Məhkəmə qərarları › İş №1(102)-215/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-215/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-215/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun və onun müdafiəçisi Qarayev Ramil Ramiz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2022-ci il tarixli, 1(103)-1398/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Qarayev Ramil Ramiz oğlu tərəfindən verilmi ş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli, 1(101)-948/2022 nömrəli hökmü ilə ( hakimlər: M.H.Əkbərov (sədrlik edən), F.Ə.Qəniyev və İ.A.Mahmudov ) xx xxxxxx 1980-ci ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Abşeron rayonu, 1 yaşamış, hal- hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin 30 sentyabr 2021-ci il tarixdən hesablanmış, həmçi nin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Qarayev Ramil Ramiz oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarınd an Məhkum müdafiəçisi Qarayev Ramil Ramiz oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 19.606 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 19:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərinə şəx si axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 19.606 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə, həmçinin səthində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi ona məxsus olan əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Qarayev Ramil Ramiz oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə əsassız olaraq Məhkum əməli satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi R.R.Qarayev hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə, 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməklə bağlı olmayan alternativ cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasi ya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qayd asında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Qarayev Ramil Ramiz oğlu kassasiya şikayətində Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçi R.R.Qarayevin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlmələrinə iki xüsusat – polis orqanına Məhkum narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olması və sonradan bu məlumatın təsdiq edilməsi, eləcə də sonuncudan elektron tərəzin in, həmçinin aşkar olunmuş psixotrop maddənin kütləsinin külli miqdar – 19.606 qram təşkil etməsi səbəb olmuşdur. Məhkəmələr mövqeyini əsaslandırarkən həm də “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etmişlər. Məhkəmələrin istinad etdikləri Ali Məhkəmənin Plenum qərarının müvafiq müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bü külməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Lakin, məhkəmələrin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirdikləri müddəa belə, onların Məhkum psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə nəticələrinin əsassız olduğunu göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər. Baxılan işdə isə Məhkum istehlakçısı olmaması, digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün psixotrop maddənin xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi (ifadəsində elektron tərəzinin artıq dozada qəbul etməmək üçün üzərində gəzdirdiyi bildirmiş, ittiham tərəfindən bu təkzib edən sübut təqdim edilmə miş ) üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır. Belə ki, Məhkum məhkəməyədək və məhkəmə icraatları boyunca narkotik vasitənin istehlakçısı olduğunu bildirərək, satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasını və daşımasını inkar etmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, qeyd olunan ünvana gedərək metamfetamini götürmüş və artıq dozada qəbul etməmək üçün üzərində gəzdirdiyi elektron tərəzi ilə miqdarını ölçmüş, daha sonra həmin maddənin bir hissəsini folqa kağızının içərisinə doldurub onu qızdırmaq yolu ilə yaranmış tüstunü nəfəsinə çəkmək yolu ilə qəbul etm işdir. Digər tərəfdən, Məhkum psixotrop maddə metamfetamin aludəçisi olması, onun üzərində aşkar edilmiş psixotrop maddəni – 19.606 qram çəkidə metamfetamini məhz öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlaması və daşıması məhkum olunmuş şəxsin etirafedici ifadələri ilə yanaşı məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5206 nömrəli rəyi ilə də təsdiq edilir. Həmin rəyə görə, Məhkum psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx.xx.2021-ci tarixli protokola əsasən Məhkum aşkar edilib-götürülmüş psixotrop maddə metamfetamin satış üçün xırda bükümlərə deyil, cəmi bir bükümə qablaşdırılmışdır. İş üzrə dindirilmiş şahidlərdən heç biri Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər, onlar müstəsna olaraq yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 Mehdi oğlu işin hallarına dair ibtidai araşdırma zamanı verdiyi ifadələrini təkrlarlayıb idarəyə daxil olmuş əməliyyat məlumatında Məhkum psixotrop maddələrin satışı ilə məşğul olmasını göstərsə də həmin şahidlər məhkəmə iclasında verilmiş suallara cavab olaraq Məhkum narkotik vasitələlərin satışı ilə məşğul olmasını təsdiq edən sübutların əl də edilmədiyini qeyd etmişlər. Bundan başqa ibtidai istintaq zamanı müstəntiq tərəfindən "xxxx" MMC-dən 23142 saylı məktubla daxil olmuş, özündə giriş-çıxış zənglərini, SMS mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı Məhkum istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsində əhəmiyyətlər hallar, o cümlədən narkotik vasitələrin alqı satqısı ilə bağlı, həmçinin İran Respublikası ilə danışıqların aparılmasına dair məlumatlar müəyyən edilməmişdir. Həmçinin ibtidai istintaq zamanı müstəntiq tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana müvafiq tapşırıq verilsə də, Məhkum gerçəkdən də narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edə biləcək, yəni əməliyyat məlumatının (narkotiklərin satışı ilə məşğul olması hissəsində) doğru olduğunu təsdiq edən materiallar əldə edilməmişdir. Göründüyü kimi, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına dair təsdiq olunmuş əməliyyat məlumatına istinad etmələri əsassızdır. Əslində, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri müstəsna olaraq Məhkum barəsində polis orqanına əməliyyat məlumatının daxil olması və psixotrop maddənin külli miqdar təşkil etməsi kimi faktlar, yəni bu faktlarla əlaqələndirilən ehtimal üzərində qurulmuş subyektiv mülahizədir. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2). Təsvir olunanlardan, görünür ki, məhkəm ələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə və ona həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Odur ki, (Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri dig ər hallar nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan cinayət-hüquqi normaların tələbləri və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından Məhkum 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 25 avqust 2022-ci il tarixli qərarı yuxarıda göstərilən qay dada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçisi Qarayev Ramil Ramiz oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X3 barəsində olan 25 avqust 2022-ci il tarixli qərarı dəyişdirilsin. X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar