Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2155/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X11 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxxx 1991-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhəri, Babuşinsk rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonu, Şirinsu kəndində qeydiyyatda olmaqla Lənkəran rayonu, Qumbaşı kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət məhkəmə tərkibində) 05 dekabr 2023-cü il tarixli, 1(099)-444/2023 nöm rəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddətin cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 05 fevral 2023-cü il tarixdən hesablanması, Lənkəran Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 4(049)-49/2023 nömrəli qərarı ilə Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
3. Həmin hökmdən təqsirlə ndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən), X1 və X3 ibarət məhkəmə tərkibində) 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Həmin hökmdən Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.
6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirm işdir. II. Hüquqi məsələlər:
7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
8. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum tərəfindən verilmiş kassa siya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının da çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Cinayət-Prosessual QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum ərizəsi