Məhkəmə qərarları › İş №1(102)-2161/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2161/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2161/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirv an Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli 1(099)507/2023 nömrəli (hakimlər: Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 8 mart 1993-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, X ərazi dairəsi, X kəndində qeydiyyatda olmaqla yaşayan X16 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, onun 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cə zasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 dekabr 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Əbdurəhmanov Kənan Səfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli 1(106)-151/2024 nömrəli (hakimlər: Abdullayev İlkin Qismət oğlu (sədrliyi ilə), Xasməmmədov Elçin İsgəndər oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü ləğv edilmiş, X10 Cinayət-Prose ssual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilmiş və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 19,866 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 730 qram çəkidə qurudulmuş marixuana əldə e dib üzərində və yaşadığı Ağcabədi rayonu, X kəndi ərazisində yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra – Baş Narkotiklərlə Mübarizə İdarəsi) əməkdaşları tərəfindən 20 dekabr 2022-ci il tarixdə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində X16 həmin tarixdə saat 12:20-də Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır dairəsinin yaxınlığında saxlanılıb Abşeron Rayon Polis İdarəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda 19,866 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əm əliyyat-axtarış tədbirinin davamı olaraq 20 dekabr 2022-ci il tarixdə saat 19:30-dan etibarən X9 özünün icazəsi və razılığı əsasında yaşadığı Ağcabədi rayonu, X kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağından 1 ədəd qara rəngli torbada külli miqdarda 730 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, Şirvan Apellyasiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmü əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Cinayət işinin materialların da olan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü kimi hesab edilmiş, X10 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla O. X-ə CPMin 42.1.4-cü maddəsinə əsas ən təqsirliliyi sübuta yetmədiyinə görə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə nəticələnən yanaşması cinayət qanununun normasının düzgün tətbiq edilməməsinə, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsinə əsas vermişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdaf iəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli hökmünün ləğv edilərək, işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlər inin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X10 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə i rəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verilməsi barədə hökmü çıxardığını iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsasl ı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X9 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsirlilik məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X16 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü madd əsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, həmçinin, X9 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, cinayət işinin materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili tərəfindən tərtib olunmuş 20 dekabr 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 12.20-də X2 rayonu Masazır qəsəbəsində yerləşən “Masazır dairəsi”nin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış və Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. «Şəxsi axtarış və götürmə aparılması barədə» 20 dekabr 2022-ci il tarixli protokoldan görün ür ki, X9 üzərində müdafiəçisi Almuradov Rasim Allahverdi oğlunun iştirakı ilə həmin tarixdə saat 14.35-dən saat 14.44-dək olan dövrdə Abşeron Rayon Polis İdarəsinin inzibati binasında videoçəkilişlə şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli uzunqol qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd sellofan bükümdə qablaşdırılmış narkotik vasitə – heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasına dair protokol 20 dekabr 2022-ci ildə saat 14.50-dən saat 15.15-dək olan dövrdə Abşeron Rayon Polis İdarəsinin inzibati binasında tərtib edilmişdir. İstintaq hərəkətinin videoçəkilişindən görünür ki, sonda təhqiqatçı X şəxsi axtarış qurtardıqdan sonra şübhəli şəxs X22 rayonu X kəndində yerləşən fərdi yaşayış evinə sonuncunun, onun müdafiəçisi Almuradov Rasim Allahverdi oğlunun və əməliyyat qrupunun iştirakı ilə baxış keçirilməsi üçün həmin şəxslərin qeyd olunan ünvana yollanacaqlarını bildirir. “Baxış keçirilməsi və götürmə barədə” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19.30-dan saat 19.38-dək olan dövrdə X ƏX-inğı – Ağcabədi rayonu X kəndində yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilmişdir. Baxışa başlamamışdan əvvəl təhqiqatçı X-dən evdə kiminlə yaşamasını soruşsa da, sonuncu tək yaşadığını və ailə üzvlərinin hazırda evdə olmadığını bildirmiş, lakin videoçəkilişdən evin çölündən açıq-aşkar yüksək səs tonu ilə qışqırtı səsləri eşidilir. Baxış zamanı evin yataq otağında – sol tərəfdə yerləşən yataq dəstinin altından 1 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindən təqribi çəkisi 78 0 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra evin digər otaqlarına ümumiyyətlə baxış keçirilməmişdir. X16 məhkəməyədək icraat zamanı 17 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində yenidən ifadə verərkən xx.xx.2022-ci il tarixli izahatında, həmin tarixli şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiyi halları inkar etmişdir. Belə ki, X həmin ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci ildə yaşadığı X kəndində olan zaman həmkəndlilərindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının kənd ərazisində narkotik vasitədən istifadə edənlərə qarşı əməliyyat keçirdiklərini, eləcə də onun fotosunu bir neçə şəxsə göstərərək onunla maraqlandıqlarını, hətta artıq bir neçə nəfərində saxlanıldığını eşitmişdir. Narkotik vasitə – qurudulmuş marixuanadan istifadə etdiyinə görə polis əməkdaşları tərəfindən yaxalanmamaq üçün həmin gün saat 08 radələrində taksiyə əyləşərək Bakı şəhərinə getmiş və saat 12 radələrində Abşeron rayonu “Masazır dairəsi” deyilən yerə çatmışdır. “Masazır dairəsi”nin yaxınlığında yerləşən “Ağ hotel”ə daxil olmaq istəyərkən dörd nəfər mülki geyimdə olan polis əməkdaşları onu saxlayıb avtomobilə mindirərək Abşeron Rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Orada bir neçə sənədə imza etdirdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmişlər. Orada polislərdən biri bir bükümdə heroini cibinə qoymuş və videoçəkiliş vaxtı həmin maddənin özünə məxsus olmasını deməsini tələb etmişlər. İlk olaraq buna etiraz etdikdə polis əməkdaşları onu döy məyə başlamışlar. Fiziki zorakılıqdan canını qurtarmaq üçün polislərin təklifi ilə razılaşmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında keçirilən videoçəkiliş zamanı həmin maddənin özünə məxsus olmasını və İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxsdən aldığını, hətta yaşadığı fərdi yaşayış evində də narkotik vasitə – qurudulmuş marixuana olduğunu demişdir. Reallıqda nə üzərində, nə də ki yaşadığı evdə narkotik vasitə olmamışdır. Bundan sonra polis əməkdaşları onu yaşadığı Ağcabədi rayonu X kəndinə aparmışlar və orada da, evdən aşkar olunan maddənin özünə məxsus olmasını videoçəkiliş zamanı etiraf etməsini tapşırmışlar, əks halda onun ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələmişlər. Bununla yanaşı evin yanında polis əməkdaşları hələ avtomobildən düşürtməmiş sifətinə bir neçə şillə də vurmuşlar. Məhz polis əməkdaşlarının fiziki zorakılığına məruz qaldığı üçün həmin maddələrin özünə məxsus olmasını etiraf etmişdir. X9 istifadəsində olmuş ***-***-**-** nömrənin xx.xx.2022-ci il tarixinə olan anten məlumatlarının ardıcıl təhlili ilə aşağıdakılar müəyyən edilmişdir ki, o həmin tarixdə saat 09 radələrində Ağcabədi rayonunda olmaqla, növbəti saatlarda Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. Həmçinin, X19 barəsində 23 may 2023-cü ildə təsdiq olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham aktının məzmunundan da görünür ki, o, 20 dekabr 2022-ci ildə saat 05:50-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən o, Ağcabədi rayonu X kəndi ərazisində saxlanılmışdır. Odur ki, X16 polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi vaxtdan onun saxlanıldığı vaxtadək təxminən beş saata qədər vaxt keçmiş, həmin müddət ərzində o, evində sərbəst hərəkət etmiş və evi tərk edib Abşeron rayonu Masazır qəsəbəsinə çatanadək mobil telefondan sərbəst formada istifadə etmişdir. X bu müddət ərzində, bilavasitə özü, hətta ailə üzvləri vasitəsi ilə də evində olan istənilən qanunsuz əşyanın taleyini həll etmək imkanına malik olmuşdur. “Baxış keçirilməsi və götürmə barədə” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, evə baxış keçirilərkən polis əməkdaşları X ƏX-inzvlərinin israrlı tələbləri olsa da baxışda onlardan hər hansı birinin iştirakı təmin olunmamışdır. Belə ki, baxış zamanı qeydə alınmış videogörüntü tədqiq edilərkən evin çöl hissəsindən açıq-aşkar yüksək səs tonu ilə qışqırtı səslərinin gəlməsi müəyyən edilir. CPM-in 244.4-cü maddəsində göstərilmişdir ki, axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Bu hal isə özü-özlüyündə X10 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən «Baxış keçirilməsi və götürmə» barədə 20 dekabr 2022-ci tarixli protokolun və yekunda isə onunda əlaqədar keçirilmiş məhkəmə-bioloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli 7/1427 nömrəli rəyinin həqiqiliyinə şübhə yaratdığından, onlar a pellyasiya məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin müdafiəçisi Almuradov Rasim Allahverdi oğlunun istifadəsində olmuş ***-***-**-** nömrənin xx.xx.2022-ci il saat 09:00-dan həmin gün saat 16:00-dək olan dövr üçün götürülmüş anten məlumatlarından müəyyən olunmuşdur ki, o, saat 14:36 – 14:40 aralağında müvafiq olaraq Xırdalan – Şamaxı şossesi və Xırdalan – Bakı yolunda olmuş, yalnız 14:41 – 14:51-də Abşeron Rayon Polis İdarəsinin yaxınlığındakı küçədə (Xirdalan şəhəri Z.Tagiyev küçəsi), saat 14:51-dən sonra Bakı şəhəri Səbail rayonu istiqamətində hərəkət etməklə, saat 15:11-də artıq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olmuşdur. Rasim Almuradovun mobil nömrəsinin anteni saat 15.57-dək həmin binada qeydə a lınmışdır. Bununla da müəyyən olunur ki, o şəxsi axtarışın keçirilməsi qeyd olunan saatlarda, yəni saat 14:35 –14:44; 14.50 – 15:15 aralıqlarında Abşeron Rayon Polis İdarəsində olmamış, saat 15:11 – 15:57 aralıqlarında Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olmuşdur. Qeyd olunan hal ilə isə cinayət işinin materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması barədə» 20 dekabr 2022-ci il tarixli protokolda qeyd edildiyi kimi, həmin istintaq hərəkətinin Abşeron Rayon Polis İdarəsinin inzibati binasında deyil, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında keçirilmişdir. Bu isə özü-özlüyündə X10 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən şəxsi axtarış və götürmə aparılması barədə protokolun və yekunda isə onunda əlaqədar keçirilmiş məhkəmə fiziki-kimyəv i ekspertizasının 21 dekabr 2022-ci il tarixli 6/7113 nömrəli rəyinin mötəbərliyini sual altında qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Belə ki, X ƏX-inəti üzrə Nərimanov rayon prokurorluğu tərəfindən araşdırılma aparılmış və 10 aprel 2023-cü il tarixli «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» qərarla X9 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Lakin apellyasiya baxışı zamanı X ƏX-inlunan zaman bədəni üzərində məhkəmətibbi ekspertizasının 18 yanv ar 2023-cü il tarixli 598 nömrəli rəyində qeyd olunandan əlavə sol döş nahiyyəsinin yumşaq toxumalarının və sol diz nahiyəsinin yumşaq toxumalarının əziyi xəsarətlərinin olması müəyyən olunmuşdur. Əlavə məhkəmə-tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 7 mart 2023-cü il tarixli 258 nömrəli rəyə əsasən həmin xəsarətin əmələ gəlmə müddətini müəyyən etmək mümkün olmasa da, X ƏX-inxəsarətləri də məhz polis nəzarət altında olan zaman almışdır. X 21 dekabr 2022-ci ildə məhkəmə-tibb eksperti tərəfindən müayinə olunmuş və onun bədəni üzərində yalnız hər iki almacıq-yanaq nahiyələrinin qançırları aşkar olunmuş lakin, o, 20 dekabr 2022-ci ildə Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsində tibbi müayinədən keçirilərkən onun bədəni üzərində sol döş nahiyyəsinin yumşaq toxumalarının və sol d iz nahiyəsinin yumşaq toxumalarının əziyi xəsarətləri aşkar edilmişdir. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Azərbaycan Respublikası CPМ-in 124.1-ci maddəsi nə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyalar ın cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatl ar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahi zələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X9 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, X9 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestin in dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən mötəbər sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqey i cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Qeyd edilənlənlərə əsasən, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. (CPM-i mad.146.1) Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmünün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən süb utlar barədə qənaətinin CPM-in 125.2.1, 144, 145-ci maddələri ilə müqayisəsindən, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkə məsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar