Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2151/2024 06.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 4 iyun 2024-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Bədəlov Emil Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Cavid İbadulla oğlu (sədrlik edən və məruzəçi) İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1968-ci il tarixdə Masallı rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəal iyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Təklə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Zərərçəkmiş şəxs7 məxsus 55.000 (əlli beş min) manat məbləğində külli miqdarda əmlakı dələduzluq yolu ilə ələ keçirməyə görə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 27 yanvar 2016-cı il tarixdə şübhəli şəxs qismində tutularaq 29 yanvar 2016cı il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 28 iyun 2017-ci il tarixdə tutularaq 30 iyun 2017-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 8 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə 21 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 13 (on üç) gün, 21 iyun 2022-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə 18 iyul 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 27 (iyirmi yeddi) gün – cəmi 1 (bir) ay 14 (on dörd) gün müddət həmin cəzadan çıxılmış və təqsirləndirilən şəxsin üzərində qəti olaraq 5 (beş) il 10 (on) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bununla yanaşı Məhkum Zərərçəkmiş şəxs6 10.000 (on min) manat məbləğində xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə, Zərərçəkmiş şəxs4 17.080 (on yeddi min səksən) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olub bir qrup şəxs halında aldatma və etibarda n sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, Zərərçəkmiş şəxs1 50.000 (əlli min) manat məbləğində xeyli miqdarda əmlakını qabaqcadan əlbir olub bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar ələ keçirməsi epizodu üzrə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, lakin CM-in 75.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin maddələrlə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi əsası ilə əlaqədar ona CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxs Məhkum qarşı 300.000 (üç yüz min) manat maddi zərərə görə pul tələbinə dair mülki iddiası qismən təmin edil ərək 55.000 (əlli beş min) manat məbləğində pul vəsaitinin Məhkum alınıb Zərərçəkmiş şəxs7 xeyrinə ödənilməsi, mülki iddianın qalan hissədə isə təmin edilməməsi qərara alınmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı – Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək qardaşı Təqsirləndirilən şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün təcili pul lazım olduğu nu bildirərək, həmin məsələdə ona maddi köməklik göstərəcəyi təqdirdə, verdiyi pulları qısa müddətdə qaytaracağına dair yalan vəd verib aldadaraq, bu adla 1 may 2013-cü il tarixdə Zərərçəkmiş şəxs7 məxsus ünvan 3 nömrəli binada yerləşən 92 saylı mənzilin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 9 saylı notariat kontorunda 60000 manata satılmasına nail olaraq ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin ünvan Nərimanov rayon filialından götürülmüş 60.000 manat məbləğində həmin pulun 5000 manatını Zərərçəkmiş şəxs7 verib, qalan 55.000 manat pul vəsaitini tamah niyyəti ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 55.000 (əlli beş min) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 qızı Şahid9 yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə Azərbaycan Respublikası Milli Məclisinin dəftərxanasına işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, 2013cü ilin iyun ayının ortalarında sonuncunun yaşadığı ünvan 4 saylı ünvanda Zərərçəkmiş şəxs6 5000 manat, bundan iki gün sonra həmin ünvanda sonuncudan daha 5000 manat olmaqla ümumilikdə 10000 (on min) manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyəti ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 10000 (on min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi E.N.Bədəlov apellyasiya şikay əti verərək, həmin hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bundan sonra, yəni 25 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs7 da birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək, həmin hökmün dəyişdirilməsini və Məhkum daha ağır cəzanın təyin edilməsini, özünün mülki iddiasının isə tam həcmdə təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 4 iyun 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş apellyasiya şikayəti həmin şikayətin verilməsi üçün qanunda n əzərdə tutulmuş müddət buraxıldığına görə hərəkətsiz saxlanılmış və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, apellyasiya şikayəti cinayət işinin materialları ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 4 iyun 2024-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi E.N.Bədəlov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “İnsan H üquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinə, apellyasiya və kassasiya icraatını tənzimləyən CPM-in bir çox maddələrinə, iş üzrə çıxarılmış 29 mart 2024-cü il tarixli hökmə və apellyasiya instansiyası məhkəməsinin 4 iyun 2024-cü il tarixli qərarına istinad edən müdafiəçi E.N.Bədəlov həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı qəbul etməsi nəticəsində Məhkum hüquqları kobud şəkildə pozulmuş, onun barəsindəki hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanılmasının davam etdirilməsi üçün şərait yaranmış, halbuki onun, yəni müdafiəçinin verdiyi apellyasiya şikayətinə tez bir zamanda baxılsa və hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilsə o, həbsdən azad oluna bilər. Əks halda isə zərərç əkmiş şəxsin bir neçə gün apellyasiya şikayətinin verilməsini gecikdirdiyinə görə, Məhkum əlavə olaraq günlərlə həbsdə qalacaqdır. Həmçinin, zərərçəkmiş şəxs tərəfindən şikayət verilən zaman müddətin ötürüldüyü nəzərə alınmalı və müddətin bərpa olunması barədə vəsatət verilə bilərdi. Lakin, Zərərçəkmiş şəxs7 bunu etməmişdir. Belə olan halda onun apellyasiya şikayəti ümumiyyətlə nəzərə alınmamalı və Məhkum barəsində apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmalı idi. Qeyd olunan dəlillərə əsaslanaraq, müdafiəçi E.N.Bədəlov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətə məlumatlandırılsalar da, müdafiəçi E.N.Bədəlov və Zərərçəkmiş şəxs7 naməlum səbəb lərdən məhkəmə iclasına gəlməmiş, təqsirləndirilən şəxs Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq dövlət ittihamçısı A.M.Hüseynlinin rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi E.N.Bədəlovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Zərərçəkmiş şəxs7 Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2024cü il tarixli hökmündən apellyasiya şikayətini belə şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddəti buraxmaqla verməsini müəyyən edərək CPM-in 386-cı maddəsinin tələblərinə uyğun olaraq həmin şikayətin baxışdan çıxarılması və buraxılmış müddətin bərpa olunması məsələsinə baxılması üçün 20 (iyirmi) gün müddət müəyyən etməklə işin şikayətlə birlikdə birinci instansiya məhkəməsinə qaytararkən hər hansı qanun pozuntusuna, o cüml ədən təqsirləndirilən şəxs Məhkum hüquqlarının pozulmasına yol verməmiş və adı çəkilən zərərçəkmişin təkrar məhkəməyə müraciət etmək hüququna malik olması halından çıxış etmişdir. Eyni zamanda məhkəmə kollegiyası müdafiəçi E.N.Bədəlovun yuxarıda göstərilən məzmunda Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi kassasiya şikayətinin məzmununa diqqət yetirərək və ona baxılmasının mümkün olub-olmamasını yoxlayaraq qeyd etməyi lazım bilir ki, sonuncu həmin müraciətində hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 4 iyun 2024-cü il tarixli qərarını mübahisələndirərək hökmdən apellyasiya şikayəti vermək hüququna malik olan Zərərçəkmiş şəxs7 mənafeyinə uyğun olmayan, digər tərəfdən isə təqsirləndirilən şəxsin də hər hansı mənafeyi ilə əlaqəsi olmayan tələb irəli sürmüşdür. Həmin şikayətində müdafiəçi həmçinin apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarı qəbul etməsi nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsin azadlıq hüququnun pozulmasını da iddia etsə də, faktiki olaraq özü bu hüququn pozulmasına şərait yaratmışdır. Belə ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması müddətləri apellyasiya instansiyası məhkəməsinin öz qərarında müəyyən etdiyi 20 (iyirmi) gün müddətdən artıq davam edir və müdafiəçi nəinki bu halı nəzərə almamış, həm də Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə tələb irəli sürməmişdir. Halbuki, CPM-in 409.2-ci maddəsinin tələbinə görə məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Qanunun bu normasının mənasından göründüyü kimi, müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarından həm hüquqlarını müdafiə etdiyi şəxsin, həm də cinayət prosesinin digər iştirakçısının, o cümlədən zərərçəkmiş şəxsin mənafeyinə zidd olan kassasiya şikayəti vermək hüququna malik deyil. Bu təfsirdən belə nəticə hasil olur ki, müdafiəçi E.N.Bədəlovun apellyasiya instansiyası məhkəməsinin 4 iyun 2024-cü il tarixli qərarından kassasiya şikayəti vermək hüququ olmamış, belə olan halda isə prosessual qanunvericilinin aşağıdakı normalarının tələblərinə əsasən onun həmin şikayətinin baxılmamış saxlanılması barədə əsas yaranır. Belə ki, CPM-in 412.5-ci maddəsinə görə, hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz. CPM-in 415.1.1-ci maddəsinin tələbindən isə görünür ki, kassasiya şikayəti və ya kassasiya protesti onları vermək hüququna malik olmayan şəxslər tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini baxılmamış saxlamaq hüququna malikdir. Qanunvericiliyin bu tələblərinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən müdafiəçi E.N.Bədəlovun kassasiya şikayətinin məzmununa nəzər yetirilmədən və həmin şikayətin mümkünlüyünü yoxlanılmadan, 8 iyul 2024-cü il tarixli 1(103)1279/2024 saylı məktubla həmin müraciət ona mahiyyəti üzrə baxılması üçün cinayət işinin materialları ilə birlikdə Azərbaycan Respubl ikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərə, o cümlədən prosessual hüquq normalarının tələblərinə əsaslanıb müdafiəçi E.N.Bədəlovun kassasiya şikayətinə baxılmasının mümkünlüyünün yoxlanılması üçün həmin müraciətin kassasiya instansiyası məhkəməsinin baxışından çıxarılaraq onun cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, hazırki iş üzrə müdafiəçi E.N.Bədəlovun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 4 iyun 2024-cü il tarixli qərarından verdiyi kassasiya şikayəti onun mümkünlüyünün yoxlanılması üçün baxışdan çıxarılmalı və bu müraciət Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının bu haqda qənaəti isə yuxarıda göstərilənlərlə yanaşı həmçinin CPM-in 418.3-cü maddəsinin tələblərindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 415 və 418.3-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi Bədəlov Emil Nizami oğlunun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 4 iyun 2024-cü il tarixli qərarından verdiyi kassasiya şikayəti buna hüququ olan şəxs tərəfindən verilibverilməməsinin yoxlanılması üçün baxışdan çıxarılsın və bu müraciət Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2151/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2151/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver