Məhkəmə qərarları › İş №1(102)-217/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-217/2019

29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-217/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 217/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun, müdafiəçi X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 20 18-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2018-ci il tarixli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən), R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respu blikası CM-nin 126.1 -ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İbtidai istinaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ondan ötrü ki, o, 29 avqust 2017-ci ildə saat 08 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 saylı binanın qarşısında idarə etdiyi “Mercedes C klass” markalı, AZ **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobili bina sakinlərinə məxsus avtomobillərin qarşısında saxlayaraq onlara maneçilik törətməsinə görə aralarında yaranmış mübahisə zamanı haqlı olaraq ona öz iradını bildirən, əvvəllər üzdən tanıdığı, binanın həyətində mühafizəçi işləyən vətəndaş X1 üzərində gəzdirdiyi bıçaqla heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bir dəfə bədəninin sol qabırğaaltı nahiyəsindən vuraraq ona döş qəfəsinin sol ön səthinin, ağ ciyərin, diafraqmanın və dalağın zədələnməsi ilə müşayiət olunan daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Hökmdən dövlət ittihamçısı Anar Tanrıverdiyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 27 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-n in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2018-ci il tarixli qərarından məhkum və məhkumun müdafiəçisi ayrı-ayrılıqda kassasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından yazdığı ərizəsi Ali Mə hkəməyə daxil olmuşdur. Məhkum ərizəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2018-ci il tarixli qərarından özünün və müdafiəçisinin verdiyi kassasiya şikayətlərini geri götürdüyünü bildirərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə dövlət ittihamçısının çı xışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq müdafiəçinin kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X5 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Gülzar Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar