Məhkəmə qərarları › İş №1(102)-2162/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2162/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2162/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X7, Məhkumun müdafiəçisi X3 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.11-ci maddələri ilə təqsirli bilinib məhkum olunm ası barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər - X8 (sədrlik edən), X9 və X2 ibarət tərkibdə) 20 fevral 2025-ci il tarixli, 1(109)-9/2025 nömrəli hökmü ilə, 13 iyun 1964-cü ildə İran İslam Respublikasının Təbriz şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, deməsinə görə ali təhsilli, evli, 2 uşaq atası, məhkum olunmamış, sürücü işləmiş, İran İslam Respublikası, Təbriz şəhəri, Şahgölü parkı, Baxçıban məhəlləsi, 5-ci küçə, ev 49 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, 234.1-1-ci maddəsi ilə 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının qəti cəza təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Məhkum cəzaçə kmə müddətinin başlanğıcının 19 oktyabr 2024-cü il tarixdən hesablanması, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququnun məhdudlaşdırılması hökm edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə) 1(108)-14/2025 saylı, 28 aprel 2025ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 1(109)-9/2025 nömrəli hökmü apellyasiya şikayəti nə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)14/2025 saylı, 28 aprel 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi X12 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protesti yaxud kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İttiham aktından görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. İbtidai istintaq o rqanının gəldiyi nəticəyə görə o, 19 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərdən satış məqsədi ilə, qanunsuz olaraq 2,610 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi 94AD381/94AD382 qeydiyyat nişanlı, “SCANİA R420” markalı yük nəqliyyat vasitəsinin kabinində alt yatağın aşağı orta hissəsində yerləşən soyuducu dolabının altında gizlədərək saxlamaqla daşımış, 19 oktyabr 2024-cü il tarixdə “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasına gedərkən külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının Gömrük sərhəddindən, gömrük nəzarətindən gizli keçirməklə qaçaqmal çılıq etmiş, həmin vaxt onun idarə etdiyi 94AD381/94AD382 qeydiyyat nişanlı, “SCANİA R420” markalı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun əməkdaşları tərəfindən yoxlama aparılarkən nəqliyyat vasitəsindən 1 ədəd bükümdə təmiz çəkisi 2.610 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2025-ci il tarixli, 1(108)14/2025 saylı qərarı qanunsuz və əsassızdır və ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyas ının qərarı yalnız bir fakta – metamfetamin psixotrop maddəsinin təqsirləndirilən şəxsin idarə etdiyi nəqliyyat vasitəsində aşkarlanmasına əsaslanmışdır. Lakin həmin psixotrop maddənin Məhkum Hamdolla oğluna məxsus olmasını təsdiq edən hər hansı birbaşa və ya dolayı sübut mövcud deyildir. Aşkarlanmış psixotrop maddə xüsusi üsulla hazırlanmış gizli saxlanc yerində deyil, soyuducunun alt hissəsində sellofan torbada tapılmışdır. Bu hal maddənin məqsədli şəkildə məhz Məhkum tərəfindən yerləşdirildiyini sübut etmir. Nəqliyyat vasitəsi yalnız onun istifadəsində olmamış, digər şəxslər tərəfindən də idarə edilmişdir ki, bu da maddənin ona aid edilməsi ehtimalını zəiflədir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı ittiham tərəfi tərəfindən yalnız maddənin avtomobildə aşkarlanması faktına isti nad edilmiş, lakin maddənin kim tərəfindən, nə vaxt və hansı məqsədlə yerləşdirildiyi sübuta yetirilməmişdir. Bu isə Cinayət Prosessual Məcəlləsinin sübutetmə tələblərinə ziddir. Təqsirləndirilən şəxs saxlanıldığı andan məhkəmə istintaqının sonunadək verdiyi izahat və ifadələrdə ziddiyyətə yol verməmişdir. Onun ifadələri ardıcıl və sabit olmuşdur. Keçirilmiş ekspertizalar nəticəsində Məhkum narkotik və ya psixotrop maddə istifadəçisi olmadığı da müəyyən edilmişdir. Beləliklə, yalnız nəqliyyat vasitəsini idarə etməsi faktına əsaslanaraq ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə ittiham verilməsi və məhkum edilməsi təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulmasıdır. Bundan əlavə, məhkəmələr cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyətinə və fərdi ha llarına lazımi hüquqi qiymət verməmişdir. Məhkum ağır xəstəlik – xərçəng xəstəliyindən əziyyət çəkir və bu fakt iş materiallarında mövcud rəsmi tibbi sənədlərlə təsdiqlənir. Həmçinin, o, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, narkotik vasitə istifadəçisi olmayan, sağlamlıq vəziyyəti ağır olan bir şəxsdir. Bu hallar cəzanı yüngülləşdirən mühüm əsaslar olmasına baxmayaraq, məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Şərh olunanlara əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 1(108)14/2025 saylı, 28 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətinin təmin olunması barəd ə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya pr otestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiya ları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikas ı Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mə nəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərin dən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məh dudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məh kəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslər ə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum CM-in 206.2 və 234.1-1-ci maddələri ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-1-ci maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olma ması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CinayətProsessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olun mamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1ci maddələri ilə tövsif edilmişdir. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlər dən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışın a Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqində n əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə İnsan hüquq və X11 Avropa Konvensiyasının 5, 6, 8 və 18-cı maddələrinin pozuntusu barədədir. İnsan hüquq və X11 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ə dalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 206.2 və 234.1-1-ci maddələri ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntu suna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etmə klə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin vənin dəlillərini, cinayət işinin materiallarını tədqiq et məklə, məhkəmə kollegiyası hesab edir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar