Məhkəmə qərarları › İş №1(102)-216/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-216/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-216/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə d air Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 iyun tarixli, 1(105)-363/2024 nömrəli qərarından məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(124)-311/2024 nömrəli hökmü ilə (hakimlər: Elçin Məmmədov (sədrlik edən və məruzəçi) Nurəddin Hüseynli və Nahid Mirzəyevdən ibarət tərkibdə) xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılovdan ibarət tərkibdə) 2024-cü il 27 iyun tarixli, 1(105)-363/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 13 may 2023-cü il tarixdə Abşeron rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi o lmadan qanunsuz olaraq külli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 6,013 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış və daşımış, 13 may 2023-cü il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı o, Abşeron rayonu, Masazır kəndi, Z.Həsənov küçəsində yerləşən yaşadığı 5 nömrəli evin yaxınlığında küçədə saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli pencəyin sağ daxili cibindən həmin 1 ədəd şəffaf rəngli sellofana bükülmüş 6,01 3 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ,MƏHKUMUN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi kassasiya şikayətlərini əsaslandıraraq qeyd etmişlər ki, birinci instansiya məhkəməsi satış məqsədi istisna olmaqla məhkumun psixotrop maddəni qanunsuz olaraq əldə etməsi və daşıması nəticəsinə gəlməklə iş üzrə qanuni və əsaslı məhkəmə aktının çıxarılması üçün araşdırılması zəruri olan mühüm əhəmiyyətli faktları müstəqil şəkildə müəyyən etmədən faktiki olaraq ibtidai istintaq orqanının müəyyən etdiyi şəkildə həmin halları təsdiq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da hazırkı şikayətlə mübahisələndirilən qərar qəbul etməklə eyni mövqedən çıxış etmişdir. İbtidai istintaq orqanı məhkumun saxlanma vaxtını, yəni konkret olaraq saxlanma saatını tərtib edilmiş səndələrdə təhrif etmişdir. Belə ki, məhkum istintaqın iddia etdiyi kimi saat 15 radələrində deyil, səhər 12 radələrində yaşadığı evin qarşısından aparılaraq saxlandığını bildirmişdir. Bu ziddiyyətin və digər zəruri məsələlərin araşdırılması üçün müdafiə tərəfinin Məhkum məxsus mobil telefonda olan nömrə üzrə anten məlumatlarının, eyni zamanda onun adına olan lakin oğlunun istifadəsində olmuş 070 *** ** ** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısının əldə edilməsinə dair vəsatəti məhkəmələr tərəfindən təmin edilməmişdir. Məhkum nə vaxt, harada və hansı şəraitdə saxlanması ilə bağlı xüsusatı tam, hərtərəfli və obyektiv araşdırmaq üçün o saxlanılarkən üzərində olan mo bil telefon nömrələri üzrə antenn məlumatlarının əldə edilməsi zəruri idi. Bu xüsusatlar üzrə ittiham tərəfi ilə təqsirləndirilən şəxsin verdiyi məlumatlar arasında kəskin ziddiyyətlərin olması işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hal olaraq onun dəqiqliklə araşdırılmasını daha da əhəmiyyətli edirdi. Lakin bu cür əhəmiyyətə malik olan vəsatətin təmin edilməməsi məhkəmələrin müdafiə tərəfinin mövqeyində maraqlı olmadığını bir daha nümayiş etdirmiş olur. Məhkum əsl saxlanma vaxtının və şəraitinin fərqli qeyd edilməsi onu göstərir ki, Məhkum polisin nəzarəti altında iddia edildiyi kimi saat 15.00-dan etibarən deyil, daha erkən vaxtdan, yəni saat 12 radələrindən olmuş, bu da Məhkum ifadəsində qeyd etdiyi kimi polis əməkdaşlarına onun aparıldığı Abşeron RPİ-nin inzibati binasında on un profilaktik söhbətlərin aparılmasına, ona hər bir halda psixotrop maddə olan bükümü üzərinə götürməsini deməsini və ifadədə göstərilən digər hərəkətləri etməsini mümkün edir. Məhkum yaşadığı evin qarşısında saxlanılan zaman onun üzərinə baxış keçirilməmişdir, halbuki saxlandığı yer insanların kütləvi olduğu ərazi olmamışdır və onun üzərinə baxış və götürmə qeyd edilən ərazidə də aparıla bilərdi. Avropa İnsan Hüquqları Məhkəməsi bu halla bağlı qeyd edir ki, saxlanma ilə axtarış arasındakı olan vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı ortaya legitim narahatlıqlar çıxarır, belə ki, bu vaxt ərzində şəxs tamamilə polisin nəzarəti altında olur (Lahıcov Azərbaycana qarşı iş üzrə 2014-cü il tarixli Qərar, bənd 69). Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsinə dair məhkəmələrin istinad etdiyi əsas sübutlar onun üzərində axtarış və götürmə hərəkətinin aparılmasını əks etdirən videogörüntülər və həmin hərəkətin aparılmasının protokolu təşkil edir. Tərtib edilmiş protokol qeyd edilən videogörüntü əsasında tərtib edildiyindən aşağıda qeyd ediləcək bir neçə dəlilə görə həm həmin videogörüntünü əks etdirən CD disk, həm də protokol nəinki çıxarılmış qərarların əsasını təşkil edə bilərdi, əksinə cinayət işinin materiallarından sübut növü kimi xaric edilməli idi. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində sübutların tədqiqi nəticəsində Məhkum ona istinad edilən cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, müəyyən edildiyi iddia edilən hallar hökmdə və qərarda mötəbər olmayan və açıq-aydın ziddiyyətli sübutlarla təsdiq edilmişdir. M əhkum kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 iyun tarixli, 1(105)363/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 2 7 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində m əhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəç i kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə al araq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkumun kassasiya şikayəti təmin edilməli, müdafiəçinin kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi müdafiəçinin kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı müdafiəçinin kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinə münasibətdə məhkuma təyin edilmiş cəzanın növünə və hə ddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza növü müəyyən edilsə də, lakin təyin edilmiş cəzanın həddi düzgün müəyyən eidlməmiş, məhkuma həddi baxımından sərt cəza təyin edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yüngülləşdirilməlidir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdı raraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, məhkumun kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(124)-311/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsind ə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 iyun tarixli, 1(105)-363/2024 nömrəli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilən 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Qərar, Məhkum və onun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətlərinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar