Məhkəmə qərarları › İş №1(102)-2150/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2150/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2150/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 və zərərçəkmiş şəxsin hüquqi varisi Muradov Dərşad Hüseyn oğlunun iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli, 1(103)-1238/2024 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Muradov Dərşad Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2023-cü il tari xli, 1(101)-497/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim E.H.İsmayılov, hakimlər C.İ.Hüseynov və S.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.3, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.3-cü maddələri ilə 17 (on yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi Muradov Dərşad Hüseyn oğlunun nümayəndəsi X8 apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 1(103)-1732/2023 nömrəli qərarına əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin hökmündən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair birgə ərizəsi təmin edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə (hakim E.H.İsmayılov) zərərçəkmiş şəxsin hüquqi varisi Muradov Dərşad Hüseyn oğlunun 21 iyun 2023-cü il tarixli hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.H.Əhmədov, hakimlər Z.N.Hüseynov və Ə.Q.Ələkbərovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxsin hüquqi varisi Muradov Dərşad Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Muradov Dərşad Hüseyn oğlu kassasiya şikayəti vermişdir. Zərərç əkmiş şəxsin hüquqi varisi Muradov Dərşad Hüseyn oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə apellyasiya şikayətini hansı müddətdə vermək hüququ qeyd olunsa da, onun hüququ savadı olmadığı üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi D.H.Muradov qeyd olunan səbəblərin üzrlü hesab edilərək apellyasiya instansiyası məhkəməsinin 16 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxl anılmalıdır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin məhkum olunmuş (həbsdə saxlanılan) şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən zərərçəkmiş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya həmin m üddətin bərpası haqqında vəsatətin rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayəti və ya kassasiya protestinin onları vermək hüququna malik olan şəxslər tərəfindən 1 (ay) müddətində verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarının, xüsusən də CPM-nin 386.1-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəməsinin hökmündən (qərarından) apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər həmin şikayətin və ya protestin verilməsi üçün nəzərdə tutulmuş 20 (iyirmi) gün müddəti üzrlü səbəblərdən buraxdıqda bu müddətin bərpa edilməsi haqqında qaldırdıqları vəsatətdə bunun üzrlü səbəblərdən baş verməsini əsaslandırmalı və bu əsaslandırmanı təsdiq edən sü butları məhkəməyə təqdim etməlidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş bildirişdən və çıxarışdan müəyyən olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmünün surəti poçt vasitəsilə 24 iyun 2023-cü il tarixdə onun yaşadığı ünvana, eləcədə “WhatsApp” sosial şəbəkə vasitəsilə onun mobil telefonuna göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmündən Muradov Dərşad Hüseyn oğlunun nümayəndəsi X8 apellyasiya şikayəti verilmiş, məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi hökmündən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair birgə ərizə vermişlər, həmin ərizə apellyasiya məhkəməsi tərəfindən təmin edilməklə (28 sentyabr 2023-cü il tarixli, 1(103)-1732/2023 nö mrəli qərar) verilmiş apellyasiya şikayətinin geri qaytarılmışdır. Göstərilən bu hal Muradov Dərşad Hüseyn oğlunun və onun nümayəndəsi X6 birinci instansiya məhkəməsinin yekun məhkəmə aktında məlumatlı olmalarına, həmçinin prosessual müddətlərdən agah olmaqla vaxtında apellyasiya şikayəti vermələrinə dəlalət edir. Verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair ərizə isə apellyasiya şikayətinin verilməsi ilə bağlı müddət axımına təsir etməməklə zərərçəkmiş şəxsin hüquqi varisin iradə ifadəsi kimi qəbul edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi yalnız 04 aprel 2024-cü tarixdə, yəni hökm elan olunduğu gündən 09 ay 13 gündən sonra 21 iyun 2023-cü il tarixli hökmdən təkrar apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qal dırmış və həmin vəsatətini apellyasiya şikayəti ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi D.H.Muradovun hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür. Təsvir olunanlardan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi D.H.Muradovun obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun – birbaşa və yaxud nümayəndə vasitəsi ilə Azərbaycan Respublikası CPM-in 384.1-ci m addəsinin tələb etdiyi prosessual müddət daxilində hökmü apellyasiya qaydasında mübahisələndirməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 25 aprel 2024-cü il və 16 may 2024-cü il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair zərərçəkmiş şəxsin hüquqi varisi D.H.Muradovun vəsatətinin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyiş dirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Muradov Dərşad Hüseyn oğlunun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli, 1(103)-1238/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərər çəkmiş şəxsin hüquqi varisi Muradov Dərşad Hüseyn oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının Məhkum barəsində olan 16 may 2024-cü il tarixli, 1(103)-1238/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar