Məhkəmə qərarları › İş №1(102)-2166/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2166/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2166/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmmədzadə A yaz Eyvaz oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2024-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum müdafiəçisi A.E.Məmmədzadə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) 22 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum, 20 avqust 2004-cü il tarixdə Sabiraba d şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 6 dekabr 2022-ci il tarixdən 6 aprel 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmaqla, 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, onun üzərində 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəza çəkməsinin əv vəli isə cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanması qərara alınmışdır. Həmçinin, hökmlə Məhkum üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, ona təyin edilmiş cəzanın icrası isə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. İşin halları: Birinci instan siya məhkəməsinin hökmünə əsasən, 20 avqust 2004-cü ildə doğulmaqla yetkinlik yaşına çatmamış Məhkum ailəsinə məxsus, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən gündəlik tələbat malları mağazasından müxtəlif vaxtlarda nisyə olaraq mal almış şəxslərdən borcların yığılması ilə məşğul olmaqla 16 manat məbləğində nisyə olaraq mal almış Zərərçəkmiş şəxs 2022-ci ilin iyul ayının əvvəllərində telefon vasitəsi ilə dəfələrlə zəng edərək borcunu ödəməsini xahiş etmiş, lakin Zərərçəkmiş şəxs hər dəfə borcunu ödəməyi vəd etsə də, ödəməmiş, 3 iyul 2022-ci il tarixdə isə yenidən telefon əlaqəsi saxlayıb ondan borcunu ödəməsini xahiş etmiş, lakin Zərərçəkmiş şəxs borcunu ödəmək niyyətində olmadığını bilərək, Zərərçəkmiş şəxslə görüşmək və borcunu ödəməsini bir daha tələb etmək məqsədi ilə 4 iyul 20 22-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs atası Şahid4 məxsus, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən mebel salonunun qarşısına getmiş, bu vaxt qardaşı Şahid8 və salonun işçiləri ilə birlikdə avtomobilə mebel yükləməklə məşğul olan Zərərçəkmiş şəxs Məhkum yaxınlaşmış, onlar mebel salonunun qarşısında görüşərkən Məhkum Zərərçəkmiş şəxs borcunu nə üçün verməməsni soruşduqda aralarında mübahisə yaranmış, bu zamanı Zərərçəkmiş şəxs, qardaşı Şahid8, mebel salonunda işləyən Şahid9 və başqa üç-dörd nəfər şəxslər Məhkum dövrəyə alıb, yumruq və təpik zərbələri vuraraq sağ bud-çanaq oynağının hərəkət pozğunluğu ilə müşaiyət olunan travmatik əziyi, sağ bud çanaq oynağının bayır səthində, sağ sağrının yuxarı bayır kvadratında hematomalar, ənsə, sol təpə-alın nahiyəsində, sol göza ltı nahiyəsində qançırlardan ibarət bədən xəsarətləri yetirməklə döyərkən Məhkum zərbələrdən müdafiə olunmaqla qolları və əli ilə üzünü tutmuş və eyni zamanda Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ tərəfdə almacıq sümüyünün və gicgah-almacıq qövsünün basılmış, yerdəyişmiş sınığı, sağ orbitanın yuxarı, aşağı və bayır divarının, əsas sümüyün sağ böyük qanadının sınıqları ilə əlaqədar orbita (görmə) yarığın daralması, gicgah-almacıq və əsas sümüyün almacıq tikişinin aralanması, sağ əng sümüyünün sınıqları, sağ göz ətrafı nahiyədə hematoma, sağ gözdə qansızmaların əmələ gəlməsi ilə nəticələnən, yetirilən anda insan həyatı üçün təhlükəli olan xəsarətlər almış, bununla da Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Zərər çəkmiş şəxs 11 aprel 2024-cü il tarixdə hökmdən apellyasiya şikayəti və eyni zamanda apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa olunması barədə vəsatət vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, lakin həmin şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti buraxdığına görə həmin məhkəmənin qarşısında bu müddətin bərpa edilməsi haqda vəsatət qaldırmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Nuriyev Xamməd Abış oğlu) 25 aprel 2024-cü il tarixi qərarı ilə Zərərçəkmiş şəxs apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti rədd edilmişdir. Birinci instansiya məhkəməsinin bu qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelly asiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 24 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024cü il tarixli apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə qərarı ləğv edilmiş, Zərərçəkmiş şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün müddət buraxılmamış hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2024-cü il tarixli qərarından təqsirlən dirilən şəxs Məhkum müdafiəçisi A.E.Məmmədzadə kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində apellyasiya və kassasiya icraatını tənzimləyən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) müvafiq maddələrinə, iş üzrə çıxarılmış 22 fevral 2024-cü il tarixli hökmə və apellyasiya instansiyası məhkəməsinin 24 may 2024-cü il tarixli qərarına istinad edən müdafiəçi A.E.Məmmədzadə həmin şikayətini belə əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi olmadığını bildirmiş, məhkəmə hökmündən də məlumatlı olmuşdur. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığı üçün, yekun məhkəmə iclasına gəlməkdə maraqlı olmamışdır. Lakin, sonradan Zərərçəkmiş şəxs hökmdən apellyasiya şikayəti verərək, Məhkum təyin edilmiş cəzanın həddindən artıq yüngül olmasını mübahisələndirmiş, bununla da öz hüququndan suiistifadə edərək, iş üzrə süründürməçiliyə yol verilməsinə şərait yaratmışdır, eyni zamanda özünü müdafiə etmək, həmçinin Məhkum öz şikayətlərindən imtina etməsinə nail olmaq məqsədi izləmişdir. Mübahisələndirilən hökmdən və cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş şəxsin mənafelərinə aid hissə yalnız maddi ziyanla bağlıdır, bu mübahisə isə mülki xarakterli olduğundan, mülki mühakimə icraatı qaydasında da həll edilə bilər. Çünki, zərərçəkmiş sonradan Məhkum öz müalicəsinə sərf etdiyi xərclərin ödənilməsini tələb etmiş, onun təqsirləndirilən şəxsə qarşı başqa şikayəti və tələbi isə olmamışdır. Belə olan halda zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və həddi ilə bağlı hökmün mübahisələndirilməsinin hüquqi əsası yoxdur. Qeyd olunan dəlillərə əsaslanaraq, müdafiəçi A.E.Məmmədzadə onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətinə təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmiş dir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Zərərçəkmiş şəxs 22 fevral 2024-cü il tarixli hökm elan olunarkən məhkəmə iclasında iştirak etməməsi, bu səbəbdən sonuncunun apellyasiya şikayəti vermək üçün buraxılmış pro sessual müddətin bərpa olunmasına dair vəsatətinin təmin edilməli olması və onun tərəfindən apellyasiya şikayəti vermək üçün müddətin buraxılmaması haqda qənaətə gələrkən CPM-in 386.3-cü maddəsinin tələblərindən çıxış etmiş və hesab etmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqda vəsatətin təmin edilməsindən imtina edərkən, işin müəyyən olunmuş hallarını və qanunvericiliyin tələblərini nəzərə almamış və onlara düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya qaydasında mübahisələndirilən 24 may 2024-cü il tarixli qərarı qəbul etməklə hər bir şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun olmasından çıxış etmiş və Zərərçəkmiş şəxs bu hüququnu təmin etməklə onun hökmdən verdiyi apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında baxılmasını məqsədə müvafiq hesab etmiş, lakin bununla təqsirləndirilən şəxsin mənafeyinə heç bir zərər yetirməmiş, yəni bu qərar Məhkum mənafelərinə toxunmamışdır. Buna baxmayaraq təqsirləndirilən şəxs Məhkum müdafiəçisi A.E.Məmmədzadə yuxarıda göstərilən məzmunda Şirvan Apellyasiya Məhkəməsinə təqdim etdiyi kassasiya şikayətində bunun əksinə olan və ehtimallar üzərində qurulmuş dəlillərlə apellyasiya instansiyası məhkəməsinin 24 may 2024-cü il tarixli qərarından kassasiya şikayəti versə də, həmin şikayətində qeyd olunan qərarın onun hüquqlarını müdafiə etdiyi şəxsin mənafelərinə aid olmasını hər hansı şəkildə əsaslandırmamış və bununla bağlı heç bir dəlil irəli sürməmişdir. Halbuki, CPM-in 409.2-ci maddəsin in tələbinə görə məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Qanunun bu normasının mənasından göründüyü kimi, müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarından yalnız məhkumun mənafelərinə aid hissədən olan kassasiya şikayəti vermək hüququna malikdir. Bu təfsirdən belə nəticə hasil olur ki, müdafiəçi A.E.Məmmədzadənin apellyasiya instansiyası məhkəməsinin 24 may 2024-cü il tarixli qərarından kassasiya şikayəti vermək hüququ olmamış, belə olan halda isə prosessual qanunvericilinin aşağıdakı normalarının tələblərinə əsasən onun həmin şikayətinin baxılmamış saxlanılması barədə əsas yaranır. Belə ki, CPM-in 412.5-ci maddəsinə görə, hüququ olmayan şəxslər tərəfi ndən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz. CPM-in 415.1.1-ci maddəsinin tələbindən isə görünür ki, kassasiya şikayəti və ya kassasiya protesti onları vermək hüququna malik olmayan şəxslər tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini baxılmamış saxlamaq hüququna malikdir. Qanunvericiliyin bu tələblərinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən müdafiəçi A.E.Məmmədzadənin kassasiya şikayətinin məzmununa nəzər yetirilmədən və həmin şikayətin mümkünlüyü yoxlanılmadan, 9 iyul 2024-cü il tarixli 1(106)-522/2024 saylı məktubla həmin müraciət ona ma hiyyəti üzrə baxılması üçün cinayət işinin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərə, o cümlədən prosessual hüquq normalarının tələblərinə əsaslanıb müdafiəçi A.E.Məmmədzadənin kassasiya şikayətinə baxılmasının mümkünlüyünün yoxlanılması üçün həmin müraciətin kassasiya instansiyası məhkəməsinin baxışından çıxarılaraq onun cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçi A.E.Məmmədzadənin və həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, hazırki iş üzrə müdafiəçi A.E.Məmmədzadənin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n apellyasiya şikayətinə ilkin baxış iclasının 24 may 2024-cü il tarixli qərarından verdiyi kassasiya şikayəti onun mümkünlüyünün yoxlanılması üçün baxışdan çıxarılmalı və bu müraciət Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının bu haqda qənaəti isə yuxarıda göstərilənlərlə yanaşı, həmçinin CPM-in 418.3-cü maddəsinin tələblərindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən e tdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 415 və 418.3-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi Məmmədzadə Ayaz Eyvaz oğlunun Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 24 may 2024-cü il tarixli qərarından verdiyi kassasiya şikayəti buna hüququ olan şəxs tərəfindən verilibverilməməsinin yoxlanılması üçün baxışdan çıxarılsın və bu müraciət Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərə k məhkum olunmasına dair cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar