Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2167/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 1Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, Bəraər almış şəxslər – X16, X12 və X2 iştirakları ilə, X16, X12 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı X17 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xızı Rayon Məhkəməsinin 1(068)-14/2023 saylı, 4 dekabr 2023-cü il tarixli (sədrlik edən hakim: X10) hökmü ilə 26 avqust 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, Qubadlı rayonu, Aşağı Mollu kəndində qeydiyyatda olmaqla, Xızı rayonunun Sitalçay kəndində yaşayan X13, 07 iyul 1987-ci il tarixdə Qubadlı rayonu, Yusifbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olun mamış, Qubadlı rayonu, Yusifbəyli kəndində qeydiyyatda olmaqla, Xızı rayonunun Sitalçay kəndində yaşayan, X5 02 yanvar 1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Təzə Corat yaşayış massivində yaşayan, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən bəraət verilməsi, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, tutulmaları, təqsirləndirilən şəxs qismində cəlb edilmələri, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilmələri nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçiri lməsi qaydalarının izah edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Razayev Məmmədəli Əsəd oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X3 ibarət tərkibdə) 1(105)125/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Xızı Rayon Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli, 1(068)-14/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X16, X14 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.5-ci maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, onlar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Xızı rayonunun Sitalçay kəndində bələdiyyə ərazisində olan açıq sahədən “Hyundai” markalı traktoru idarə edən ad, so yadı istintaqa məlum olmayan bir nəfər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında yerin alt hissəsindən keçən su borularını talamaq məqsədilə həmin əraziyə gələrək, oradan "xxxx" ASC-nin X15 İdarəsinin balansında olan 6250 manat dəyərində, 250 metr uzunluğunda,15 mm qalınlığında, diametri 159 mm olan D159 mm-lik çuqun su borularını çıxarıb talayarkən, həmin vaxt əraziyə gəlmiş Sitalçay kənd Bələdiyyəsinin sədri Şahid8 və kənd İƏD üzrə nümayəndəsi Şahid7 qanunsuz əməlin dayandırılmasının tələb edilməsinə baxmayaraq işlərini davam etdirməklə soyğunçuluq etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-125/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassas iya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmə ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə ıjrıəsuliyyətdən yayınmağa çalışan təqsirləndirilən şəxslərin ifadələrinə və hadisə baş verən vaxt hadisə yerində olmaqla iştirakları olan şahidlərin ifadələrindəki ziddiyyətə diqqət yetirməmişdir. İbtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etməklə təqsirləndirilən şəxslərin cinayət törətmələrini bildirən şahidlərin ifadələrindəki ziddiyyəti elan etməklə və əsaslandırmaqla aradan qaldırmağa çalışan birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş Şahid4 ifadələrindəki ziddiyyətləri aradan qaldırmamış, sadəcə onun təqsirləndirilən şəxslərin mövqeyi ilə üst-üstə düşən ifadəsinə istinad etmişdir. Belə ki, Şahid4 ibtidai istintaq zamanı sərbəst şəkildə təqsirləndirilən şpxslərin cinayət törətmələrini bildirsə də, məhkəmə istintaqı zamanı hadisə yerində olduğunu, lakin dəmir qırıntıları yığdığını bildirmişdir. Məhkəmədə verdiyi ifadəsinə diqqət yetirsək Şahid4 cinayət baş verdiyi yerdə təqsirləndirilən şəxs Rəşad Həsənovla birlikdə olduğunu, lakin digər təqsirləndirilən şəxslər Alşan Məmmədov və Vüqar Hüseynovu görmədiyini bildirmişdir. f Halbuki, məhkəmədə X27 Hüseynovla birlikdə dəmir qırıntılar yığaığını, Vüqar Hüseynov isə ümumiyyətlə orada olmadığını bildirmişdir. Bundan başqa, özünün də ifadəsində qeyd etdiyi kimi, əvvəllər oğurluq cinayəti törətdiyi üçün üzərində məhkumluğunun olması halında şübhəsiz ki Şahid4, hadisə ye rində Rəşad H'əsənovun verdiyi pul müqabilində fəhləlik etməklə cinayətin bir növ iştirakçısı olmasını düşünərək vq həmkəndli olmaları faktoru ilə hər vəclə təqsirləndirilən şəxslərin ifadələrinə uyğun ifadə verməyə çalışmışdır. Bundan başqa, təqsirləndirilən şəxs X12 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində, hadisə ərəfəsində həmin ərazidə partlayıcı qurğu tapılmasını və onun da ərazidə Post Patrul xidməti aparmasını, eləcə də həmin əraziyə tapşırığa əsasən yaxınlaşdığını və partlayıcı qurğunu ANAMA-ya təhvil verəcəyini, o, əraziyə getdiyində Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın əməkdaşları və icra nümayəndəsinin də oraya gəldiyini, icra nümayəndəsinin yanında partlayıcı qurğunu akt əsasında ANAMA-ya təhvil verdiyini bildirmişdir. İş materiallarından və ifadəsindən də, görü ndüyü kimi Alşan Məmmədovun xidməti ərazisi Xızı rayonu, Giləzi qəsəbəsi olmuşdur. Eyni zamanda özü də ifadəsində bildirir ki, Giləzi qəsəbəsində cinayət hadisəsi çox olduğundan rəhbərliyin göstərişi ilə oradan kənara çox çıxmamaq tapşırılmışdır. Cinayət hadisəsi isə, Xızı rayonunun Sitalçay qəsəbəsində baş vermişdir. Məhkəmənin sorğusuna cavab olaraq Xızı RPŞ-dən göndərilmiş 23 may 2023-cü il tarixli, 3- 13-80/2-2458/2023 nömrəli məktubdan görünür ki, 08 aprel 2022-ci il tarixdə Xızı rayanu Sitalçay kəndi ərazisində partlayıcı maddə (mərminin) aşkarlanması barədə Xızı RPŞ-nə məlumat daxil |olmuş və həmin tarixdə dislokasiya üzrə Sitalçay kəndində PPXTnin polis nəfərləri, polis baş serjantı Eyvaz Əzimov və polis serjantı Xəyyam Əsədov xidmətdə olmuşlar. Göründüyü kimi, Alşan Məmmədov öz xi dməti ərazisində olmamış, rəsmi sorğuya əsasən də 38 aprel 2022-ci il tarixdə Xızı rayonu, Sitalçay kəndi ərazisində partlayıcı maddə (mərminin) aşkarlanması barədə Xızı RPŞ-nə daxil olmuş məlumat əsasında həmin tarixdə dislokasiya üzrə Sitalçay kəndində PPXT-nin polis nəfərləri, polis baş serjantı Eyvaz Əzimov və polis serjantı Xəyyam Əsədov xidmətdə olmuşlar. Alşan Məmmədovun ifadəsinə əsaslansaq nümunəvi polis nəfəri olması qənaətinə gəlmiş olarıq, lakin iş materiallarından görünür ki, Alşan Məmmədov məhz əks göstərişlərinə görə Daxili işlər Orqanlarından xaric olunmuşdur. Belə ki, iş materiallarında olan Xızı RPŞ tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, sabiq polis serjantı X12 xx.xx.2017-ci il tarixdən daxili işlər orqanlarında, həmin tarixdən xx.xx.2022-ci il tarixədək Xızı RPŞ-nin Post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət etmişdir. Sabiq polis serjantı X12 xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, intizamsız bir polis əməkdaşı kimi göstərmişdir. Xidmət apardığı sahənin işini tənzimləyən normativ aktları, əmr və göstərişləri öyrənməyə çalışmamış və pnları gündəlik fəaliyyətində tətbiq etmək bacarığı olmamışdır. Çətin şəraitdə, ekstremal vəziyyətdə düzgün hərəkət və qərar qəbul etmək bacarığına malik deyildir. Cinayətkarlığa qarşı mübaıızədə qətiyyətsiz olmuşdur. Dövlət və xidmət sirlərini saxlamağı bacarmamışdır. Rəhbərlik tərəfindən verilən göstərişləri vaxtında yerinə yetirməyə qadir deyildir. Sabiq polis serjantı X1 RPŞ-nin 05.2022-ci il tarixli Ə26ş/h-165-22 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişd ir. Həmçinin məhkəmə diqqət yetirməmişdir ki, verilən ittihama görə soyğunçuluq cinayəti xx.xx.2022-ci il tarixi deyil, 06-xx.xx.2022-ci il tarixi əhatə edir. Bundan başqa, qərarda göstərmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmiziəmə Agentliyindən göndərilmiş 04 iyul 2023-cü il tarixli, 11-7/2- 1337/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 aprel 2023-cü İİ tarixli, 2-2- 03/2-2193/2023 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Minatəmiziəmə Agentiyinin mütəxəssisləri tərəfindən partlayış baş vermiş əraziyə baxış keçirilən zaman 45 mm-lik top mərmisinin partladığı müəyyən edilmiş və müfaviq akt imzalanaraq Xızuayon prokurorluğuna təqdim edilmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs X4 özünümü dafiə xarakterli ifadəsini əsaslı hesab etmək üçün Azərbaycan Respublikasının Minatəmiziəmə Agentliyindən göndərilmiş 04 iyul 2023-cü il tarixli, 11-7/2-1337/2023 nömrəli məktuba istinad etmiş, lakin nəzərə almamışdır ki, həmin məktubda 2022-ci ildə deyil, 2023-cü ildə baş vermiş hadisə barədə qeyd edilmişdir. Kassasiya protestində təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.5-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət i şinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə və kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxslərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciə ti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X16, X12 və X5 Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydası nda ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X16, X12 və X5 Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kolleg iyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsa slandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfl i və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X16, X12 və X5 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X16, X12 və X5 oğluna bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Birinci instansiya məhkəməsi tərəfindən cinayət işi üzrə kifayət qədər ətraflı araşdırma aparılmış və iş üzrə cinayət prosesi tərəfləri dindirilmişdir. Ona görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və əldə edilmiş sübutları bir daha qərarda tam təkrarlamağı lüzum görmür, lakin bəzi məqamların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə Kollegiyası apellyasiya protestinin hökmdə “şübhəli məqamların” nədən ibarət olmasının göstərilməməsi, şahidlərin ifadələrindəki ziddiyyətə diqqət yetirilməməsi, təqsirləndirilən şəxslərin onlara verilmiş ittiha m üzrə təqsirli olmaları, mobil telefon danışıqları barədə məlumatlara qiymət verilməməsi və digər dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin yaranması üçün özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyy ətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Cinayət işi materiallarından göründüyü kimi təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə onların təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, hadisəni birbaşa görən şahidlər olmamış, şahidlər ibtidai istintaq zamanı da onlar tərəfindən təqsirləndirilən şəxslərin boruları talamasını birbaşa görmədikləri bildirmişlər. Həmçinin məhkəmə tərəfindən şübhələrin nədən ibarət olması hökmdə qeyd edilmiş, şahidlərin ifadələrindəki ziddiyyətlər aradan qal dırılaraq həmin ifadələrə hüquqi qiymət verilmişdir. Bundan başqa cinayət işi üzrə ibtidai istintaq və birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs, şahid qismində dindirilən şəxslər təqsirləndirilən şəxslərin ittihamda qeyd olunan turbaları çıxarmaqlarını görmədiklərini, sadəcə orada olduqlarını qeyd etmişlər. Həmçinin şahid Sitalçay kənd bələdiyyəsinin sədri vəzifəsində çalışan Şahid8 da ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində sadəcə qazıntı olan yerə gəldiyini, daha sonra bununla bağlı Mədət adlı şəxsə zəng etdiyi, çıxıb getdiyini, bu barədə Sitalçay İƏD-nin nümayəndəsi Şahid7 məlumat verdiyini, eşitidiyinə görə orada qalmış boruların Kamazla aparıldığını bildirmişdir. Məhkəmədə isə o ibtidai istintaqda verdiyi ifadəsini tam təsdiq etmədiyini, ifadədə guya Alşan Məmmə dovun mobil telefon nömrəsini bildiyi qeyd olunsa da, Alşanı tanımadığını və mobil telefon nömrəsini də bilmədiyini, həmçinin ifadə də boruların Rəşad Həsənov tərəfindən aparıldığını gördüyü qeyd olunsa da, həqiqətdə boruların Rəşad Həsənov tərəfindən aparıldığını görmədiyini, ondan əlavə ifadəsində guya Hyundai markalı ekskovatoru idarə edən şəxsin Samir Səmədov olduğunu və onun da ərazidə olduğu göstərilsə də, elə bir adam tanımadığını və elə bir ifadə vermədiyini bildirmişdir. Eyni zamanda iş materiallarında olan ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərlə şahidlərin üzləşdirmədə dindirmə protokollarında da, şahidlərin heç biri X16, X14 və X7 boruları çıxararkən görmədiklərini, lakin eşitdiklərini göstərmişlər. Bundan əlavə birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ümumi söhbət əsnasında bələdiyyə sədrinin burada metal işinə Rəşad baxdığı üçün çox güman ki, bu Rəşadın işi olmasını, onun boruların yanında dayanmadığını, O, həmin ərazidə olanda icra nümayəndəsi Şahid7 və bələdiyyə sədri Şahid8 gördüyünü, ümumi qazıntı işini və boruların şəkillərini çəkdiyini, boruların qeyriqanuni çıxarıldığını ehtimal etdiyini bildirmişdir. Habelə birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi ifadədə guya Rəşad Həsənovun boruları aparmağı barədə məlumatının olduğunun yazılmasını, ifadəsi yazılarkən yaxşı oxumadığını və yalnışlığa yol verdiyini, Rəşad Həsənovun boruları aparması barədə məlumatının olmadığını və onu boru aparan yerdə görmədiyini, Boruların olmaması barədə Xızı R ayon İcra Hakimiyyətinə məlumat verdiyini, həmin boruların Rəşad Həsənovun aparması barədə məlumatının olmamasını, ərazidə olan nömrəsiz traktorun Rəşadın traktoru olmamasını, təqsirləndirilən şəxslərin özbaşına həmin ərazidən boruları çıxarıb aparmağa imkanlarının olmamasını, axşama kimi həmin ərazidə olduqları vaxt təqsirləndirilən şəxslərin heç birinin orada qalmadığını, təxminən səhər saat 08:00 radələrində boruların həmin ərazidə olmamasının ona məlum olmasını, boruların ağ rəngdli “Kamaz” markalı avtomobilin gəlib apardığını eşitdiyini göstərmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 əraziyə getməsini, ərazidə olan texnikanın təkərli yapon traktoru olmasını, boruların ağ rəngli “Kamaz” markalı avtomobilə yüklənərək aparı ldığını eşitdiyini, həmin əraziyə gələrkən Rəşad Həsənova məxsus traktorun işləmədiyini və orada başqa tanımadığı traktorun işlədiyini, çıxarılmış boruların kim tərəfindən aparılmasını görmədiyini, Vüqar Hüseynovun həmin ərazidən boru çıxartdığını görmədiyini, bu vaxta qədər Vüqarın oğurluq etməsi ilə bağlı heç nə eşitmədiyini, boruların kimlər tərəfindən və hansı maşınla aparıldığını görmədiyini, Rəşad Həsənova məxsus traktoru həmin ərazidə gördüyü üçün sonuncunun da orada olmasını fikirləşdiyini, amma Rəşadı orada görmədiyini və boruları onun satdığı barədə məlumatının olmamasını, ibtidai istintaq zamanı verdiyi ifadəsinin yadında olmamasını və hazırda məhkəmə istintaqında verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan ifadələrdən d ə göründüyü kimi təqsirləndirilən şəxslərin əməlində ibtidai istintaq tərəfindən ittiham olunduqları maddələrin tərkibi yoxdur. Ona görə də cinayət işində mövcud olan şübhələr təqsirləndirilən şəxslərin xeyrinə həll olunmalıdır. Məhkəmə Kollegiyası onuda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi ibtidai istintaq zamanı hadisə yerinə baxış ümumiyyətlə keçirilməmiş və oğurlanmış boruların nümunəsi götürülməmiş, ekspertiza tədqiqatına oğurlanmış boruların nümunəsi deyil, sosial şəbəkə vasitəsilə əldə olunmuş fotoşəkil təqdim olunmuş, həmin fotoşəklin hansı mənbədən əldə olunması sənədləşdirilməmiş, cinayət əməli üzrə vurulmuş ziyanla bağlı zərərçəkmiş şəxsin mövqeyi tam araşdırılmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Ədliyyə N azirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3200 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir. Bundan əlavə cinayət işinin materiallarından da göründüyü kimi X12 27 avqust 2022ci il tarixdə, saat 13:05-də Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularkən hüquq və vəzifələrinin izah olunması barədə protokolu, bildirişi imzalamaqdan imtina etsə də, ona müdafiəçi real təyin olunmamış, müdafiçinin iştirakı ilə dindirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hökm çıxararkən haqlı olaraq ibtidai istintaqda əldə edilmiş ziddiyyətli olmaqla bir-birini təkzib edən ifadələrə tənqidi yana şmış, ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanaraq təqsirləndirilən şəxslərə təqsirliliyinin sübuta yetirilməməsi barədə haqlı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla t əminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların on un tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X16, X12 və X5 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından birinci instansiya məhkəməsi tərəfindən X16, X12 və X5 oğluna bəraət vermiş və apellyasiya məhkəməsi haqlı olara q həmin hökmü qüvvəsində saxlamışdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində p rokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X16, X12 və X5 oğlunun təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2. 1 və 180.2.5-ci maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X16, X12 və X5 oğlunun Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.5-ci maddələri ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraat ının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırm asının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən cinayət hadisəsi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sü buta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dər əcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur k i, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası mə hkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti tə min edilməsin. X13, X6 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-125/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2167/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2167/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver