Məhkəmə qərarları › İş №1(102)-217/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-217/2020

14.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-217/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxx 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respubl ikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpası barədə məhkumun vəsatətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxx 2016-cı il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) Məhkum– xx xxxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejmli cəzçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2015-ci il tarixdən hesablanmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), Q.F.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarından Məhkum kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatət vermişdir. Vəsatətin dəlilləri Məhkum oğlu Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x xxxxxx 20 16cı il tarixli qərarının ona vaxtında verilmədiyini, sonradan öz xahişi ilə müəssisə tərəfindən verilmiş sorğu əsasında ona xx xxxxxxx 2019- cu il tarixdə verildiyi üçün vaxtında kassasiya şikayəti verə bilmədiyini, ona görə də kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətin dəlillərini cinayət işinin materialları üzrə yoxlayıb, vəsatətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını nəzərə alıb hesab edir ki, vəsatət təmin edilməməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından- onları n çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı x xxxxxx 2016-cı il tarixdə qəbul edilmiş və həmin qərardan kassasiya şikayəti vermə müddəti xx xxxxxx 2018-ci il tarixdə bitmişdir. Məhkumun kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının elan edildiyi vaxtdan 3 il 2 ay 11 gün keçdikdən sonra, xx xxxxxxx 2019-cu il tarixdə məhkum tərəfindən imzalanmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və həmin kassasiya şikayəti Ali Məhkəməyə xx xxxxxxx 2019-cu il tarixdə daxil olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, Məhkum qanunda nəzərdə tutulan on səkkiz ay müddətində kassasiya şikayəti verməyərək müddət i buraxmışdır. Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; yaxud da şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Kassasiya şikayəti vermə müddətinin bərpası barədə məhkum vəsatətinə onu kassasiya şikayəti vermək imkanından məhrum edən səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduğunu və fövqəladə hadisə baş verdiyini təsdiq edən sübutları əlavə etməmişdir. Yəni kassasiya şikayətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən sübutlar vəsatətə əlavə edilməmişdir. Ona görə də vəsatət təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L İ R: Məhkum vəsatəti təmin edilməsin. Məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarından onun kassasiya şikayəti vermə müddəti bərpa edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar