Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-216/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Məmmədov Anar Ələskər oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X15, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Əliyev Mehman Qardaşxan oğlunun iştirakları i lə Füzuli rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Bağırov Məhəmməd Abduləli oğlu) xx xxxxx 1995-ci il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə t utulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Füzuli rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 30 dekabr 2017-ci il tarixdə saat 18.20 radələrində 12 dekabr 2018-ci ilədək qüvvədə olan ƏN-V950892 N-li etibarnamə və 11 iyul 2023-cü ilədək qüvvədə olan AB 543513 N-li BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz 300 D» minik markalı ****EH**** dövlət qeydiyyatlı avtomobillə Füzuli-Əhmədhəyli yolu ilə Əhmədbəyli kəndi istiqamətində h ərəkətdə olarkən həmin yolun Füzuli rayonu, Qarabağ kəndinin ərazisindən keçən 30-cu kilometrliyində «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu»nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, avtomobilin təhlükəsiz idarə olunmasını təmin etməli və hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli, zərurət yarandıqda avtomobilin görünüş məsafəsi daxilində təhlükəsiz idarə olunması və dayandırılmasını təmin edən görünüş məsafəsinə uyğun surətlə hərəkət etdirməli, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, piyada X6 yolun sağ hərəkət hissəsi ilə eyni i stiqamətdə hərəkətdə olmasını nəzərə almalı, daim hərəkət şəraitinə nəzarət etməklə piyada X16 ilə təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli, bu mümkün olmadıqda idarə etdiyi avtomobili piyada X9 çatmadan dayandırmalı olduğu halda, bunlara əməl etməyərək sonuncunu ehtiyatsızlıqdan avtomobilin qabaq sağ qanad tərəfi ilə vuraraq ona ənsə nahiyəsində ortada 4,0 x 5,0 santimetr ölçüdə, sümük defekti (sınıq) və beyin detridlərinin qanla birlikdə xaric olunması ilə müşaiyət olunan yara, alın nahiyəsində çoxsaylı nisbi xətvari formalı, 2,0 - 3,5 santimetr ölçülərdə, üzərləri nəm, qırmızımtıl rəngli çoxsaylı sıyrıqlar, sol budun orta 1/3-nin yan səthində 6,0 x 2,0 və sol dizaltı çuxurda 2,0 x 1,0 santimetr ölçülərdə, kənarları nahamar, mənfəzlərindən qan xaric olan əzilmiş-cırılmış yaralar xarakterli həyat üçün təhlükəli, olan sağlamlığa ağır zərər vurmaya ard edilən xəsarətlər yetirmiş, nəticədə onun ehtiyatsızlığından piyada X16 baş beyin toxumasının əzilib-dağılması səbəbindən hadisə yerində ölmüş, həmçinin, hadisə baş verərkən avtomobilin arxa oturacağında oturmuş X4 qucağında olan 10 iyul 2017-ci il tarixdə anadan olmuş X17 onun ehtiyatsızlığından sol üz nahiyəsi, xarici burun-dodağın cızılmış yaraları, soi burun dodaq büküsünün çapılmış yarası xarakterli ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər almışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu, hakimlər Camalov Etibar Ə li oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 06 fevral 2019-cu il tarixli qərarı ilə Füzuli rayon Məhkəməsinin 25 oktyabr 2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi və ya məntəqə tipli cəzaçəkmə müəəssisəsində cəza çəkməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmlər tərəfindən ədalətsiz, qeyri-obyektiv, birtərəfli qərar qəbul edilmişdir. Belə ki, X1 hərəkət şəraitinə əməl etməyərək yol məsafəsini seçmədiyindən, avtomobil yolunda piyada hərəkət etdiyindən qaranlıq, qatı dumanlı havada törənmiş hadisə qaçılmaz olduğundan qarşısının alınması qeyri-mümkün olmuşdur. Füzuli rayonundan məcburi köçkün olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailə vəziyyətini, qardaşının hal-hazırda müddətdən artıq hərbi xidmətdə olduğunu, ailəsinin çətin vəziyyətdə yaşadığını, gəcliyini və ehtiyatsızlıqdan cinayət törətdiyni nəzərə alaraq apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi və ya məntəqə tipli cəzaçəkmə müəəssisəsində cəza çəkməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin mater iallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsinin kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məh kəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməlləri iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi və ya məntəqə tipli cəzaçəkmə müəəssisəsində cəza çəkməsinə dair qərar qəbul edilməsi xahiş olunur və bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Kassasiya şikayətlərinin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd edilməlidir ki, belə dəlillər apellya siya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “....İş materialları ilə müəyyən edilir ki, X12 Azərbaycan Respublikası CM-nin 263.2 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu onun qismən öz ifadəsi, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X7, şahidlər X5, X19, X24, X10, X20, X13 və qeyrilərinin ifadələri, hadisə yerinin baxış protokolu, 30.01.2018-ci il tarixli 02 saylı tibbi rəylə, 02.02.2018-ci il tarixli 2542 saylı rəylə və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə-y ol nəqliyyat hadisələri ekspertizasının 02.02.2018-ci il tarixli 2542 saylı rəyindən görünür ki, Mersedes Benz 300 D minik markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunan 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) - cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əm əl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilm əsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənif tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Məhkum ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Apelyasiya şikayətində cinayət qanununun normalarına istinad edilsə də, bu normaların müddəa ları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Müdafiəçi Fəxri Rüstəmov və məhkum olunmuş şəxs Məhkum apelyasiya şikayətlərində X10 barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona aşağı həddə cəza verilməsini və barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmaqla təyin edilmiş cəzanın şərti olaraq tətbiq olunmasını, iş üzrə verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmiş, apelyasiya məhkəməsində icraat zamanı ümumiyyətlə Məhkum əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkuma onun islah olunması məqsədi ni və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya onun törətdiyi cinayətin ictimai təhtükətiliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Cəzanın Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasının ən aşağı həddində də endirilməsinə, məhkum edilmiş şəxs Məhkum barəsində bəraət hökmünün çıxarılması üçün əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, məhkum olunmuş şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməmişdir. Həmçinin məhkum edilmiş şəxs tərəfindən vurulmuş maddi və mənəvi ziyan könüllü olaraq ödənilmədiyindən əsaslı olaraq məhkəmə tərəfindən maddi və mənəvi ziy ana görə mülki iddianın qismən təmin olunması haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mülki iddianın təmin edilməməsi barədə qərar qəbr edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) və onun nəticələrinə görə t əqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır: yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və ctnayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcətiənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəs inin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 1(064)-28/2018 saylı hökmündən aydın olur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyasında məhkumun törətdiyi c inayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Buna görə də, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsini əsaslı və qanuni hesab edərək apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və apelyasiya şikayətlərini təmin edib, Məhkum təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza verilməsi, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti tətbiq edilməsi, barəsində bəraət hökmünün çıxarılması və mülki iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi üçün əsaslar görmür. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun etibarnamə üzrə nümayəndəsi X20 məhkum edilmiş şəxs Məhkum əməlində Azərbaycan Respu blikası CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı apelyasiya şikayətləri əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi X21, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X15 və onun etibarnamə üzrə nümayəndəsi X28 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 1(064)-28/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, onları faktiki olaraq qanunun tələblərinə uyğun qaydada cavablandırmış, gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3 -cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM- nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun nor malarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şir van Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-216/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-216/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver