Məhkəmə qərarları › İş №1(102)-2159/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2159/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2159/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1358/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, a şağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXX il tarixdə Masallı rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, X1 ünvanında yaşamışdır. 2. 14 noyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 noyabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 16 mart 20 23-cü il tarixdə, saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ilə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçələrinin kəşisməsində olan, piyadaların keçidi üçün nəzərdə tutulmuş yeraltı keçiddə icarəyə götürməklə işlətdiyi 34 nömrəli idman əşyalarının satışı mağazasında olarkən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə asudə vaxtlarında ona köməklik etdiyi üçün tanıdığına görə aşkar surətdə on dörd yaşına çatmadığını və orta məktəbdə yeddinci sinifdə təhsil almasını öyrəndiyi 08 oktyabr 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlasa da, lakin yaş xüsusiyyətləri və fərdipsixoloji xüsusiyyətləri (utancaqlıq, səmimilik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməmək, acizlik və s.) ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmadığını dəqiqliklə bilib, bundan, yəni onun köməksiz vəziyyətindən istifadə etməklə ətrafda heç kimin olmamasını fürsət bilib sonuncunu mağazanın içərisinə çağırmış, Zərərçəkmiş şəxs mağazaya daxil olduqda səs-küy salacağı təqdirdə onu döyəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs qorxaraq onun dedikləri ilə razılaşdığını gördükdə cinsi ehtirasını pozğun formada təmin edərək Zərərçəkmiş şəxs cinsiyyət orqanını əli ilə oynadıb aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona zor tətbiq edəcəyi hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 01 iyul 2023-cü il tarixdə axşam saatlarında ö zünə məxsus velosipedin təmir olunmasında ona köməklik göstərməsini Zərərçəkmiş şəxs yalandan bildirib onu aldadaraq yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına aparmış, orada həmin gün saat 21:30-da velosipedin yataq otağında olmasını deməsinə görə Zərərçəkmiş şəxs yataq otağına daxil olduqda yataq otağının qapısını kilidləyib sonuncuya tərəf getmiş, Zərərçəkmiş şəxs onun hərəkətlərindən qorxaraq həmin yeri tərk edib getmək istədikdə buna imkan verməyərək aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi 08 oktyabr 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlasa da, lakin yaş xüsusiyyətləri və fərdi-psixoloji xüsusiyyətləri (utancaqlıq, səmimilik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməmək, acizlik və s. ) ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmadığını dəqiqliklə bilib, bundan, yəni onun köməksiz vəziyyətindən istifadə etməklə əynində olan paltarlarını soyundurmuş, sonuncu onun əlindən çıxıb otağı tərk etmək istəsə də zor tətbiq etməklə bir əli ilə qollarından digər əli ilə ağzından tutub özünə tərəf çəkmiş, daha sonra gərilmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcəyinə, yəni anus dəliyinə salıb çıxarmaqla bağırsağın xarici büzücü əzələsinin (sfinktor) boşalmasına səbəb olmuş anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olub uşaqbazlıq etmiş, daha sonra Zərərçəkmiş şəxs cinsiyyət orqanını öz ağzına alaraq cinsi ehtirasını pozğun formada təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona zor tətbi q edib uşaqbazlıq, eləcə də seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 06 avqust 2023-cü il tarixdə, saat 23:00-da Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın zirzəmisinə gələrək sonuncunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək qeyd edilən yerdə olmasını və onu gözləməsini bildirmiş, Zərərçəkmiş şəxs onun yanına gəlmək istəmədiyini bildikdə sonuncuya cinsi əlaqədə olmaları barədə ailə üzvlərinə məlumat verməklə onu rüsvay edəcəyi ilə hədələyib israrla zirzəmiyə gəlməsini tələb etmiş, Zərərçəkmiş şəxs onun hədələrindən qorxaraq rüsvay olmamaq üçün yaşadığı binanın zirzəmisinə gəlmiş, orada aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi 08 oktyabr 2010-cu il təvəl lüdlü Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlasa da, lakin yaş xüsusiyyətləri və fərdi-psixoloji xüsusiyyətləri (utancaqlıq, səmimilik, emosional sabitlik, özünə qarşı hörmət tələb edə bilməmək, acizlik və s.) ilə əlaqədar müqavimət göstərmək qabiliyyətinə malik olmadığını dəqiqliklə bilib, bundan, yəni onun köməksiz vəziyyətindən istifadə etməklə əynində olan paltarlarını soyundurmuş, Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmayacağı təqdirdə vurub xəsarət yetirəcəyi, eləcə də öldürəcəyi ilə hədələyib müqavimətini sındıraraq öz gərilmiş cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcəyinə, yəni anus dəliyinə salıb çıxarmaqla bağırsağın xarici büzücü əzələsinin (sfinktor) boşalmasına səbəb olmuş anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını pozğun formada təmin edərək aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zor tətbiq edəcəyi hədəsi ilə uşaqbazlıq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1036/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 avqust 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şə xs və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri vermiş, müdafiəçi apellyasiya şikayətində Məhkum təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini, Məhkum isə apellyasiya şikayətində barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1358/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1036/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişd ir ki, ittiham aktı ilə məhkum edilmiş şəxsin 3 dəfə, yəni 16 mart 2023-cü il, 01 iyul 2023-cü il və 06 avqust 2023-cü il tarixlərdə zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkətlər etməsi və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasına istinad edilmişdir. Zərərçəkmiş şəxs hər dəfə fərqli ifadələr verərək ifadələrinin bir neçəsində 16 mart 2023-cü il tarixdə ona qarşı seksual xarakterli hərəkətlərin olmasını göstərməmişdir. İttihamda göstərildiyi kimi həqiqətən də 16 mart 2023-cü il tarixdə məhkum edilmiş şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı seksual xarakterli hərəkətlər edilmiş olsaydı, zərərçəkmiş şəxs onunla daha sonralar əlaqədən çəkinərdi, onu öz yaşadığı evin zirzəmisində yerləşməsinə şərait yaratmazdı, həmçinin dəfələrlə onun yaşadığı mənzilə qonaq getməzdi, kömək etmək m əqsədi ilə onunla Sədərək ticarət mərkəzinə getməkdən çəkinərdi. Lakin cinayət işinin materiallarından görünür ki, 16 mart 2023-cü il tarixdən sonra onların arasında münasibələr pisləşmək əvəzinə daha da yaxşılaşmışdır. Bununla yanaşı, məhkum edilmiş şəxs hüquqi savadı olmadığından məhkəmə-tibbi ekspertizasının rəyinə öz etirazını bildirməmiş, müstəntiqin ona verdiyi göstərişlərə münasibətdə qeydlər etmək məcburiyyətində qalmışdır. Buna baxmayaraq o, verdiyi bütün ifadələrdə ona qarşı şər atıldığını, belə bir hərəkətə yol vermədiyini bildirmişdir. Hüquqi baxımdan məhkum edilmiş şəxsin həmin ekspertiza rəyinə etiraz etməməsi onun əleyhinə istifadə edilə bilməz. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1358/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qər arının ləğv edilməsi, əməlində cinayət tərkibinin olmaması, təqsirinin sübuta yetirilməməsini nəzərə almaqla Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə bəraət verilməsinə dair qərarın qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutl ara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməs inin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tə ləbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1358/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinay ətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edil məsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normala rın tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmadığına dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəs ində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, eləcə də məhkum edilmiş şəxsin yaxın qohumu olan şahidlərin məhkəməyədək və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxsin iştirakı ilə keçirilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ifadənin yerində yoxlanılması haqqında protokol, üzləşdirmə istintaq hərəkəti protokolu, təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında protokol, digər istintaq və məhkəmə hərəkətlərinin protokolları, məhkəmə-tibbi, məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizalarının rəyləri, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümum ilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin q eyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməs i üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1(103)-1358/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1358/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar