Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-217/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi Məmmədova İradə Əsədulla qızı, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – Göyçay Rayon Vəkil Bürosunun vəkili Vəliyev Rasim Cəfər oğlu, Müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ramiz Cəlal oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Vəliyev Rasim Cəfər oğlu ilə birlikdə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.V.Məmmədov, hakimlər İ.Q.Abdullayev və M.Ə.Abdullayev ibarət tərkibd ə) xx xxxxxx 1974-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 evdə qeydiyyatda olmaqla, Ünvan 2 evdə faktiki yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib, 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMnin 67.1-ci maddəsinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş aylıq qazancından 15 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş 09 (doqquz) aylıq hissəsi CM-nin 68.1.3-cü maddəsinə əsasən həmin cəzanın 3 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutularaq hesablanmış 03 ay müddətə a zadlıqdan məhrumetmə cəzası 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Məhkum qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi A1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi A1 tərəfindən v erilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020ci il tarixli qərarına əsasən məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlunun kassasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi A1 kassasiya şikayəti isə qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkuma CM-nin 120.1-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CMnin 29,120.2.7-ci maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla, Məhkum 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən Məhkuma Kürdəmir Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasının çəkilməmiş qalan 09 (doqquz) aylıq hissəsi CM-nin 68.1.3-cü maddəsinə uyğun olaraq 02 (ay) 07 (yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təyin olunmuş 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan mə hrumetmə cəzasına qismən birləşdirilmiş və ona qəti olaraq 15 (on beş) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Vəliyev Rasim Cəfər oğlu ilə birlikdə kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARI: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qonşusu X1 arvadı X10 ilə uzun müddət yaxın münasibətlərdə olmasından şübhələnərək xx xxxxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində arvadının işlədiyi məktəbdən evə qayıdarkən xxxxxxx-in ona yaxınlaşaraq sözlə sataşması barədə arvadının ona bildirməsindən sonra qısqanclıq zəminində xxxxxxx-in qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxxxx 2018-ci il tarixdə qardaşı X9 adına rəsmişlədirilmiş zavod üsulu ilə hazırlanmış, 76 mm olan, 12 kalibrli, “Girsan Tulip” modelli, 14-03182 N°-li daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran) yivsiz odlu ov silahını anası xxxx-in yaşadığı ünvan 1 ünvanda yerləşən evin həyətində olan yarımtikilidən gizlincə götürərək evə gətirmiş, tüfəng üçün qabaqcadan aldığı 10 ədəd patrondan 6 ədədini tüfəngin sandıqçasına qoyaraq xxxxx-in küçəyə çıxıb-çıxmamasını güdmüş, sonuncunun saat 16 radələrində qonşuları Kürdəmir şəhəri, Cəfər Cabbarlı küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində yerləşən X4 işlətdiyi mağazanın qarşısına getməsini görüb onu öldürmək niyyətini həyata keç irtmək üçün tüfəngi götürüb sərxoş vəziyyətdə evdən çıxmış, xxxxx onu gördükdə mağazanın içərisində gizlənmiş və bunu görən mağazanın sahibi X3n təkidlə onu bu niyyətindən daşındırmaq istəməsinə baxmayaraq, o, əli ilə sonuncunu kənara itələyib bilavasitə qəsdini icra etmək üçün mağazanın qarşısında, yaxın məsafədən tüfəngdən içəriyə ilkin olaraq 5 dəfə atəş açmış, tüfəngdəki patronların sayının bitməsini hesab edən xxxxx mağazadan çıxıb qaçarkən 5-6 metr məsafədən tüfəngdən təkrarən 6-cı atəşi açaraq xxxxxx-a soldan sağa olmaqla 9-10-cu qabırğa qövsü nahiyəsindən qarın boşluğunu dəlib keçən mədənin, köndələn çəmbər bağırsağın, qaraciyərin zədələnməsinə səbəb olan sağ 9-10-cu qabırğaları zədələyən kəskin daxili və xarici qanitirmə ilə nəticələn ağırlıq dərəcələrinə görə sağlamlığa ağır zə rərvurmaya aid odlu silah yarasından ibarət xəsarətlər yetirməklə onu həyatdan qəsdən məhrum etmişdir. Bundan başqa, o, xxxxx-a atəş açıb yaraladıqdan sonra sonuncunu öldürmək üçün üstündə olan 4 ədəd patronu yenidən tüfəngin patronluğuna qoymuş, xxxxx-un yaralı vəziyyətdə hadisə yerindən qaçmasını görüb arxasınca gedərkən ünvan 2 ünvanının qarşısında sonuncunun atası X5 ilə qarşılaşmış, Zərərçəkmiş şəxsin oğluna qarşı etdiyi hərəkətə görə gələcəkdə ondan və ailəsindən qisas ala biləcəyini yəqin edib qəsdən öldürmək məqsədilə tüfəngi sonuncuya tuşlayaraq tətiyi çəkmiş, lakin silahın patronluğuna (yuxarı hissəsinə) 1 ədəd patronu, aşağı hissəsinə digər patronları qoymalı olduğu halda 4 ədəd patronun hamısını silahın sandıqça hissəsinə (aşağı hissəsinə) doldurması səbəbindən tüfəngdən atəş a çılmadığını görüb hərəkətlərini davam etdirərək tüfəngi ondan almaq istəyən Zərərçəkmiş şəxsə əvvəlcə tüfəngin qundağı, daha sonra yumruq və təpiklə burun nahiyəsinin əzilməsi və qançırı, ağzın iç səthinin qançırı, sağ baldırın sıyrığı, sol dizin ön səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, lakin hadisə yerinə gələn şəxslərin müdaxiləsi nəticəsində cinayətkar əməllərinin qarşısı alındığından, öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyərək, iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq və məhkəmə prosesin də çox saylı pozuntulara istinad olunsa da, onları aşkar etmək vəzifə olsa da buna diqqət edilməmiş və məhkumun şikayətinin dəlilləri ümumiyyətlə müzakirə olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinə qanun pozuntularını özündə əks etdirən video disk təqdim edilmiş, tədqiq edilməsi xahiş edilmiş və digər mahiyyəti üzrə vəsatətlər təqdim olunmuşdur. Lakin qanun və hüquq pozuntuları heç kəsi maraqlandırmamışdır. Cinayət işinin istintaqı və məhkəmə prosesi zamanı CPM-nin 143146-cı maddələrin tələblərinə zidd olaraq sübutların toplanması, onların yoxlanması, qiymətləndirilməsində, yekun nəticəyə gəlmək üçün onların kifayət edib-etməməsində ciddi səhvlərə, bir çox hallarda saxtakarlıqlara yol verilmiş, saxta sübutlar hökmün əsasına qoyulmuşdur. Göstərilənlər müdafiə hüququnun, ədalətli mühakimə hüququnun normal həyata keçirilməsinə ciddi təsir etmiş, qanunsuz məhkəmə qərarlarının qəbul olunması ilə nəticələnmişdir. Ona görə də, həmin cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiyasının hazırlıq iclasına qaytarılmalıdır. Belə ki, məhkəmələrin qərarı CPM-nin 416-ci maddəsinin tələblərinə zidd çıxarılmaqla ehtimal və fərziyyələrə əsaslanmış, təqsirsizlik prezumpsiyası pozulmaqla Məhkumun təqsirliliyinə dair aradan qaldırılmayan şübhələr onun zərərinə şərh edilmişdir. İstintaq orqanı Məhkumun işində əsl motivi gizlətmiş, uydurma motivə istinad etmişdir. Belə ki, Məhkumun arvadı A2 ölən şəxsin qanunsuz hərəkətləri ilə bağlı rayon və respublika miqyasında bütün hüquq mühafizə orqanlarına, Qadın hüquqlarının müdafiə komitəsinə ş ikayətlər etmiş və tədbir görülməsini dəfələrlə xahiş etmişdir. Bu müraciətlər iş materiallarına əlavə olunmuş, lakin heç bir qiymət verilməmiş, motiv “sevgi” ilə əlaqələndirilmiş, səbəb isə ağır təhqirlə deyil, “şifahi söz atma” kimi qiymətləndirilmişdir. Burada təkcə ağır təhqirdən deyil, eyni zamanda psixi zorakılıqdan söhbət gedir, yəni zaman-zaman Məhkumun özü və arvadı barəsində psixi zorakılıq edilmişdir. Uzun müddət ərzində yaranmış psixoloji şərait, hər dəfə ailəsinə qarşı edilən hərəkətlər, ağır təhqirlər, zorakılıq bir dözümsüzlük şəraiti yaratmış və Məhkumda baş verən güclü ruhi həyəcan vəziyyətində həmin cinayət baş vermişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ölmüş şəxs barəsində keçirilmiş ekspertiza rəyində onun qanında spirtli içkinin olması təsdiq olunmuşdur. Daha sonra vacib xüsusat ondan ibarətdir ki, “Girsan” tipli tüfəng tam saz vəziyyətdə olmuş, atəşlərdən sonra ona yeni patronlar qoyulmamış, heç kəsə tuşlanmamış, atəş üçün cəhd edilməmiş, heç bir patron zədələnməmişdir. Bu vəziyyətdə tüfəngin lüləsindən patron yerə düşə bilməz. Bu yalandır. İstintaq və məhkəmə qəti surətdə eksperti dəvət etməkdən imtina etmiş, tüfəngin atəş təlimatını tələb etməmiş və yaranmış mübahisəni araşdırmamışdır. Daha sonra məhkəmələr Məhkumun himayəsində iki azyaşlı uşağın olması yüngülləşdirici halından başqa heç bir digər halı müəyyən etməmişlər. Halbuki, törədilmiş cinayət zərərçəkmiş şəxsin qanunsuz, sərxoş və əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlərin nəticəsində baş vermiş hər hansı təsirin nəticəsində törədilirsə, bunun güclü ruhi həyəcan vəz iyyətində törədilməsi məqsədli şəkildə inkar edilirsə, onda alternativ hallardan biri, yəni cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri, yaxud əxlaqsız hərəkətləri nəticəsində baş verməsi yüngülləşdirici hal kimi qəbul olunmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Vəliyev Rasim Cəfər oğlu ilə birlikdə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən onun Məhkumdan şikayətçi olmağını, onun məhkəmə iclasında Məhkum CM-nin 120.1 və 29.120.2.7-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan cəzanın ən yuxarı həddini xah iş etməyini, onun bir övlad itirən ana kimi sarsıntı keçirməyini nəzərə almamışlar. Şirvan Apellyasiya Məhkəməsi CM-nin 120.1 və 29.120.2.7-ci maddələri ilə ayrıayrılıqda məhkuma ən yüksək cəza təyin etməli, həmin maddələrin cəzalarını qərarda göstərildiyi kimi qismən yox tamamilə toplamalı və məhkuma ən yuxarı həddə, yəni 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməli idi. Şirvan Apellyasiya Məhkəməsi kobud qanun pozuntusuna yol verərək Məhkumun məsuliyyətini ağırlaşdıran bütün halları nəzərə almayaraq, qanunsuz olaraq 15 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Şirvan Apellyasiya Məhkəməsi qanunsuz qərar qəbul edərkən Məhkumun cinayətləri sərxoş vəziyyətdə törətməsini, cinayətləri qisas almaq məqsədi ilə, xüsusi amansızlıqla, əzab və işgəncə verməklə, cinayətin odlu silahdan açılan atəş nəticəsində törətməsini və onun bütün məhkəmə iclaslarında məhkumdan şikayətçi olmağını nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv etməklə Məhkuma CM-nin 120.1 və 29.120.2.7-ci maddələri ilə ən yüksək cəza təyin edib CM-nin 66.1-ci maddəsini tədbiq etməklə və cəzaları tamamilə toplamaqla qəti olaraq ona azadlıqdan məhrum etmə cəzasını ən yüksək həddinin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu çıxış edərək, cinayət işi üzrə ibtidai istintaq zamanı Məhkumun hüquqlarının müdafiəsi üçün onun yanına buraxılmadığını, bununla əlaqədər olaraq prokurorluq orqanları na müraciət etdiyini, lakin bu sənədlərin cinayət işinə əlavə olunmadığını, Məhkumun dindirilməsində onun müdafiə hüququnun pozulduğunu, verdiyi ifadələrin sonradan ittiham aktının və məhkəmə hökmünün əsasının təşkil etdiyini, ifadələrin yerində yoxlanılması istintaq hərəkətinin qanun pozuntuları ilə aparıldığını, təhqirlərin hansı dərəcədə ağır olduğunu müəyyən edilməsi məqsədi ilə həm ibtidai istintaq, həmdə məhkəmə baxışları zamanı məhkəmə-linqvistik ekspertizanın keçirilməsi barədə vəsatət verdiyini, lakin vəsatətin təmin olunmadığını, hüquqlarını müdafiə etdiyi Məhkumun həmin cinayət əməlini uzun müddət ərzində yaranmış psixi və psixoloji şərait, hər dəfə ailəsinə qarşı edilən hərəkətlər, ağır təhqirlər, zorakılıq və onda baş verən güclü ruhi həyacan vəziyyətində törətdiyini bildiri b, kassasiya şikayətinin təmin olumasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qəraının ləğv olunmasını, cinayət işinin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını və Zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsi Vəliyev Rasim Cəfər oğlu ilə birlikdə verdiyi kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi R.C.X7 Məhkəməsinin qərarının ədalətsiz olduğunu, qərar qəbul edilərkən cəzanı ağırlaşdıran halların nəzərə alınmadığını, cinayətin sərxoş vəziyyətdə törədilməsi, qisas niyyəti ilə törədilməsi, xüsusi amansızlıqla və işgəncə verərək törədilməsi və digər halları nəzərə almayaraq CM-nin 61-ci və 66-cı maddələrin tələblərini pozaraq qərar qəbul olu nduğunu bildirib, Məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, hüquqlarını müdafiə etdiyi zərərçəkmiş şəxsin hüquqi varisi ilə birlikdə verdiyi kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi xxxxxxx çıxış edərək, nümayəndəsinin mövqeyi ilə razı olduğunu bildirib, Məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını, nümayəndəsi xxxxx ilə birlikdə verdiyi kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, həmin hallara ilk dəfə kassasiya qaydasında baxılanda artıq qiymət verildiyini, eyni zamanda məhkum edilmiş şəxsə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun və ədalətli cəza təyin edildiyini bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakılar ı qeyd edir: Məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif olunmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, həmçinin barəsində yüngülləşdirici halların nəzərə alınmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Vəliyev Rasim Cəfər oğlu ilə birlikdə verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu və törətmiş olduğu əməllərin ədalətli nəticəsi olmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş qəsdən adam öldürmə və iki şəxsi qəsdən öldürməyə cəhd ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 120.1 və 29.120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçi si tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllən in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun ə məllərinin düzgün tövsif olunmadığı, cinayətin zərərçəkmiş şəxs tərəfindən məhkuma və onun həyat yoldaşına edilən psixi zorakılıq nəticəsində baş vermiş güclü ruhi həyəcan vəziyyətində törədildiyi iddia edilmişdir. Azərbaycan Respublikası CM-nin 122-ci maddəsinə əsasən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə hesab olunur. Güclü ruhi həyəcan vəziyyəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətlər i nəticəsində təqsirkarda coşğun surətdə yaranan, kəskin xarici ifadəyə malik olan qısamüddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Şəxsdə güclü ruhi həyəcan vəziyyətinin yaranması üçün CM-nin 122-ci maddəsində göstərilən səbəblər olmalıdır. Güclü ruhi həyəcan vəziyyətinə gətirib çıxaran səbəblər - zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik), habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı az əhəmiyyətli olmamalı, affekt vəziyyətinin yaranması üçün kifayət etməli, həmçinin qanunsuz, yəni hüquqazidd olmalıdır. Zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir təqsirkarın şəxsiyyətinin, şərəf və ləyaqətinin müstəsna dərəcədə kobud surətdə alçaldılm ası, milli-dini hissləri təhqir etmə, cəmiyyətdə ümumqəbul olunmuş milli-mənəvi dəyərlərə uyğun gəlməmə kimi başa düşülə bilər. Affekt vəziyyətinin yaranmasını şərtləndirən səbəblərdən biri zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və əxlaqsız davranışı ilə əlaqədar yaranan uzun sürən dözülməz psixi şərait başa düşülür. Belə hallarda zərərçəkmiş şəxsin müntəzəm qanunsuz və ya əxlaqsız davranışı tədricən təqsirkarın psixi gərginliyini gücləndirir və affekt vəziyyətinin yaranmasını şərtləndirir. Bu vəziyyətdə şəxsin öz davranışı üzərində nəzarəti zəifləyir və o, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətini qismən itirmiş olur. Lakin, bu hal onu anlaqsız vəziyyətə gətirib çıxarmır. İş materiallarını, birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını tə dqiq edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində qeyd etdiyi cinayətin törədilməsinə səbəb kimi göstərilən halları - psixi və psixoloji şərait, zərərçəkmiş şəxs tərəfindən məhkumun özünə və ailəsinə qarşı edilən hərəkətlər, ağır təhqirlər, zorakılıq nəticəsində yaranmış dözümsüzlük şəraitini təsdiq edə biləcək kifayət qədər sübutlar iş materiallarında aşkar edilməmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində həmçinin məhkumun zərərçəkmiş X3i vurmadığı, cinayətin törədilmə aləti olan tüfəng həmin vaxt saz vəziyyətdə olduğu halda Zərərçəkmiş şəxsə atəş açılmadığı, atəş açmağa cəhd edilmədiyi, bu barədə göstərilənlərin yalan olduğu, bununla bağlı ekspertiza rəylərinin düzgün tədqiq olunmadığı və həmin hissədə Məhku ma bəraət verilməli olduğu iddia edilir. Əvvəla qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pred meti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29.120.2.7-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 1 20.1 və 29.120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Vəliyev Rasim Cəfər oğlu ilə birlikdə verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu, törədilmiş əməllərin ədalətli nəticəsi olmadığı iddia edilir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində azyaşlı uşaqlarının olması), cəzasını ağırlaşdıran hallar (cinayət əməlini odlu silahdan istifadə etməklə törətməsi) habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məq sədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Məmmədov Ram iz Cəlal oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Vəliyev Rasim Cəfər oğlu ilə birlikdə verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu tərəfindən və zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Vəliyev Rasim Cəfər oğlu ilə birlikdə verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərar ı məhkumun müdafiəçisi Məmmədov Ramiz Cəlal oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X2 nümayəndəsi Vəliyev Rasim Cəfər oğlu ilə birlikdə verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-217/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-217/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver