırmamışlar. Belə ki: “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plunumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 9-cu bəndində deyilir: “Təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Cinayətin icraçısının maddi və ya digər mü kafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur.” İş materiallarından görünür ki, həm təqsirləndirilən şəxs X4, həm də şahid qismində dindirilmiş X11 Bağırovun ifadələrində göstərdikləri xüsusatlarda X4Mehdiyevin zərərçəkmiş şəxsi vurmasına səbəb onun çox yaxın dostu olan X10ın ona “zərərçəkmiş şəxsin X10ın dostuna qarşı səhv hərəkət etdiyini, həmin hərəkətin ona qarşı edilmiş hərəkət kimi qəbul edilməsini” bildirməsi, onun X10la çox yaxın dost olması və X10ın da ona görə eyni addımı atacağını düşünməsi olmuşdur. Təqsirləndirilən şəxs X8 həm ibtidai, həm də məlikəmə istintaqı zamanı ver diyi ifadələrində göstərmişdir ki, X23 ona və X11 Bağırova bir adamın onun dostuna qarşı səhv hərəkət etdiyini, həmin səhvi ona qəbul edilmiş səhv kimi qəbul etmələrini xahiş etməklə həmin şəxsi vurmaq, yəni başa salmaq lazım olduğunu demiş, o və X11 razılaşmışlar, (cild 1, səhifə 131-133, həmçinin məhkəmə iclas protokolları) Təqsirləndirilən şəxs X16 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı tanışı X4Mehdiyevlə eyni məzmunlu ifadələr vermişdir. İşin materiallarından görünür ki, Zərərçəkmiş şəxs döyülməsinə dair sifarişi verən şəxs həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Azad X1 özünə qarşı hər hansı qanunsuz hərəkətə yol verməmiş, adını çəkmədiyi tanışının tapşırığı, yəni sifarişi əsasında X6 və qeyrisinə həmin cinayətin icra edilməsini həvalə etmiş və həyata keçirilməsi üçün onlarla birlikdə hadisə yerinə getmişdir. Belə olan halda, məhkəmələrin X4Mehdiyevin digər şəxslə birlikdə Zərərçəkmiş şəxs vuraraq az ağır zərər vurma aid xəsarətlər yetirməsini şəxsi münasibətlər zəminində törətməsi nəticəsinə gəlmələri və onun əməlini Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif etmələri əsassız olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar CPM-nin 144 və 145-ci maddələrinin tələblərinin pozulması ilə yoxlanılıb qiymətləndirilmiş və gəlinən nəticə əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi tərəfindən də həmin qanun pozuntusu aradan qaldırılmamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı c inayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə t oplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya inst ansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini qismən təmin etməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarın məhkum X6 aid hissədə ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onlar ın mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarı məhkum X6 aid hissədə ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2149/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2149/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver