Məhkəmə qərarları › İş №1(102)-2154/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2154/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2154/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü madd əsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2024-cü il tarixli, 1(103)-780/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, məhkumluğu olmayan, ünvan 1, mənzil 106da qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən sa tış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 03 bükümdə ümumi təmiz çəkisi 3,277 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 mart 2022ci il tarixdə yaşadığı ünvan 1 ünvanın qarşısında həmin psixotrop maddə olan metamfetamindən 01 ədəd bükümdə 0,574 qram çəkidə olan hissəsini tanışı Şahid1 satmış, Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 aprel 2022-ci il tarixdə saat 17:00-da ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3əşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri - 1,150 qram və 1,553 qram olmaqla küllü miqdarda ümumi təmiz çəkisi - 2,703 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X5 və X7 ibarət məhkəmə tərkibində) 29 noyabr 2022-ci il tarixli, 1(101)-1400/2022 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs apellyasiya şikayəti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(101)-1400/2022 nömrəli hökmünün dəyişdirilməsini, məhkəmə hökmü ilə ona təyin olunmuş cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət məhkəmə tərkibində) 04 aprel 2024-cü il tarixli, 1(103)780/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına d air 1(101)-1400/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində apellyasiya şikayətinin dəlilləri qismində qeyd etdiklərini müdafiə etdiyini bildirərək, məhkəmədən barəsində təyin edilmiş cəzanın ona aid olmaması barədə araşdırma apararaq, onun cəzasını çəkdiyi müddəti və xəstəliklərinin ağırlıq dərəcəsini nəzərə alaraq, humanistlik edərək barəsində azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan kassasiya protesti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu in stansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məs ələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

16. Bununla belə, kollegiya mə hkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 1(103)-780/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlmələrinə iki xüsusat - polis orqanına Məhkum narkotik vasitələrin alğısatqısı ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olması və sonradan bu məlumatın təsdiq edilməsi, eləcə də sonuncudan aşkar olunmuş psixotrop maddənin kütləsinin külli miqdar – 3,277 qram təşkil etməsi, həmçinin onun 0,574 qram hissəsinin tanışı Şahid1 verməsi səbəb olmuşdur.

18. Məhkəmələr mövqeyini əsaslandırarkən həm də "Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etmişlər.

19. Məhkəmələrin istinad etdikləri Ali Məhkəmənin Plenum qərarının müvafiq müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, "təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən raz ılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.

20. Lakin məhkəmələrin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirdikləri müddəa belə, onların Məhkum külli miqdarda psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə nəticələrinin əsassız olduğunu göstərir.

21. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, "başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur.

22. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün işin bütün diqqətəlayiq hallarının məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalara qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədi ilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilər.

23. Baxılan işdə isə Məhkum külli miqdarda satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır.

24. Belə ki, Məhkum məhkə məyədək və məhkəmə icraatları boyunca verdiyi ifadələrində psixotrop maddənin istehlakçısı olduğunu bildirərək, satış məqsədi ilə psixotrop maddəni əldə edib saxlamasını və daşımasını inkar etmişdir. Həmçinin istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində göstərmişdir ki, psixotrop maddəni öz istifadəsi üçün əldə etmişdir. Şahid1 onun tanışıdır və bir məhəllədə qonşuluqda yaşayırlar. 29 mart 2022-ci il tarixində XXX onunla əlaqə saxlayıb, narkotik vasitə olub-olmadığını ondan soruşub. O da ona öz şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin aldığını bildirib. XXX də pulu olmadığı üçün narkotik vasitə ala bilmədiyini bildirib istifadəsi üçün aldığı psixotrop maddə olan metamfetamindən bir qədər ona verməsini xahiş etmişdir. O da ar alarında olan yoldaşlıq münasibətinə və narkotik vasitə istifadəçilərinin bədənində olan ağrıları bildiyinə görə təmənnasız olaraq ona öz istifadəsi üçün aldığı psixotrop maddə olan metamfetamindən istifadə etmək üçün verə biləcəyini bildirmişdir.

25. Həmçinin cinayət işi materiallarında olan, istər ibtidai istintaq dövründə, istərsə də birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı vermiş olduğu ifadəsində Şahid1 bildirmişdir ki, 29 mart 2022-ci il tarixində yenidən narkotik vasitə və ya psixotrop maddə əldə etmək qərarına gəlib. Lakin pulu olmadığı üçün heç bir yerdən narkotik vasitə və psixotrop maddə əldə edə bilməyəcəyini başa düşüb, onunla birlikdə bir məhəllədə yaşayan məhkumla əlaqə saxlayıb, ondan narkotik vasitə olub-olmadığını maraqlanıb. Məhkum da ona öz şəxsi istifadəs i üçün psixotrop maddə olan metamfetamin aldığını bildirmişdir. O da ona pulu olmadığı üçün narkotik vasitə ala bilmədiyini bildirib öz istifadəsi üçün aldığı psixotrop maddə olan metamfetamindən bir qədər ona verməsini xahiş etmişdir. Məhkum da aralarında olan münasibətə görə təmənnasız olaraq ona öz istifadəsi üçün aldığı psixotrop maddə olan metamfetamindən istifadə etmək üçün verə biləcəyini bildirmişdir.

26. Digər tərəfdən, Məhkum psixotrop maddə metamfetamin aludəçisi olması, onun üzərində aşkar edilmiş psixotrop maddəni – 2,703 qram çəkidə (həmçinin tanışı Şahid1 onun istəyi üzərinə verdiyi 0,574 qram çəkidə) metamfetamini məhz öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlaması və daşıması məhkum olunmuş şəxsin etirafedici ifadələri ilə yanaşı məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2565 nömrəli rəyi ilə də təsdiq edilir. Həmin rəyə görə, Məhkum opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.

27. İş üzrə dindirilmiş şahidlərdən heç biri (Şahid2 və Şahid3) Məhkum psixotrop maddəni əldə edərkən məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər, onlar müstəsna olaraq yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.

28. Həmçinin ibtidai istintaq zamanı müstəntiq tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana müvafiq tapşırıq verilsə də, Məhkum gerçəkdən də narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmasına dəlalət edə biləcək, yəni əməliyyat məlumatının (nar kotiklərin satışı ilə məşğul olması hissəsində) doğru olduğunu təsdiq edən materiallar əldə edilməmişdir.

29. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2).

30. Göründüyü kimi, ibtidai istintaq və məhkəmələr tərəfindən psixotrop maddənin məhkum tərəfindən əldə edilməsində yeganə sübut növü kimi istinad edilən bu sübutlar Məhkum tərəfindən psixotrop maddənin əldə edilərkən satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, bununla yanaşı sonradan öz istifadəsi üçün əldə etdiyi psixotrop maddənin müəyyən hissəsini tanışı Şahid1 istəyi nəticəsində ona şəxsi istifadə üçün verməklə psixotrop maddənin qanunsuz yayılmasına səbəb olan hərəkətlərə yol verməsini təsdiq etmişdir.

31. Qeyd edilənlərə münasibə tdə kollegiya hesab edir ki, məhkəmələrin məhkumun və cinayət işi üzrə şahid qismində ifadə vermiş Şahid1 ifadələrinə və məhkumun psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına və daşımasına dair təsdiq olunmuş əməliyyat məlumatına istinad edərək, onun əməlini vahid cinayət kimi CM-in 234.4.3-cü maddəsi ilə tövsif etməsi əsassız olmuşdur.

32. Belə ki, kollegiya müəyyən edir ki, Məhkum əməli iki başa çatmış epizoddan, yəni şəxsi istifadə üçün psixotrop maddənin əldə edilməsi (3,277 qram) və daha sonra şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddənin 0,574 qramını şəxsi istifadəsi üçün tanışı Şahid1 sonuncunun istəyi üzərinə təmənnasız verilməsindən ibarət olmuşdur.

33. Məhkum əməlinin ikinci epizodu isə, yəni şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddənin 0,574 qramını şəxsi istifadəsi üçün tanışı Şahid1 sonuncunun istəyi üzərinə təmənnasız verməsi ilə psixotrop maddənin qanunsuz yayılmasına səbəb olan hərəkətlərə yol verməsi həm Məhkum, həm də Şahid1 ifadələri ilə öz təsdiqini tapmışdır.

34. Belə ki, CM-in 234.2-ci maddəsi özündə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı ehtiva edir. 35. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, “Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.

36. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə e tmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.

37. Kollegiya qeyd edir ki, Məhkum özünün satış məqsədi olmadan külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması, sonradan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddənin 0,574 qramını şəxsi istifadəsi üçün tanış ı Şahid1 sonuncunun istəyi üzərinə təmənnasız verməsi istər CM-in 234.2-ci maddəsi (dispozisiya baxımından), istərsə də CM-in 234.1-1-ci maddəsi (sanksiya baxımından) əməlləri tam şəkildə əhatə etmədiyindən bu əməllər cinayətlərin məcmusu qaydasında CM-in 234.1-1-ci maddəsi ilə yanaşı, həm də CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir.

38. Təsvir olunanlardan, görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə və ona həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 41 6.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər.

39. Odur ki, Məhkum əməli birinci epizod üzrə (psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən), həmçinin ikinci epizod üzrə (sonradan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddənin 0,574 qramını şəxsi istifadəsi üçün tanışı Şahid1 sonuncunun istəyi üzərinə təmənnasız verməsi) Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən müvafiq olaraq 234.1-1 və 234.2-ci maddələrinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1 və 234.2-ci maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir.

40. Odur ki, (Məhkum psixotrop maddəni məhz s atış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən, həmçinin sonradan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddənin 0,574 qramını şəxsi istifadəsi üçün tanışı Şahid1 sonuncunun istəyi üzərinə təmənnasız verməsi səbəbindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1 və 234.2-ci maddələrinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halın (İİ dərəcəli əlil olması) və cəzanı ağırlaşdıran halların olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.2-ci maddəsi ilə isə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır.

41. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2024-cü il tarixli, 1(103)-780/2024 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.

42. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2024-cü il tarixli, 1(103)-780/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1 və 234.2-ci maddələrinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.2-ci maddəsi ilə isə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum təyin edilmiş cəzalar CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2024-cü il tarixli, 1(103)-780/2024 nömrəli qər arı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar