Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2163/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Məmmədov Vasif Həsən oğlunun iştirakları ilə xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Azərbaycan İs lam Partiyasının” üzvü olmaqla orada sürücü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 2 mart 2023-cü il tarixdə ölmüş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 274-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Məmmədov Vasif Həsən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən) C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 20 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), V.N.Sadıqov və İ.A.İbrahimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının suve renliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etməklə dövlətə xəyanət etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə 2011-ci ilin 19-2 8 dekabr tarixlərində İranın Ərdəbil şəhərində olarkən İran İslam Respublikasının (bundan sonra –İİR) xüsusi xidmət orqanı olan İran İslam İnqilabı Mühafizəçiləri Korpusu“SEPAH”ın nümayəndəsi Vəli Cabbari və digərləri tərəfindən əvvəlcədən hazırlanmış konspirativ görüş üçün nəzərdə tutulmuş evdə “Kərbəlayi” təxəllüsü ilə məxfi əməkdaşlığa cəlb edilmişdir. Məxfi əməkdaşlığa dair razılığını bildirdikdən sonra Vəli Cabbarinin tapşırığı ilə Məhkum xüsusi xidmət orqanı nümayəndələri tərəfindən təhlükəsizlik təlimatları ilə bağlı təlim keçmiş və ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 avqust 1995-ci il tarixli qərarı ilə dövlət qeydiyyatı ləğv edilmiş, İran xüsusi xidmət orqanının təsiri altında olan “Azərbaycan İslam Partiyası” adlı təşkilatın fəaliyyətini davam etdirməs i, dindar gəncləri, o cümlədən informasiya texnologiyaları sahəsində bilik və bacarıqları olan şəxsləri həmin təşkilata üzvlüyə cəlb etməklə fəaliyyətinin genişləndirilməsi, etibarlı ola biləcək gənclərin seçilərək İran ərazisində təşkil edilən kurslara və təlimlərə cəlb etməklə xüsusi xidmət orqanlarının əlaqəsinə verilməsi, Azərbaycan Respublikasının hüquq-mühafizə və digər dövlət orqanlarının əməkdaşlarından etibarlı ola biləcək dindar şəxslərin müəyyən edilərək onların əlaqəsinə çıxarılması, xarici xüsusi xidmət orqanının göndərdiyi maliyyə vəsaitləri hesabına Azərbaycan Respublikasında dövlət hakimiyyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş bir sıra şəxslərin müdafiə, özlərinə və ailələrinə maddi yar dımların edilməsi, həmin şəxslərin həbsinə etiraz olaraq və dövlət əleyhinə yönəlmiş digər aksiya və mitinqlərin keçirilməsi barədə və sair hallara dair tapşırıqlar verilmişdir. Məhkum Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək və xarici xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatları toplayaraq casusluq etmək məqsədilə İran xüsusi xidmət orqanı olan “SEPAH”ın nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2011-2021-ci illər ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərməklə, Azərbaycan Respublikasında dövlət hakimi yyəti, ictimai təhlükəsizlik və ictimai qayda, idarəetmə qaydası əleyhinə və digər cinayətlər törətdiklərinə görə məhkum olunmuş şəxslərin özlərinə və ailələrinə maddi yardımlar etməklə, həmin şəxslərin həbsinə etiraz aksiyaları, eləcə də xarici xüsusi xidmət orqanının göndərdiyi maliyyə vəsaitləri hesabına Bakı şəhərində Ədliyyə Nazirliyi qarşısında, “Qüds günü” ilə bağlı Bakı şəhərində Bibiheybət məscidinin qarşısında, İsrailin Azərbaycandakı səfirliyi və “Şəhidlər Xiyabanı” qarşısında təxribat xarakterli, dini ayrı-seçkilik şüarları ilə müşaiyət edən, Azərbaycan Respublikasında dünyəvi dövlət ideyalarına, dövlət hakimiyyət orqanlarının qanuni fəaliyyətinə, Azərbaycan Respublikasının digər dövlətlərlə olan münasibətlərinə kölgə salan icazəsiz kütləvi aksiyaların təşkilində iştirak etməkl ə, 2018-ci ilin iyun ayında öz yaşayış evində müxtəlif dövlətlərin bayraqlarının yandırılmasını təşkil edərək qeydə alınmış videogörüntüləri yaddaş qurğusunda hesabat məqsədi ilə dövlətə xəyanət və digər cinayət əməllərinin törədilməsinə görə barəsində beynəlxalq axtarış elan edilmiş İran ərazisində gizlənən İran xüsusi xidmət orqanı “SEPAH”ın əlaqəsində olan X1 göndərməklə, 2021-ci ilin avqust ayında yaşayış evində “Aşura” günü ilə əlaqədar dini yığıncaq adı altında dini ayrı-seçkilik, Azərbaycan Respublikasına qarşı düşmənçilik xarakterli şüarlar ilə müşayiət olunan hərəkətlər təşkil edib videoçəkilişini aparıb yaymaqla və aldığı digər tapşırıqların icrası üzrə topladığı digər məlumatları 2012-ci ilin mart ayının 03-dən 2021-ci ilin iyun ayının 26-dək olan müddət ərzində İİR-na etdiyi çoxsaylı səfərlərində konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda həmin xüsusi xidmət orqanının nümayəndələrinə verməklə dövlətə xəyanət etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin icraatına əməlində Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin tərkib əlamətlərinin olmaması əsasına görə xitam verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü və apelyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz və qanunsuzdur. Belə ki, məhkəmə istintaqı zamanın Məhkum özünü təqsirli bilməyib və ifadəsində göstərmişdir ki, 2015-ci ilədək Azərbaycan İs lam Partiyasında öz avtomobili ilə qeyri-rəsmi qayda da sürücü işləmişdir. Ona aylıq əmək haqqının o zaman partiyanın sədri Şahid3 ödəyib. Məhkum dəfələrlə İİR-na səfər edib, səfərləri müxtəlif məqsədlərlə olub, Məşədi ziyarəti, ticarət, xəstəli ilə bağlı olub. 2011-ci ildə İİR-na müalicə məqsədi ilə gedən zaman, Şahid3 ona telefon nömrəsi vermiş və bildirmişdir ki, problem olsa əlaqə saxla, kömək edəcəklər. Bundan əlavə Şahid3 əlavə olaraq bildirmişdir ki, həmin şəxslərlə hər hansı söhbəti olarsa, Bakı şəhərinə qayıtdıqdan sonra dərhal ona bu barədə bildirsin. Məhkum ürəyində problemləri var idi, bu səbəblə də İrana əməliyyat olunması üçün getmiş, lakin orada əməliyyat olunmaq üçün pulu çatmamış. Bu zaman Şahid3 ona verdiyi nömrə ilə əlaqə saxlamışdır. Əlaqə saxladığı şəxslər SEPAH-ın əmə kdaşları olub, həmin zamana Məhkum əlaqə saxladığı və onun yanına gələn şəxslər SEPAH-ın əməkdaşları olduğunu bilməmiş, Vəli Cabbari adlı şəxsi cəmi bir dəfə görmüş, Məhkum əməliyyata pula çatmağı üçün geri qayıtmış və təxmini bir il sonra öz hesabına İİR-da ürəyindən əməliyyat olunmuşdur. 2011-ci ildə İranda olan zaman SEPAH-ın əməkdaşları orada Məhkum məclis adı ilə aparıb, orada İslam Partiyasının necə mühafizə etmək lazım olduğunu bildiriblər. Məhkum İrana ailə üzvləri, yəni həyat yoldaşı və qızı ilə getdiyi üçün ilk olaraq qorxmuş və düşünmüşdür ki, məclisə getməsə onların başlarına hər han bir hadisə gələ bilər. Bu səbəblə o razılaşmışdır. Sonra o, dərhal Bakı şəhərinə qayıtmış və heç bir vaxt SEPAH-ın əməkdaşları ilə görüşməmiş, onlarla hər hansı bir əlaqəsi olmamışdır. İranda isə b aşına gələn hadisəni Şahid3 danışmış. Şahid3 SEPAH-ın əməkdaşlarının əlaqə nömrələrini Məhkum vermişdir. Bundan əlavə Məhkum öz təşəbbüsü ilə öz evində Ermənistan, İsrail və ABŞ dövlətlərinin bayraqlarının yandırmış və bu hərəkəti videoya çəkmişdir, bu hərəkəti ona görə etmişdir ki, həmin dövlətlər işğalçıdırlar. Bu hərəkətə görə Məhkum heç kimdən əmr, göstəriş almamış, bu hərəkətə görə hər hansı bir formada pul almamışdır. X2 zaman müayinə üçün 1000 manat borca pul almış və həmin borcunu ona qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid8 Müşviq oğlu, X7 və Şahid3 ifadələrində göstərdikləri məhkəmənin hökmündə əks olunmamış, həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrinə istinad olunmuşdur. Müdafiəçi hesab edir ki,2011-ci il tarixd ən 2021-ci il tarixədək Məhkum SEPAH ilə əlaqədə olması, onlarla hər hansı bir təmasın, telefon əlaqəsi olması barədə heç bir sübut yoxdur. İttiham tam uydurma və fərziyə üzərində qurulub və bu fərziyyə, ehtimallar əsasında Məhkum olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi V.Məmmədovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərlərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisələrini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, istintaq hərəkətlərinin protokollarına, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisələndirilir və onun barəsində olan cinayət işinə xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 274-cü maddəsində “ Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etməyə görə” cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkə n həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivini n konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmi ş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsu satların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8 və Şahid9 ifadələri, iş materiallarına əlavə edilmiş fotoşəkil üzrə tanınma 8 dekabr 2021-ci il tarixli və 23 iyun 2022-ci il tarixli protokollar, AR keçmiş MTN-nin Əks Kəşfiyyat Baş İdarəsindən istintaqa təqdim edilmiş 19 avqust 2015-ci il tarixli və 19 dekabr 2014-cü il tarixli məktubları, yaşayış evinə baxış keçirilməsi haqqında 20 oktyabr 2021-ci il tarixli protokol, Məhkum istifadəsində olmuş üzərinə sim-kart quraşdırılmış «Xiaomi Redmi Note 7» markalı «M1901F7G» modelli mobil smartfonla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin e kspertləri tərəfindən verilmiş 2 fevral 2022-cı il tarixli, 5/46 saylı rəyi, məhkəmə-fonoskopik ekspertizasının 7 aprel 2022-ci il tarixli, 4/383-4/384 saylı rəyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ Baş idarəsindən istintaqa təqdim edilmiş 23 fevral 2021-ci il tarixli, 2/895 saylı məktub, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İİ Baş idarəsindən istintaqa təqdim edilmiş 20 dekabr 2021-ci il tarixli 2/7162 saylı məktub, “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 26 oktyabr 2021-ci il tarixli tələbnamə və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət v ə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli iş materiallarında olan şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublika sı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndi rilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarı isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərb aycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2163/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2163/2023
20.12.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver