Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2149/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş mat eriallarını nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 8 sentyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim R.E.Xəlilov) xx xxxxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 560/2011 nömrəli, xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.4 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3- cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs2 münasibətdə apellyasiya protesti, Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş və ilkin məhkəmə baxış iclasına təyin edilmişdir. Məhkum xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2023-cü il tarixli, 1(105)-572/2023 nömrəli qərarı ilə apellyasiya pro testi məhkəmə baxışına təyin edilmiş, Məhkum hökmdən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilərək apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 1(105)-23/2024 nömrəli qərarı ilə apellyasiya protesti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-554/2023 nömrəli 08 sentyabr 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3- cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, qərarla Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.2 və 66.5-ci madd ələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 29.177.2.1 və 29.177.2.3-cü maddələri ilə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə edilməklə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, birinci hökm üzrə 02 (iki) gün, ikinci hökm üzrə də 02 (iki) gün, cəmi 04 (dörd) gün tutulduğu müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla hazırki qərarla təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki ) il 11 (on bir) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il qərarından məhkum edilmiş şəxs Məhkum tərəfindən kassasiya şikayətləri vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, Məhkum onunla birlikdə təqsirli bilinərək məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il qərarından kassasiya şikayəti vermişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il qərarından kassasiya şikayəti vermək hüququnun olub olmaması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış və heç bir münasibət bildirilməmişdir. Cinayət Prosessual Məcəlləsinin 415-ci maddəsində kassasiya şikayətinin və ya kassasiya protestinin baxılmamış saxlanılmasının əsasları müəyyən edilmişdir. 415.1. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini aşağıdakı hallarda baxılmamış saxlamaq hüququna malikdir: i 415.1.1. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda; 415.1.2. həmin şəxs müvafiq olaraq kassasiya şikayətini və ya kassasiya protestini yazılı şəkildə təqdim etmədikdə; 415.1.3. kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair bu Məcəllənin 413 -cü maddəsinin tələblərinə riayət edilmədikdə; 415.1.4. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protestinə onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, cinayət prosesinin bütün iştirakçılarına çatacaq sayda əlavə etmədikdə. ii 415.2. Bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bu halda şəxs bu Məcəllənin 410 -cu maddəsində göstərilən müddətlərdə yenidən kassasiya şikayəti və ya kassasiya protesti verə bilər. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsinin mümkünlüyü məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi Cinayət Prosessual Məcəllənin 417.1-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayətini və ya kassasiya protestini cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərir. Azərbaycan Respublikası CPM-nin 418.3-cü maddəsinə əsasən kassasiya şikayətin i və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmalı və kassasiya şikayətlərinin mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılma lıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxışından çıxarılsın və Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün cinayət işi Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2149/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2149/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver