Məhkəmə qərarları › İş №1(102)-215/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-215/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-215/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 2 iyun 2024-cü il tarixli 1(105)-358/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin (hakim Rahim Həsənov) 19 mart 2024-cü il tarixli 1(027)-13/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1987-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilən, Quba şəhəri, Səməd Vurğun küçəsi, ev 58-də qeydiyyatda olmaqla Quba şəhəri, 29-cu kvartalda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: Məhkum təqsirləndirilmişdir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq na rkotik vasitə olan heroin əldə edərək satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə əldə etdiyi 03 ədəd qırmızı rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,112 qram, 0,052 qram və 0,049 qram olmaqla ümumi təmiz çəkisi 0,213 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 18 mart 2023-cü il tarixdə, günorta saatlarında Quba şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında Şahid1 25 (iyirmi beş) manata satmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədovdan) 12 iyun 2024-cü il tarixli 1(105)-358/2024 nömrəli hökmü ilə Quba Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 1(027)-13/2024 nömrəli hökmü apellyasiya protestinə mü nasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 23 avqust 2023-cü il tarixdən 19 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli 1(105)-358/2024 nömrəli hökmünün ləğv edilərək, Quba Rayon M əhkəməsinin 19 mart 2024-cü il tarixli 1(027)13/2024 nömrəli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qeyri-qanunidir. Belə ki, Məhkum üzərindən saxlanılarkən narkotik vasitə aşkar edilməmiş, o, 5 ay sonra hamının gözü qarşısında yaşamasına baxmayaraq, (istintaq orqanından qaçıb gizlənməmişdir) o, tutulmamış və nədənsə məsuliyyətə də cəlb edilməmişdir. Bundan başqa Məhkum ilə Şahid1 arasında narkotik vasitələrin alış-verişi ilə əlaqədar telefon vasitəsilə heç bir ünsiyyət müəyyən edilməmişdir. Məhkum 23 avqust 2023-cü il tarixdə şahid qismində dindirilmiş və həmin günü də onun haqqında şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Şahid1 cinayət işi üzrə şahid qismində dindirilməmişdir. Məhkəmə iclasında şahid qismində polis əməkdaşları ifadə verərək, ittiham tərəfinin mövqeyindən çıxış etmişlər. Təqsirləndirilən şəxsin və guya alıcı hesab edilən Şahid1 məhkəmədə verdikləri ifadə, polis əməkdaşları tərəfindən verilmiş ifadələr ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya pr otestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum narkotik vasitələri satmaq niyyəti ilə əldə etməsi, saxlaması və satması sübuta yetirilmədən onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittih amın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Apellyasiya instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə, şahidlər Şahid2 və Şahid3 ifadələri, məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar a və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, məhkum Ə.S. Daşdəmirov tərəfindən R.V.Mürsəlova narkotik vasitənin satılması faktı onun özünün və Şahid1 cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrlə yanaşı, əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyi, maddi və digər sübutlarla da təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, şahid R.V. Mürsəliyev məhkum Ə.S. Daşdəmirovun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirini yalnız ibtidai istintaq zamanı deyil, həm də özünün barəsində aparılan cinayət işi üzrə məhkəmə icraatı zam anı verdiyi ifadələrlə təsdiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları qiymətləndirərək əsaslı şəkildə məhkumun və şahid R.V.Mürsəlovun məhkəməyədək icraat zamanı verdiyi ifadələri düzgün və həqiqətə uyğun hesab etmişdir. Göründüyü kimi Məhkum tərəfindən narkotik vasitənin satılması cinayət işi üzrə sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslandığını və bu sübutlara üstünlük vermə səbəblərini öz hökmündə açıq şəkildə göstərmişdir. Kollegiya hesab edir ki, Məhkum əməllərinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə iş materiallarına, sübutların məcmusuna və işin faktiki hallarına tam uyğundur. Həmçinin, məhkumun təqsirinin müə yyən edilməsi zamanı sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirildiyini nəzərə alaraq, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticəsini əsaslı hesab edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və ə saslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsinin hökmündən də görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, hökm qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin t ələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli 1(105)-358/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar