Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2165/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Həsənov Əfqan Vahid oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-130/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elma n qızı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 28 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci in stansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2018-ci ilin fevral ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz fərdi tikilidə yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 3050 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 80100 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2020-ci ilin fevral ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 20-30 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 100 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin may ayının sonlarından 2022-ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 105 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olm ası üçün görüşdürmüş və hər dəfə 30-50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 100-120 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs4 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin fevral ayının əvvəllərindən 2023-cü ilin mart ayının ortalarınadək olan müddət ərzində Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 30 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 80 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-454/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilməsi, ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü ictimai işlərin səkkiz saatına bərabər tutmaqla 16 (on altı) saat müddətin ona təyin edilmiş ictimai işlər cəzasından çıxılması, üzərində qəti olaraq 464 (dörd yüz altmış dörd) saat ictimai işlər cəzasının saxlanılması hökm edilmiş, maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.
6. Birinci instansiy a məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-130/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-454/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələr məhk umun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəliliyini və şəxsiyyətini kifayət qədər nəzərə almayaraq, ona təqsirli bilindiyi maddənin sanksiya daxilində daha yüngül cəza növü olan ictimai işlər cəzasını təyin etməklə səhvə yol vermiş, cinayətlərin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alsalar da, faktiki olaraq bu halın cəzanın təyin edilməsinə dair hər hansı təsiri olmamışdır. Bundan əlavə məhkəmələr Məhkum əvvəllər eyni əməlləri törətdiyinə görə cərimə cəzasına məhkum edildiyini də nəzərdən qaçırmışlar. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-130/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) ol duqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-130/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri ola raq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət karlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cina yət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
19. Azərbay can Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
23. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
24. Məhz bu cür (“açıq-aydın” yüngül v ə yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
25. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
26. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuz luq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
27. Kassasiya protestində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
28. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddəsinin sanksiyasında iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur.
29. Məhkum Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə 480 (dörd yüz səksən) saat müddətə ictimai işlər cəzası, yəni məhkum edildiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cəriməyə nisbətdə daha ağır cəza olan ictimai işlər cəzasının ən yuxarı həddində cəza təyin edilmişdir.
30. Həmin cəzanı təyin edərkən, birinci instansiya m əhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən səmimi peşman olmasını, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, cəzasını ağırlaşdıran hal olaraq isə cinayətlərin təkrar törədilməsini nəzərə almışdır.
31. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyin edilməsinə aid mövqeyi ilə razılaşır və hesab ed ir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur. Məhkəmələr törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etmişlər.
33. Qeyd edilənlər kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların o lmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-130/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-130/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.