Məhkəmə qərarları › İş №1(102)-2166/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2166/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2166/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2 və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 30 iyul 2024-cü il tarixli, 1(103)-1417/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aytən Əliyeva (sədrlik edən və məruzəçi), Siyavuş Hacıyev və Vüqar Quliyev) 22 aprel 2024-cü il tarixli, 1(101)1244/2024 nömrəli hökmü ilə xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda qara polietilen bağlamada bir ədəd şəffaf sellofanda təmiz çəkisi 1032,8 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisinə gələrək daşımış, 12 avqust 2023-cü il tarixdə, saat 07 radələrində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Abşeron RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan qurudulmuş marixuana əlində olan sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində axtarış aparılan zaman yataq otağında olan çarpayının altından hər konvalyutda 10 ədəd olmaqla 18 ədəd konvalyutda ümumilikdə 180 ədəd (1 ədəd həbdə 0,04 qram) maddəsinin ümumi miqdarı 7,2 qram olan külli miqdarda narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlə r Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 30 iyul 2024-cü il tarixli, 1(103)-1417/2024 nömrəli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il müddətinə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cu il tarixli, 1(103)-1417/2024 nömrəli qərarının ləğv edilməsini və Mə hkum barəsində cinayət təqibinin əsaslandırılmaması və sübutların hüquqi baxımdan yetərli olmaması səbəbi ilə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini, və ya təqsirləndirilən şəxsin şəxsiyyəti, təəssüf hissi keçirməsi, cəmiyyət üçün təhlükəlilik dərəcəsinin az olması, məhkəmə istintaqı zamanı işin ətraflı araşdırılmaması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla CM-in 62-ci maddəsinin tələbləri rəhbər tutularaq, təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı cinayət-prosessual qanunvericiliyin və Konstitusiyanın əsas müddəalarının pozulması ilə qəbul olunmuş, iş üzrə sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Həmçinin təqsirləndirilən şəxsin müdafiə hüququ, təqsirsizlik prezumpsiyası və ədalətli məhkəmə araşdırması hüququ ciddi şəkildə pozulmuşdur. Belə ki, iş üzrə təqdim olunmuş 12 avqust 2023-cu il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarda qeyd olunmuşdur ki, Məhkum Binə Südçülük sovxozu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran mənbədən məlumat daxil olmuş və bu məlumat əsasında əməliyyataxtarış tədbiri aparılmışdır. Həmin qərarda xüsusi olaraq vurğulanmışdır ki, tədbir aparıldıqdan sonra 48 saat ərzində qərar məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edi lməlidir. Lakin iş materialları ilə tanışlıq zamanı, bu qərarın göstərilən müddət çərçivəsində məhkəməyə təqdim olunmadığı müəyyən edilmişdir. Müdafiə tərəfi olaraq bu məsələni aydınlaşdırmaq üçün həm Suraxanı Rayon Məhkəməsinə, həm də Abşeron Rayon Məhkəməsinə vəkil sorğusu göndərmişdir. Hər iki məhkəmənin cavabından məlum olmuşdur ki, əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanması məqsədilə onlara heç bir sənəd təqdim olunmamışdır. Bu isə bir daha sübut edir ki, əməliyyat-axtarış tədbiri qanunsuz həyata keçirilmiş və nəticə etibarilə həmin tədbir əsasında əldə olunmuş sübutlar yolverilməzdir. Bu məsələyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 445.2-ci maddəsinin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun un 10-cu maddəsinin İV hissəsinin müddəaları açıq şəkildə pozulmuşdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında açıq və konkret şəkildə göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri aparıldıqdan sonra qərar mütləq qaydada məhkəmə nəzarəti çərçivəsində yoxlanılmalıdır. Əgər bu baş verməmişdirsə, həmin tədbir nəticəsində əldə olunmuş sübutlar cinayət təqibi üzrə istifadə oluna bilməz. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi bu vacib hüquqi prinsipi nəzərə almadan qərar qəbul etmiş və qanunsuz sübutlara əsaslanmaqla təqsirləndirilən şəxs barəsində cəza hökmünü qüvvədə saxlamışdır. Eyni zamanda təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı öz ifadəsində qeyd etmişdir ki, o, İkinci Qarabağ müharibəsində iştirak etmi ş, təltif olunmuş və yalnız sonradan narkotik vasitə olan marixuananı istifadə etməyə başlamışdır. O, heç bir zaman narkotik vasitələrin satışını və ya dövriyyəsini həyata keçirməmişdir. Həmçinin ifadəsində bildirmişdir ki, saxlanılarkən yanında heç bir narkotik vasitə olmamışdır, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmiş, döyülmüş və çəkiliş zamanı polisin dediklərini təkrar etməyə məcbur edilmişdir. Bu ifadəni onun faktiki həyat yoldaşı olan X1 şahid ifadəsi də dəstəkləyir. Cahan Məmmədovanın ifadəsində qeyd olunur ki, Elvin 11 avqustdan 12-nə keçən gecə saat 2-dən sonra yoxa çıxmış, onunla əlaqə qurmaq mümkün olmamışdır və yalnız 13 avqustda polis əməkdaşları tərəfindən mənzilə gətirilmişdir. Elvin podvalında və yataq otağında aparılmış baxış zamanı narkotik vasitələrin aşkarl andığı iddia edilsə də, şahid bu baxış zamanı Elvinin otaqda olmadığını və polislərin özlərinin nə isə gətirdiyini ehtimal etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi bu ziddiyyətləri aradan qaldırmaq ucun müxtəlif vəsatətlər qaldırmış, lakin məhkəmələr həmin vəsatətləri təmin etməmişdir. Apellyasiya məhkəməsinin təqdim olunan dəlillər əsasında gəldiyi nəticə həm qanunsuz, həm də əsassız olmuşdur. Belə ki, müdafiə tərəfi tərəfindən apellyasiya instansiyasında məhkəmə baxışı zamanı ümumilikdə üç vəsatət təqdim edilmiş, həmin vəsatətlər formal olaraq təmin edilsə də, onların faktiki araşdırılması həyata kecirilməmiş, təqdim olunan sübutlar məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Əlavə olaraq qeyd olunur ki, apellyasiya məhkəməsi baxış zamanı sübutların zi ddiyyətli olduğunu qəbul etsə də, bu ziddiyyətlərin aradan qaldırılması ucun heç bir yeni istintaq hərəkəti aparmamış, o cümlədən təqsirləndirilən şəxsin faktiki saxlanma vaxtı, mənzilə baxışın real saatı, şahidlərin və ailə üzvlərinin ifadələri ilə iş materiallarında göstərilən vaxtlar arasında olan uyğunsuzluqlarla bağlı təqdim etdiyi konkret və sübutlu dəlilləri nəzərə almamışdır. Bu səbəbdən kassator hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə səthi xarakter daşıyır, kifayət qədər əsaslandırılmamışdır və Konstitusiyada təsbit edilmiş prinsiplərlə ziddiyyət təşkil edir. Bu hallar nəzərə alınmaqla həmin qərarın kassasiya instansiyasında ləğv edilməsi və iş üzrə bəraət hökmünün çıxarılması zəruri hesab olunur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şika yətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyas iya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, məhkuma qarşı irəli sürülmüş CM-in 234.4.3-cü maddəsi ilə bağlı ittiham üzrə təqsiri sübuta yetirilməmiş, lakin buna baxmayaraq məhkəmələr tərəfindən onun barəsində əsassız və qanunsuz olaraq CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onları n kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplan mış sübutlar məhkəmə iclasında tədqiq edib tam, hərtərəfli və obyektiv yoxlamış və həmin sübutlara qiymət verərək nəticəyə gəlmişlər ki, həmin sübutların məcmusu Məhkum hökmündə təsvir edilmiş hallarda Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə məhkum və müdafiəçisi tərəfində birgə verilmiş apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəmənin məhkumun əməlinin tövsifi və təqsirinin sübut olunması barədə gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək onlara hüquqi qiymət vermiş və həmin sübutların məcmusuna əsasən Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 234.4.3-cü maddəsi ilə tövsif edib, onu həmin maddə ilə təqsirli bilmişlər. Məhkumun verilmiş ittiham üzrə təqsirli olması və onun əməlinin tövsifi barədə məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, məhkəmə kollegiyası həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə sübutlar təhqiqat və istintaq orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət edilməklə, öz səlahiyyətlərinin çərçivəsində toplanılmış, həmin sübutların mötəbərliyinə şübhə yaranan hər hansı bir hal müəyyən edilməmişdir. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmiş və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin digər dəlilləri ona təyin olunmuş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxs in şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, h ər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum vətən müharibəsi iştirakçısı olmaqla “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bununla da, təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.3-cü maddəsi təqsirli bilinib, ona 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi isə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən vətən müharibəsi iştirakçısı olmaqla “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını təqsirləndirilən şəxs Məhkum cəzasını yüngülləşdirən, ağırlaşdıran halların olmamasını göstərsə də, həmçinin təqsirli bilindiyi Azərbaycan Respu blikası CM-in 234.4.3-cü maddələrinin sanksiyası hüdudlarından kənara çıxmasa da, məhkumun şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Ona görə də apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il müddətinə endirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Kassator kassasiya şikayətində məhkum barəsində Azərbaycan Respublikası CMin 62-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbayc an Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, Məhkum törətdiyi cinayətin məqsədi və motivi, onun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin cəzanın sərt olması və cəzanı yüngülləşdirən hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ndə nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Ona görə də, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli, 1(103)1417/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli, 1(103)

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar