Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2156/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs Muğanbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli, 1(105)-193/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx.xx.1980-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 2 azyaşlı övladı var) orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Güllücə kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəһəri Ceyranbatan qəsəbəsi 147 saylı Peşə məktəbinin inzibati binasında yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup halında əvvəlcədən aralarında olan razılaşmaya əsasən xx.xx.2021-ci il tarixdə saat 03 radələrində ünvan 1 ünvanının qarşısında olan bağ sahəsinin qapısının qıfılını sındırıb bağ sahəsinə qanunsuz daxil olaraq orada Zərərçəkmiş şəxs Məhəmmədli oğluna məxsus 2015-ci il istehsallı, “Dayun Chooper” markalı qara rəngli motosikleti götürüb, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində onu gözləyən Təqsirləndirilən şəxs yanına gətirərək orada saxladığı idarə etdiyi “Mersedes C Klass” avtomobilinin arxa yük yerinə qoyub gizli talamaqla, Zərərçəkmiş şəxs 2000 manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli patrondan atəş açmaq üçün uyğunlaşdırılmış odlu silah hesab edilən istifadəyə yararlı 01 ədəd kustar üsulla tüfəng maketi formasında hazırlanmış predmeti, zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSC5, AR-7 və s.) karabinlərdə və s. yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 06 (altı) ədəd patronu yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi 147 saylı Peşə məktəbinin inzibati binasındakı evində saxlamış, Sumqayıt şəhərinin inzibati ərazisində baş vermiş oğurluq hadisələrini törətməsi, habelə yaşadığı ünvanda odlu silah saxlamaqda şübhəli olması barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə daxil olmuş məlumata əsasən, həmin bölmənin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə onu evinə keçirilmiş baxış zamanı zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli patrondan atəş açmaq üçün uyğunlaşdırılmış odlu silah hesab edilən istifadəyə yararlı 01 ədəd kustar üsulla tüfəng maketi formasında hazırlanmış predmeti, zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli (TOZ8, TOZ-16, TOZ-17, TOZ8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlimməşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSC-5, AR-7 və s.) karabinlərdə və s. yivli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı olan 06 (altı) ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan başqa, o 2021-ci ilin iyul ayının təxminən 12-də şəxsiyyəti istintaqa məlum olmayan Bəhmən adlı şəxsin bank kart hensabına 300 manat müqabilində pul köçürməsi müqabilində sonuncunun Bakı şəhəri ərazisindəki ünvana qoyduğu satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 500 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 05:10-da Sumqayıt şəһəri, 14-cü məhəllə ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin İŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən sol əlindəki 01 ədəd göy rəngli üzərində “Orginal Levis” sözləri yazılmış sellofan paketin içə risindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 500 qram kustar üsulla hazırlanmış küllü miqdarda narkotik vasitə olan heroin, əynindəki göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd qara rəngli “Aosa” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür.
3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 1(124)-120/2022 nömrəli hökmü ilə (hakimlər X12 (sədrlik edən), X9 və X2 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMnin 228.1-ci maddəsi ilə 1 il (bir il) müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 6 (a ltı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respulikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 il (yeddi il) azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Məhkum təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 17 iyul 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Məhkum narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli, 1(105)-193/2023 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 1(124)-120/2022 nömrəli hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, Məhkum müdafiəçisi tərəfindən verilmiş apell yasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli, 1(105)-193/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri qismində yalnız məhkumun təqsirli bilindiyi AR CM-in 234.4.3-cü maddəsini mübahisələndirərək çoxsaylı qanunvericilik normalarına və cinayət işi materiallarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə, təqdim edilmiş vəsatətlərə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməm işdir.
8. Belə ki, ittihamın gəldiyi nəticəyə görə guya, Maqbet polislər tərəfindən axtarışda olduğunu bildiyi halda üzərində yarım kilo narkotik vasitə saxlayıb gəzdirib, həmçinin həmin narkotik vasitəni də səhər saat 05:10-dən şəhərin gur yerində gözləyib ki, polislər gəlib onu tutsun. Təbii ki, bu tam ağlasığmaz bir ittihamdır, heç bir hüquqi məntiq yoxdur. Lakin buna baxmayaraq qanunsuz yollarla əldə edilmiş və bilavasitə təzyiq vasitəsi ilə Məhkum videoçəkilişini aparmış və həmin narkotik vasitəni guya İran İslam Respublikası vətəndaşından 300 manat aldığını etiraf etmişdir. Təkcə yarım kilo narkotik vasitəni 300 manata alınması ifadəsi kifayət edir ki, bütün bu sübutların saxta olduğu təsdiqini tapsın. Məhkəmə baxışı zamanı da bilavasitə narkotik vasitə epizodu üzrə dindirilmiş şahid lər də bir-birinə ziddiyyət təşkil edən ifadələr vermiş, onun üzərində keçirilmiş Əməliyyat-Axtarış tədbirlərinin bilavasitə oğurluqla bağlı olduğunu, evində aparılmış axtarış zamanı heç bir narktotik vasitə aşkar olunmadığını, həmçinin son saniyələrə qədər Məhkum ilə birlikdə olmuş Şahid6 Maqbetin üzərində hər hansı bir bağlama görmədiyini etiraf etmişdir. Ona görə də hesab edirik ki, narkotiklə bağlı ittiham saxtadır və narkotik işi üzrə verilmiş ittiham üzrə Məhkum bəraət verilməlidir.
9. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, müdafiəçisi olduğu şəxs məhkum olunmamış, orta təhsilli, evli, himayəsində 3 azyaşlı övladları (2006-cı il təvəllüdlü X4, 2010cu il təvəlllüdlü X11, 2017-ci il təvəllüdlü X5) var, övladlarından biri 2006-cı il təvəllüdlü X6 anadangəlmə ağır xəstədir və belə ki, o eşitmə və danışma qabiliyyətindən məhrumdur. Himayəsində yaşayan atası X10 şəhid atasıdır. Belə ki, qardaşı X7 1992-ci ilin noyabr ayında Ağdərə rayonu ərazisində Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Yaşadığı yerdə müsbət xarakterizə edilir.
10. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli, 1(105)-193/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum AR CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
12. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştir ak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başq a sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məh kəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum müdafiəçisi, onun təqsirli bilindiyi AR CM-in 234.4.3-cü maddəsi ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 4 16.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli, 1(105)-193/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidi r.
22. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
23. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya ka ssasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
24. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərd ə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
28. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədə r sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
29. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
30. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
31. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü saxlanılmalıdır. il tarixli, 1(105)-193/2023 nömrəli qərarı dəyişdirilmədən
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs Muğanbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli, 1(105)-193/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsı