Məhkəmə qərarları › İş №1(102)-215/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-215/2019

05.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-215/2019 05.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 215/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun, məhkum1 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 m art 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunub, CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə bəraət verilmiş məhkum1nun barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Hafiz İmranov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənova Şəlalə Akif) xx.xx.1979-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-cü maddələri ilə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən bəraət verilmiş, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən məhkum1na Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 aprel 2014- cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il 5 ay 2 gün hissəsi hazırki hökmlə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə, onun üzərində qəti olaraq 1 il 5 ay 2 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqd an məhrum etmə cəzası saxlanılmış, CM-nin 68.2-ci maddəsinə əsasən məhkum1na təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın müstəqil icra olunması, azadlıqdan məhrum etmə cəzasını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 14 aprel 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 16 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 16 iyul 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İttiham aktına əsasən məhkum1 təkrarən zərərçəkmiş şəxsin əmlakını cibindən çıxarmaqla gizli talayıb oğurluq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, məhkum1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 sentyabr 2016-cı il tarixdə, saat 13 radələrində ünvan 2 ünvanda 88 saylı marşrut avtobusunda sərnişin olan məhkum1 əynində olan şalvarının sol yan cibindən 700 manat nağd pulu çıxarmaqla gizli olaraq talayıb oğurluq etm işdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 noyabr 2016-cı il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanın qarşısında 20 saylı marşrut avtobusunda sərnişin olan X1 məxsus 8 manat nağd pul, 25 manat ekvivalentlə 70 türk lirəsi, 1 ədəd içərisində 3 manat dəyərində danışıq kartı, 1 ədəd 400 manat dəyərində «Samsung A3» markalı mobil telefon olan 1 ədəd 5 manat dəyərində pul kisəsini, ümumilikdə 441 manat məbləğində özgənin əmlakını zərərçəkmiş Xatirə Abdullayevanın üzərində olan əl çantasından çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Daha sonra o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 07 mart 2017-ci il tarixdə, saat 08 radələrində ünvan 2 ünvanın qarşısında 119 saylı marşrut avtobusunda sərnişin olan məhkum1 əynində olan gödəkcəsinin sağ yan c ibindən ona məxsus içərisində 1 ədəd 10 manat dəyərində danışıq kartı olan 1 ədəd 320 manat dəyərində «Lenovo K6» markalı mobil telefonu, ümumilikdə 330 manat məbləğində özgənin əmlakını çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 14 aprel 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan yaşayış massivində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda cəmi-1,067 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə «heroin» əldə edərək üstündə saxlamış, 14 aprel 2017-ci il tarixdə, saat 17:30 radələrində, Nəsimi rayon polis idarəsinin 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşında saxlanılaraq Nəsimi r ayon polis idarəsinin 19-cu Polis bölməsinə dəvət edilmiş, orada xidməti otaqların birində hal şahidlərinin iştirakı ilə üstünə keçirilmiş baxış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan (piston) cibindən bir ədəd siqaretin gümüşü kağız parçasına bükülmüş ümumi təmiz çəkisi-1,067 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda cəmi - 1,067 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə ''heroin" əldə edərək üstündə saxlamış, 14 aprel 2017-ci il tarixdə saat 17:30 radələrində Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə dəvət edilmiş, orada xidməti otaqların birində hal şahidlərinin iştirakı ilə üstünə baxış keçirilmiş, baxış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan (piston) cibindən bir ədəd siqaretin gümüşü kağız parçasına bükülmüş ümumi təmiz çəkisi - 1,067 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür., Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs məhkum1na qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə süb utların məcmusuna hüquqi qiymət verərək təqsirləndirilən şəxs məhkum1 həmin cinayət əməllərini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş və tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməyərək, tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq edərək məhkum1 Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi barədə işin faktiki hallarına uyğun olmayan nət icəyə gəlmişdir. Məhkəmə iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə törətdiyi oğurluq cinayətləri üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda təqsirləndirilən şəxs məhkum1 bəraət verilməsindən ibarət hüquqi baxımdan əsaslandırılmamış səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2018-c i il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların mü əyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Kassasiya protestinin dəlilləri x2 Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə əsassız bəraət verilməsi barədədir. Məhkəmə kollegiyası məhkum1 tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5ci maddələrində nəzərdə tutulan əməllərinin törədilməsinin sübuta vetirilməməsi ilə bağlı birinci və apelyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. məhkum1 ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, onun tərəfindən heç bir cinayət əməl i törədilməmişdir. 14 aprel 2017-ci il tarixdə, saat 17:30 radələrində, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmışdır. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Bölməyə aparıldıqdan sonra polis əməkdaşları onun üzərinə bir büküm qoymuşlar. Daha sonra onlar tərəfindən hal şahidləri və vəkil dəvət edilmiş və üzərinə baxış keçirilmişdir. Baxış zamanı bir qədər əvvəl polis əməkdaşları özləri qoyduqları bir büküm narkotik vasitəni qoyduqları kimi də onun cibindən götürüb onunku kimi sənədləşdirmişlər. Halbuki, onun üzərində narkotik vasitə olmamışdır. Lakin həmin vaxtı döyülərək işgəncəyə məruz qaldığından polis əməkdaşları tərəfindən tərtib edilən bütün sənədləri imzalamışdır. Həmçinin döyülərək işgəncəyə məruz qaldığın dan istintaq zamanı etmədiyi oğurluq cinayətləri ilə bağlı yazılmış ifadələrə imza etmiş, polis əməkdaşlarının təzyiqi nəticəsində guya cinayət etdiyi hadisə yerində fotoşəkillərinin çəkilməsinə razı olmuşdur. Məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Bakı İstintaq Təcridxanasına aparılsa da həmin gün də onu aparan polis əməkdaşları tərəfindən Nəsimi rayon Polis İdarəsinin MSY-nə qaytarılmışdır. Həmin zaman heç bir tibbi müayinədən keçirilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini inkar edir, həmin ifadələr həqiqəti əks etdirmir. O, sadəcə yazılan ifadələrə imza etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs x1ifadəsində göstərmişdir ki, o, Yasamal rayonunda yerləşən “Melissa” adlanan parkda aparılan tikintidə fəhlə işlədiyi dövrdə 119 saylı şəhər daxil sərnişin avtobusu ilə 07 mart 2017-ci il tarixdə, saat 08 radələrində işə gedərkən ünvan 3 ünvanda yerləşən "Velotrek” idman kompleksinin qarşısında avtobusu tərk etdikdə vaxtı öyrənmək məqsədi ilə təsadüfən telefonda olan saata baxmaq istədikdə özünə məxsus, üzərində 10 manat dəyərində ********** saylı GSM nömrə olan 320 manat dəyərində “Lenova K 6” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. O, həmin telefonu 2017-ci ilin yanvar ayında təzə vəziyyətdə Bakı şəhərində yerləşən "‘Kontakt Home” mağazasından 320 manata kreditlə almışdır. x2oğurluq baş verən zaman ətrafında görməsini xatırlamır. Ona məxsus mobil telefonun dəqiq olaraq x2 tərəfindən oğurlanması barədə heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, o, 26 noyabr 2016-cı il tarixdə, saat 14 radələrində Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Ayna Sultanova” heykəlinin qarşısından şəhərdaxili sərnişin avtobusuna daxil olmuşdur. Avtobus “20 yanvar” metrostansiyası istiqamətinə gedərək ünvan 1 ünvanın qarşısında keçdikdə o, əl çantasının açıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal çantasına baxdıqda içərisində pul kisəsinin oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. 5 manat dəyərində olan pul kisəsinin içərisində 8 manat nəğd pul, üzərində 5 manat dəyərində ********* saylı GSM nömrə olan 400 manat dəyərində "Samsung A3" markalı mobil telefon, 70 TL türk lirəsi, Bakı karta məxsus gediş kartı və "xxxx" ASC-yə məxsus plastik kart olmuşdur. Ona məxsus pul kisəsinin və içərisindəki əşyalar ın məhz x2 tərəfindən oğurlandığını bilmir. Belə ki, oğurluq hadisəsi baş verərkən şübhəli heç kimi görməmişdir. x2da həmin avtobus da gördüyünü xatırlamır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, o, məhkum1nu əvvəllər tanımamışdır. 15 sentyabr 2016-cı il tarixdə, saat 13 radələrində kredit borcunu ödəmək üçü “Baku Elektroniks”-ə getmək məqsədi ilə Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən Mərkəzi Bankın qarşısında şəhər daxili 88 saylı sərnişin avtobusuna minmişdir. Avtobusda sərnişin çox olduğu üçün o da ayaq üstə dayanmış və eyni zamanda üzərində olan özünə məxsus 700 manat pulu da əynindəki göy rəngli şalvarının sol yan cibinə qoymuşdur. ünvan 4 ünvan 2 tərk etdikdən sonra avtobus yoluna davam edərkən avtobusda sirkələnmə baş vermişdir. O da m üvazinətini saxlamaqdan ötrü avtobusun içərisindəki dirəkdən tutmuşdur. Avtobus ünvan 2saylı ünvandan bir qədər qarşıya getdikdə o 700 manat pulunun cibində olub olmadığım yoxladıqda cibində olmadığım aşkar etmişdir. x2hadisə baş verən vaxt avtobusda gördüyünü xatırlamır. Göründüyü kimi, zərər çəkmiş şəxs qismində dindirilmiş şəxslər verdikləri ifadələrində onlara qarşı cinayət əməli törətmiş şəxsin məhz x2 olduğunu dəqiq bilmədiklərini göstərmişlər. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X2 məxsus “Lenova K 6” markalı mobil telefonu 07 mart 2017-ci il tarixdə saat 08 radələrində ünvan 2 ünvanda, X3na məxsus pul kisəsi içərisindəki əşyalarla birlikdə 26 noyabr 2016-cı il tarixdə saat 14 radələrində ünvan 1 ünvanın qarşısına qədər olan vaxtda, avtobusun içərisində, X2 məxsus 700 manat pul 15.09.2016-cı il tarixdə, saat 13 radələrində 88 saylı xətt üzrə hərəkət edən avtobusla hərəkətdə olarkən Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən Mərkəzi Bankın qarşısından ünvan 2saylı ünvandan bir qədər qarşıya qədər olan vaxtda oğurlanmışdır. İş materiallarında olan X3 tərəfindən məhkəməyə təqdim edilən anten əhatə dairələrinə dair məlumatdan görünür ki, məhkum1na məxsus ************ saylı mobil telefonun anten əhatə dairəsi 15.09.2016-cı il tarixdə, saat 12:21-dən 12:58-dək olan müddətdə ünvan 2ünvanını, həmin tarixdə saat 13:22-dən 13:49-dək olan müddətdə Bakı şəhəri, Vaqif prospekti 11 ünvanını, həmin tarixdə 14:03-dən 14:15-ə qədər olan müddətdə isə Bakı şəhəri Nəsimi rayonu, Bakıxanov və M.Qaşqay küçələrinin kəsişməsini göstərir ki, X2 məxsus 700 manat pulun oğurlandığı yerə uyğun gəlmir. məhkum1na məxsus ************ saylı mobil telefonun anten əhatə dairəsi 26.11.2016-cı il tarixdə, saat 12:58-də ünvan 2ünvanını, 14:02-də ünvan 3-ni, 14:54-də isə ünvan 4 ünvanını göstərir ki, X3na məxsus pul kisəsinin içərisindəki əşyalarla birlikdə oğurlandığı yerə uyğun gəlmir. Həmçinin məhkum1na məxsus ************ saylı mobil telefonun anten əhatə dairəsi 07.03.2017-ci il tarixdə, saat 1:49-da, 2:14-də və 11:16-da ünvan 3 ünvanını göstərir ki, X2 məxsus '‘Lenova K 6" markalı mobil telefonun oğurlandığı yerə uyğun gəlmir. Zərər çəkmiş şəxs X2 qarşı törədilmiş oğurluq hadisəsinin 07 mart 2017-ci il tarixdə saat 08 radələrində törədilməsi və x2a məxsus ************ nömrəli mobil telefonun anten əhatə dairəsinə dair verilmiş məlumatda onun həmin saatda olduğu yer barədə məlumatın əks olunmaması, cinayət hadisəsinin x2 tərəfindən törədilməsinə dəlalət etmir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından görünür ki, x2un ibtidai istintaq zamanı verdiyi ifadədən başqa, hər hansı digər sübutlarla həmin epizod üzrə oğurluq əməlinin onun tərəfindən törədilməsi təsdiq olunmur. Beləliklə, x2 tərəfindən X2 məxsus '‘Lenova K 6” markalı mobil telefonu, X3na məxsus pul kisəsini içərisindəki əşyalarla birlikdə, ümumilikdə 441 manat dəyərində əmlakını və X2 məxsus 700 manat pulu oğurlaması iş materialları ilə öz təsdiqini tapmır və ittiham tərəfi x2un qeyd olunan oğurluq əməllərini törətməsini təsdiq edən əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. İstintaq orqanı tərəfindən məhkum1na qarşı CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən yeganə sübut təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri və bu ifadələrin yerində yoxlanılması barədə istintaq hərəkətlərinin protokolları təşkil edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət -prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verərək, məhkum1na CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə bəraət verilməsi barədə qərar qəbul etməklə işə baxmış məhkəmələr qanuni və əsalı nəticəyə gəlmişdir. Kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən cinay ət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən və qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. məhkum1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması, CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar