Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2163/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublika sının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(106)-388/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Əhədov Eyvaz Ağaməmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 1(099)-279/2023 nömrəli hökmü ilə (hakimlər Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddəti nin başlanğıcı 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarı ilə, (hakimlər İ.H.Əhmədov (sədrlik edən), E.İ.Əliyev və M.Ə.Bağırov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarından müdafiəçi Əhədov Eyvaz Ağaməmməd oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq 171,066 qram çəkidə olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 7,044 qram çəkidə olmaqla külli miqdar təşkil edən psixotrop maddə metamfetamini, 16,85 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 148 ədəd olmaqla tərkibində 5,92 qram metadon təsiredicisi maddəsi olan külli miqdarda narkotik vasitə metadonu əldə edib, elektron tərəzi vasitəsilə ölçüb narkotik vasitə heroini 0,316 qram, 0,248 qram, 100,558 qram, 31,337 qram, 21,382 qram, 0,307 qram, 0,263 qram, 0,615 qram, 0,302 qram, 0,267 qram, 0,762 qram, 0,624 qram, 0,229 qram, 0,368 qram, 0,320 qram, 0,321 qram, 0,309 qram, 0,288 qram, 0,270 qram, 0,251 qram, 0,637 qram,,356 qram, 0,336 qram, 0,278 qram, 0,316 qram, 0,313 qram, 0,348 qram, 0,279 qram, 0,329 qram, 0,399 qram, 0,363 qram, 0,3 21 qram, 0,263 qram, 0,278 qram, 0,352 qram, 0,347 qram, 0,263 qram, 0,324 qram, 0,333 qram, 0,324 qram, 0,285 qram, 0,250 qram, 0,279 qram, 0,305 qram, 0,221 qram, 0,288 qram, 0,277 qram, 0,270 qram olmaqla 55 ədəd bükümlərə, psixotrop maddə metamfetamini 2,248 qram, 4,496 qram, 0,300 qram olmaqla 3 ədəd bükümlərə, narkotik vasitə qurudulmuş marixuananı 0,22 qram, 0,19 qram, 0,31 qram, 0,35 qram, 0,46 qram, 0,37 qram, 0,29 qram, 0,33 qram, 0,31 qram, 0,30 qram, 0,39 qram, 0,28 qram, 0,37 qram, 0,39 qram, 0,17 qram, 0,45 qram, 0,22 qram, 0,26 qram, 0,42 qram, 0,34 qram, 0,32 qram, 0,42 qram, 0,23 qram, 0,29 qram, 0,30 qram, 0,28 qram, 0,35 qram, 0,33 qram, 0,38 qram, 0,40 qram, 0,25 qram, 0,34 qram, 0,34 qram, 0,29 qram, 0,30 qram, 0,39 qram, 0,30 qram, 0,38 qram, 0,36 qram, 0,40 qram, 0,2 4 qram, 0,29 qram, 1,44 qram, 1,81 qram olmaqla 42 ədəd bükümlərə və 2 ədəd kibrit qutusuna qablaşdıraraq, narkotik vasitə heroinin 0,316 qram və 0,248 qram olmaqla 2 ədəd bükümünü üzərində daşımaqla, qalan 53 ədəd bükümdə narkotik vasitə heroini, 3 ədəd bükümdə psixotrop maddə metamfetamini, 42 ədəd bükümlərdə və 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı və 148 ədəd olmaqla tərkibində 5,92 qram metadon təsiredicisi maddəsi olan külli miqdarda narkotik vasitə metadonu, narkotik vasitələrin alqı-satqısında istifadə olunan üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi ilə birlikdə yaşadığı Şirvan şəhəri, ünvan 2 ünvanda gizlətməklə satış məqsədilə saxlamış, 20 oktyabr 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin Cinayət- axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 15:20-də Şirvan şəhəri Tofiq İsmayılov küçəsində piyada hərəkətdə olduğu zaman saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman 0,316 qram və 0,248 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd bükümdə, qalan ümumi təmiz çəkisi 170,502 qram olmaqla 53 ədəd bükümlərə qablaşdırılmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 7,044 qram olmaqla 3 ədəd bükümlərə qablaşdırılmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 16,85 qram olmaqla 42 ədəd bükümlərə və 2 ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuana, 148 ədəd ümumi təmiz çəkisi 5,92 qram narkotik vasitə metadon və narkotik vas itələrin alqı-satqısında istifadə olunan üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi ilə birlikdə yaşadığı Şirvan şəhəri, ünvan 3 ünvanına həmin tarixdə əməliyyat tədbirinin davamı olaraq Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı evin həyətyanı sahəsində əkilmiş ağacın dibində torpağa basdırılmış bir ədəd sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Əhədov Eyvaz Ağaməmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum qarşı irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda o, Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi iddia edir ki, ittihamda və məhkəmə qərarlarında göstərilən qanunsuz maddələrə Məhkum aidiyyəti olmamış, sənədlər polis əməkdaşları tərəfindən saxtalaşdırılmış, həmçinin Məhkum fiziki və psixi təsirə məruz qalmışdır. Məhkum edilmiş şəxsin vermiş olduğu ifadələrdən görünür ki, onun həyət evində sellofanın içərisində aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrdən yalnız marixuana Məhkum məxsus olmuş, qeyd olunan narkotik vasitəni o məhz istifadə etmək məqsədi ilə saxlamışdır. Müdafiəçi Məhkum kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan ci nayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya koll egiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Əhədov Eyvaz Ağaməmməd oğlu kassasiya şikayətinin məzmunundan görünür ki, Məhkum əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunduğunu (Məhkum əməlinin 16,85 qram qurudulmuş marixuana münasibətdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi), əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi (müdafiəçi hesab edir ki, yaşayış sahəsindən aşkar edilmiş tərəzinin, digər narkotik və psixotrop maddələrin Məhkum aid olması sübut olunmaması baxmayaraq bu hissədə apellyasiya instansiyası məhkəməsində natamam araşdırma aparılmışdır) və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.4.3 maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların (Məhku m ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadəsi, polis əməkdaşlarının ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış keçirilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli ayrı-ayrı protokollar (Məhkum yaşadığı Şirvan şəhəri, ünvan 2 fərdi yaşayış evinin həyətyanı sahəsində olan daş hasarın yanındakı ağacından qazılmaqla çıxarılmış 1 ədəd sellofan torbanın içərisindən 53 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 44 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixunaya bənzər maddə, 148 ədəd dərman tableti, 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür.) məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1141-1142 N°-li rəyi, istintaq hərəkətlərinin protoko lları və sair materiallar) məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onun tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmı ş sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunan (müdafiəçinin kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşdığından və kassasiya şikayətində göstərilənlər apellyasiya instansiyası məhkəməsinin çıxardığı nəticələri təkzib etmədiyindən, nə apellyasiya instansiyası məhkəməsinin yekun qərarını şübhə altına almaq, nə də ki, müdafiəçinin kassasiya şikayətinin dəlillərini təsvir edildiyindən daha ətraflı şərh etmək üç ün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində istinad etdiyi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Kassasiya şikayətinin Məhkum məhkəməyədək istintaq dövründə işgəncə, təzyiq və hər hansı digər qanunsuz rəftara məruz qalması haqda iddiaları ilə bağlı məhkəmə kollegiyası “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 25-ci bəndinə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Milli qanunvericilik və məhkəmə praktikası ilə işgəncə, qeyri-insani və ləyaqəti alçalda n rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № 34445/04, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il). Hazırki halda cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, ibtidai istintaq dövründə Məhkum istintaq təcridxanasına qəbul edilərkən üzərində olan xəsarətlər barədə məlumat Bakı İstintaq Təcridxanasından rayon prokurorluğuna göndərilmiş və prokurorluq tərəfindən araşdırma aparılaraq, Məhkum polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə 02 dekabr 2022-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarın surəti Məhkum göndərilməklə qərardan prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək hüququ izah edilsə də, istər məhkum özü, istərsə də onun müdafiəçisi həmin qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayətlə müvafiq orqan a müraciət etməmiş, bunun edilməməsini hər hansı yetərli dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Hazırda qüvvədə olan həmin qərarla Məhkum ibtidai istintaq dövründə hər hansı qanunsuz təzyiq və ya təsirə qalması barədə iddialar istisna edildiyindən, məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə əsassız hesab edir. Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanunu nun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 1(106)-388/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Əhədov Eyvaz Ağaməmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 iyun 2023-cü il tarixli, 1(106)-388/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2163/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2163/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver