Məhkəmə qərarları › İş №1(102)-2150/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2150/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2150/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “MBM” Vəkil Bürosunun vəkili Baloğlanov Teymur Ağalar oğlunun iştirakları ilə xx xxxxxx 1958-ci il tarixdə Hacıqabul şəhərində (keçmiş QazıMəmməd) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ü nvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “MBM” Vəkil Bürosunun vəkili Baloğlanov Teymur Ağalar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynov) Məhkum оğlu - Аzərbаycаn Respublikası CM-in 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törət məkdə təqsirli bilinərək, CM-nin 179.3.2-ci maddəsi ilə CM-nin 46-cı maddəsinə müvafiq olaraq 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə CM-nin 46-cı maddəsinə müvafiq olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsa s cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 fevral 2021-ci il tarixdən hesablanması, maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə DTX Maliyyə İdarəsinə təhvil verilmiş depozit hesabda olan 27 oktyabr 2021-ci il tarixdə 200.000 (iki yüz min) manat, 05 noyabr 2021-ci il tarixdə isə 389.760 (üç yüz səksən doqquz min yeddi yüz altmış) manat məbləğində pulun CM-nin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə edi lməklə ziyanın ödənilməsinə yönəldilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına keçirilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.B.Babayev (sədrlik edən), İ.A.İbrahimli və Z.A.Şirinov) apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-nin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2022-ci il tarixli hökmü dəyişdiriİmişdir. Həmin hökm üzrə “Məhkum Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həm in müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində Şahid1 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almasına dair” epizodla bağlı cinayət təqibinə CPM-nin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilmişdir. H ökmlə Məhkum CM-nin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə аzаdlıqdаn məhrum еtmə ilə bağlı əsas cəza 8 (səkkiz) il 3 (üç) aya endirilmiş, Məhkum üzərində CM-in 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində külli miqdar təşkil edən maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almış, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üs tünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib külli miqdarda dövlət vəsaitlərini, yəni ona etibar olunmuş dövlət əmlakını mənimsəmə yolu ilə talayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində Şah id1 Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departrmentin direktoru vəzifəsinə təyin edilməsi üçün 2009-cu ilin sonlarında Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında üç dəfəyə olmaqla, vahid niyyətlə ümumilikdə külli miqdar təşkil edən 120.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2012-ci ildə X4 Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri vəzifəsində saxlanılmaqla fəaliyyətini davam etdirməsi üçün Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 40.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri vəzifəsində işləyərkən həmin müddətdə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində təkrarən, 2012-ci ilin sentyabr ayında Şahid5 Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin müdiri v əzifəsinə təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 10.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində, təkrarən, 2013-cü ilin dekabr ayında Şahid5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin Salyan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 10.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, təkrarən, 2014-cü ilin yay aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidmətinin balansında olan Abşeron rayonu Masazır kəndi, Duz gölünün cənubunda, 0,65 ha ərazidə yerləşən Duz tədarükü sahəsinin yarımçıq tikil isinin Şahid8 Əfrad oğluna satılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən etiraz edilməməsinə köməklik göstərəcəyi müqabilində Şahid10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 50.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində, təkrarən,2014-cü ilin sentyabr ayında X4 Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsində saxlanılmaqla fəaliyyətini davam etdirməsi üçün Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanda külli miqdar təşkil edən 35.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində, təkrarən, 2015-ci ilin mart ayında X4 Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edildikdən sonra sonuncunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi üçün Bakı şəhəri Nərimanov rayonu, “Nərimanov Parkı”nda külli miqdar təşkil edən 40.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlı q və laqeydlik müqabilində, təkrarən, 2016-cı ilin avqust ayında Şahid5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında külli miqdar təşkil edən 20.000 manat maddi nemət qismində pul vəsaitini özü və üçüncü şəxs üçün istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən kadr məsələləri ilə bağlı xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində, təkrarən, 2018-ci ilin mart ayında Dövl ət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında 2.000 manat maddi nemət qismində pul vəsaitini istəyib birbaşa yolla şəxsən rüşvət olaraq almışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyərkən qeyrisi ilə və başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Nazirlik üzrə “Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin, nazir müavinlərinin və Nazirliyin Aparatının rəhbərinin kurasiya bölgüsünün müəyyən edilməsi barədə” 28 fevral 2014-cü il tarixli 11/732 №-li əmrə əsasən Nazirliyin nəzdində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin işinin təşkili kurasiyasının ona həvalə edilməsi ilə bağlı xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Gəncə və Mingəçevir şəhərlərində mənzillərin alınması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda dövlət vəsaitlərini, yəni ona etibar olunmuş dövlət əmlakını mənimsəmə yolu ilə talama məqsədilə, mənzillərin alqı-satqısı zamanı satan şəxslərlə tələb etdikləri satış dəyərindən artıq vəsaitin köçürülərək həmin hissənin onlara çatdırılmasına dair razılı q əldə edib icrasını təmin etdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi 2-ci m/r-n, bina 18, mənzil 19-un satınalınması ilə bağlı köçürülmüş 16.700 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X9 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 35, mənzil 50-in satınalınması ilə bağlı köçürülmüş 21.600 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2ci mikrorayon, bina 18, mənzil 21-in satınalınması ilə bağl ı köçürülmüş 16.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid14 məxsus Gəncə şəhəri, Nizami rayonu, M.Hacıyev küçəsi, bina 16,mənzil 34-ün satınalınması ilə bağlı köçürülmüş 14.500 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid16 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gəncə qəsəbəsi, bina 58, mənzil 51-in satınalınması ilə bağlı köçürülmüş 21.700 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid17 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 3 m/r-n, ev 12 a, mənzil 9-un satınalınması ilə bağlı köçürülmüş 15.600 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid19 məxs us Gəncə şəhəri, Nizami rayonu Gəncə qəsəbəsi, 2-ci m/r-n, ev 3 a, mənzil 47-in satınalınması ilə bağlı köçürülmüş 12.200 manat,xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci m/r-n, bina 16, mənzil 46-ın satınalınması ilə bağlı köçürülmüş 13.200 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid21 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 60, mənzil 7-in satınalınması ilə bağlı köçürülmüş 17.160 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid24 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Xətai prospekti 237, bina 1, mənzil 24-ün satınalınması ilə bağlı köç ürülmüş 6.000 manat,xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid22 məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, bina 52, mənzil 9-un satınalınması ilə bağlı köçürülmüş 8.100 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid30 məxsus Mingəcevir şəhəri, Natəvan küçəsi ev 1, mənzil 20-in satınalınması ilə bağlı köçürülmüş 18.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 məxsus Mingəcevir şəhəri, Ərəş küçəsi, ev 1, mənzil 3-ün satınalınması ilə bağlı köçürülmüş 23.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 məxsus Mingəcevir şəhəri, N.Nərimanov kü çəsi, ev 53, mənzil 18-in satınalınması ilə bağlı köçürülmüş 12.500 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 məxsus Mingəçevir şəhəri, Z.Həsənova küçəsi, bina 2, mənzil 50-in satınalınması ilə bağlı köçürülmüş 22.000 manat, xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid29 məxsus Mingəçevir şəhəri, H.Əliyev küçəsi, ev 80/25, mənzil 35-in satınalınması ilə bağlı köçürülmüş 13.000 manat,xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Şahid31 məxsus Mingəçevir şəhəri, V.Abdullayev küçəsi ev 5, mənzil 37-in satınalınması ilə bağlı köçürülmüş 11.500 manat olmaqla, ümumilikdə həmin mənzillərin satınalınması ilə bağlı nəzərdə tutulmuş məb ləğdən 262.760 manat artıq dövlət büdcəsi vəsaitlərinin köçürülməsinə nail olub nağdlaşdırılaraq onlara çatdırılmasını təmin etməklə, ona etibar olunmuş 262.760 manat məbləğində külli miqdarda dövlət əmlakını 2017-ci ilin sentyabr ayının sonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasındakı xidməti otağında qeyrisinin göstərişlərini icra edən başqasının vasitəsilə öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əldə edib mənimsəmə yolu ilə talamış, bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlətin həyata keçirdiyi sistemli və davamlı fəaliyyətə xələl gətirən həm in əməlləri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq olunmaqla ittiham olunduğu CM-nin maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar X idmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi T.Baloğlanovun və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şə xs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar