Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2169/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - X5, Müdafiəçi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlunun iştirakları ilə, X8 Azərbay can Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 1(099)213/2024 nömrəli (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu (sədrliyi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1981-ci ildə X rayonunun X kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, X rayonunun X qəsəbəsində yaşayan X11 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə t utulmuş cinayəti törətməkdə təqsirli bilinərək, onun 3 il müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 13 iyul 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, habelə yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi məsələləri həll olunmuşdur. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli 1(106)-376/2024 nömrəli (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), X16 və Bəhmənov H abil Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü ləğv edilmiş, təqsiri sübuta yetirilmədiyinə görə X8 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilmiş, X5 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalında həbsdən dərhal azad edilməsi, Azərbaycan Respublikası CPM-in 356.5-ci maddəsinə əsasən X8 qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, tutulması, həbsdə saxlanılması, məhkəməyə verilməsi və ona cəza təyin edilməsi nəticəsində dəymiş zərərin ödənilməsi hüququnun və bu hüququn həyata keçirilməsi qaydasının izah edilməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü i l tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda - 6,280 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla X rayonu, X qəsəbəsinə daşımış, 13 iyul 2023-cü ildə, saat 04:10-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X rayonu, X qəsəbəsində yerləşən evinin qarşısında olan zaman saxlanılaraq X rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən satış məqsədi ol madan əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 2 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 3,113 qram və 3,167 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 6,280 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən iş üzrə sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş, bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edildiyindən, həmin hökm ləğv edilməli və iş y eni apellyasiya baxışına təyin edilməlidir. X-in cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin onun tərəfindən törədilməsi özünün, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Məhkəmə kollegiyası əlavə şahidlər kimi dindirilmiş X-in yaxın qohumu və qonşusunun ifadələrini kifayət qədər inandırıcı hesab etmiş və onların ifadələrini iş üçün əhəmiyyət kəsb edən ifadələr kimi nəzərə almışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, əlavə şahid qismində dindirilmiş X və X23 X-ə münasibətdə obyektiv ifadə verə bilməz, yalnız X-i müdafiə xarakterli və onun guya təqsirsiz olmasını süb ut etmək üçün əlverişli olan ifadələr vermişlər. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsindən fərqli olaraq, iş üzrə toplanılmış sübutları müqayisə etməmiş, müdafiə mövqeyindən çıxış edərək təqsirləndirilən şəxs və onun yaxınları tərəfindən verilmiş ifadələrə üstünlük verməklə əsassız olaraq X-in küçədən deyil, yaşadığı evdən gecə saat 04:10 radələrində evinin içində tutulması barədə qənaətə gəlmişdir. Bundan əlavə apellyasiya instansiya məhkəməsi X-in üzərinə şəxsi axtarış keçirilməsi haqqında istintaq orqanı tərəfindən tərtib edilmiş istintaq hərəkəti protokolunu da mötəbər sübut kimi qəbul edilməsini əsassız olaraq mümkün hesab etməmişdir. Apellyasiya instansiya məhkəməsi X-in üzərində olan xəsarətlərinin, onun satış məqsədi olmadan külli miqdarda qanunsuz narkot ik vasitələrin əldə edib, daşıması və saxlanılması cinayətinin törədilməməsi ilə əlaqələndirməsi də anlaşılmazdır. Belə ki, apellyasiya instansiya məhkəməsi X-in xəsarətlərini qabardaraq, ona guya işgəncə verilməklə ibtidai istintaqda etirafedici ifadələrin verməsini müəyyən etməsini hökmdə qeyd etsə də, bunu sübut edib, əsaslandıra bilməmişdir. Məhkəmə bu xəsarətlərin X-in saxlanılmamışdan əvvəl yıxılma və ya digər şəraitdə (idmançı olduğundan məşq və ya oyun zamanı) almasını, özü-özünə yetirməsinin mümkünlüyünü də aydınlaşdırmamış, sanki bir qayda olaraq zor tətbiqinin nəticəsi kimi həmin xəsarətləri qəbul edib, səhv nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə X-in ev çəkələyində polis şöbəsində olmasını da hökmündə qeyd etsə də, nəzərə almamışdır ki, iyul ayında, yaşadığı X rayonunun X qəs əbəsində saxlanılan X ev çəkələyində də ola bilərdi və bu hal özlüyündə onun üzərində narkotik vasitənin daşımamasını sübut etmir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya b axışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Həsənov İbarət Əhəd oğlu çıxış edərək, kassasiya protestinin əsassız olduğunu, hadisə günü 9 şəxsin saxlanıldığını, bəraət almış şəxsin idmançı olduğunu, heç bir pis vərdişlə məşğul olmadığını, müharibə zamanı arxa cəbhədə fəal iştirak etdiyini, xeyriyyəçilik əməlləri ilə məşğul olduğunu bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X11 çıxış edərək, nəinki narkotik vasitələr, hətta siqaret belə istifadə etmədiyini, baş vermiş hadisənin rayonun rəhbər şəxsləri ilə yaranmış konfliktli vəziyyətdən qaynaqlandığını bildirib kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya mə hkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X8 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verilməsi barədə hökmü çıxardığını iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməs i cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılı ğına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndir ilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X1 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin pr otokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X11 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuş, həmçinin, X5 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Cinayət işinin materiallarında olan DİN-in BMCMİ-ni n əməkdaşının 12 və 13 iyul 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, X5 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında 13 iyul 2023-cü il tarixdə saat 04:10-da DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, X rayonunun X qəsəbəsinin ərazisində yaşadığı ünvanın yaxınlığında saxlanılıb X RPŞ-nin inzibati binasına gətirilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə DİN-in BMCMİ-nin TŞ-nin təhqiqatçısı X tərəfindən müdafiəçi Tural Məmmədlinin iştirakı ilə və videoçəkilişlə X5 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı X-in üzərində iki bükümdə heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı X aşkar olunmuş kütlələrin kokos (heroin) olduğunu, tanımadığı şəxsdən alıb özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. “Baxış və götürmə aparılması haqqında” 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə təhqiqatçı X tərəfindən müdafiəçi Tural Məmmədli və şübhəli şəxs X5 iştirakı ilə, həm də videoçəkiliş aparılmaqla X-in yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evdən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı b ir ədəd DVD disk protokola əlavə edilmişdir. X11 məhkəmə istintaqında vermiş olduğu ifadəsində göstərmişdir ki, “.....12 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixə keçən gecə saat 4 radələrində yatdığı vaxt evinin qapısından səs-küy gəldiyini eşitmiş, dərhal yuxudan qalxmış və evinə mülki geyimli polis əməkdaşlarının daxil olduğunu görmüşdür. O, polis əməkdaşlarından nə baş verdiyini soruşmağa macal tapmamış, polislər onu zorakı yolla tutub ailəsinin gözü qarşısında küçəyə tərəf aparmış, o, polis əməkdaşlarına əynində şalvar olmadığını bildirib heç olmazsa şalvarını geyinməyə imkan vermələrini xahiş etmiş, şalvarını geyinsə də, ayaqlarına corab geyinməyə imkan tapmadan polislər onu X RPŞ-yə aparmışlar. Orada polislər onu möhkəm döymüş, ona narkotik vasitə bükümləri təqdim edərək on a məxsus olmasını etiraf etməyi bildirmişlər. Lakin, narkotik vasitələrdən ümumiyyətlə istifadə etmədiyini bildirib təqdim edilən narkotikin ona məxsus olmadığını demişdir. Bundan sonra polislər onun ailə üzvlərinin polis şöbəsinə gətiriləcəyini demiş, buna görə də o, ailəsinin polisə gətirilməməsi üçün narkotikin ona məxsus olmasını bildirmişdir. Əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü ildə saat 03:30-da mülki geyimli polis əməkdaşları yaşadıqları evə gəlmiş, evin 2-ci mərtəbəsinə qalxaraq əri X-i onun və uşaqlarının gözü qarşısında döyərək evdən aparmış, evdə olan mobil telefonlar götürülmüş, növbəti gün polis əməkdaşları X-i evə gətirib baxış keçirərkən onu və uşaqlarını X adlı qonşularının evinə göndərmiş, baxışdan sonra bilmişdir ki, evindən qa nunsuz heç bir şey aşkar edilməmişdir. Əri X idmanla məşğul olmuş, siqaret və narkotik vasitələrdən istifadə etməmişdir. Əlavə şahid qismində dindirilmiş X-in qonşusu X9 da qeyd olunan hallara uyğun ifadə vermiş və bununla da hər iki şahidin ifadələrinin təqsirləndirilən şəxs X-in məhkəmə istintaqındakı ifadəsi və işdə olan digər sübutlarla da ziddiyyət təşkil etmədiyi müəyyən edilmişdir. Odur ki, X-in elan olunmuş ittihamda qeyd olunduğu kimi küçədən deyil yaşadığı evdən polis idarəsinə aparılması, gecə saat 04:10 radələrində evinin içərisində tutulması cinayət işi üzrə toplanılmış mötəbər sübutlarla təsdiq olunur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçi rilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müda fiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqs irləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qə bul edildiyi nəzərə alınmalıdır. Belə ki, işdə olan məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli 290/MEŞ nömrəli rəyindən görünür ki, X-in məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində sol almacıq nahiyəsinin və sağ saidin sıyrıqları kimi xəsarətlər aşkar edilmiş və həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvəl, eləcə də 13 iyul 2023-cü il tarixdə əmələ gələ bilərdilər. O cümlədən, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyul 2023-cü il tarixli protokola əlavə edilmiş bir ədəd DVD diskdə olan videoçəkilişdən müəyyən olunur ki, X ayaqyalın şəkildə, yalnız ev çəkələyində X RPŞ-nin inzibati binasındadır. Onun sol yanağında sıyırıq olması açıq-aşkar görünür. Hətta, polis əməkdaşları da həmin xəsarətin yetirilməsi şəraitini X-dən so ruşurlar və sonuncu xəsarətlə bağlı heç bir izahat vermir. Həmçinin, videoçəkilişdən görünür ki, axtarışı həyata keçirən təhqiqatçı ondan narkotik vasitəni hansı məqsədlə əldə etməsini soruşur. X isə narkotik vasitəni bir gün əvvəl aldığını qeyd etsə də, özünün narkotik istifadə etmədiyini, ümumiyyətlə heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirir. Baxışın sonunda təhqiqatçı onu protokolu imzalamağa dəvət edərkən isə ayağını zəif şəkildə sürüməklə, sanki xəsarət almış kimi hərəkət etməklə yaxınlaşıb protokolu imzalayır. Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi olmuş X24 X-in üstünə baxış keçirilməsindən sonra xx.xx.2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, müdafiə etdiyi şəxsin yanağında xəsarətlər olduğunu, təqsirləndi rilən şəxsin evinə baxış keçirilməzdən əvvəl BMCMİ-nin əməkdaşlarının onun həyat yoldaşını və uşaqlarını qonşuya keçirib evə baxış keçirdiklərini, bununla sanki evdə X-dən başqa şəxsin yaşamadığı görüntüsünü yaratdıqlarını, müdafiə etdiyi şəxsin təzyiq altında olduğunu, guya onun üzərindən aşkar olunmuş narkotik vasitənin tərəzidə çəkilmədən qablaşdırıldığını, habelə qeyd olunan pozuntularla bağlı qeydlər versə də, istintaq sənədlərində həmin qeydlərdə göstərilən məlumatların əks etdirilmədiyini, ümumiyyətlə müdafiəçi olaraq cinayət işinin materialları ilə tanış olmağa buraxılmadığını, bununla müdafiə etdiyi şəxsin hüquqlarının pozulduğunu bildirib qanuni tədbir görülməsini xahiş etmişdir. Müdafiəçinin bu müraciətinə DİN-in BMCMİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda həmin müraciətin cinayət işinə əlavə edildiyi göstərilsə də, istintaq orqanı müraciəti cinayət işinə əlavə etməmişdir. Həmin müraciət, yalnız məhkəmə baxışı zamanı müdafiəçi tərəfindən təqdim edilərək işə əlavə edilmişdir. İstintaq orqanı isə qeyd olunan müraciətin cinayət işinin materiallarına əlavə edilməməsinin səbəbini izah edə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair i ddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. Bununla da şübhəli şəxs X-in saxlanılarkən xəsarətlər almasına dair kifayət qədər ciddi sübutlar olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin bu fakta heç bir hüquqi qiymət vermədiyi, ümumiyyətlə xəsarətin yaranma mexanizmini izah etmədiyi, istintaq orqanının bu məsələ yə heç bir qiymət vermədiyini nəzərə almadığı barədə apellyasiya məhkəməsinin gəlmiş olduğu nəticə əsaslı hesab edilir. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Azərbaycan Respublikası CPМ-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edi lmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sə nədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in t ələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Qeyd olunan hallar isə özü-özlüyündə X8 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyul 2023-cü il tarixli protokolun və yekunda isə onunda əlaqədar keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli 6/3814 nömrəli rəyinin həqiqiliyinə şübhə yaratdığından, onlar apellyasiya məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respubli kası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayə t işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X5 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, X5, o cümlədən əlavə şahid qismində dindirilmiş şəxslərin məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəld iyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən mötəbər sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Buna uyğun norma CPM-in 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyə n edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlənlərə əsasən, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə hökmünün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin yuxarıd a şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1,144, 145-ci maddələri ilə müqayisəsindən, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hök mü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2169/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2169/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver