Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-215/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum və müdafiəçisi X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsini (hakimlər: sədrlik edən: X4, hakimlər: X11 və X5 ibarət tərkibdə) 11 avqust 2021-ci il tarixli hökmü ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 31, mənzil 18-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona 09 (doqquz) il müddət inə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin 17 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, həmçinin hökmlə maddi sübutların taleyi həll edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə) 3 dekabr 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəmə sinin hökmünə əsasən Məhkum rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs xx.xx.2020-ci il təvəllüdlü körpəsini atıb başqa şəxsə qoşulub qaçaraq sonra yanına qayıtdıqda onu qəbul edib bir yerdə yaşasa da, sonuncunun yenə müxtəlif kişi cinsli səxslərə intim məzmunlu SMS-lər göndərib söhbətlər apardığından 2020-ci ilin noyabr ayının əvvəllərində ondan qeyri-rəsmi ayrılıb arvadını Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 41, 67 saylı mənzilə kirayədə yerləşdirib ona maddi köməklik etmiş, xx.xx.2021 -ci il tarixdə onunla maraqlanmaq üçün həmin ünvana gələrkən Aişənin evdə gecələmədiyini, Bakı şəhəri, Bakıxanov qəsəbəsi,Səmədbəy Mehmandarov küçəsində yerləşən «Manqal» restoranının inzibatçısı Şahid4 ilə görüşdüyünü öyrənib, xx.xx.2021 -ci il tarixdə həmin restorana gedərək sonuncudan Aişən lə yaxın münasibətinin doğru olduğunu, həmin gün saat 23 radələrində Bakı şəhəri 20 Yanvar merostansiya yaxınlığında «Bravo market»in qarşısında görüşəcəklərini bilib saat 22 radələrində göstərilən marketə gələrək kənarda dayanıb Aişəni gözləmiş, sonuncu gəldikdə onunla görüşüb boşanmaları üçün ərizə yazdıracağı adı ilə onu Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən «Sunset istirahət mərkəzi»nin 4 saylı istirahət katejinə gətirmiş, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 -ci il tarixə keçən gecə saat 04:04 dəqiqədə «Müşü» ləqəbli Şahid2 adlı şəxsin Zərərçəkmiş şəxs onunla görüşmək üçün zəng etdiyini görüb sonuncunu yuxudan oyadaraq ondan «Müşi» adlı şəxslə olan münasibətlərini soruşub aydınlaşdıraraq yataq otağındakı yastığı ilə onun tənəffüs üzvlərinin üzərinə qoyub dərəcəsinə görə tənəffüs üzvlərinin yad cisimlə sıxılması ilə müşayət olunan və sol almacıq nahiyəsinin, alt çənənin sol hissəsinin, boynun sol yuxarı 1/3-nin qançırları, sol almacıq nahiyəsinin 4 (dörd) ədəd, alt çənə nahiyəsinin solda 5 (beş) ədəd sıyrıqları kimi adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli, olan ağır xəsarətlərə aid edilən xəsarət yetirməklə boğub Zərərçəkmiş şəxs qısqanclıq zəminində qəsdən öldürərək həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun kassasiya şikayətində göstərilir ki, Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sankiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin etsə də, öhdəsində azyaşlı uşağım olduğunu, cinayəti törədəndən sonra könüllü gəlib istintaqa təslim olaraq istintaqın gedişinə köməklik etmək və davranışını və baş vermiş ci nayətin zərərçəkmiş şəxsin mentalitetə sığmayan mütəmadi və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində baş verdiyini nəzərə alıb, həmin maddədə nəzərdə tutulmuş cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi barədə qanunvericiliyin tələbinə əməl etməyərək cəza təyin etmişdir. İş üzrə aparılmış istintaq zamanı toplanmış sübutlarla və eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən göründüyü kimi, ailə həyatı qurduğu ilk vaxtlardan zərərçəkmiş şəxslə arasında qeyri-normal münasibətlər olmuşdur. Zərərçəkmiş azyaşlı uşağını ataraq yüngül həyat tərzi sürməyə başlamış, tanımadığı şəxslərlə əxlaqsız intim yazışmalar aparmaqla, onlarla görüşərək mentalitetə uyğun olmayan əxlaqsız hərəkətlər etmişdir. Onun bu hərəkətləri barədə onun valideynlərinə və özünə xəbərdarlıq etməsinə baxmayaraq Zərərçəkmiş şəxs öz hərəkətlərini davam etdirməyə başlamış, onun tanıdığı adamlar həyat yoldaşının hərəkətləri barədə ona məlumat verərkən o, bərk həyacan keçirmiş və Aişən ilə bir neçə dəfə görüşüb ər-arvad kimi boşanana qədər öz əxlaqsız hərəkətlərini dayandırmağı ona bildirmək istəmişdir. Bu məqsədlə sonuncu dəfə 16 yanvar 2021-ci il tarixdə Aişən ilə görüşüb söhbət aparan zaman, 17 yanvar gecə saat 04 radələrində tanımadığı Müşviq adlı şəxsdən Aişən ə telefon zəngi gələrək onu görüşə dəvət etməsi ilə bağlı aralarında yaranmış mübahisə zəminində güclü stress keçirərək onu boğub öldürmüş və dərhal da törətdiyi əməldən peşman olaraq polisə təslim olmuşdur. Göründ üyü kimi, onun Zərərçəkmiş şəxs öldürməyi zərərçəkmiş şəxsin əxlaqsız, davranış əxlaq normalarına zidd olan və affektin yaranmasına səbəb olan hərəkətlərinə cavab reaksiyası olaraq, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində yaranması şəraitində baş vermişdir. Əgər onun Aişəni öldürmək niyəti olsa idi, onu oteldə deyil, başqa qeyri-aşkar şəraitdə öldürə bilərdi. İstintaq zamanı təyin edilmiş kompleks ambulator məhkəmə psixatrik-məhkəmə psixoloji ekspertizası zamanı verilmiş rəydə onun hansı fərdi-psixoloji xüsusiyyətlərə malik olması, zərərçəkmişin mütəmadi olaraq əxlaq normalarına zidd olan davranışının yığılaraq onda güclü ruhi həyəcan vəziyyətinin yaranmasına səbəb ola bilməsi hallarına konkret cavab verilməmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi cinayətin baş verməsinə səbəb həmin gün gecə saat 04 radələrində, yarımyuxulu vəziyyətdə olan zaman Müşviq adlı şəxs tərəfindən Aişənə zəng edilməsi və Müşviqin Aişəni görüşə dəvət etməsi səbəb olmuşdur. Gecə yarısı belə bir zəngin olması və hələ nikahda olan həyat yoldaşının görüşə dəvət etməsi hər bir azərbaycanlı kişisində kəskin emossional psixoloji halın yaranmasına səbəb ola bilərdi. Hesab edir ki, cinayət işi üzrə təkrar komissiyon məhkəmə-psixiatrik ekspertizası keçirilməklə əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 122-ci maddəsinə tövsif etməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilməlidir. Məhkum kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 05 may 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun verdiyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakı ları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması v ə düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tə sdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifi onun əməlinin CM-in 122-ci maddəsinə tövsif edilməsi, təyin edilmiş cəzanın mübahisələndirilməsi nəzərə alaraq kassasiya mə hkəmə kollegiyası ilk əvvəl onun törətdiyi əməlin hüquqi tövsifinə qiymət verməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi istintaq orqanı tərəfindən və məhkəmədə Məhkum əməli CM-in 120.1-ci maddəsi ilə düzgün olaraq tövsif edildiyindən ona CM-in həmin maddəsi ilə verilmiş ittihamla razılaşmış, təqsirləndirilən şəxsin əməlinə dair birinci instansi ya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Məhkum təqsiri müəyyənləşdirilərkən sübutların CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 1,2ci bəndlərində izah olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqə ti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığı, onu məhz zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində qəflətən baş vermiş ruhi həyəcan vəziyyətində (affekt) öldürməsi göstərilsə də, müdafiə tərəfin in bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum Zərərçəkmiş şəxs affekt vəziyyətində düşdüyündən öldürməsi kimi işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmələr tərəfindən cinayət işinin müəyyən edilmiş hallarından və araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxsi affekt vəziyyətində həyatdan məhrum etdiyini bildirsə də, məhkəmədə verdiyi ifadəsində "Aişən çılpaq olduğundan üzərinə yorğan atıb bir qədər oturub nə edəcəyini düşünüb sonra atası Qorxmaza zən g vurub Aişəni oteldə boğaraq öldürdüyünü xəbər etmiş, əynini geyinib otağın giriş qapısını açıq qoyaraq kateji tərk etmiş, bu vaxt onu görən olmamışdır. Yola çıxıb atasının gəlməsini gözləmiş, az sonra atası gəlib yolda ona çatmış, o törətdiyi hadisəni danışmış, atasının məsləhətinə əsasən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedərək törətdiyi cinayət əməlini etiraf edib təslim olmuşdur”. Cinayət qanunvericiliyinə əsasən təqsirkarın əməlinin CM-in 122-ci maddəsi ilə tövsif olunması üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranması dedikdə, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda onu öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşül ür. Başqa sözlə, zərərçəkmiş şəxsin qətlə yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əksər hallarda qəflətən yaranan güclü ruhi həyəcan vəziyyəti dərhal ölümlə nəticələnir. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, bu halda zərərçəkmiş şəxsin qətlə yetirilməsi, bir:ayda olaraq, əməlin qisas motivi ilə adam öldürmə kimi tövsif edilməsinə rsas verir. Təqsirkarda güclü ruhi həyəcan vəziyyətinin yaranması üçün CM-in 122-ci maddəsinin dispozisiyasında göstərilən səbəblər olmalıdır. Həmin səbəblərə aiddir: zərərçəkmiş şəxsin zorakılığı, ağır təhqiri, sair qanunsuz və ya əxlaqsız hərəkətləri (hərəkətsizliyi); zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmı ş uzun sürən dözülməz psixi şərait İstintaq zamanı keçirilmiş və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1045 saylı rəyində göstərilmişdir ki, Məhkum hazırda hər hansı ruhi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkum həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Məhkum ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum inadkar, hirslilik, qıcığa qarşı həssaslıq, konfliktə meyillik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.Məhkum əqli-intelektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilməmişdir. Məhkum cinayət əməlini törədərkən onun psixi emosinal sferasında hirslilik, qəzəblilik halı yaranmışdır. Məhkum ona ittiham olunmuş cinayət hadisəsini törədən zaman qəflətən baş vermiş güclü həyəcan vəziyyətində olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum cinayətin motivinin qısqanlıq zəminində qisas almaqdan ibarət olması və onun hərəkətlərinin sadə adam öldürməyə görə məsuliyyət nəzərdə tutan cinayət maddəsinin tə rkibini yaratması barədə əsaslı nəticəyə gəlmiş və onun əməli düzgün olaraq CM-in 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin bütün hallarını, o cümlədən cinayətin üsulu, baş vermə şəra itini, ekspertiza rəyini nəzərə alaraq Məhkum niyyətinin məhz zərərçəkmiş şəxsi öldürməyə yönəlməsi və cinayət hadisəsini törədən zaman qəflətən baş vermiş güclü həyəcan vəziyyətində olmaması barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 122-ci maddəsi ilə tövsif olunması barədə dəlilləri əsassızdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiy mətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılma lıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətm əkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmaması dır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessua l sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkuma təyin olunmuş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə g örə ağır olması barədə kassasiya şikayətinin dəlilləri ilə də razılaşmır və hesab edir ki, məhkum olunmuş şəxsə Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törədilmiş cinayət xarakterini, ictimai təhlükəlililk dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Məhkəmə törədilən əməlin təsnifatına görə xüsusilə ağır cinayətlərə aid edilməsini, onun ilk məhkumluğunu, himayəsində azyaşlı uşağının olmasını, həmçinin cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində törədilməsini cəzan ı yüngülləşdirici hallar kimi nəzərə almış, əməlində cəzanı ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1 -ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarlarının izahına görə m əhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Hazırki işin konkret hallarına gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. Ape llyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmışdır. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının həddi müəyyən edilmişdir. Cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının nəzərdə tutulmuş ən aşağı həddə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlill ərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, göstərilən qərarın ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-215/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-215/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver