Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2160/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, xxxx il tarixdə Lənkəran rayonu, Yuxarı- Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X7 Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)-226/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 1(099)-465/2023 saylı hökmü ilə (hakimlər: N.H.Məmmədov (sədrlik edən), C.Ş.Səfərli və M.V.Məmmədov) X12 – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsind ə çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum X6 müdafiəçisi Əliyev Sübhan Fərmayıl oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)-226/24 hökmü ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), E.İ.Əliyev və M.Ə.Bağırov) verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 1(099)-465/2023 saylı hökmü ləğv edilərək, X7 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. X12 barəsində seçilmiş həbs qət imkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X12 2023-cü ilin fevral ayının ortalarında Lənkəran rayonu ərazisində, istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,565 qram, 0,697 qram, 0,568 qram, 0,502 qram, 0,556 qram olan ümumilikdə külli miqdarda-2,888 qram tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 24 fe vral 2023-cü il tarixdə saat 09:00-da Lənkəran ŞəhərRayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Füzuli küçəsində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yerləşdiyi inzibati binasına gətirildikdən sonra saat 09:20-dən saat 09:50-dək üzərində şəxsi-axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən 1 ədəd sellofan bağlamanın içərisində olan 5 ədəd sellofan bükümlərin içərisində külli miqdarda2,888 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla X6 Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq x özünümüdafiə xarakterli ifadəsi əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-c ü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Bəraət almış şəxs X6 müdafiəçisi Əliyev Sübhan Fərmayıl oğlu kassasiya protestinə qarşı etirazda hüquqlarını müdafiə etdiyi şəxsin heç bir təqsiri olmadığını, apellyasiya instansiyası məhkəməsinin hökmünün obyektiv və ədalətli olduğunu bildirərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmünü dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxıl ması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittiha mçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X6 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassas iya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Kassasiya protestindən müəyyən olunur ki, dövlət ittihamçısının X6 narkotik vasitəni satış məqsədi olmadan əldə edib saxlaması və daşıması haqqında qənaətini (ona istinad edilən əməlləri törətməsinə dair ittihamı) həmin şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, ondan 2,888 qram heroinin götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” 24 fevral 2023-cü il tarixli pr otokol, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlarla və onların həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələri, eləcə də narkotik vasitənin məhz ona aid olması barədə məlumat yükü daşımayan məhkəmə ekspertizasının rəyi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin yekun qərarından isə görünür ki, məhkəmə Xun üzərində aşkar edilmiş 05 ədəd bükümdə olmaqla ümumi kütləsi 2,888 qram təşkil edən heroinin ona məxsus olmasına dair məhkəməyədək icraatda verdiyi etirafedici izahat və ifadələrini işin faktiki halları ilə uzlaşmaması haqqında nəticəyə gəlməklə yanaşı, 24 fevral 2023-cü il tarixli şəxsi axtarış və maddi sübutların götürülməsi haqqında protokoldakı məlumatları CPM-in 125.1-ci maddəsinə əsasən, yəni əldə edilmə halları şübhə doğurmayan sübutlar kimi qəb ul etməkdən imtina etmiş, iş üzrə toplanmış digər sübutların isə aşkar edilmiş narkotik vasitənin Xa aid olan predmetlər kimi qiymətləndirmək, beləliklə də onu satış məqsədi olmadan həmin narkotik vasitəni əldə edib saxlaması, daşıması haqqında nəticəyə gəlmək üçün kifayət etməsi haqqında qənaətə gəlmişdir. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakılardan çıxış etmişdir. Belə ki, X12 birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı “etirafedici” izahat və ifadəni polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə, işgəncəyə məruz qalmasına görə verdiyini qeyd edib ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə yaşadığı evdə yatılı olmuş, anası gəlib onu oyadaraq Elektrik Şəbəkəsindən zəng edildiyini demişdir. Onlara 10000 wolt enerji keçdiyindən həyətlərin də olan işıq cihazını və həmin cihazın yerini dəyişmək lazım olmuşdur, bununla bağlı həyətlərinə Elektrik Şəbəkəsindən iki nəfər gəlmişdir. Həmin vaxtı anası və təzə qonşuları da həyətdə olmuşdur. Anası ilə Elektrik Şəbəkəsinə getməli olmuşlar. Yağışlı hava olduğundan işlərin görülməsi üçün bir həftə vaxt lazım olmuşdur. X4 anası məsul işçilərlə yarım saat danışmış, sonra ordan getmək istəyəndə idarə etdiyi avtomobilin akumlyatoru dayanmışdır. Olduqları yerdən 100 metr irəlidə yerləşən avtomobil ehtiyat hissələri satılan yer olmuş, həmin yerdən 280 manat pulun müqabilində akkumlyator almışdır. Sonra evə tərəf getmişlər, yolda siqaret almaq üçün dükana düşmüşdür. Bu vaxtı polis əməkdaşları dükana daxil olmuşlar, ona polis şöbəsinə getməli olduğunu demişlər, polis əməkdaşlarından səbəbini so ruşduqda polis əməkdaşları şöbədə araşdırılacağını demişlər. Həmin vaxtı anasının da vəziyyəti pisləşmiş, o da müqavimət göstərmədən polis əməkdaşlarının avtomobilinə əyləşib Lənkəran ŞRPŞyə getmiş, çünki təqsirsiz olduğunu bilmişdir. Polis şöbəsində olanda əməliyyatçıların rəhbəri X1 adlı şəxs yanına gələrək ona əl-qol atmış və ona «hanı» deyərək soruşmuş, o da «nə hanı, üstümdə heç nə yoxdur» deyərək cavabını vermişdir. Sonra üzərini axtarmışlar, cibinə bir büküm narkotik vasitə heroin qoymuşlar və «sənindir» demişlər. Ona «narkotik vasitə satdığı üçün əvvəllər Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmusan, adın siyahıda var, dörd il çöldə qalmısan, yetişmisən, içəriyə getməlisən» deyilmişdir. Etiraz etmiş, bundan sonra onu döymüşlər, evində axtarış aparacaqlarını demişlər, o cavabında gedin, axtarın demişdir. Daha sonra polislər evinə getmişlər, evində axtarış aparmışlar, heç nə tapmayaraq şöbəyə qayıtmışlar. Şöbədə iki gün olmaqla bir gün otaqda, bir gün də MSYdə saxlamışlar. 25 fevral 2023-cü il tarixdə onunla yenidən söhbət edərək demişlər ki, «sən bizlə razılaşmırsan». Şöbədə x adlı şəxs cibinə beş büküm narkotik vasitə qoymuş və üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılması ilə bağı qapıdan girəndə cibinə qoyulmuş narkotik vasitəni yerə atmış, x cibinə baxmış, cibində siqaret və alışqan olmuş, X2 onu çölə çıxartmış, onu bir neçə dəfə vurmuş, həmin narkotik vasitəni balaca cibinə yenidən salmış və videoçəkiliş aparılmışdır. Videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə, 20 qəpik pul, siqar et, alışqan aşkar olunmuş və o da narkotik vasitənin özünə aid olmadığını bildirmişdir. Saxlanılan zaman üzərində 45 manat pul olmuş, 45 manat pulu götürüb 20 qəpik saxlamışlar. Əvvəllər onu BNMİ CBRŞ-nin əməkdaşları tutmuşlar, araşdırmışlar, lakin təqsiri olmadığı üçün buraxmışlar. X1 dəfələrlə onu çağırıb pul tələb etmişdir. X1 sonuncu dəfə onu buraxmaqları müqabilində ondan 100000 manat pul tələb etmişdir. X1yə istədiyi məbləğin onda olmadığını mövsüm vaxtı kənd təsərrüfatı (mandarin və limon əkini, heyvandarlıq) ilə məşğul olub dolanan biri olduğunu demişdir. Həmin vaxtı pulsuz tikinti materialları yardımı ilə və bankdan götürdüyü kreditlə ev tikmişdir. Polis şöbəsində X2 və X1 adlı şəxslər ona müxtəlif formalarda işgəncələr vermişlər. X ibtidai istintaq zamanı “etiraf edici” ifadələ rinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən apellyasiya instansiyası məhkəməsi X1un məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələri ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişdir. Məhkəmənin Xun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etməsi ilə bağlı qənaəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin, xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə d inlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Apellyasiya məhkəməsi Xun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini digər sübutlarla, o cümlədən X6 şəxsi axtarışı zamanı hal şahidi kimi iştirak etmiş, onun saxlandığı xx.xx.2023-cü il tarixdə polis şöbəsinin binasında hava qızdırıcılarının təmiri üçün çağır ılaraq təmir işləri ilə məşğul olan və X8 tanıyan, onu xx.xx.2023-cü il tarixdə gördüyünü xatırlayan şahid X10 ifadələri ilə əlaqəli şəkildə təhlilini aparmaqla müəyyən etmişdir ki, həqiqətən də, X 23 fevral 2023-cü il tarixdə axşam saat 17 radələrində tutulmuş, buna baxmayaraq onun şübhəli şəxs qismində tutulması xx.xx.2023-cü il tarixdə, saat 09:00-da rəsmiləşdirilmiş, qeyd olunan təxminən 16 saat çəkən müddət ərzində X1un prosessual statusu müəyyən edilmədən (özbaşınalığın istisna edilmədiyi şəraitdə), tamamilə polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Qeyd edilənlərə X6 üzərində olmuş mobil telefonun anten dairəsinin əldə edilməsi zamanı onun polis şöbəsinin yerləşdiyi binanın yaxınlığındakı ərazisini göstərməsi (xx.xx.2023-cü il tarixdə) də əlavə olunduqda, Xun xx.xx.2023-cü il tarixdən polisdə qanunsuz saxlanılaraq onun şəxsi axtarışının saxlanılmasından yalnız bir gündən çox vaxt keçdikdən sonra aparılması barədə sonuncunun ifadələrinin həqiqət olmasını təsdiq etməklə yanaşı, ittiham tərəfinin israrla iddia etdiyi 2,888 qram heroinin sonuncudan götürülməsi faktının ciddi şübhə altına alınması üçün əsas olmuşdur. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və Xun həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələri cinayət işinin materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha möt əbər hesab etmiş, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sübutların bu cür təhlil və tədqiqi ilə razılaşır. Bundan başqa iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X6 müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, ittiham tərəfinin iddia etdiyi (kassasiya protestində qaldırılmış məsələlərdən biri) kimi X12 24 fevral 2023-ci il tarixdə saat 09:15-də şübhəli şəxs tutulmuş, həmin tarixdə saat 09:20-də onun üzərində şəxsi axtarış aparılmış və qeyd olunan prosessual hərəkətlər polis əməkdaşları tərəfindən Lənkəran Rayon Polis İdarəsində Xun müdafiəçisi Şahid5 iştirakı ilə həyata keçirilmişdir. La kin birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında Xun ibtidai istintaq zamanı hüquqlarını müdafiə edən vəkil Şahid5 məxsus telefonun anten məlumatları götürülmüş və həmin məlumatlara əsasən müəyyən olunmuşdur ki, sonuncu 24 fevral 2023-cü il tarixdə Lerik rayonunun Təngivan kəndində öz yaşayış evində olmuşdur (qeyd olunan halla bağlı məhkəmə iclasında dindirilən müdafiəçi ağlabatan və inandırıcı dəlillər gətirə bilməmişdir). Göründüyü kimi X3 alınmış “etirafedici” izahat və ifadələrə, şahidlər polis əməkdaşların vermiş olduqları “ifşaedici” məlumatlara, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutların müdafiə hüququ pozulması ilə əldə olunmasına ciddi şübhələr olduğu vəziyyətdə, apellyasiya məhkəməsinin həmin izahat və ifadələri, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqi bi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər ci nayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət veri lməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X6 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin Xa Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verməsi Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələ rində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X6 və onun müdafiəçisi Əliyev Sübhan Fərmayıl oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, X6 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)226/2024 nömrəli hökmü isə dəyişdirilmədən saxlanıl malıdır. Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X6 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024cü il tarixli, 1(106)-226/2024 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2160/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2160/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver